Putinin Ukrayna planları sirr olaraq qalır – Qərb mediası
Tarix: 12-01-2022, 12:37 | Çap et
DİA.AZ: - Rusiya Prezidenti Vladimir Putin aylardır Ukrayna ilə sərhəd yaxınlığına 100 minədək qoşun cəmləyir. Amma Moskva bu ölkəni işğal etmək niyyəti olmadığını deyir. Bəs onda Rusiyanın növbəti addımı nə ola bilər? DİA.AZ xəbər verir ki, “The New York Times” qəzetinin müxbiri Anton Troyanovski bunu Putindən başqa heç kəsin bilmədiyini yazır. Müəllifin fikrincə, elə Putinin niyyəti də budur.
Rusiyanın xarici siyasəti üzrə tanınmış təhlilçi, Kremlə tövsiyələr verən şuranın başçısı Fyodor Lukyanov elə belə də deyir: “Qətiyyətlə bəyan edəcəyim ekspert fikri budur: Lənət şeytana, kim bilir?”
Kim bilir?
Təhlilçilərin fikrincə, hətta Putinin yaxın ətrafı belə onun Ukraynaya qarşı tammiqyaslı müharibə planında nə dərəcədə ciddi olduğunu dəqiq bilmir. O ki qala bu həftə Cenevrədə ABŞ-la danışıqlara rəhbərlik etmiş Xarici işlər nazirinin müavini Sergey Ryabkov ola.
Rusiyalı və amerikalı təhlilçilər onun belə bir qərar verməməsini də mümkün sayırlar. Ola bilsin, Qərbi gərgin saxlamaqdan həzz alır.
Danışıqlar yanvarın 12-də Brüsseldə NATO ilə, 13-də isə ATƏT-lə davam edəcək. Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Rusiya bundan sonra diplomatiyaya davam etməyin “mənası olub-olmadığına” qərar verəcək.
Müəllif yazır ki, Putinin son aylardakı davranışı onun zəif geosiyasi mövqeyi ilə yüksək nəticələr əldə etməkdən ötrü gərginlik və gözlənilməzlikdən necə yararlanmaq bacarığını göstərir. İqtisadi vəziyyəti yaxşı olmayan Rusiya azı dörd cəbhədə – Belarus, Qazaxıstan, Ukrayna və Cənubi Qafqazda gərgin vəziyyətləri idarə edir.
Klassik Putin strategiyası
“Putin illərdir NATO-nun şərqə doğru genişlənməsindən, Amerikanın Ukraynada qərbyönlü əhvalı dəstəkləməsindən qəzəbini ifadə edir; indi isə Prezident Co Baydenin gündəmini mürəkkəbləşdirə biləcək yeni təhlükəsizik böhranı yaratmaqla o, məsələni düz Vaşinqtonun qənşərinə çıxara bilib”, – müəllif yazır.
“Son 30 ildə ilk dəfə olaraq Birləşmiş Ştatlar hətta bir il öncə müzakirəsi qeyri-mümkün sayılan məsələləri dartışmağa razılaşıb”, – R.Politik siyasi təhlil firmasının təsisçisi Tatyana Stanovaya deyir.
İndi isə Rusiya prezidenti amerikalıları danışıqlar masasına çəkərək klassik Putin strategiyası yürüdür: oyun meydançasında mümkün qədər çox, müxtəlif istiqamətləri göstərən gedişlər edir, adamlar bunların üzərində baş sındırdığı vaxt isə o, gedişatdan asılı olaraq özünə ən çox əl verən taktikanı seçir.
Məsələn, Ryabkov jurnalistlərə deyib ki, o, heç bir ultimatum irəli sürmür. Amma onu da əlavə edib ki, Birləşmiş Ştatların Ukraynanın heç vaxt NATO-ya qoşulmayacağına qarantiya verməsi “tamamilə məcburidir”.
Sanksiyaların təsiri varmı
Rusiyaya sanksiyalar Birləşmiş Ştatlarla gərginliyi yoluna qoymayacaq. Bunu isə iki ekspert CNBC-yə deyib.
“Rusiyaya sanksiyalar işləmir. Rusiya sadəcə daha da inadcıl olur”, – Britaniyanın Moskvada keçmiş səfiri Toni Brenton deyib.
Onun fikrincə, Qərb də cavabında inad edir. “Və beləliklə də həqiqi, çox təhlükəli təhlükəsizlik qarşıdurmasına bir az da yaxınlaşırsız”, – o bildirib.
Corctaun Universitetindən Ancela Stent isə düşünür ki, sanksiya təhdidi Rusiyanı heç də çəkindirə bilməyib.
Ekspert diqqəti təklif olunan sanksiyaların miqyasına çəkir, onlar texnologiya ixracına, bankların beynəlxalq maliyyə sisteminə çıxışına təsir göstərə bilər.
Əgər Putin Ukraynanı işğal etməyə qərar versə, “gözlənən sanksiyaların onu bu yoldan döndərəcəyindən əmin deyiləm”, – Stent vurğulayıb.
Stent işğal təhlükəsinin qaldığını, “indiki məqamda 50-50-yə” olduğunu deyərək işğalın irimiqyaslı deyil, “daha məhdud” ola biləcəyini sözlərinə əlavə edib.
Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edərək ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. Moskva dəlillərin olmasına baxmayaraq, bu dəstəklə bağlı deyilənləri rədd edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02 |
|
|
|
• Aynişanın adından dələduzluq
Dünən, 18:59 |
|
|
|
• Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56 |
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Dünən, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Dünən, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Dünən, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Dünən, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Dünən, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Dünən, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Dünən, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Dünən, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Dünən, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Dünən, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Dünən, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Dünən, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Dünən, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Dünən, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Dünən, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Dünən, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Dünən, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Dünən, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Dünən, 10:50 |
|
|
|
|