Navalnıya ekstremist damğası vurulur, daha 10 il həbs təhlükəsi - sanksiyalar güclənəcək
Tarix: 30-09-2021, 08:45 | Çap et
Həbsdə olan Kreml tənqidçisi Aleksey Navalnı Rusiya müstəntiqləri tərəfindən daha 10 il həbs cəzasına səbəb ola biləcək yeni bir cinayət işi ilə üzləşib. “Yeni Müsavat”ın xəbərinə görə, Rusiya hökumətinin böyük cinayətləri araşdıran İstintaq Komitəsi tərəfindən başladılan istintaq Navalnını “Rusiya Federasiyasında konstitusiya quruluşunun əsaslarını dəyişdirmək” məqsədilə “ekstremist bir şəbəkə” yaratmaqda və idarə etməkdə günahlandırır.
Bu barədə komitənin bəyanatında qeyd olunub. Müstəntiqlər həmçinin Navalnı və müttəfiqlərini Navalnının qadağan olunmuş Korrupsiyaya Qarşı Mübarizə Fondunu “cinayət fəaliyyətini təşviq etmək üçün” tanıtmaq üçün sosial media hesabları açmaqda günahlandırırlar.
Amma Navalnıya qarşı irəli sürülən yeni ittihamlarla əlaqədar Qərb təsisatları tərəfindən çevik reaksiyalar müşahidə olunmur. Ümumiyyətlə, onun azad olunması üçün Rusiya hakimiyyətinə beynəlxalq təzyiqlər istənilən səviyyədə deyil. Bu da şübhələrə yol açır ki, ya Navalnı xilas edilmir, Qərb öz adamını qurban verir, ya da buna gücü çatmır. Əlbəttə, ikinci versiya daha ağlabatan arqument ola bilər. Çünki Putin iqtidarı heç də beynəlxalq təzyiqlərə tab gətirməyərək tənqidçilərini azad edəcək qədər aciz və zəif deyil. Bəs Navalnını nə gözləyir, o, yenidən 10 il həbslə üzləşə bilərmi? Qərb onu xilas etmək üçün hansı addımları atacaq?
Siyasi təhlilçi Ramiyə Məmmədovanın “Yeni Müsavat”a bildirdiyinə görə, əgər istintaq tərəfindən irəli sürülən ittihamlarla bağlı yeni məhkəmə başlasa, Rusiyaya qarşı sanksiyalar güclənə bilər. Onun fikrincə, Qərbin Kremlə təzyiq üçün əlində ayrı mexanizmləri yoxdur: “Nə onu həbsdən qaçırmaq, nə başqa praktik addımlar atmaq ağlından belə keçməz. Putin onu azad etmirsə, Qərbin gücü yalnız sanksiyaları artırmağa çatır. Eyni zamanda rusiyalı məmurların Avropaya girişinə məhdudiyyətlər tətbiq oluna bilər. Odur ki, Navalnı ilə bağlı ağır cəza qərar verilsə, Qərb əl-qolunu sallamayacaq”.
Siyasi şərhçinin fikrincə, Navalnı və tərəfdarlarının ekstremist şəbəkə yaratmaqda ittiham olunmasına görə etiraz aksiyaları keçirilməsi mümkündür: “Artıq ABŞ hökuməti də Navalnı ilə bağlı Rusiyaya yeni məhdudiyyətlər tətbiq edir. Rusiya kimyəvi və bioloji silahlara nəzarət və onların hərbi istifadəsinin qadağan edilməsi haqqında 1991-ci il Amerika qanununu pozub. Bu səbəbdən azı 1 illik sanksiyalar yaxın vaxtlarda qüvvəyə minəcək. Güman etmirəm ki, Rusiya onu həbsdə çox saxlaya bilsin. Yəni hər halda, 10 il türmədə çürüdə bilməz. Amma belə tezliklə azad olunacağını da gözləmirəm. Məsələ budur ki, avtoritar rejimlər tənqidçilərini həbs edəndə bunu təkcə həmin məhbusu cəzalandırmaq yox, onu müdafiə edən güclərə ”əzələ nümayişi" kimi qiymətləndirirlər. Putin Navalnını Qərbin agenti sayır və mümkün qədər prosesi uzadıb siyasi alver predmetinə çevirəcək".
Xatırladaq ki, ötən il avqustun 20-də Navalnı Tomskdan Moskvaya uçarkən yolda vəziyyəti anidən pisləşib. İlk iki gündə bloggerə Omsk xəstəxanasının həkimləri kömək edib. Onu süni komaya salıblar. 22 avqustda Navalnı Berlindəki klinikaya göndərilib. O, Berlinin “Charite” klinikasında müalicə edilib.
Müalicəsi bitdikdən sonra “Yves Rocher” cinayət işində cəza şərtlərini pozduğuna görə axtarışa verilən Navalnı bu il yanvarın 17-də Rusiyaya dönərkən “Şeremetevo” hava limanında saxlanılıb. Onun “Yves Rocher işi üzrə şərti cəzası ləğv edilərək 3,5 illik həbs cəzası ilə əvəz edilib. Qərara əsasən, Navalnının ev dustaqlığında keçirdiyi 12 ay təyin edilmiş həbs müddətindən çıxılacaq. Fevralın 17-də 2014-cü il 30 dekabr tarixində Zamoskvoretsk rayon Məhkəməsinin çıxardığı hökmdən verilən apelyasiya şikayətinə baxılıb. Moskva Şəhər Məhkəməsi onun və qardaşı Oleq Navalnı barəsində hökmü qüvvədə saxlayıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Biz insanlar qəribəyik..."
