Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: .....                     Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb .....                     Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq .....                     DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var .....                     "Balalarımız təcrübə dovşanı deyil..." .....                     ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır .....                     “Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” .....                     "Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam" .....                     "Qarabağ"da ən bahalı futbolçu kimdir? .....                     Qaradağın rəisi Suraxanıya təyinat aldı .....                     Qazaxın 3 kəndi təhvil verilir: Artıq tərəflər bəyanat imzalayıblar .....                     Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir, İH-lər ləğv edilir... .....                     “Ferrum Kapital”ın departamentinin rəhbəri .....                     Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib? .....                     Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? .....                     "Qazprom" rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi? .....                     Biz o terrorçunun edamını istəyirik .....                     Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ... .....                     Zelenski Trampla görüşə razı deyil .....                     İran niyə Azərbaycanla yaxınlaşmaq istəyir? .....                     36 kiloqram narkotik vasitə aşkarlanıb .....                     Tanınmış aktyorun gənc oğlu dünyasını dəyişdi .....                     Azərbaycanda 61 mln. manat kapitalla BOKT yaradıldı, .....                     Şəmsi Səmədzadə azadlığa buraxılıb .....                     Bank “BTB” ASC-də Satışlar departamentinə RƏHBƏR TƏYİN OLUB .....                     Xırdalan məktəbi `AD ÇIXARIBMIŞ`... .....                     Gözəl qızlarla əlbir olub oğlanları tora salan azərbaycanlı sahibkar TUTULDU .....                     Paşinyan hakimiyyəti ölkəni Rusiyadan asılı hala SALIB .....                     Dövlət Komitəsinin bu qədər `ACİZ` qaldığı olmamışdı... .....                     Bu dəfə onlardan biri GÖRƏVDƏN ALINACAQ... .....                     Vuçiç Trampın “100 gün” planına şübhə ilə yanaşır .....                     Ekstrasensdən qorxunc proqnoz: .....                     Ermənistan-Azərbaycan sərhədində son durum: .....                     Qiymətlər o qədər də qalxmayıbsa, niyə daha çox görünür? .....                     Mərkəzi Bank daha bir “exchange”ə lisenziya verib .....                     “USAİD-in Azərbaycanda fəaliyyəti dayandırılmalıdır” .....                     "Veysəloğlu" daha 35 nəfər qazi əməkdaşını psixoloji yardıma cəlb etdi .....                     Naxçıvan Sukanalizasiya İdarəsinə yeni rəis təyin olunub .....                     Əyalət mollasının XƏYALƏT İDEYASI... .....                     Deputatlar nə fikirləşir, hara baxırlar? .....                 

Nüvə şantajı işlədi: Birinci Bayden “gözünü qırpdı” - NƏ BAŞ VERİR?
Tarix: 16-04-2021, 11:00 | Çap et
Nüvə şantajı işlədi: Birinci Bayden “gözünü qırpdı”
Beləliklə, ABŞ Prezidenti Cozef (Co) Bayden özü martın ortalarında ABC-nin jurnalisti Corc Stefanopolosa verdiyi müsahibəsində “qatil” adlandırdığı Rusiya Prezidenti Vladimir Putinə zəng vurdu. Daha doğrusu, Bayden jurnalistin “Putini qatil sayırsınızmı” birbaşa sualına müsbət cavab vermişdi. Buna cavab olaraq Rusiya lideri istehzalı bir şəkildə Baydenə qiyabi hücum etməməyi tövsiyə etdi, amerikalı həmkarını dərhal efirdə açıq söhbətdə iştirak etməyə dəvət etdi və can sağlığı dilədi. Ağ Evdə isə Prezidentin “məşğulluğuna” toxunaraq söhbətin “lazımi anda” olacağını söyləmişdilər.

Bunun ardınca həm ABŞ, həm də Rusiya Ukrayna istiqamətində müəyyən addımlar atdı, ardından Baydendən başlamış Milli Təhlükəsizlik məsləhətçisi Sullivana, Dövlət katibi Blinkenə, Birləşmiş Baş Qərargah Rəisləri Komissiyasının sədri Millinin Prezident Zelenski ilə Rusiya təxribatları qarşısında Ukraynanı dəstəklədiklərini bildirən telefon danışıqları başladı. Və Rusiya Ukrayna istiqamətində qoşunları, ağır texnika və hətta raket atıcılarını irəli çəkdi. Rusiya “Qərb-2021” təlimlərinə hazırlıq adı altında, Krımda olduğu kimi, Bryansk və Voronej bölgələrində 28 batalyon taktiki qrupunu cəmləşdirdi və Donbassın işğal altındakı hissəsində 14 alayı yerləşdirdi.

Bütün dünya Rusiya təcavüzünü gözləyərək, donub qaldı. ABŞ Rusiya ilə hərbi qarşıdurma olması halında, “Ukraynanı tək qoymayacağına” söz verdi və Ukraynaya hərbi təchizat verilməsinə başladı. Vəziyyət pik həddinə çatdı və hərbi əməliyyatların başlama ehtimalı çox yüksək idi, baxmayaraq ki, bir çox mütəxəssis indiki gərginliyə baxmayaraq, müharibənin Moskvanın geosiyasi hesablamalarına daxil edilmədiyini güman edirdi. Çox güman ki, Kreml sadəcə Qərbi şantaj edir, müharibə və ondan sonra gələn SWIFT-dən ayrılma şəklində sərt sanksiyalar, neft embarqosu və rus trilyonunun həbsi Rusiya üçün lazım deyil. Bu, Kremlin Kiyevə və ABŞ-a psixoloji hücumu idi və bütün sual kimin əsəblərinin dözə bilməməsində idi.

Və ilk tab gətirməyən Bayden oldu. Putin hədəfinə çatdı və bu, mövcud Ukrayna böhranının sonu ola bilər. Ən azı hələlik. Telefon danışığında Bayden Donbass, İran və Əfqanıstan məsələlərini Putinlə müzakirə etməklə yanaşı, onu şəxsi görüşməyə dəvət etdi və ABŞ-da keçiriləcək iqlim zirvəsinə dəvətini təsdiqlədi. İki dövlətin başçıları təkcə Rusiya və ABŞ-ı deyil, bütün dünyanı narahat edən qlobal təhlükəsizliklə bağlı vacib məsələlər üzrə dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqlədilər.

Amerika Prezidenti üçün motiv nə idi? Baydenin Putinə etdiyi zəng sonuncunun Rusiyanın şantajına düşdüyü və ya Kuba raket böhranı dövründəki kimi sağlam düşüncənin üstünlük təşkil etdiyi anlamına gəlir? Məşhur rusiyalı politoloqlar Andrey Piontkovski və Valeri Solovey “FEIGIN LİVE” proqramında bu sualları cavablandırıblar. AYNA şərhləri təqdim edir.

Andrey Piontkovski:

“Putin elə buna nail olmağa çalışırdı, indi iki həftədən sonra ordu daimi yerləşdirmə yerlərinə çəkiləcək və bu, Baydenin Putinlə söhbətinin nəticəsi kimi görünür. Söhbət niyə baş tutdu? Düşünürəm ki, əlaqə Anatoliy Çubays və Con Kerri vasitəsilə yaradıldı. Güman etmək olar ki, Putinin etibarlı adamlarına bu zəngə təkan vermək tapşırılıb.

Zahiri baxımdan bu zəng Baydenin son anda qarşı-qarşıya gələn bir toqquşmadan yayınması kimi görünür və Rusiya hakimiyyət təbliğatı da indi bu tezisi güclü və əsaslı şəkildə istifadə edir - Bayden müqavimət göstərə bilmədi və gözlərini qırpdı. Ancaq bu zəngin mövcud Amerika Administrasiyasının Rusiyaya qarşı əsas münasibətini dəyişdirməsi ehtimalı yoxdur. ABŞ müdafiə naziri Lloyd Ostinin ukraynalı həmkarı ilə Rusiya təcavüzünə qarşı danışıqlarda dediklərini xatırlayın. Bu, dərin dövlətin mövqeyidir, Baydenin şəxsi fikri deyil. Və o, bu mövqedən imtina etməyəcək.

Ancaq bu gün, fikrimcə, Bayden ölümcül bir səhv etdi və bu da “quduzların” - Patruşev və kompaniyasının mövqeyini gücləndirdi. Doğrudan da, Baydenin Putinlə söhbətindən bir gün əvvəl “bunker”dəki birinci şəxslərin tonunda kəskin bir gərginlik başlandı və Rusiya təbliğatı - Lavrov, Şoyqu, Peskov, Ryabkov ABŞ-a birbaşa təhdidlər səsləndirdilər. Dedilər ki, sağ qalmaq istəyirsinizsə, Krım və Qara dənizdən uzaq durun. Əslində, belə çıxıd ki, guya Bayden bu təzyiqdən “gözlərini qırpdı”, baxmayaraq ki, telefon danışıqlarının mətni bundan əvvəl hazırlanmışdı. İnanıram ki, bu məsələdə Donald Dramp gedəndən sonra Kremlin Ağ Evdə əsas “kozırı”, keçmiş Dövlət katibi Con Kerrinin rolu olub. O, Dövlət Departamentinə rəhbərlik etdiyi bütün illərdə Lavrovla çalışıb və onların Dehli otelindəki sirli görüşü hələ də unudulmayıb.

Buraya əlavə edilməlidir ki, Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasında Rusiya bölməsinin baş direktoru vəzifəsinə Vudro Vilson Mərkəzi yanında Corc Kennan adına Perspektiv Rusiya Araşdırımaları İnstitutunun rəhbəri Metyu Rojanskinin namizədliyi dəstəklənir. Bu adam Rusiyanın “Valday klubu”nda daimi qeydiyyatdadır. Bununla əlaqədar olaraq, Vaşinqtonda bir qalmaqal da başladı. Rojanski tez-tez Ukraynaya səfər edir və onu kapitulyasiyaya doğru itələyir. Onu, hətta 2 nömrəli Dmitri Sayms (Sovet kəşfiyyat zabiti) adlandırırlar.

Danışıq boyu yalnız bir dəfə, özü də qısaca Ukraynadan bəhs olunan söhbətin mətninin məhz bu insanlar tərəfindən hazırlandığı təəssüratı yaranır. Qalan hissəsi Kremlin Vaşinqtondakı sempatizanlarının strateji sabitlik haqqında ən sevimli tezisi, mütləq boş bir qabıq olan SNV (Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi) müqaviləsinə həsr edilib. Bu müqavilə 1972-73-cü illərdə Nikson-Brejnev zirvəsində tərəflərin bir-birilərini nüvə silahı ilə məhv edə biləcəklərini başa düşdükləri zaman böyük bir irəliləyiş oldu və sonra qarşılıqlı məhvetməmə zəmanəti doktrinası yarandı. Buna görə SNV 5 dəqiqə ərzində uzadıldı.

Ancaq Kremlin ideoloqları bunu qlobal bir müzakirə mövzusuna çevirirlər. Və Sayms, Rojanski, Kerri, Kissincer, Qrehəmin bütün narrativləri iki Prezidentin söhbətinin mətnində böyük hərflərlə oxunur. Bəlkə də bunun ABŞ-ın konkret siyasətinə heç bir nəticəsi olmayacaq, amma bu “quduzlar” arasında inam və cəzasızlığa səbəb olacaq böyük bir psixoloji səhvdir. Bu böhran dövründə dünyada ilk dəfə nüvə şantajı dəmir yolu ilə hərəkət edən nüvə başlıqlı mobil raket atıcıları şəklində nümayiş olundu və bu, bir imperiya revanşının mərkəzinə çevrildi. Və işə yaradı...

Valeri Solovey:

“Baydenin Putinə zəng etməsi necə alındı? Məndə “bunker”dəki şəxslərin yaxınlarından biri tərəfindən verilən insayder məlumatı var. Deyilənə görə, bu telefon zənginin baş tutması üçün böyük məbləğdə xərc çəkilib.

İkincisi, Rusiyanın hərbi hazırlıqları finiş xəttinə çıxarıldı, Amerika və digər Qərb kəşfiyyat agentlikləri bu barədə bildilər. Bu, Rusiya tərəfindən güc tətbiq olunmadan əzələ nümayiş etdirərək, şantaj idi. Amerikalılar bu nümayişə çox ciddi yanaşdılar. Ukraynanın özü, ən azı birinci rus zərbəsinə tab gətirə bilməzdi və heç kim Ukrayna uğrunda ölmək istəmədi və heç kim onlara rus istilasına müqavimət göstərəcək qədər yardım göstərməyə hazır deyildi.

Üçüncüsü, dünən əldə etdiyim məlumata görə, Rusiya Ukraynaya, ilk növbədə Krıma qeyd-şərtsiz su verilməsinə dair tələblər irəli sürdü, ehtimal ki, digər şərtlər arasında NATO-ya üzv olmaqdan imtina da var. Fransa Prezidenti Makron, böyük ehtimalla Moskvanın tələblərini Kiyevə çatdıracaq. 2008-ci ildə Sarkozi, 2014-cü ildə Olland olduğu kimi, indi də Makron Kremlin ərazi iddialarını təmin edən bir kağız ilə ortaya çıxacaq. Əlbəttə ki, baş verənlər Putin üçün mənəvi və psixoloji bir qələbə kimi görünür”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07
Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05
Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03
DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var - DETALLAR
Bu gün, 12:55
"Balalarımız təcrübə dovşanı deyil..." - ETİRAZ
Bu gün, 12:52
ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır - Arsen Xaratyan
Bu gün, 12:49
“Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
Bu gün, 12:44
"Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam"
Bu gün, 12:38
"Qarabağ"da ən bahalı futbolçu kimdir? - SİYAHI
Bu gün, 12:37
Qaradağın rəisi Suraxanıya təyinat aldı - ƏMR
Bu gün, 12:36
Qazaxın 3 kəndi təhvil verilir: Artıq tərəflər bəyanat imzalayıblar - AÇIQLAMA
Bu gün, 12:34
Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir, İH-lər ləğv edilir... - Görünəni odur ki...
Bu gün, 12:31
“Ferrum Kapital”ın departamentinin rəhbəri vəzifəsindən azad edilib
Bu gün, 12:28
Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib? - TƏFƏRRÜAT
Bu gün, 12:26
Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? - “Onun belə bir planı var”
Bu gün, 12:18
"Qazprom" rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 12:15
Biz o terrorçunun edamını istəyirik - TƏLƏB!
Bu gün, 12:05
Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ... - aKOMEDİK ÇAX-ÇUX...
Bu gün, 12:01
Zelenski Trampla görüşə razı deyil - "Bloomberg"
Bu gün, 11:40
İran niyə Azərbaycanla yaxınlaşmaq istəyir? – Kursu dəyişdirən səbəb
Bu gün, 11:38
36 kiloqram narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 11:35
Tanınmış aktyorun gənc oğlu dünyasını dəyişdi
Bu gün, 11:32
Azərbaycanda 61 mln. manat kapitalla BOKT yaradıldı, rəhbəri təyin edildi
Bu gün, 11:30
Şəmsi Səmədzadə azadlığa buraxılıb - İŞ OLAN YERDƏ PROBLEMLƏR DƏ OLUR
Bu gün, 11:27
Bank “BTB” ASC-də Satışlar departamentinə RƏHBƏR TƏYİN OLUB - BUNDAN SONRA...
Bu gün, 11:24
Xırdalan məktəbi `AD ÇIXARIBMIŞ`... - TOTAL NARAZILIQ...
Bu gün, 11:17
Gözəl qızlarla əlbir olub oğlanları tora salan azərbaycanlı sahibkar TUTULDU - VİDEO
Bu gün, 11:01
Paşinyan hakimiyyəti ölkəni Rusiyadan asılı hala SALIB – “Past”
Bu gün, 10:54
Dövlət Komitəsinin bu qədər `ACİZ` qaldığı olmamışdı... - İcazə verin şübhələnək...
Bu gün, 10:52
Bu dəfə onlardan biri GÖRƏVDƏN ALINACAQ... - SİYAHI
Bu gün, 10:46
Vuçiç Trampın “100 gün” planına şübhə ilə yanaşır
Bu gün, 10:36
Ekstrasensdən qorxunc proqnoz: - Sabah dəhşətli olacaq!
Bu gün, 10:32
Ermənistan-Azərbaycan sərhədində son durum: - “Başladılar”
Bu gün, 10:30
Qiymətlər o qədər də qalxmayıbsa, niyə daha çox görünür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:28
Mərkəzi Bank daha bir “exchange”ə lisenziya verib
Bu gün, 10:25
“USAİD-in Azərbaycanda fəaliyyəti dayandırılmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 10:19
"Veysəloğlu" daha 35 nəfər qazi əməkdaşını psixoloji yardıma cəlb etdi - FOTO
Bu gün, 10:10
Naxçıvan Sukanalizasiya İdarəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:06
Əyalət mollasının XƏYALƏT İDEYASI... - VİDEO-ARAŞDIRMA
Bu gün, 10:05
Deputatlar nə fikirləşir, hara baxırlar? - REPL
Bu gün, 09:55
“Adını sənətkar qoyub, sənətdən başqa hər şeylə məşğul olanlar...”
Bu gün, 09:44
“Xumar Qədimova klipimi yutubdan sildirdi” - VİDEO
Bu gün, 09:42
Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
Bu gün, 09:37
MSK-da bələdiyyə seçkiləri ilə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
Bu gün, 09:29
Tramp dövrünün reallıqları İrəvanın da dizlərini əyəcək - ŞƏRH
Bu gün, 09:24
Ermənistanla sərhəddə yenidən demarkasiya işləri başlandı?.. Haradan?.. - “Hraparak”
Bu gün, 09:17
Əməkhaqqına bu əlavələr nəzərdə tutulub... - Ekspert danışır...
Bu gün, 09:09
Generala qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07
İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü? - AKTUAL
Bu gün, 09:01
Ermənistan dörd kəndi də təhvil verəcək - İrəvandan etiraf
Bu gün, 09:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru