Moldovada Rumıniya ilə birləşmə kampaniyası genişlənir
Tarix: 2-05-2018, 09:19 | Çap et
Moldovada Rumıniya ilə birləşmə kampaniyası genişlənməkdə davam edir. Getdikcə daha çox moldov kənd və qəsəbələri Rumıniyaya birləşmək barədə bəyannaməyə qoşulduqlarını bildirirlər. Moldova parlamentinin deputatı Boqdan Çırdya Moldova hakimiyyət orqanlarını ölkənin rumınlaşdırılmasına heç bir reaksiya göstərməməkdə ittiham edib. Bu birləşməyə qarşı çıxan və Rusiyanın ciddi təsiri altında olan Qaqauz muxtariyyətinin rəhbəri İrina Vlax Rusiyanın "Nezavisimaya qazeta” nəşrinə bildirib ki, qaqauzlar vahid Rumıniyanın tərkibinə daxil olmayacaqlar. Separatçı əhval-ruhiyyədə olan qaqauz liderinin arqumenti bundan ibarətdir ki 2014-cü il referendumu bu birləşmə ilə ziddiyyət təşkil edir. Başqa bir separatçı qurum - Dnestryanı vilayət də Moldovanın təşəbbüsünə qoşulmayacağını bəyan edir. Öz növbəsində, alman politoloq Aleksandr Rar hesab edir ki, Avropa İttifaqı da "iki Rumıniya”nın birləşməsi ideyasını dəstəkləmir. Onun qənaətincə, belə bir hal Avropa İttifaqını parçalaya bilər. Rusiyapərəst prezident İqor Dodon da məsələyə dərhal reaksiya verib və hamını ölkənin suverenliyinin qorunmasına çağırıb. Beləliklə, demək olar ki, hər gün hansısa bir moldovan kəndinin Rumıniyaya birləşməsi barədə xəbərlər yayılır və artıq bu günə qədər yeddi moldov kəndi belə bir bəyannaməyə imza atıb. Birləşmə tərəfdarları nəhəng rumın üçrəngli bayrağını sərhəd Prut çayı üzərinə də yönəldiblər. Çayın hər iki tərəfində martın 27-si bayram kimi qeyd olunur. Sadəcə, Rumıniyada həmin gün dövlət bayramı kimi qeyd olunur. 100 il bundan əvvəl Moldova şəhər şurası Sfatul Çeriy Rumıniya ilə birləşmə barədə bəyannamə qəbul edib. Həmin vaxta kimi isə Bessarabiya rumın qoşunları tərəfindən tutulsa da, 22 il sonra bu ərazi yenidən SSRİ tərəfindən işğal olunur. Rumıniyada "Unirya-2018” (Birləşmə-2018) planı mövcuddur. Bu yaxınlarda Buxarestdə xüsusi birləşmə nazirliyinin yaradılması təklifi də səslənib. Moldova siyasəti ilə ciddi məşğul olan Rumıniyanın keçmiş prezidenti Trayan Besesku bu il ölkədə keçiriləcək parlament seçkilərində Milli Birlik Partiyasının fəxri həmsədri kimi iştirak etmək niyyətindədir. Buna mane olan isə Beseskunun Moldova vətəndaşlığından məhrum edilməsidir. Bu qərarı isə prezident İqor Dodon qəbul edib və Kişinyov məhkəməsi tərəfindən təsdiq olunub. Lakin Besesku Moldova pasportunu geri alacağına ümidlərini itirmir və kəndlərin birləşmə barədə bəyannaməsini alqışlayır. O, hesab edir ki, bu, Moldovanın Rumıniyaya birləşməsi üçün əsas verə bilər. Prosesi Krımın Rusiya tərəfindən işğalı ilə eyniləşdirirlər. Lakin Krımın Rusiya ərazisi olduğunu nə Buxarest, nə də Kişinyov tanımır. T.Besesku əvvəldən də bildirib ki, parlamentin diqqətinə Moldova ilə birləşmə barədə qanun layihəsi təqdim edib.
