"Azərbaycanın anti-terror əməliyyatından sonra beynəlxalq hüququ təmin edərək, Xankəndiyə bayrağını sancması USAİD-in ölkəmizə qarşı fəaliyyətini kəskinləşdirdi. Təbii olaraq bu, rəsmi Bakıda ciddi narazılıqlar yaratdı. Bütövlükdə hesab edirəm ki, USAİD ancaq rəngli inqilabları yetişdirən, xalqların, dövlətlərin milli identikliyinə sayğı ilə yanaşmayan bir təşkilatdır. ABŞ-ın bu cür təşkilatlarının başqa ölkələrin ərazisində öz istədiyi kimi davranmaq haqqı yoxdur. Bu baxımdan Azərbaycanın USAİD-in fəaliyyətini ilə bağlı narazılığı anlaşılandır". Bunu Bakupost.az -a politoloq Tural İsmayılov deyib. O qeyd edib ki, USAİD fəaliyyət göstərdiyi hər yerdə ABŞ-ın imperial maraqlarını həyata keçirən bir təşkilatdır. Təbii ki, belə bir təşkilatın fəaliyyətinə Azərbaycanda ehtiyac yoxdur. USAİD-in rəhbəri Samanta Pauer Azərbaycan əleyhinə açıqlamalar verməklə məşğuldur. O, Ermənistanı qızışdırır və bizim maraqlarımıza zidd addımlar atır: “USAİD ötən il Ermənistana yardımlarını birdən-birə 2 dəfədən çox artırıb. Bu yardımın həcmi 250 milyon dollara çatdırılıb. USAİD-in Azərbaycanda təmsilçiliyinin davam etdirilməsinə ehtiyac yoxdur və fəaliyyətinin tam dayandırılmasının vaxtı yetişib”.