Hitler və Putinin oxşar yalanları – Paralellərə diqqət
Tarix: 20-04-2022, 10:16 | Çap et
“Rusiya BMT-də Ukrayna hadisələri, o cümlədən Buça şəhərində dinc əhalinin qətliamları ilə bağlı beynəlxalq araşdırmaya başlamayacaq”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq təşkilatlar departamentinin direktoru Pyotr İliçev deyib. Onun səsləndirdiyi “arqumentasiya” da gülməlidir. Belə ki, Moskva bu məsələlərdə istintaqın qərəzsizliyinə şübhə edir.
“İndiyə qədər bu mövzu BMT-də qaldırılmayıb. Baxmalıyıq ki, bu, hansı araşdırma ola bilər, onu kim aparacaq. Təəssüf ki, əvvəlki araşdırmaların təcrübəsi son dərəcə qərəzli mövqe nümayiş etdirildiyini göstərir”, - deyə “RİA Novosti” İliçevdən sitat gətirir.
Heyrətləndirici sinizmdir. Rəsmi səviyyədə dayanmadan, uzun illərdir ki, yalanlar danışan Rusiya BMT-nin qərəzsizliyinə şübhə ilə yanaşır. Bu, həqiqətən də kimin ayıbına kor olması misalını xatırladır.
Biz xatırlayırıq ki, bir vaxtlar ən yüksək tribunalardan Rusiya Prezidenti Vladimir Putin dəfələrlə Rusiya Federasiyasının Krımı ələ keçirmək niyyətində olmadığını demişdi. Və sonra Krımın ilhaqı oldu, sonradan bunda iştirak edənlərin hamısı mükafatlandırıldı. Eyni sözləri Donbass haqqında da demək olar. Vaxtilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Daria Aslamova ilə müsahibədə qondarma “DXR” və “LXR”-in “müstəqilliyinin” tanınması məsələsində təəccübləndiyini göstərmişdi. İndi isə onun hazırkı çıxışlarına qulaq asaq.
“Ukrayna ordusunun atəşi gücləndirməsindən sonra Rusiyanın “DXR” və “LXR”-i tanımaqdan başqa çarəsi qalmadı”, - deyə Lavrov “India Today”ə deyib. O vurğulayıb ki, son hadisələr zamanı Ukrayna “NATO-nun körpüsünə” çevrilib və Vladimir Zelenski ölkənin nüvə silahına malik olmasına qayıtmaq imkanını nəzərdən keçirə biləcəyi barədə bəyanatlar verib.
Aydındır ki, bu da sinizm dolu başqa bir yalandır. Rusiyanın seçimi var idi. Donbasda separatizmi və terroru maliyyələşdirməyə, ora hərbi təlimatçılarını göndərməyə, bölgəni silahla doldurmaya bilərdi. O, Ukraynanın daxili işlərinə qətiyyən qarışmaya bilərdi. Amma əslində nə baş verdiyini görürük. Rusiya qorxaqcasına müharibəni “xüsusi əməliyyat” adlandırmaqla Ukraynaya qarşı tammiqyaslı müharibəyə başladı.
Və açıq-aşkar cinayətinə birtəhər bəraət qazandırmağa çalışan Rusiya Federasiyası hər cür cəfəngiyat, “feyklə” gündəmə gəlir. “Biz vurmasaydıq, bizi vurardılar” serialından. Amma bu, təzə hiylə deyil. Adolf Hitlerin 1939-cu il sentyabrın 1-də Kroll Operasında Reyxstaqın fövqəladə iclasındakı çıxışını xatırlamaq kifayətdir. Bu çıxış Polşaya qarşı açıq müharibə elanı idi, baxmayaraq ki, bu, rəsmi olaraq edilməmişdi. Artıq bənzərliklər var və onların sayı çoxdur.