Sosioloji sorğuların nəticələrinə görə, Moldovada əhalinin böyük bir hissəsi birləşmənin əleyhinə olsa da, hakimiyyətdə təmsil olunanların böyük əksəriyyəti bu birləşməni müdafiə edir. Məsələ ondadır ki, Konstitusiya Məhkəməsinin altı üzvündən beşi Rumıniya vətəndaşıdır. Hökumət üzvləri də, deputatlar da bu sıraya daxildir. Lakin məsələ ondadır ki, Rusiya tərəfi buna yol vermək istəməyəcək. Qaqauz muxtariyyəti açıq şəkildə bəyan edib ki, Rumıniya ilə birləşməyəcəklər. "Moldova statusunu dəyişəcəyi halda, qaqauzlar öz müqəddəratını təyin etmək hüququna malikdir. Qaqauzlar dörd il əvvəl referendum keçiriblər. Həmin referendumda iki məsələ qoyulmuşdu – Avropa İttifaq və yaxud Avrasiya İqtisadi İttifaqı ilə inteqrasiya tərəfdarısınız? İkinci sual isə "Moldova dövlətçiliyinin saxlanılmasının tərəfdarısınız?” Rəyi soruşulanların 98 faizi Aİİ, 99 faiz isə Moldova dövlətçiliyinin saxlanılmasının tərəfdarı olduğunu bildirib. Bu məsələ bizim üçün həll olunub. Biz müstəqil Moldova tərəfdarıyıq”, - deyə Qaqauz muxtariyyətinin lideri Vlax bildirib. Hökumət üzvü kimi Vlax Moldova rəsmilərinin susqunluğunu başa düşmədiyini bildirib. "Kəndlərin birləşməsi ilə bağlı baş nazir və spiker fikir bildirməlidirlər. Birdə ki, həmin birləşmə sənədinə kimlərin imza atdıqları da araşdırılmalıdır”, - deyə o bildirib. Vlax hesab edir ki, birləşmə bəyannaməsi Liberal Partiyaya və onun sədri Mixay Qimpuaya sərf edir. O, hesab edir ki, Rumıniya Moldova ərazisinə iddia edə və onu öz ərazisi elan edə bilər. "Rumıniya Bessarabiyanın rumın ərazisi olduğunu qoya bilər”, - deyə Qimpu bildirib. Alman politoloq Aleksandr Rar bildirib ki, Moldovanın Rumıniya ilə birləşməsi məsələsini alman məmurları ilə müzakirə edib: "Onlar Buxarestin buna gedəcəyinə şübhə ilə yanaşırlar. Çünki, bu məsələ Avropa İttifaqı daxilində çatlara səbəb ola bilər. Bundan əlavə, Rumıniya Rusiya demək deyil. Bu ölkə ona edilən təzyiqlər qarşısında Rusiya kimi davam gətirə bilməz. Belə olan halda, Dnestryanı özünü müstəqil elan edə bilər”.
Tanınmamış Dnestryanı bölgənin keçmiş "vitse-prezidenti” Aleksandr Karaman isə hesab edir ki, Moldova və Rumıniyanın birləşməsi məsələsi tez və asan həllini tapa bilər. O, "Regnum” agentliyinə müsahibəsində bildirib ki, Bessarabiyanın Rumıniyaya birləşməsi 100 illik ərəfəsində baş tuta bilər. \\kaspi.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 02:05 |
|
|
|
• “Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...”
Bu gün, 01:59 |
|
|
|
• Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56 |
|
|
|
• “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53 |
|
|
|
• ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45 |
|
|
|
• "İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11 |
|
|
|
• Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06 |
|
|
|
• "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
Bu gün, 00:02 |
|
|
|
• "BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
Bu gün, 00:00 |
|
|
|
• "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Dünən, 21:02 |
|
|
|
• Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Dünən, 20:57 |
|
|
|
• Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Dünən, 19:06 |
|
|
|
• Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Dünən, 19:02 |
|
|
|
• AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Dünən, 18:03 |
|
|
|
• ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Dünən, 18:01 |
|
|
|
• Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Dünən, 17:56 |
|
|
|
• Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:48 |
|
|
|
• 16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Dünən, 17:45 |
|
|
|
• Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Dünən, 17:36 |
|
|
|
• Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Dünən, 17:28 |
|
|
|
• Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Dünən, 17:26 |
|
|
|
• Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Dünən, 17:23 |
|
|
|
• Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Dünən, 17:09 |
|
|
|
• “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Dünən, 17:01 |
|
|
|
• Tramp təyyarə qəzasını sabotaj hesab edir
Dünən, 16:42 |
|
|
|
• Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır – “Biz hansı dövrdə yaşayırıq” (VİDEO)
Dünən, 16:39 |
|
|
|
• DTX-dan xüsusi əməliyyat: - 500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Dünən, 16:37 |
|
|
|
• Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:35 |
|
|
|
• Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? – Mühüm detal
Dünən, 16:28 |
|
|
|
• Tehran və Moskvanın narahatlığı bəlli oldu - Zəngəzur dəhlizinə nəzarət dəyişir
Dünən, 16:26 |
|
|
|
• Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: - “Deyirlər övladı haradadır?!”
Dünən, 16:23 |
|
|
|
• Jurnalistə bu universitetdə VƏZİFƏ VERİLDİ
Dünən, 16:16 |
|
|
|
• "Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" - NARAZILIQ VAR...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:59 |
|
|
|
• Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - BU NƏDİ BELƏ?..
Dünən, 15:57 |
|
|
|
• “BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" - GİLEY
Dünən, 15:54 |
|
|
|
• Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək - DETALLAR
Dünən, 15:33 |
|
|
|
• Azərbaycanda bank faizləri çox yüksəkdir... - BƏS NƏ EDƏK?..
Dünən, 15:30 |
|
|
|
• 20-dən çox sərnişin Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib - SƏBƏB
Dünən, 15:25 |
|
|
|
• Bakı, Tiflis və İrəvan arasında nə baş verir? – Badalyan
Dünən, 15:24 |
|
|
|
• Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir
Dünən, 15:22 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - FAİZ FAİZ ÜSTÜNƏ GƏLİR...
Dünən, 15:17 |
|
|
|
• Azərbaycanda tanınmış ekspert HƏBS EDİLDİ - BUNA GÖRƏ...
Dünən, 15:15 |
|
|
|
• Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Dünən, 15:13 |
|
|
|
• Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
Dünən, 15:02 |
|
|
|
• Azərbaycanda karqo şirkəti - LƏĞV EDİLİR
Dünən, 14:58 |
|
|
|
• Bakıda avtoritetlərin "sxodka"sı ilə gündəmə gələn şadlıq saraylarının sahibi həbs edildi - FOTO
Dünən, 14:54 |
|
|
|
• Sabiq general cəzası ilə bağlı apellyasiya şikayəti verib
Dünən, 14:49 |
|
|
|
|