"Biz insanlar qəribəyik..." .....                     Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? .....                     Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi .....                     “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” .....                     Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata .....                     Portaldan yayınmış 455 min manatlıq icarə tenderini .....                     Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi .....                     Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı .....                     Ermənistandan Türkiyəyə: .....                     İlyas İsmayılov komaya düşdü .....                     Səssiz gələn ölüm .....                     Qarabağ qazisi iş tapa bilmir .....                     ABŞ-ın yeni düşmənləri kim olacaq? .....                     Bu il sülh sazişi imzalanacaqmı? .....                     Regiona təhlükə saçacaq xartiya: .....                     “Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” .....                     "Avion Travel"in rəhbəri məhkəmə qarşısında .....                     “Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu .....                     Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” .....                     4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür .....                     Trampdan “qızıl dövr” anonsu və: .....                     Ümit Özdağ sərbəst buraxılıb .....                     İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib .....                     Bakıda idmançı qohumunu öldürənin cəzası .....                     Naxçıvanda donuzların kökü kəsilib .....                     İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI .....                     "Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." .....                     Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? .....                     61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır .....                     Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb .....                     Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ .....                     SOCAR-ın Daxili Audit İdarəsinin rəisinin başı CƏNCƏLDƏ .....                     Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar? .....                     6 azərbaycanlının tarixi bəyanatı: .....                     Zəngəzur planında dəyişiklik: .....                     Azərbaycanda daha bir qurumda kütləvi ixtisar .....                     Lavrov erməni həmkarına İrəvana səfər edəcəyini vəd edib .....                     Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsində zərərçəkənlər danışır: .....                     Bakıda ŞOK: ata 3 il övladını zorladı .....                     BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... .....                 

Bugünkü Soçi görüşündə üç paytaxt masada - Dəməşq, Kiyev, Bakı...
Tarix: 29-09-2021, 08:51 | Çap et
Bugünkü Soçi görüşündə üç paytaxt masada
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Rusiyaya bu gün baş tutacaq səfəri zamanı çox ciddi məsələlərin müzakirəsi gözlənir. Məhz buna görə Kreml Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə nəzərdə tutulan görüşünü ikitərəfli münasibətlər yaranandan bəri ən geniş mövzuların müzakirə olunacağı bir görüş kimi dəyərləndirir.

Türkiyənin Haber7.com saytında Ərdoğanın Rusiya prezidenti Vladmir Putinlə müzakirə edəcəyi məsələlərə dair məqalə dərc olunub. Suriyada müxalifətçilərin iki qalası - Dəra və İdlib var. Rusiya, Suriya rejimi və İran Dəranı alıb. İndi növbə İdlibə çatıb. İdlibdə genişmiqyaslı hərbi əməliyyatlar aparılsa, bu ərazilərdən insan köçü də başlana bilər və bu, Türkiyəni çətin vəziyyətə sala bilər. Rusiya hazırda həm İdlibi bombalayır, həm də Türkiyəni günahlandırır. İdliblə bağlı ən son memorandum 2020-ci il martın 5-də imzalanıb. Meydandakı aqressivliyi nəzərə aldıqda memorandumun yenilənməsinə ehtiyac yaranır. Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda suriyalı həmkarı Bəşər Əsədi qəbul edib. O, görüş zamanı Suriya ərazisinin 90 faizinə onun, yəni Bəşər Əsəd rejiminin nəzarət etdiyini qeyd edib. Deməli, Putin hesab edir ki, qalan 10 faiz ərazi İdlibdir. Putin PKK-PYD terror qrupunun işğalı altında olan Fərat çayının şərqindəki ərazini Suriya torpağı saymır. Əgər Putin riyazi səhvə yol vermirsə, bununla Fəratın şərqindəki terror təşkilatına muxtariyyət verilməsi mesajını vermiş olur. Rusiya əvvəllər də PKK-PYD-yə belə bir jest edib. Putinin bu sözlərindən iki gün sonra Moskvada Rusiya xarici işlər nazirinin köməkçisi PYD terror təşkilatının lideri, İlham Əhməd adını daşıyan terrorçu qadını (o, bir vaxtlar Qəndildə xidmət etmiş məşhur PKK terrorçusudur) qəbul etdi". Məqalədə bildirilir ki, Ortada Qafqaz məsələsi də var.

“Bugünlərdə Türkiyə, Azərbaycan və Pakistan birlikdə ”Üç qardaş-2021" adlı beynəlxalq təlimlər keçirib. Türkiyə ilə Azərbaycanın başqa birgə hərbi təlimləri də olub. Rusiya bunlardan da narahatdır və xarici işlər nazirinin sözçüsü Mariya Zaxarova vasitəsilə öz narahatlığını Bakıya çatdırıb".

Məqalədə o da iddia olunur ki, Rusiyanı Türkiyəyə qarşı aqressivləşdirən səbəblər Ukrayna-Türkiyə əlaqələri, Kiyevin NATO ilə bağlı Türkiyədən dəstək istəməsi və Türkiyənin buna şifahi razılıq verməsi, Ankaranın Krım işğalına münasibətidir.

Göründüyü kimi, xüsusilə Suriya məsələsində tərəfləri çətin müzakirə gözləyir. Çünki söhbət Türkiyənin şərqində yarana biləcək “terrorçu muxtariyyətdən” gedir ki, Ankara heç bir halda buna imkan verməyəcək. Türkiyənin Cənubi Qafqazda da möhkəmlənməsindən Ankaranın təkcə Azərbaycanca deyil, həm də Gürcüstanla artan əlaqələrindən Moskva narahat olmağa başlayıb. Ukrayna və Krım məsələsi isə Rusiya üçün bu məsələlərin önündə gəlir ki, son olaraq Türkiyənin xarici işlər nazirinin Krımdakı Duma seçkilərini qeyri-qanuni hesab etməsi Kremlin narazılığına səbəb olmuşdu.

YAP-çı deputat Ceyhun Məmmədov görüşün önəmindən danışdı: “Türkiyə və Rusiya prezidentlərinin belə görüşlər keçirməsi artıq ənənəvi hal alıb. Davamlı keçirilən belə görüşlər bir çox hallarda Soçidə baş tutur. İki ölkəni maraqlandıran məsələlər ətrafında geniş müzakirələr aparılır. Hazırda da Moskva və Ankara arasında müzakirə aparılmasına ehtiyac olan bir çox məsələlər var. Suriya məsələsində anlaşmalar olsa da, bir sıra hallarda fikir ayrılıqları da baş verir. Bildiyiniz kimi, Suriya ordusu bir sıra əraziləri azad edib və İdlib şəhərini də azad etməyə çalışır. Burada təbii ki, Rusiya da ciddi rol oynayır. Bu da Türkiyənin təhlükəsizliyi üçün çox ciddi təhdidlər yaradır. Bir də bölgə əhalisinin yenidən Türkiyəyə köçürülməsi məsələsi gündəmdədir. Bu görüşdə heç şübhəsiz ki, bu məsələlər geniş müzakirə olunacaq. Görünən odur ki, Suriya, eləcə də Rusiya çalışır ki, bütövlükdə Suriya ərazisinə tam nəzarət etsinlər. Əlbəttə, bu ərazilər Suriyanındır. Amma Türkiyənin təhlükəsizliyi də ön sırada dayanır. Türkiyə və Rusiya arasında ən çox müzakirə olunan məsələlərdən biri Ukrayna-Türkiyə münasibətləridir. Rəsmi Ankaranın Ukraynanı dəstəkləməsi, seçkiləri tanımaması Kreml tərəfindən birmənalı qarşılanmır. Rusiya Türkiyənin bu münasibətindən ciddi şəkildə narahatdır və dəfələrlə bu məsələyə münasibət bildirib”.