"Həmişə olduğu kimi, sülh yolu ilə bu dözülməz vəziyyətdən çıxmağa, dəyişikliyə nail olmağa çalışdım. Dünyanın bizi güc yolu ilə dəyişikliyə nail olmaqda ittiham etməsi yalandır. Bu, ağ yalandır. Eyni şəkildə, Danziq problemini həll etməyə çalışdım. Bütün problemlərin sülh yolu ilə müzakirəsini təklif edirik" demişdi Hitler.
Ukraynaya qarşı müharibəyə "məcbur olduqlarını" iddia edən Putinin, Lavrovun və digər Rusiya liderlərinin çıxışları ilə heyrətamiz oxşarlıq ortadadır.
"Deputatlar, əgər Almaniya hökuməti və onun füreri Almaniyaya qarşı bu cür rəftarla səbrlə dözsəydilər, sadəcə olaraq siyasi səhnədən silinməyə layiq olardılar. Lakin mənim dünyaya sevgimi və səbrimi zəiflik və ya qorxaqlıq kimi qəbul etməyə başlamaq səhv olar”, – deyə Hitler iddia edirdi.
Və bu, həm də bütün məsuliyyəti başqasının üzərinə atmağa çalışan Rusiya liderlərinin Rusiyanın ona qarşı müharibəyə başlamasında Ukraynanı ittiham edən tezislərini çox xatırladır.
Rusiyanın yalanları və riyakarlığı BMT-də Ukrayna hadisələri ilə bağlı beynəlxalq araşdırmaya başlamaqdan imtina edilməsinin, o cümlədən Buça şəhərində dinc əhalinin qətliamına dair sübutların timsalında da özünü qabarıq şəkildə büruzə verdi. Xatırlayırıq ki, daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Rusiya Buçada dinc əhalinin qətlində əli olması ilə bağlı iddiaları rədd edir və Buçadakı hadisələri “mümkün olan ən yüksək səviyyədə” - BMT Təhlükəsizlik Şurasında müzakirə etmək fikrini müdafiə edir.
Bəs indi sözdən əmələ keçid haradadır? Peskovun Rusiya Federasiyasının günahsızlığını sübut etmək istəyi haradadır?! Bunların heç biri yoxdur və ola da bilməz. Çünki Rusiya Prezidenti Vladimir Putin Buçada baş verən qətlləri “təxribat” və “feyk” adlandırıb. Yəni o, artıq ucadan və aydın şəkildə Rusiya Federasiyasının bu məsələdə mövqeyinin necə olduğunu göstərib. Bu, terroru təşviq edən dövlətin mövqeyidir.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays CNN-ə deyib ki, onlar Rusiya Federasiyasının “terrorizmin sponsorları” siyahısına daxil edilməsi imkanlarını öyrənirlər: “Biz faktları diqqətlə öyrənirik. Biz qanunu diqqətlə öyrənirik”.
Bəli, ABŞ yalnız Rusiya Federasiyasının “terrorçuluğun sponsorları” siyahısına salınması imkanlarını nəzərdən keçirir. Eyni zamanda, Buçada soyqırımı aktının baş verdiyinə dair çoxlu real sübutlar var. Çoxlu sayda dinc ukraynalı sırf ukraynalı olduqları üçün öldürüldü. Onların cəsədləri, o cümlədən kütləvi məzarlıqlar dünyanın aparıcı media nümayəndələri tərəfindən görüntülənib. Kiyev yaxınlığında yerləşən, bir vaxtlar çiçəklənən şəhərin külə çevrilməsinin foto və video sübutları var.
Rus işğalçılarının ukraynalı qadın və uşaqları zorlamasına dair çoxlu sübutlar var. Lakin Rusiya Prezidenti Putin bütün bunların “feyk” olduğunu iddia etməkdə davam edir. Üstəlik, Buçada soyqırımında iştirak etmiş rus hərbçilərinin mükafatlandırılması faktı da var. Hansı ki, bu, özlüyündə bu soyqırımının Rusiya Federasiyası rəhbərliyinin şəxsi göstərişi ilə həyata keçirildiyinə dair aşkar faktın etirafıdır. //ayna//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22 |
|
|
|
• “TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25 |
|
|
|
• Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21 |
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
|