Kiyevdən Tbilisiyə qarşı ağır ittiham: gürcü tərəfi isə isbat tələb edir - GƏLİŞMƏ
Tarix: 8-04-2022, 14:58 | Çap et
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) bəyanat yayıb ki, Rusiya sanksiya tətbiq edilən malları Gürcüstan ərazisindən idxal etməyi planlaşdırır və ölkə rəhbərliyi xüsusi xidmət orqanlarının nümayəndələrinə “qaçaqmalçıların fəaliyyətinə müdaxilə etməməyi” tapşırıb.
“Beynəlxalq sanksiyaların tətbiqi ilə əlaqədar Rusiya Federasiyası geniş çeşiddə hərbi, ikili təyinatlı və mülki malların tədarükü imkanlarını itirib. Rusiya agentləri sanksiyalardan yayınmaq üçün qaçaqmalçılıq kanalları yaradırlar ki, bu da xüsusilə Gürcüstan ərazisindən keçir. Eyni zamanda, siyasi rəhbərlik Gürcüstan xüsusi xidmət orqanlarının nümayəndələrinə qaçaqmalçıların fəaliyyətinə qarışmamağı tapşırıb”, - deyə bəyanatda bildirilir.
Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk da açıqlama verib ki, BKİ-nin məlumatına inanmamaq üçün heç bir əsas yoxdur: “Söhbət makaron və qarabaşaqdan getmir. Söhbət hərbi texnikadan gedir. Bütün bunlar doğrudursa və bizim xüsusi xidmət orqanlarına inanmamaq üçün heç bir əsasım yoxdursa, o zaman bu, niyə baş verir? Niyə Gürcüstan hökumətinə xüsusi xidmət orqanlarına əmr vermək hüququ verirsiniz ki, bütün bunlara göz yumsun? B,u necə mümkündür?”.
Vereşçukun sözlərinə görə, Ukrayna gürcü xalqına göstərdiyi dəstəyə görə minnətdardır: “Lakin Baş nazir İrakli Qaribaşvili, Rusiyanın bu gün dayandırılmasa, gələcəkdə nə baş verəcəyini anlamır. Bitərəf olduğunuzu söyləmək mümkün olmayacaq, sanksiyalara qoşula bilməyəcəyinizi söyləmək mümkün olmayacaq, çünki heç nə işə yaramayacaq. “Hava yollarını açaq” da deyə bilməyəcəksiniz. Bunu deyə bilməzsiniz”.
“Belə mövqe sizi 2008-ci il müharibəsindən xilas etmədi və bu gün də xilas etməyəcək. Mən həqiqətən ümid edirəm ki, gürcü xalqı, mənim gördüyüm, müharibəyə qarşı küçələrə çıxan insanlar öz seçdikləri hökumətin Ukraynaya qarşı belə davranmasını istəmirlər. Mən hər gün rus hərbçilərinin törətdiyi vəhşilikləri izləyirəm və inana bilmirəm ki, siz gürcülər - bizim bacılarımız və qardaşlarımız qadınlarımızı və uşaqlarımızı öldürmək üçün qaçaqmal silahların gətirilməsinə icazə verəcəksiniz”, - deyə Baş nazirin müavini söyləyib.
O, Rusiyanın Gürcüstana hücumunu xatırladıb: “2008-ci ildə sizi Rusiyaya hücumda ittiham etdilər, bu, mümkündürmü? Bu qədər illər keçdi, indi də Ukrayna onlara hücum etdi. Eyni şeyi eşidirik. Siz buna inanırsınız? Siz qürurlu gürcü xalqısınız, hökumətinizin belə davranmasına icazə verə bilməzsiniz, “yox!” deməlisiniz. Xahiş edirəm, camaat, hökumətinizi dayandırın və onlara başa salın ki, bundan yaxşı heç nə gəlməyəcək, bu, yol deyil. Biz mübarizəmizi davam etdirəcəyik. Dünyanın necə olmasını istədiyimizi görürsən. Ancaq kömək etməsən, nə olacağını bilirsən. Gəlin birləşək. Mən sizə demirəm ki, bizim üçün döyüşün, bizə silah verin, amma heç olmasa əmin olun ki, ərazinizdə qaçaqmalçılıq silahı olmasın. Müharibənin dayandırılması üçün bu kiçik addımı atın”.
Vereşçuk Gürcüstandan keçən qaçaqmalçılıq yolunun təfərrüatını bilmədiyini deyib, lakin qeyd edib ki, jurnalistlər müvafiq orqanlara müraciət etsələr, müvafiq məlumat tapa bilərlər: “Təəssüf ki, kəşfiyyatımızın dedikləri səhv deyil. Biz onların səhv etmələrini istəyirik, amma deyillər”.
Və sual yaranır: Gürcüstan hökuməti indiki vəziyyətdə ən yaxın tərəfdaşlarının - Qərb dövlətlərinin və Ukraynanın maraqlarından imtina etməyə hazırdırmı ki, Gürcüstan ərazisinin 20%-ni işğal edən təcavüzkara yardım etsin? Öz araşdırmasını aparıb bu cür faktları təsdiq edə bilən azad mediaya malik bir ölkədə bu, nə dərəcədə mümkündür? Axı Gürcüstanın indiki hakimiyyət orqanları nə qədər rusiyapərəst olsa da, bu təhlükəni tam dərk edirlər. DİA.AZ xəbər verir ki, AYNA-nın suallarını tanınmış gürcüstanlı ekspertlər cavablandırıblar.
Konfliktoloq, beynəlxalq münasibətlər üzrə elmlər doktoru, Gürcüstan Texniki Universitetinin professor Amiran Xevtsuriani:
“Ukrayna kəşfiyyatının və yüksək rütbəli məmurun yuxarıda qeyd etdiyimiz rəsmi açıqlamaları ölkəmizin reputasiyasına ən böyük zərbədir. Üstəlik, bu, Gürcüstanın Avroatlantik gələcəyinə düzəlməz ziyan vura bilər. Belə bir vəziyyətdə iki ölkə arasında rəsmi səviyyədə artıq münasibətləri korlayan bu insident sadəcə olaraq nəticə verməyəcək.
Düzdür, demək lazımdır ki, məsələnin daha çox şəffaflığa ehtiyacı var. Üstəlik, rəsmi Tiflis də bunda israrlıdır. Odur ki, Ukrayna xarici işlər nazirinin gürcü tərəfinin onlardan sübut təqdim etmələrini deməsi tamamilə anlaşılmazdır. Axı, Ukrayna hakimiyyəti gürcü tərəfinə qarşı belə irimiqyaslı ittiham irəli sürürsə, o zaman sübut yükü də elə Ukrayna tərəfinin üzərinə düşür. Mən birmənalı şəkildə bildirirəm ki, burada söhbət Gürcüstanın milli maraqlarından, onun bu günü və gələcəyindən gedir”.
Politoloq, Azad Rusiya Fondunun Cənubi Qafqazdakı nümayəndəliyinin direktoru Yeqor Kuroptev:
“İndi Putinin başlatdığı Ukraynaya qarşı müharibə gedir. Ukraynanın bütün qonşularından və dostlarından maksimum dəstək tələb etmək hüququ var, çünki Ukrayna təkcə öz torpaqlarını deyil, həm də bütün Avropanı müdafiə etmək üçün mübarizə aparır - Gürcüstan da daxil olmaqla. Gürcüstan rəhbərliyinin ictimai mövqeləri, yumşaq desək, tez-tez çaşqınlıq yaradır.
Sanksiyalardan yayınmağa gəlincə, mən əminəm ki, Kreml indi həqiqətən işləyir və sanksiyalardan yan keçməyin yollarını axtarır. Amma məndə Gürcüstanın bu işdə əli olduğuna dair heç bir fakt və sübut yoxdur. Belə sübutlar ictimaiyyətə təqdim edilməyib.
Hər gün övladlarını itirən Ukrayna üçün hətta Gürcüstanın hansısa səbəbdən Rusiyaya kömək etməsi fikri belə, xəyanətdir. Amma heç bir fakt yoxdur. Xüsusilə də silah qaçaqmalçılığı ilə bağlı.
Əgər Ukrayna kəşfiyyatında belə məlumatlar varsa, hamı bunu görmək istərdi. Təbii ki, Gürcüstanda çoxlu müxalif jurnalistlər, fəallar var və onlar həqiqəti öyrənməyə çalışa bilərlər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50 |
|
|
|
• Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir - Eldar Əzizov
Bu gün, 10:49 |
|
|
|
• Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... - ARAŞDIRMA
Bu gün, 10:48 |
|
|
|
• Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək
Bu gün, 10:25 |
|
|
|
• Müharibə dayandırıla bilərdi, amma Blinken... - Şok faktlar
Bu gün, 10:19 |
|
|
|
• Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... - "...yaşadığım ev qəzalı vəziyyətə düşəcək"
Bu gün, 10:18 |
|
|
|
• Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib
Bu gün, 10:05 |
|
|
|
• Əməkdar artist Mövsüm Hüseynov vəfat edib
Bu gün, 09:39 |
|
|
|
• “Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...”
Bu gün, 09:32 |
|
|
|
• İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... - O DA BELƏ...
Bu gün, 09:23 |
|
|
|
• Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"
Bu gün, 09:16 |
|
|
|
• “Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” - ŞƏRH
Bu gün, 09:13 |
|
|
|
• Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün, 09:02 |
|
|
|
• Saxta məhsul... saxta endirim... VƏ... - BU DA FAKT!
Bu gün, 09:00 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb - “DeepState”
Bu gün, 08:43 |
|
|
|
• Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... - Ekspert danışır...
Bu gün, 08:38 |
|
|
|
• Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq
Bu gün, 08:35 |
|
|
|
• Qulağı kar adama sübut edirlər ki, eşidirsən... - GİLEY
Bu gün, 08:32 |
|
|
|
• NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22 |
|
|
|
• “TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25 |
|
|
|
• Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21 |
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
|