Bu gün, 00:51 |
|
|
|
• Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48 |
|
|
|
• Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45 |
|
|
|
• “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42 |
|
|
|
• Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02 |
|
|
|
• Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28 |
|
|
|
• Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22 |
|
|
|
• Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47 |
|
|
|
• İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45 |
|
|
|
• Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12 |
|
|
|
• Qarabağ qazisi iş tapa bilmir - "Vəziyyətim son dərəcə çətindir..."
Dünən, 21:09 |
|
|
|
• ABŞ-ın yeni düşmənləri kim olacaq? – Geosiyasi vəziyyət dəyişir
Dünən, 20:27 |
|
|
|
• Bu il sülh sazişi imzalanacaqmı? - AKTUAL
Dünən, 20:24 |
|
|
|
• Regiona təhlükə saçacaq xartiya: - Tramp Baydenin Ermənistan səhvini düzəldəcək?
Dünən, 19:00 |
|
|
|
• “Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• "Avion Travel"in rəhbəri məhkəmə qarşısında - Yarım milyonluq dələduzluq işi
Dünən, 18:37 |
|
|
|
• “Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 18:31 |
|
|
|
• Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” - GƏLİŞMƏ
Dünən, 18:19 |
|
|
|
• 4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür
Dünən, 18:15 |
|
|
|
• Trampdan “qızıl dövr” anonsu və: dünya siyasətində dəyişiklik gözləntisi
Dünən, 18:06 |
|
|
|
• Ümit Özdağ sərbəst buraxılıb
Dünən, 17:58 |
|
|
|
• İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib
Dünən, 17:57 |
|
|
|
• Bakıda idmançı qohumunu öldürənin cəzası 5 il azaldıldı
Dünən, 17:40 |
|
|
|
• Naxçıvanda donuzların kökü kəsilib – Rəsmi statistika
Dünən, 17:35 |
|
|
|
• İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI - DURUMU AĞIRDIR...
Dünən, 17:29 |
|
|
|
• "Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
Dünən, 17:24 |
|
|
|
• Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? - “Hraparak”
Dünən, 17:18 |
|
|
|
• 61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır - DETALLAR
Dünən, 17:06 |
|
|
|
• Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Dünən, 17:03 |
|
|
|
• Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Dünən, 16:53 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisinin başı CƏNCƏLDƏ - TƏFƏRRÜAT
Dünən, 16:47 |
|
|
|
• Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar? - AÇIQLAMA
Dünən, 16:38 |
|
|
|
• 6 azərbaycanlının tarixi bəyanatı: - Son bir ildə Bakı üçün nələr dəyişdi?
Dünən, 16:35 |
|
|
|
• Zəngəzur planında dəyişiklik: - “İrəvan kobud səhvə yol verdi”
Dünən, 16:31 |
|
|
|
• Azərbaycanda daha bir qurumda kütləvi ixtisar - Səbəb nədir?
Dünən, 16:28 |
|
|
|
• Lavrov erməni həmkarına İrəvana səfər edəcəyini vəd edib
Dünən, 16:20 |
|
|
|
• Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsində zərərçəkənlər danışır: - Onlara layiq olduğu cəzanı vermək lazımdır
Dünən, 16:17 |
|
|
|
• Bakıda ŞOK: ata 3 il övladını zorladı - AĞIR CƏZA
Dünən, 16:12 |
|
|
|
• BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
Dünən, 16:02 |
|
|
|
• Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib
Dünən, 15:53 |
|
|
|
• "Ermənistan rəhbərliyi istəyir ki, ölkədəki mövcud Rusiya hərbi bazasını NATO hərbi bazası ilə əvəzləsin" - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:51 |
|
|
|
• Lavrovla Mirzoyan arasında mətbuat konfransı zamanı maraqlı dialoq yaşanıb
Dünən, 15:49 |
|
|
|
• “Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
Dünən, 15:48 |
|
|
|
• Bakıda məşhur iş adamı həbs olundu - Xəzinadarı 20 min manatını oğurlamışdı
Dünən, 15:40 |
|
|
|
• “MTN işi” üzrə zərərçəkənlər etiraz edir - FOTO
Dünən, 15:38 |
|
|
|
• Diqqət sərhəddə: - Erməni ordusu "Əskipara üçbucağı"ndan çıxsa...
Dünən, 15:29 |
|
|
|
• Fərid Səfərlinin anası oğlunun azadlığa çıxmasına görə Prezident İlham Əliyevə təşəkkür edib
Dünən, 15:27 |
|
|
|
• Ukrayna ordusunun baş psixiatrı saxlanıldı: - Milyon dollar qazanıb
Dünən, 15:18 |
|
|
|
• Azərbaycan ÜST-dən çıxacaq? - AKTUAL
Dünən, 15:16 |
|
|
|
|