Kreml düşdüyü vəziyyətdən çıxmaq üçün çırpınır - İNCƏLƏMƏ...
Tarix: 1-04-2022, 11:05 | Çap et
Gürcüstanda separatçı Cənubi Osetiya “respublikası”nın qondarma “prezidenti” Anatoli Bibilov Rusiyaya birləşmək üçün yaxın vaxtlarda “hüquqi prosesə” başlayacaqlarını elan edib. Bibilovun açıqlaması onun öz qərarından daha çox, Kremlin sifarişinə bənzəyir. Ukrayna üzərindən yaşanan geosiyasi qarşıdurmanın Gürcüstan üzərindən Cənubi Qafqaza köçürülməsi ehtimallar arasındadır.
Rusların Ukraynaya hücumundan sonra rəsmi Tbilisi maksimum ehtiyatlı mövqe sərgiləsə də, Avropa İttifaqına üzv olmaq istiqamətində fəaliyyətini intensivləşdirir. Mümkündür ki, Rusiya Ukraynadan sonra Gürcüstan üzərində təzyiqi artıracaq. Abxaziyanın da Cənubi Osetiyanın yolu ilə gedəcəyi istisna deyil. Ekspertlərə görə, Kreml Cənubi Osetiya və Abxaziyanın Rusiyaya birləşdirilməsi məsələsindən ilk dövrdə Tbilisinin siyasi xəttinə təsir etmək məqsədilə istifadə edə bilər. Rusiyanın Gürcüstana qarşı Cavaxetiya ermənilərini aktivləşdirməsi də real versiyalardandır. Cavaxetiyada erməni separatizminin alovlandırılması Gürcüstana qarşı “daxildən zərbə” vurmaqla yanaşı, Azərbaycanın neft-qaz kəmərlərinin bu bölgənin yanından keçən hissəsinə də risklər yarada bilər. Ukraynada separatçı bölgələrin Rusiyaya birləşmək istəyinin ardından Cənubi Osetiyanın da bu yola düşməsi ermənilərin iştahını daha da artırıb. Ermənilər bunu Rusiyanın post-sovet məkanındakı tanınmamış “respublikalar”la bağlı qərar verdiyi, Qarabağla bağlı da “tanınma” senarinin mümkünlüyü kimi dəyərləndirirlər. diaaz.space-ın məlumatına görə, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Şərq”ə bildirib ki, Qərbin ciddi sanksiyalarına məruz qalan Rusiya müxtəlif gedişlərə baş vurur. Partiya rəhbərinin sözlərinə görə, Gürcüstandakı separatçıların aktivləşmə prosesi birbaşa Moskvanın diktəsi ilə həyata keçirilir:
“Gürcü xalqı açıq-aşkar Ukraynaya dəstək verir və orada ruslara qarşı döyüşürlər. Kreml bir növ gürcüləri cəzalandırmaq üçün belə addım atıb. Ancaq belə gedişlərin heç biri Rusiyanı düşdüyü vəziyyətdən qurtarmaq gücündə deyil. Rusiya xilas olmaq üçün çırpınır. Özünün itirilmiş nüfuzunu bərpa etmək üçün müəyyən təşəbbüslərə əl atır. Lakin Kreml öz hərəkətləri ilə Qərbin daha genişmiqyaslı sanksiyaları ilə üzləşəcək və zəifləyəcək”.
Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Əli Orucov da “Şərq”ə deyib ki, dünya ictimaiyyəti Rusiyanın təcavüzkar siyasətinə qarşı ciddi birlik nümayiş etdirir. Partiya təmsilçisi qeyd edib ki, Moskva təklənmiş durumdadır:
“Kreml öz aqressiyasını və işğalçılıq missiyasını genişləndirmək siyasəti həyata keçirir. Qərblə mübarizə cəbhəsini genişləndirməyə çalışır. ABŞ və Avropanın hansı tərəfdə maraqları varsa, həmin istiqamətdə zərbə vurmağa səy göstərir. Amma belə addımlar son nəticədə Kremlin özünə zərbə vurur. Rusiyanın separatçılığı yenidən qızışdırması məsələsi Qarabağ üçün də aktualdır. Onsuz da hamıya bəllidir ki, Qarabağdakı separatçıları silahlandıran, təlim keçən və onları təxribata sövq edən Rusiyadakı müəyyən dairələrdir. Kremlin qeyri-rəsmi sözçüsü A.Duqin deyir ki, “əgər Rusiya yoxdursa, dünya da olmayacaq”. Yanaşma budur, Rusiya yanırsa, çökürsə, bölgə də, dünya da dağılsın. Halbuki, Gürcüstan Rusiya-Ukrayna müharibəsində neytral mövqe sərgiləmiş, sanksiyalara qoşulmamış və buna görə Kiyevlə arası pozulmuşdu. Moskva buna rəğmən, Gürcüstana qarşı addım atdı, ölkənin ərazi bütövlüyünü təhdid etməkdən çəkinmədi. Yəni Rusiya ilə nə qədər ehtiyatlı davranılsa da, Kremlin nazı ilə oynanılsa da, Moskva öz maraqları naminə bütün addımları atır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50 |
|
|
|
• Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir - Eldar Əzizov
Bu gün, 10:49 |
|
|
|
• Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... - ARAŞDIRMA
Bu gün, 10:48 |
|
|
|
• Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək
Bu gün, 10:25 |
|
|
|
• Müharibə dayandırıla bilərdi, amma Blinken... - Şok faktlar
Bu gün, 10:19 |
|
|
|
• Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... - "...yaşadığım ev qəzalı vəziyyətə düşəcək"
Bu gün, 10:18 |
|
|
|
• Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib
Bu gün, 10:05 |
|
|
|
• Əməkdar artist Mövsüm Hüseynov vəfat edib
Bu gün, 09:39 |
|
|
|
• “Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...”
Bu gün, 09:32 |
|
|
|
• İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... - O DA BELƏ...
Bu gün, 09:23 |
|
|
|
• Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"
Bu gün, 09:16 |
|
|
|
• “Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” - ŞƏRH
Bu gün, 09:13 |
|
|
|
• Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün, 09:02 |
|
|
|
• Saxta məhsul... saxta endirim... VƏ... - BU DA FAKT!
Bu gün, 09:00 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb - “DeepState”
Bu gün, 08:43 |
|
|
|
• Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... - Ekspert danışır...
Bu gün, 08:38 |
|
|
|
• Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq
Bu gün, 08:35 |
|
|
|
• Qulağı kar adama sübut edirlər ki, eşidirsən... - GİLEY
Bu gün, 08:32 |
|
|
|
• NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22 |
|
|
|
• “TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25 |
|
|
|
• Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21 |
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
|