Ukraynada real mənzərə: rus yalanının şoku və həqiqətin təsdiqi - NƏ BAŞ VERİR?
Tarix: 12-03-2022, 10:37 | Çap et
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Mariupolda uşaq xəstəxanası və doğum evinin bombalanmasının Rusiya ordusunun şüurlu və məqsədyönlü qərarı olduğunu təsdiqləyib. O, bu barədə Antalyada Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında açıqlama verib.
Nazir doğum evini hərbi hədəf hesab etdiyini vurğulayıb: “Bir neçə gün əvvəl BMT Təhlükəsizlik Şurasının iclasında Rusiya nümayəndə heyəti bu doğum evinin çoxdan “Azov” batalyonu və digər radikallar tərəfindən ələ keçirildiyinə dair, bütün doğuş edən qadınların, bütün tibb bacıları və ümumiyyətlə, bütün heyətin oradan qovulmasına dair faktlar təqdim etdi. Bu, ultra-radikal “Azov” batalyonunun bazası idi”.
Lavrov tsinik yalanlar “sənətində” özünü belə üstələyə bildi. Həqiqət budur ki, martın 9-u saat 16:30 radələrində rus işğalçıları Mariupoldakı uşaq xəstəxanası və doğum evinə təyyarələrdən bir neçə iri bomba atıblar. Tibb müəssisəsinin bütün binaları tamamilə dağılıb. Rusiya təyyarələrinin Mariupoldakı uşaq xəstəxanasını bombalaması nəticəsində biri uşaq olmaqla 3 nəfər ölüb, 17 nəfər yaralanıb.
Mariupol şəhərinin meri Vadim Boyçenko bunu rus işğalçılarının etdiklərini soyqırımı adlandırıb və ümid edir ki, doğum evinə hava hücumunda iştirak edən hərbi cinayətkarlar beynəlxalq məhkəmələrdə ən ağır cəzaya layiq görüləcəklər. O haqlıdır. Dinc Ukrayna əhalisini məhv etmək üçün cinayət əmrləri verən və icra edən bütün Rusiya siyasətçilərinin və hərbçilərinin məhkəməsi mütləq olacaq. Bunda Sergey Lavrovun xüsusi yeri var.
Ancaq indi nə qədər təəccüblü səslənsə də, onun yalan sözlərinin artıq heç bir mənası yoxdur. 1945-ci ilin aprelində Göbbelsin təbliğatının da heç bir mənası yox idi. Nasist Almaniyası o vaxta qədər artıq uduzmuşdu, amma təbliğat onun ordusunun "qələbələrini" tərənnüm edirdi - daha doğrusu, o vaxta qədər ordudan nə qalmışdısa. Reallıqda isə yeganə sual təslim aktının nə vaxt imzalanacağı idi.
İndi də eyni vəziyyət yaşanır. Rusiya artıq məğlub olub. Bunu hətta cəbhə xəttindən gələn son xəbərlər də sübut edir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya qoşunlarının bütün istiqamətlərdə hücumu Ukraynanın müdafiə qüvvələri tərəfindən dayandırılıb: “Ukrayna xalqının Rusiyanın hərbi işğalına qarşı qəhrəmancasına müqavimətinin 16-cı günü davam edir. Ukrayna Müdafiə Qüvvələri layiqli cavab verir və Rusiya silahlı qüvvələrinin bütün istiqamətlərdə hücum əməliyyatını dayandırır”.
“Rusiya qoşunları xeyli itki verən, yenidən qruplaşan və Kiyevi qərbdən və cənub-qərbdən bloklamaq planından əl çəkməyən bölmələrin döyüş hazırlığını bərpa etməyə çalışır. İşğal edilmiş yaşayış məntəqələrinin evakuasiya edilmiş sakinləri adı altında düşmən təxribat və kəşfiyyat qruplarının hazırlanıb Kiyevə daxil olması istisna edilmir. Ukrayna Müdafiə Qüvvələri Moşçun qəsəbəsi yaxınlığında düşmənin İrpen çayını zorla keçmək cəhdini dəf edib, düşmən geri çəkilib, yaşayış məntəqəsi azad edilib”, - deyə sözügedən məlumatda vurğulanır.
Bu arada internetdə Ukrayna Silahlı Qüvvələrinə məxsus “Bayraktar TB2” PUA-nın “Buk” hava hücumundan müdafiə raket sistemini darmadağın etməsinin görüntüləri yayımlanıb. Və məhv edilmiş Rusiya hərbi texnikası haqqında belə kadrlar çoxdur. Ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenkonun da baş verənlərlə bağlı təhlili var. O, öz “Facebook” səhifəsində yazıb ki, Rusiya işğalçı qoşunlarının ləng irəliləməsi və Rusiya Silahlı Qüvvələrinin bölmələrinin fəaliyyəti itkilərin bərabər və orta səviyyədə bölüşdürülməsinə səbəb olub.
“Mövcud məlumatlara görə, 2022-ci il martın 10-u səhər saatlarında rus işğalçılarının sanitar itkiləri 38 min nəfərdən çox olub. Geri dönməz sanitar itkilər (ölənlər) 12 min nəfəri keçib. Beləliklə, rus işğalçı qoşunlarının ümumi itkiləri 50 min nəfəri ötüb”, - deyə analitik bildrib.
