Tramp zərbəni niyə gecikdirir? – Hücumun sensasion təfərrüatı
Tarix: 13-04-2018, 09:05 | Çap et
Rusiyalı hərbi ekspert Pavel Felgenhauerin “Novaya qazeta” qəzetində dərc olunan məqaləsində yer alıb.
Axar.az məqaləni təqdim edir:
7 ildir davam edən qətliam Suriya cəmiyyətinin dəhşətli dərəcədə radikallaşması və bütün tərəflərin insanlığa qarşı çoxsaylı cinayətləri ilə nəticələnib. Bütün bunlar Tramp üçün o qədər də maraqlı deyil. Bir neçə həftə əvvəl o, ictimai şəkildə elan etdi ki, Amerika hərbçiləri Suriyadan tezliklə çıxmalı və Suriya ilə digər qüvvələr məşğul olmalıdırlar.
“America First” yanaşması Trampın siyasi dəstəyinin əsasını təşkil edən Amerika vətənpərvər millətçilərinə xarakterikdir. Moskva və Tehran onlara Suriyanın böyük hissəsinin döyüşsüz verilməsinə səbəb olan gözlənilməz lütfdən ayılmamış, Trampın müşavirləri onu Suriyada daha yarım il qalmağa inandıra bildilər. 7 aprel çatdı və Şərqi Qutada müxalifətin əlində olan son şəhərdən kimyəvi hücum məlumatları gəlməyə başladı. Bu, Suriyadakı situasiyanı kökündən dəyişdi.
Şahidlər təsdiqləyirlər ki, Dumanın ağır bombardmanı zamanı şəhərə vertolyotlardan həmçinin xlor da atılıb. Əlbəttə, xlor köhnəlmiş zəhərləyici vasitədir və o, yalnız yüksək konsentrasiya zamanı effetiv olur. Xlordan ilk dəfə almanlar 1915-ci ildə Qərb cəbhəsindəki döyüşlərdən istifadə ediblər, amma sonradan müharibənin gedişində daha “yaxşı” şeylər düşünüblər. Lakin digər tərəfdən, xlor ucuz və tez tapılan vasitədir, o, bir çox sənaye sahəsində istifadə edilir. Xlorun istehsalı və saxlanılması qanunidir. O nə zarin, nə də “Noviçok” deyil. Dumada döyüşlərin başa çatdığı konkret şərait Suriya ordusunun xloru tətbiq etmək üçün birbaşa hərbi düşüncəsi olub. Çoxillik mühasirə şəraitində müxalifət döyüşçüləri və mülki əhali Dumada yeraltı keçidlər və sığınacaqlar yaradıblar. Bunlar isə atışma və bombardmandan qorunmaq üçün sığınacaq kimi istifadə edilib. Bu tip yeraltı labirinti davamlı müqavimətlə təmizləmək çox çətin və bahalı işdir. Suriya ordusu isə bir çox cəbhələrdə döyüşür və daimi olaraq hazırlıqlı piyada çatışmazlığı ilə qarşılaşır.
Xlor yaxşı ventilyasiyanın olmadığı və Duma şəhərinin müdafiəçilərinin sığındığı yeraltı sığınacaqlara girə bilən ağır qazdır.
Kimyəvi hücumdan dərhal sonra müxalifətin döyüşçülərinin mənəvi ruhu sındı və onlar Suriyanın şimalına öz ailələri və yaxınları ilə getməyə razılıq verdilər. Duma demək olar ki, mühasirəyə alanların heç bir itki verməməsiylə geri alındı. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 11 apreldə bəyan etdi ki, Dumada zəhərli vasitənin tətbiqindən sonra 500 nəfər xəsarət alıb ki, bunun da 43 nəfəri ölüb. Əsəd hökuməti və Suriya ordusunun komandanlığı isə kimyəvi hücumda iştirak etmədiyini dedi. Rusiya Baş Qərargahı ÜST-nin bəyanatını məsuliyyətsiz və yalan adlandırdı. Sözsüz ki, hərbi qurumu Rusiya Xarici İşlər Nazirliyi də dəstəklədi.