Deputat daha bir önəmli məsələyə də toxundu: “Türkiyə və Rusiya arasında olan ən önəmli məsələlərdən biri də Azərbaycanla bağlıdır. Hesab edirəm ki, son illərdə Azərbaycanla Türkiyənin apardığı danışıqlar, müzakirələr rəsmi Bakının mövqeyinin güclənməsinə hesablanıb. Ümumilikdə götürsək, əlbəttə, deyə bilərik ki, Rusiya Türkiyənin bölgədə olmasından o qədər də razı deyil. Amma qardaş ölkənin də apardığı uğurlu xarici siyasət nəticəsində bu gün artıq Azərbaycanın da mövqeyi güclənməkdədir. Həm Rusiya, həm də Türkiyə çalışır ki, aralarındakı münasibətləri daha da inkişaf etdirsinlər. Zaman-zaman bu ölkələr arasında gərginlik yaşansa da, bölgədə olan vəziyyət, reallıqlar ortaq məxrəcə gəlmək üçün tərəflərin ortaq mövqe nümayiş etdirmələrini zəruri edib. Kürdlərlə və digər məsələlərə gəldikdə hesab edirəm ki, Rusiya rəqiblərinin mövqeyini dəyişmək, onları təcrid etmək üçün müxtəlif siyasi gedişlər edir. Bu kimi addımlar atır. Birmənalı olaraq bunlar Türkiyəyə təsir məqsədi daşıyır. Biz bunun dəfələrlə şahidi olmuşuq. Hesab edirəm ki, Türkiyənin də burada mövqeyi kifayət qədər prinsipialdır, güclüdür. Qardaş ölkə hər an çalışır ki, öz mövqeyini daha da gücləndirsin. Düşünürəm ki, bu görüşdə də çox ciddi məsələlər müzakirə olunacaq”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Biz insanlar qəribəyik..."
Bu gün, 00:51
Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48
Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45
“Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42
Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05
Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02
Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28
Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22
Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47
İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45
Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12
Qarabağ qazisi iş tapa bilmir - "Vəziyyətim son dərəcə çətindir..."
Dünən, 21:09
ABŞ-ın yeni düşmənləri kim olacaq? – Geosiyasi vəziyyət dəyişir
Dünən, 20:27
Bu il sülh sazişi imzalanacaqmı? - AKTUAL
Dünən, 20:24
Regiona təhlükə saçacaq xartiya: - Tramp Baydenin Ermənistan səhvini düzəldəcək?
Dünən, 19:00
“Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” - ŞƏRH
Dünən, 18:58
"Avion Travel"in rəhbəri məhkəmə qarşısında - Yarım milyonluq dələduzluq işi
Dünən, 18:37
“Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 18:31
Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” - GƏLİŞMƏ
Dünən, 18:19
4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür
Dünən, 18:15
Trampdan “qızıl dövr” anonsu və: dünya siyasətində dəyişiklik gözləntisi
Dünən, 18:06
Ümit Özdağ sərbəst buraxılıb
Dünən, 17:58
İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib
Dünən, 17:57
Bakıda idmançı qohumunu öldürənin cəzası 5 il azaldıldı
Dünən, 17:40
Naxçıvanda donuzların kökü kəsilib – Rəsmi statistika
Dünən, 17:35
İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI - DURUMU AĞIRDIR...
Dünən, 17:29
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
Dünən, 17:24
Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? - “Hraparak”
Dünən, 17:18
61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır - DETALLAR
Dünən, 17:06
Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Dünən, 17:03
Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Dünən, 16:53
SOCAR-ın Daxili Audit İdarəsinin rəisinin başı CƏNCƏLDƏ - TƏFƏRRÜAT
Dünən, 16:47
Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar? - AÇIQLAMA
Dünən, 16:38
6 azərbaycanlının tarixi bəyanatı: - Son bir ildə Bakı üçün nələr dəyişdi?
Dünən, 16:35
Zəngəzur planında dəyişiklik: - “İrəvan kobud səhvə yol verdi”
Dünən, 16:31
Azərbaycanda daha bir qurumda kütləvi ixtisar - Səbəb nədir?
Dünən, 16:28
Lavrov erməni həmkarına İrəvana səfər edəcəyini vəd edib
Dünən, 16:20
Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsində zərərçəkənlər danışır: - Onlara layiq olduğu cəzanı vermək lazımdır
Dünən, 16:17
Bakıda ŞOK: ata 3 il övladını zorladı - AĞIR CƏZA
Dünən, 16:12
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
Dünən, 16:02
Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib
Dünən, 15:53
"Ermənistan rəhbərliyi istəyir ki, ölkədəki mövcud Rusiya hərbi bazasını NATO hərbi bazası ilə əvəzləsin" - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:51
Lavrovla Mirzoyan arasında mətbuat konfransı zamanı maraqlı dialoq yaşanıb
Dünən, 15:49
“Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
Dünən, 15:48
Bakıda məşhur iş adamı həbs olundu - Xəzinadarı 20 min manatını oğurlamışdı
Dünən, 15:40
“MTN işi” üzrə zərərçəkənlər etiraz edir - FOTO
Dünən, 15:38
Diqqət sərhəddə: - Erməni ordusu "Əskipara üçbucağı"ndan çıxsa...
Dünən, 15:29
Fərid Səfərlinin anası oğlunun azadlığa çıxmasına görə Prezident İlham Əliyevə təşəkkür edib
Dünən, 15:27
Ukrayna ordusunun baş psixiatrı saxlanıldı: - Milyon dollar qazanıb
Dünən, 15:18
Azərbaycan ÜST-dən çıxacaq? - AKTUAL
Dünən, 15:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru