NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... .....                     Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... .....                     “TikTok” ABŞ-a qayıtdı .....                     Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər .....                     Erməni diasporuna son "hədiyyə" .....                     "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." .....                     "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.." .....                     Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq .....                     Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ .....                     “Welcome back Trump”: .....                     Fransanın gizli təlimi: .....                     Qanlı 20 Yanvar faciəsindən 35 il ötür .....                     Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb .....                     Samir Abasov yenə öz ampluasında .....                     "25 min manat verdilər getmədim" .....                     Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI .....                     "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm" .....                     Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi .....                     "Həmin şəxslər ora təhrik edilərək gətirilib" .....                     Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi .....                     İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü .....                     Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi .....                     Ermənistan maşınları yolda qaldı .....                     Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən .....                     "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." .....                     Ermənistan ordusu qadınların ümidinə qalır .....                     Professor Nizaməddin Şəmsizadə komaya düşüb .....                     Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır .....                     İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib .....                     Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada .....                     Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... .....                     Obamanın etdiyi vicdansızlıq idi .....                     HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR .....                     İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... .....                     "Yas mərasimi üçün kredit götürürlər" .....                     Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? .....                     Pezeşkian ondan elə bir şey xahiş etdi ki... .....                     AYNA-nın yaratdığı xaos BÖYÜYÜR .....                     Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır .....                     "Space"nin keçmiş rəhbərinə vəzifə verildi .....                 

Rusiya taqətdən düşür, təşəbbüs Ukraynaya keçib - İNCƏLƏMƏ...
Tarix: 27-04-2022, 08:35 | Çap et
Rusiya taqətdən düşür, təşəbbüs Ukraynaya keçib
Rusiyanın 24 fevralda Ukraynaya qarşı başlatdığı müharibənin iki ayı geridə qalıb. Bu günə olan nəticə Xerson vilayətinin işğalı, Mariupol şəhərinin nəzarətə götürülməsi və bir neçə kiçik şəhərləri ələ keçirməkdən ibarətdir. Kreml strateqlərinin ildırımsürətli qələbə strategiyası tamamilə iflasa uğrayıb. Bunu Kiyev vilayətindən geriçəkilmə və iki ayda Rusiya silahlı qüvvələrinin verdiyi itkilər də təsdiq edir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından verilmiş sonuncu açıqlamaya görə, döyüşlər nəticəsində Rusiyanın 22 100 hərbçisi zərərsizləşdirilib. Bundan başqa, işğalçı ordunun 918 ədəd tankı, 2 308 ədəd zirehli döyüş maşını, 416 ədəd artilleriya sistemi, 149 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 69 hava hücumundan müdafiə sistemi, 184 ədəd hərbi təyyarəsi, 154 ədəd helikopteri, 1 643 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 205 ədəd dronu, 31 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib. Hərbi ekspertlər hesablayırlar ki, Rusiya ordusunun bu günə qədər itirdiyi hərbi texnikanın dəyəri 21 milyard dollardan artıqdır.

Qarşıda isə müharibənin növbəti mərhələsi var. Britaniya və ABŞ strateqləri hesab edirlər ki, Ukrayna silahlı qüvvələri düşməni taqətdən saldıqdan sonra cəbhəboyu hücuma keçəcəklər. Britaniya kəşfiyyatının məlumatına görə, hazırda rus ordusunun hücumları davam etdirmək potensialı 30 faiz civarındadır və bu ehtiyatlar da qarşıdakı həftələrdə sürətlə tükənəcək. Nəticədə Qərb ölkələrinin ən müasir silahlarını əldə etmiş Ukrayna ordusu qısa müddət ərzində bütün Donbas bölgəsini nəzarətə götürə biləcək.

“Senzor.net” portalının baş redaktoru, sosial şəbəkələrdə yüzminlərlə izləyicisi olan hərbi bloqçu Yuri Butusov ötən iki ayın nəticələrini təhlil edib. O, Putin hakimiyyətinin Ukraynada qarşıya qoyduğu hədəfləri hazırkı real vəziyyətlə müqayisə edib. Bloqçu bundan sonra proseslərin inkişaf trayektoriyasına dair gözləntilərini də açıqlayıb:

Əsas inzibati mərkəzlərin – Kiyev və Xarkovun mühasirəyə alınması, ölkə idarəçiliyinin qeyri-mütəşəkkilliyinə nail olmaqla, Ukrayna rəhbərliyinin təslim olmağa məcbur edilməsi;
Nəticə: məqsədlərə nail olunmadı, Ukrayna rəhbərliyi müharibəni davam etdirir, Kiyev və Xarkov etibarlı şəkildə müdafiə olunur.

11 rayon ərazisində sistemli hücumlar həyata keçirməklə, Ukrayna hərbi qüvvələrinin effektiv yerləşdirilməsi imkanlarının pozulması;
Nəticə: məqsədlərə nail olunmadı, Ukrayna qüvvələrini qələbə üçün səfərbər etməyə davam edir.

NATO ölkələrinin Ukraynaya hərbi təchizat göndərməsinin qarşısını almaq üçün Kiyevdən Qərbdə və Krivoy Roqdan şimalda Ukraynaya strateji magistralların kəsilməsi;
Nəticə: məqsədlərə nail olunmayıb, Ukrayna öz kommunikasiyalarını qoruyub, NATO da hərbi dəstəyini davam etdirir.

Ukraynanın Qara dəniz və Azov dənizi limanlarının tutulması, Rusiyadan Dnestryanı bölgəyə dəhlizin yaradılması;
Nəticə: məqsədlərə qismən nail olundu – Azov dənizinin sahili ələ keçirildi, lakin Nikolayev və Odessa bölgələrinin müdafiəsi davam edir və əsas dəniz limanları etibarlı şəkildə qorunur.

Ukraynanın mütəşəkkil müqavimətdən əl çəkməsi üçün iqtisadiyyatı sarsıtmaq və cəmiyyəti ruhdan salmaq;
Nəticə: məqsədlərə nail olunmadı, iqtisadiyyat Qərbin böyük dəstəyini aldı, cəmiyyət müharibəni qələbəyə aparır, bütün siyasi qüvvələr düşmənlə mübarizəyə köklənib.

Müdafiə sisteminin, hərbi infrastrukturun dağıdılması;
Nəticə: məqsədlərə nail olunmadı, Ukrayna ordusu NATO ölkələrindən böyük hərbi yardım almağa başladı və döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırdı. Sənədlərlə sübut edilib ki, iki ay ərzində Rusiya 3200-dən çox hərbi texnikasını itirib və bu itkiləri kompensasiya edə bilməz.

Donetsk və Luqansk vilayətlərinin tutulması;
Nəticə: məqsədlərə nail olunmadı, iki ay sonra Ukrayna Donbasın geniş ərazilərini və bir çox böyük şəhərləri müdafiə etməkdə davam edir.

Yuri Butusov qeyd edir ki, beləliklə, strateji baxımdan, Putin Ukraynada heç bir məqsədinə tam nail ola bilməyib. Onun sözlərinə görə, Rusiya bütün NATO ölkələrinin və dünyanın onlarla qat-qat artıq resursa malik dövlətlərinin dəstəyini almış Ukraynaya qarşı soyqırımı müharibəsinə cəlb olunub: “Mariupolun ələ keçirilməsi Rusiyanın strateji mövqeyini heç bir şəkildə dəyişməyəcək və yalnız daha sərt müqavimətə gətirib çıxaracaq. Ukrayna isə güzəştlərdən tamamilə imtina edəcək. Bundan başqa, Qərbin müasir silah tədarükündən sonra müharibədə texnoloji üstünlük tədricən Ukrayna tərəfinə keçəcək ki, bu da nəticədə Rusiyanın ağır itkilər verməsinə və ordusunun işğal olunmuş əraziləri saxlamaq qabiliyyətini itirməsinə səbəb olacaq”.

Y.Butusov əlavə edir ki, müharibənin davam etdirilməsi üçün Putin qismən səfərbərlik etməli olacaq. İndiki sanksiyalar şəraitində bu addım Rusiya iqtisadiyyatına daha böyük ziyan vuracaq və Rusiya cəmiyyətini ruhdan salacaq. Hərbi jurnalist əmindir ki, Ukrayna müharibədə artıq strateji təşəbbüsü ələ keçirib. “Rusiya hələ ki, bəzi taktiki uğurlara qadirdir, lakin ilkin məqsədlərinin heç birinə nail ola bilmir”, – qeyd edib.

Butusova görə, Putinin strategiyası iflasa uğrayıb və bundan sonra Ukraynanın süqut etmək şansı yoxdur: “Müharibənin uğurla davam etdirilməsi Ukraynanın mövcud maddi və insan resurslarından səriştəli istifadə etmək, planlaşdırmaq bacarığından, eləcə də xaricdən silah resursları, peşəkar hərbi kadrların cəlb edilməsinin miqyasından asılıdır”.
//pressklub.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26
Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22
“TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25
Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21
Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20
"Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18
"Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15
Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12
Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05
“Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03
Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00
Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26
Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24
"25 min manat verdilər getmədim"
Dünən, 22:22
Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19
"Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36
Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35
"Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33
Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31
İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29
Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59
Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55
Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48
"O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44
Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39
Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34
Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02
İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52
Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15
Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13
Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02
HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59
İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57
"Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43
Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41
Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49
AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45
Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35
"Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33
İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28
"Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25
Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02
ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59
Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40
"İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37
Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16
Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14
"Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10
ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru