“TikTok” ABŞ-a qayıtdı .....                     Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər .....                     Erməni diasporuna son "hədiyyə" .....                     "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." .....                     "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.." .....                     Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq .....                     Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ .....                     “Welcome back Trump”: .....                     Fransanın gizli təlimi: .....                     Qanlı 20 Yanvar faciəsindən 35 il ötür .....                     Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb .....                     Samir Abasov yenə öz ampluasında .....                     "25 min manat verdilər getmədim" .....                     Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI .....                     "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm" .....                     Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi .....                     "Həmin şəxslər ora təhrik edilərək gətirilib" .....                     Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi .....                     İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü .....                     Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi .....                     Ermənistan maşınları yolda qaldı .....                     Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən .....                     "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." .....                     Ermənistan ordusu qadınların ümidinə qalır .....                     Professor Nizaməddin Şəmsizadə komaya düşüb .....                     Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır .....                     İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib .....                     Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada .....                     Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... .....                     Obamanın etdiyi vicdansızlıq idi .....                     HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR .....                     İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... .....                     "Yas mərasimi üçün kredit götürürlər" .....                     Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? .....                     Pezeşkian ondan elə bir şey xahiş etdi ki... .....                     AYNA-nın yaratdığı xaos BÖYÜYÜR .....                     Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır .....                     "Space"nin keçmiş rəhbərinə vəzifə verildi .....                     İrana zərbə halında Tehranın cavabı necə olacaq? .....                     "Bu hökumət belə bir addım atsa..." .....                 

Rusiya Türkiyəyə qarşı ŞANTAJA KEÇİB... - Görünəni budur...
Tarix: 29-04-2022, 10:38 | Çap et
Rusiya Türkiyəyə qarşı ŞANTAJA KEÇİB...
Voronej vilayəti yaxınlığında “Bayraktar” PUA-sının vurulması Rusiya telekanallarında anti-Türkiyə əhvalını artırıb. �?’Rossiya 1’’ telekanalında yayımlanan “60 dəqiqə” analitik proqramında Türkiyə hədəfə alınıb. Rusiya ekspertlərinə görə, Ukraynada sülhyaratma niyyətini ortaya qoyan Türkiyə Kiyevi silahlandırmaqda davam edir. İddia olunur ki, Rusiyaya qarşı sanksiyalara qoşulmayan Ankara birtərəfliyini qorumalıdır. Bildirilib ki, Türkiyə Kiyevi silahlandırmaqda davam edərsə, bu, gələcək münasibətləri ciddi şəkildə zədələyə bilər.

Qeyd edək ki, hələ Ukrayna müharibəsindən əvvəl də Kiyevə “Bayraktar”lar satılması Moskvanın etirazına səbəb olmuşdu... Maraqlıdır ki, aprelin 28-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub. Halbuki tərəflər cəmi iki gün öncə də telefonla danışmışdılar.

Bəs Türkiyə PUA verməkdən imtina edə bilərmi? Rusiya ilə münasibətlər önəmlidir, yoxsa Ukraynaya “Bayraktar” vermək?

Bəzi məlumatlara görə, Ukrayna türk PUA-larını öz ölkəsində istehsal edir. Burada bir məqam da var - Ukraynanın silah arsenalında kifayət qədər böyük həcmdə Rusiya silahları var. Eləcə də Azərbaycana qarşı döyüşən, ərazilərimizi işğal edən Ermənistan tam halda Rusiya silahları ilə təchiz olunub. Rusiya bütün dünyaya silah ixrac edən ən böyük dövlətlərdəndir. Elə Azərbaycanda da kifayət qədər Rusiya silahları var. O zaman gərək hər kəs Rusiyaya qarşı bəyanat versin... Bu mövzuda Rəcəb Tayyib Ərdoğana qədər Türkiyə rəsmilərinin açıqlamaları var. Onlar deyirlər ki, Türkiyə �?’Bayraktar’’ları silah bazarında şəffaf şəkildə satır. Kim onu alırsa, silah da, işlətməsinə görə məsuliyyət də onun olur. Necə ki, Rusiya tanklarını satın alan hər hansı ölkə onu hansı istiqamətə, hansı hədəf ölkənin üstünə sürməsinə görə özü məsuliyyət daşıyır. Rusiya təbliğat vasitələri bu sadə gerçəyi görmürmü? Niyə buna cığallıq edirlər?

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli buna səbəb kimi rusların keçmişi unutmadıqlarını görür: “Rusiyada çox güclü anti-Türkiyə əhval-ruhiyyəsi var. Bu da rusların milli genefondundan irəli gəlir. Ruslar üçün türk tarixən bir nömrəli düşmən olub. Çünki onların xərac vermə tarixləri yaddaşlarından silinməyib. Şimal qonşumuzun dövlətçilik tarixi 300-400 il öncədən o tərəfə yoxdur. Həmin ərazilər türk hökmdarlarının nəzarətində olub. Rusların antitürk hisslərinin ikiqat yüksək olmasında İslam faktoru da böyük rol oynayır. Təbii ki, burada erməni lobbisinin də təsirləri az deyil. Regionda Türkiyə-Rusiya maraqlarının toqquşmasını da burada gözardı etmək olmaz. Antitürk əhval-ruhiyyəsində olan rus elitasına Türkiyənin üzərinə getmək üçün bir bəhanə lazımdır. Bir sözlə, bəhanələr axtarmaq izindədirlər. Türkiyə hamıya silah satır. Bu baxımdan sualınızda qeyd olunanı məsələni bəhanə hesab edirəm. Qardaş ölkə Ukraynaya ”Bayraktar"ları pulsuz vermir. O məntiqlə Azərbaycan daim etiraz etməlidir ki, Rusiya, sən Ermənistanı silahlandırırsan. Türkiyə də etiraz edə bilər ki, Rusiya, mənə rəqib, düşmən olan Yunanıstana S300-ləri satırsan. Rəsmi Ankaranın özü Rusiyadan S400-ləri alıb. Rusiya da istəsə, “Bayraktar”ları ala bilər. Sadəcə, özlərinə hələ ki bu silahı almağı sıxışdırmırlar. Çünki türk hərbi istehsalı daha güclü silah icad edib. Sözün əsl mənasında bu silah rus silahını “döyür”. Suriyada, Liviyada, Qarabağda, indi də Ukraynada bunun şahidi olmuşuq. Rusiya ərazisində partlayışlar olub. Deyilənə görə, bu “Bayraktar”larla olub. Rusiyanın müdafiə sistemi bu silahın qarşısında aciz qalıb. Bu da rusları yerindən oynadır. Türkiyəyə olan hücumların kökündə məhz bu dayanır".

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Rusiyanın heç bir tələb irəli sürməyə haqqının olmadığını diqqətə çatdırdı: “2014-cü ildə Rusiya Krımı işğal edərək özünə birləşdirərkən Türkiyə bunu tənqid etsə də, NATO-nun Rusiyaya qarşı sanksiyalarına qoşulmayan yeganə üzv dövləti olub. Lakin bu, Türkiyənin Rusiyaya hər sahədə və hər zaman güzəştə gedəcəyi anlamına gəlmir. Bu gün Türkiyə Rusiyaya qarşı savaşan Ukrayna ordusunu ”Bayraktar"larla təmin edirsə, bu, tamamilə silah ticarəti və biznes maraqları çərçivəsində dəyərləndirilməlidir. Belə ki, “Bayraktar”ların Suriya, İraq, Liviya, Qarabağ və Ukraynada uğurlu istifadəsi ona olan marağı daha da artırmaqdadır. Hətta Almaniya da bu silahı satın alacağını elan edib. Keçən ilin dekabrında Qırğızıstan, bugünlərdə isə onunla münaqişə vəziyyətində olan Tacikistan bu uçuş aparatını əldə edib. Halbuki tarix boyu yaşanan münaqişələrin hər iki tərəfinə silah satan Rusiya bu gün Türkiyəni ən yaxşı anlamalı olan dövlətdir. Odur ki, Rusiyadan Türkiyənin davranışına “həddən artıq kəskin” reaksiyanın gəlməyəcəyi, həmçinin NATO-nun ona sanksiya tətbiq etməyən yeganə üzvünü Rusiyanın itirmək istəməyəcəyini də deyə bilərik. Silahın münaqişə tərəflərindən yalnız birinə satılması, həmin tərəfin silah satan ölkənin strateji və təbii müttəfiqi olması halında olur, məsələn, Türkiyə və İsrailin 44 günlük müharibə dövründə yalnız Azərbaycana silah satması kimi. Ümumiyyətlə, birtərəfli mövqe də məhz bu cür strateji və təbii müttəfiqlik halında mümkün olur. Bu gün Rusiyanın Türkiyə qarşısında belə bir tələb irəli sürməsi üçün heç bir siyasi, hüquqi, yaxud mənəvi haqqı yoxdur".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25
Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21
Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20
"Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18
"Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15
Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12
Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05
“Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03
Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00
Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26
Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24
"25 min manat verdilər getmədim"
Dünən, 22:22
Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19
"Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36
Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35
"Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33
Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31
İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29
Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59
Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55
Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48
"O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44
Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39
Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34
Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02
İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52
Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15
Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13
Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02
HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59
İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57
"Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43
Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41
Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49
AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45
Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35
"Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33
İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28
"Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25
Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02
ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59
Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40
"İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37
Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16
Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14
"Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10
ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07
“Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Dünən, 07:11
İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Dünən, 07:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru