Zelenski müharibə ərəfəsi Türkiyəyə gedir - Ankaranın çətin seçimi
Tarix: 7-04-2021, 09:34 | Çap et
Aprelin 10-da Ukrayna prezidenti Vladimir Zelenski Türkiyəyə səfərə gedir. Hazırda Ukrayna ilə Rusiyanın müharibə vəziyyətində olduğunu demək olar.
Bu səfər barədə xəbərlər xüsusi diqqət çəkir ki, bu da təsadüfi deyil. Çünki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə birmənalı dəstək verir, Krımı Ukrayna ərazisi kimi tanıyır və bu ölkə ilə sıx hərbi-texniki əməkdaşlıq qurub.
Bəlli olduğu kimi, Ukrayna Türkiyədən “Bayraktar TB2" döyüş pilotsuz təyyarələrinin iri partiyasını alıb, habelə bu təyyarələrin birgə istehsalı barədə razılıq əldə olunub. Amma Ankaranın bu dəfə seçimi Rusiya ilə münasibətləri ciddi riskə soxa bilər. Qarabağ məsələsində Türkiyənin mövqeyi ilə Ukraynanın indi yanında olmaq fərqlidir. Ankara Krımı Ukraynanın ərazisi kimi tanıyır, Kreml bu məsələdə diplomatik mövqe sərgiləyir, münasibətlərin zədələnməsini istəmir. Amma Türkiyə həm də hazırda mümkün müharibədə Ukraynanı birmənalı dəstəkləyən NATO üzvüdür və mümkün müharibədə bu baxımdan da mövqe ortaya qoymalıdır. Ankaranın Rusiya ilə münasibətləri Ukrayna gərginliyi fonunda necə olacaq?
Heç şübhəsiz ki, münasibətlərin zədələnməsinin Azərbaycana da birbaşa təsirləri olacaq və bu, Bakının maraqlarına ziddir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu yaranan suallar barədə “Yeni Müsavat”a bunları dedi: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə isti münasibətlərinə və iki ölkə arasındakı ortaq layihələrə baxmayaraq, Ankara Ukrayna ilə də əlaqələrini genişlədirir, üstəlik, bu ölkəyə hərbi texnika satır. Ukrayna ordusu artıq Türkiyədən aldığı ”Bayraqdar" pilotsuz uçuş aparatlarından separatçılara qarşı istifadə etməyə başlayıb. Əlbəttə, bu hal Kremlin xoşuna gəlmir. Buna baxmayaraq, Türkiyənin xarici və təhlükəsizlik siyasəti çoxşaxəlidir və təhlükəsizlik maraqlarına əsaslanır. Türkiyə üçün isə ərazi bütövlüyü prinsipi əsasdır. Ankara Krımı birmənalı olaraq Ukrayna ərazisi sayır. Bu baxımdan Ankara Kiyevlə münasibətlərində Moskvaya boylanmır və “Kreml Türkiyə-Ukrayna münasibətlərini necə qiymətləndirər” sualı üzərində baş sındırmır.
Vladimir Zelenskinin Ukraynanın indiki ağır vəziyyətində Türkiyəyə rəsmi səfəri diqqəti çəkir. Zelenski daha əvvəl də Türkiyəyə səfər etmişdi. Demək, Ukrayna prezidentinin yenidən türkiyəli həmkarı ilə məsləhətləşmələrə ehtiyacı var. Zelenski Ukrayna-Rusiya müharibəsi başlayacağı halda, Ankaranın hansı mövqedən çıxış edəcəyini özü üçün müəyyənləşdirmək istəyir. Bundan başqa, Ukrayna Türkiyədən hərbi texnika da almaq istəyir. Ukrayna Türkiyə ilə birgə hərbi texnikanın istehsalına da maraq göstərir. Türkiyə-Ukrayna münasibətlərinin genişlənməsi Azərbaycan üçün də faydalıdır. Bakı da Ankara kimi hansısa ölkə ilə əlaqələrini genişləndirəndə “Moskva buna nə deyər” sualı üzərində baş sındırmamalıdır. Ukrayna müharibə günlərində birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi. Növbə Azərbaycanındır. Bakı da Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləməlidir".
Politoloq Əhəd Məmmədli isə mövzu ətrafında belə düşünür: “Türkiyə Rusiya ilə tərəfdaşdır. Buna rəğmən Şərqi Avropa, Cənubi Qafqaz, Yaxın Şərq, Şimali Afrikada bu iki derjavanın mövqeləri demək olar ki, diametral dərəcədə fərqlidir. Türkiyə və Rusiya arasında beynəlxalq münasibətlərdə yanaşmaların müxtəlifliyinə rəğmən Ərdoğan və Putinin dühalığı, müdrikliyi Ankara ilə Moskvanın əməkdaşlığına geniş imkanlar yaradır. Burada həm də Qərbin eyni anda Ankara və Moskvanın üstünə getməyini də unutmamalıyıq. Bu səbəb olaraq Ankara ilə Moskvanı bir-birinin qucağına itələyir. Türkiyə Ukraynanın yanındadır, lakin Rusiya ilə də münasibətləri qoruyur. Donbasda müharibə alovlansa, Türkiyə ilə Rusiya arasında münasibətlər gərginləşə bilər. Donbasda müharibənin alovlanacağı təqdirdə belə düşünürəm ki, Türkiyə ilə Rusiya arasında münasibətlər pozulmayacaq. Çünki Qərblə qarşıdurma olacağı təqdirdə Rusiyanın Türkiyəni də qarşısına alması Moskvanın maraqlarına cavab vermir. Türkiyə-Rusiya əməkdaşlığı masasına çox şey qoyulub və ona görə heç biri münasibətləri riskə atmaz. Azərbaycana gəldikdə isə Türkiyə-Rusiya dostluğu bizim xeyrimizədir. Məhz bu dostluğun nəticəsində Azərbaycan 80% ərazilərini işğaldan azad edə bildi. Amma Donbasda uzunmüddətli vəziyyətin gərginləşməsi, müharibənin daha geniş miqyasda alovlanması Bakının maraqlarına cavab verir. Bu olan halda Moskvanın başı qarışacaq, Qərbin basqısı altında qalacaq. Bu isə Bakıya Xankəndi və ətrafında antiterror əməliyyatı aparmağa şərait yaradacaq”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07 |
|
|
|
• Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05 |
|
|
|
• Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03 |
|
|
|
• DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var - DETALLAR
Bu gün, 12:55 |
|
|
|
• "Balalarımız təcrübə dovşanı deyil..." - ETİRAZ
Bu gün, 12:52 |
|
|
|
• ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır - Arsen Xaratyan
Bu gün, 12:49 |
|
|
|
• “Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
Bu gün, 12:44 |
|
|
|
• "Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam"
Bu gün, 12:38 |
|
|
|
• "Qarabağ"da ən bahalı futbolçu kimdir? - SİYAHI
Bu gün, 12:37 |
|
|
|
• Qaradağın rəisi Suraxanıya təyinat aldı - ƏMR
Bu gün, 12:36 |
|
|
|
• Qazaxın 3 kəndi təhvil verilir: Artıq tərəflər bəyanat imzalayıblar - AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
• Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir, İH-lər ləğv edilir... - Görünəni odur ki...
Bu gün, 12:31 |
|
|
|
• “Ferrum Kapital”ın departamentinin rəhbəri vəzifəsindən azad edilib
Bu gün, 12:28 |
|
|
|
• Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib? - TƏFƏRRÜAT
Bu gün, 12:26 |
|
|
|
• Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? - “Onun belə bir planı var”
Bu gün, 12:18 |
|
|
|
• "Qazprom" rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 12:15 |
|
|
|
• Biz o terrorçunun edamını istəyirik - TƏLƏB!
Bu gün, 12:05 |
|
|
|
• Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ... - aKOMEDİK ÇAX-ÇUX...
Bu gün, 12:01 |
|
|
|
• Zelenski Trampla görüşə razı deyil - "Bloomberg"
Bu gün, 11:40 |
|
|
|
• İran niyə Azərbaycanla yaxınlaşmaq istəyir? – Kursu dəyişdirən səbəb
Bu gün, 11:38 |
|
|
|
• 36 kiloqram narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 11:35 |
|
|
|
• Tanınmış aktyorun gənc oğlu dünyasını dəyişdi
Bu gün, 11:32 |
|
|
|
• Azərbaycanda 61 mln. manat kapitalla BOKT yaradıldı, rəhbəri təyin edildi
Bu gün, 11:30 |
|
|
|
• Şəmsi Səmədzadə azadlığa buraxılıb - İŞ OLAN YERDƏ PROBLEMLƏR DƏ OLUR
Bu gün, 11:27 |
|
|
|
• Bank “BTB” ASC-də Satışlar departamentinə RƏHBƏR TƏYİN OLUB - BUNDAN SONRA...
Bu gün, 11:24 |
|
|
|
• Xırdalan məktəbi `AD ÇIXARIBMIŞ`... - TOTAL NARAZILIQ...
Bu gün, 11:17 |
|
|
|
• Gözəl qızlarla əlbir olub oğlanları tora salan azərbaycanlı sahibkar TUTULDU - VİDEO
Bu gün, 11:01 |
|
|
|
• Paşinyan hakimiyyəti ölkəni Rusiyadan asılı hala SALIB – “Past”
Bu gün, 10:54 |
|
|
|
• Dövlət Komitəsinin bu qədər `ACİZ` qaldığı olmamışdı... - İcazə verin şübhələnək...
Bu gün, 10:52 |
|
|
|
• Bu dəfə onlardan biri GÖRƏVDƏN ALINACAQ... - SİYAHI
Bu gün, 10:46 |
|
|
|
• Vuçiç Trampın “100 gün” planına şübhə ilə yanaşır
Bu gün, 10:36 |
|
|
|
• Ekstrasensdən qorxunc proqnoz: - Sabah dəhşətli olacaq!
Bu gün, 10:32 |
|
|
|
• Ermənistan-Azərbaycan sərhədində son durum: - “Başladılar”
Bu gün, 10:30 |
|
|
|
• Qiymətlər o qədər də qalxmayıbsa, niyə daha çox görünür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:28 |
|
|
|
• Mərkəzi Bank daha bir “exchange”ə lisenziya verib
Bu gün, 10:25 |
|
|
|
• “USAİD-in Azərbaycanda fəaliyyəti dayandırılmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 10:19 |
|
|
|
• "Veysəloğlu" daha 35 nəfər qazi əməkdaşını psixoloji yardıma cəlb etdi - FOTO
Bu gün, 10:10 |
|
|
|
• Naxçıvan Sukanalizasiya İdarəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:06 |
|
|
|
• Əyalət mollasının XƏYALƏT İDEYASI... - VİDEO-ARAŞDIRMA
Bu gün, 10:05 |
|
|
|
• Deputatlar nə fikirləşir, hara baxırlar? - REPL
Bu gün, 09:55 |
|
|
|
• “Adını sənətkar qoyub, sənətdən başqa hər şeylə məşğul olanlar...”
Bu gün, 09:44 |
|
|
|
• “Xumar Qədimova klipimi yutubdan sildirdi” - VİDEO
Bu gün, 09:42 |
|
|
|
• Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
Bu gün, 09:37 |
|
|
|
• MSK-da bələdiyyə seçkiləri ilə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
Bu gün, 09:29 |
|
|
|
• Tramp dövrünün reallıqları İrəvanın da dizlərini əyəcək - ŞƏRH
Bu gün, 09:24 |
|
|
|
• Ermənistanla sərhəddə yenidən demarkasiya işləri başlandı?.. Haradan?.. - “Hraparak”
Bu gün, 09:17 |
|
|
|
• Əməkhaqqına bu əlavələr nəzərdə tutulub... - Ekspert danışır...
Bu gün, 09:09 |
|
|
|
• Generala qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07 |
|
|
|
• İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü? - AKTUAL
Bu gün, 09:01 |
|
|
|
• Ermənistan dörd kəndi də təhvil verəcək - İrəvandan etiraf
Bu gün, 09:00 |
|
|
|
|