Əlavə edib ki, Rusiya komandanlığı Ukraynaya müdaxilənin birinci dalğasının nəticələrindən nəticə çıxarıb və ikinci dalğaya daha diqqətlə hazırlaşır: “Təxmini hesablamalara görə, ikinci dalğanın tammiqyaslı sıçrayışı zamanı Rusiya və Belarus xəstəxanaları və hospitalları gündə 3000-dən 5000-ə qədər yaralının ümumi ötürmə qabiliyyətini təmin etməlidir. Nəzərinizə çatdırım ki, işğalın ilk günlərində onlar belə bir ötürmə qabiliyyətini təmin edə bilmədilər və ilk 48 saatda yaralıların axınında boğuldular”.
Yəni Rusiya, şübhəsiz ki, xaotik olaraq haradasa nəsə yenə ələ keçirməyə çalışacaq, lakin bu cəhdin nəticəsi proqnozlaşdırıla bilər - Ukraynanın tam işğalının tamamilə real olmaması şəraitində öldürülən və yaralanan işğalçılardan düzələn leş dağı. Və burada söhbət təkcə Rusiya Federasiyasının “top yemi” axtarışında artıq imperiyanın ucqarlarına əl atması deyil, həm də onun hərbi texnikasının keyfiyyətinin. şoka salmasıdır.
“Mən getdikcə ələ keçirilən rus texnikası arasında, yumşaq desək, daha çox ikinci dərəcəli nümunələr görürəm. Ukrayna silahlı qüvvələrinin əlinə daha az T-72B3 və T-80BVM və ya PUA düşür, o ki, qala müasir T-90A tankları. Hətta köhnə T-72B və T-72A görünməyə başlayır. BTR-82A artıq o qədər də tez-tez rast gəlinən qənimət deyil, getdikcə daha çox BTR-80-ə rast gəlinir. Deyəsən, işğalçı qüvvələrdə işğal üçün nəzərdə tutulmuş BMD-2 ehtiyatı da tükənib”, - deyə Kovalenko yazır.
Onun fikrincə, Rusiya Federasiyasının Silahlı Qüvvələrinə aid döyüşə ən hazır və müasir potensialı olan, ilk sıçrayış üçün nəzərdə tutulmuş texniki bölmələr tükənib. İndi döyüş əməliyyatlarında rezerv qüvvələr getdikcə daha çox istifadə olunur ki, onlar da, yumşaq desək, heç də ən yaxşı texniki və fiziki vəziyyətdə deyil. Onların döyüşə göndərilməsi, dinamik mühafizəsi olmayan tankların, tamamilə “çılpaq” olması ondan xəbər verir ki, hərbiçilərin itkiləri Rusiya komandanlığının nəinki vecinə deyil, hətta onların döyüşə atılası başqa tankları mövcud deyil.
“İndi RF Silahlı Qüvvələrinin əlavə qüvvələri və vasitələri Ukrayna ilə sərhədlərə cəlb olunur, onların arasında yeni silah modelləri var, lakin birinci dalğa ilə müqayisədə eşelon və kolonlarda onların sayı xeyli azdır. Rusiya özünün qabaqcıl yeni texnologiya resursunu tükətdi və indi o, ölkənin hər yerindən ehtiyatlar toplamalı, həm də SSRİ-dən miras qalan texnika ilə müharibə aparmalı olacaq. Ukraynaya qarşı müharibənin ikinci həftəsində dünyanın “ikinci” ordusunun resursları tükəndi”, - deyə ukraynalı ekspert fikrini yekunlaşdırır.
Eyni zamanda, Qərb silahlarının ən yaxşı nümunələrinin Ukraynaya çatdırılması davam edir. Onun mübarizə aparacağı motivasiyası da var. Çünki Ukrayna qalib gələcək – həm də çox tezliklə. Sonra isə hər kəsdən etdiklərinin əvəzi soruşulacaq. O cümlədən Lavrovdan. Hər şey üçün. //AYNA//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Bu gün, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Bu gün, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Bu gün, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Bu gün, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Bu gün, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Bu gün, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Bu gün, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Bu gün, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Bu gün, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Bu gün, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Bu gün, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Bu gün, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Bu gün, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Bu gün, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Bu gün, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Bu gün, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50 |
|
|
|
• Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir - Eldar Əzizov
Bu gün, 10:49 |
|
|
|
• Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... - ARAŞDIRMA
Bu gün, 10:48 |
|
|
|
• Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək
Bu gün, 10:25 |
|
|
|
• Müharibə dayandırıla bilərdi, amma Blinken... - Şok faktlar
Bu gün, 10:19 |
|
|
|
• Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... - "...yaşadığım ev qəzalı vəziyyətə düşəcək"
Bu gün, 10:18 |
|
|
|
• Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib
Bu gün, 10:05 |
|
|
|
• Əməkdar artist Mövsüm Hüseynov vəfat edib
Bu gün, 09:39 |
|
|
|
• “Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...”
Bu gün, 09:32 |
|
|
|
• İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... - O DA BELƏ...
Bu gün, 09:23 |
|
|
|
• Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"
Bu gün, 09:16 |
|
|
|
• “Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” - ŞƏRH
Bu gün, 09:13 |
|
|
|
• Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün, 09:02 |
|
|
|
• Saxta məhsul... saxta endirim... VƏ... - BU DA FAKT!
Bu gün, 09:00 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb - “DeepState”
Bu gün, 08:43 |
|
|
|
• Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... - Ekspert danışır...
Bu gün, 08:38 |
|
|
|
• Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq
Bu gün, 08:35 |
|
|
|
• Qulağı kar adama sübut edirlər ki, eşidirsən... - GİLEY
Bu gün, 08:32 |
|
|
|
• NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22 |
|
|
|
|