Bəla ondadır ki, son zamanlar Rusiya rəsmi şəxsləri kimyəvi silahlar haqqında o qədər danışıblar ki, artıq həqiqəti desələr belə, onların sözlərinə inananların sayı azdır. Dumadakı kimyəvi insidentin araşdırılması üçün buraya Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) texniki katibliyinin ekspertləri yönləndirilməli idi. Lakin ÜST-in fikri dünyanın böyük hissəsi üçün kifayət edə bilər. Üstəlik, KSQT-nin ekspertləri zəhərli vasitənin kimin tətbiq etməsini müəyyənləşdirmək mandatına sahib deyillər. Rusiya hakimiyyəti digər situasiyalarda olduğu kimi, istənilən halda qeyri-diplomatik leksikadan yararlanıb israr edəcək ki, bunlar provokasiya olub, suriyalılar özləri-özlərini zəhərləyiblər.
Tramp Əsədi heyvanla müqayisə etdi. Əsəd rejimini kütləvi qırğın silahının tətbiqinin adi işə çevrilməməsi üçün cəzalandırılması ideyasını Fransa, Britaniya, Avstraliya, Səudiyyə Ərəbistanı və digər ölkələr dəstəkləyir, eləcə də onlar Suriyadakı hərbi əməliyyatların keçirilməsi üçün artıq ABŞ ətrafındakı koalisiyada birləşməyə hazırlaşırlar.
Gələcək müttəfiqlər əvvəldən razılaşıblar ki, əgər BMT Təhlükəsizlik Şurası Suriyada zəhərli vasitələrin tətbiqinin müstəqil və obyektiv araşdırılması üçün xüsusi mexanizmin yaradılması haqqında Amerika qətnaməsi qəbul edilsə, o zaman istənilən fəaliyyətdən yayınacaqlar. 11 apreldə BMT TŞ-dəki 15 üzvdən, Qazaxıstan da daxil olmaqla, 12-si bunun lehinə səs verdi. Çin bitərəf qaldı. Rusiyanın qoyduğu vetonu yalnız Boliviya dəstəklədi. Rusiyanın seçdiyi və Rusiya XİN-in təkrarladığı stil və leksikon ölkəni görünməmiş beynəlxalq təcridə gətirib çıxardı. Belə bir şey hətta Sovet dövründə də olmayıb. O zaman təbliğat dilini diplomatiya dilindən fərqləndirmək olub.
Rusiya hakimiyyəti gələcək koalisiyaya adekvat cavab vəd edir. Bir sözlə, ABŞ-la müharibəni başlamağı real olaraq heç kim istəmir.
Amerikanın hərbi-texniki imkanları o qədər qeyri-mütənasib və texnoloji fərq o qədər böyükdür ki, qeyri-nüvə qarşıdurması olsa, Rusiyanın Yaxın Şərqdəki qruplaşmaları bütün zərbə-hücum imkanlarından qısa müddətdə məhrum olacaqlar. Moskva görünür, zərbəni haradan gözləmək lazım olduğunu anlamır və buna görə də nədənsə, ABŞ-ın Norfolkdan çıxan və Fars körfəzinə yollanan “Harri Trumen” nüvə təyyarədaşıyan gəmisini izləyir. Bu gəmi isə Fars körfəzinə mayda gəlməlidir. Bu vaxta qədər Dumadakı situasiya həll olacaq.
Problem ondadır ki, Vaşinqton siyasi mülahizələr baxımından Əsədin cəzalandırılmasında maksimal şəkildə daha çox ölkənin iştirak etməsini arzu edir.
Hazırda ABŞ-ın istehsalı olan “Tomahavk” qanadlı raketləri yalnız Britaniya donanmasında var və bu say azdır. Digər müttəfiqlər yalnız aviasiyadan istifadə edə bilərlər və Vaşinqton bunun üçün Suriya səmasını açmalı, Rusiyanın son bir neçə ildə səssiz şəkildə Suriyada yerləşdirdiyi hava hücumundan müdafiə sistemini sıradan çıxartmalıdır.
Amerikalılar bunu edə bilərlər, amma itkilər yarana, eləcə də bizim mütəxəssislər həlak ola və konflikt idarəedilməsi mümkün olmayan eskalasiyaya gətirib çıxara bilər. Digər tərəfdən, bununla həm də ABŞ-ın Rusiya hava hücumundan müdafiə sistemlərini məhv edəcək məxfi texniki imkanları ortaya çıxacaq. Əsədin cəzalandırılması üçün razılaşdırılmış hərbi variantın işlənməsi üçün zaman tələb olunması təəccüblü deyil. Görünür, bu, zərbənin endirilməsi ilə bağlı davam edən gecikmələrin əsas səbəbidir.
Trampın ciddi olması aydındır və mütləq hansısa zərbə endiriləcək. Əsas hədəf Əsəd yox, Putindir. Özünü müqavilə imzalamaq sahəsində usta hesab edən Tramp bu cür silahlı yolla Putini sərfəli genişmiqyaslı razılaşmaya məcbur etməyə cəhd edir.
Trampın yeni və ağıllı raketlərin Suriyaya uçacağı və Rusiyanın bununla bacarmayacağı haqqında tviti çoxlarını dəhşətə saldı, amma sonradan Rusiya ilə münasibətləri pisləşdirməmək haqqında tviti rahatlıq gətirdi. Tramp Rusiya iqtisadiyyatına yüngül yardım edəcəyi, əməkdaşlığı yoluna qoyacağı və silah yarışını dayandıracağına vəd verdi.
Trampın seçildiyi zamanı Moskvada hər kəs gözləyirdi ki, o, Putinlə yanaşı oturacaq və onlar hər şey barədə razılaşacaqlar. Və budur, Trampın Rusiya ilə təhdid və təklif razılaşması... Tramp hesab edir ki, bundan çətinliklə imtina etmək olar. Sanksiyalar götürüləcək, Rusiya investisiya və texnologiyalar əldə edəcək, çoxillik iqtisadi durğunluq bitəcək, amma buna qarşılıq Əsəd satılmalıdır. Digər tərəfdən, Moskva həm də Donbası satmalı, Minsk razılaşmasının şərtlərini icra etməlidir. Moskva imtina etsə, raketlər uçacaq.
Bəli, Moskvaya ABŞ-la qlobal fikir ayrılıqlarının həll edilməsi üçün Trampla imzalanacaq gələcək pakt 2016-cı ilin noyabrında bu cür görünmürdü. Görünür, Trampın biznes təcrübəsində Rusiyaya bənzəyən bu cür güc yoluyla müqavilə imzalamaq imkanı əsas amildir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Bu gün, 21:02 |
|
|
|
• Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Bu gün, 20:57 |
|
|
|
• Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Bu gün, 19:06 |
|
|
|
• Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Bu gün, 19:02 |
|
|
|
• AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Bu gün, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Bu gün, 18:58 |
|
|
|
• Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Bu gün, 18:03 |
|
|
|
• ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Bu gün, 18:01 |
|
|
|
• Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Bu gün, 17:56 |
|
|
|
• Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:48 |
|
|
|
• 16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Bu gün, 17:45 |
|
|
|
• Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Bu gün, 17:36 |
|
|
|
• Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Bu gün, 17:28 |
|
|
|
• Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Bu gün, 17:26 |
|
|
|
• Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Bu gün, 17:23 |
|
|
|
• Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Bu gün, 17:09 |
|
|
|
• “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Bu gün, 17:01 |
|
|
|
• Tramp təyyarə qəzasını sabotaj hesab edir
Bu gün, 16:42 |
|
|
|
• Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır – “Biz hansı dövrdə yaşayırıq” (VİDEO)
Bu gün, 16:39 |
|
|
|
• DTX-dan xüsusi əməliyyat: - 500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Bu gün, 16:37 |
|
|
|
• Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır - ÇAĞIRIŞ
Bu gün, 16:35 |
|
|
|
• Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? – Mühüm detal
Bu gün, 16:28 |
|
|
|
• Tehran və Moskvanın narahatlığı bəlli oldu - Zəngəzur dəhlizinə nəzarət dəyişir
Bu gün, 16:26 |
|
|
|
• Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: - “Deyirlər övladı haradadır?!”
Bu gün, 16:23 |
|
|
|
• Jurnalistə bu universitetdə VƏZİFƏ VERİLDİ
Bu gün, 16:16 |
|
|
|
• "Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" - NARAZILIQ VAR...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:59 |
|
|
|
• Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - BU NƏDİ BELƏ?..
Bu gün, 15:57 |
|
|
|
• “BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" - GİLEY
Bu gün, 15:54 |
|
|
|
• Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək - DETALLAR
Bu gün, 15:33 |
|
|
|
• Azərbaycanda bank faizləri çox yüksəkdir... - BƏS NƏ EDƏK?..
Bu gün, 15:30 |
|
|
|
• 20-dən çox sərnişin Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib - SƏBƏB
Bu gün, 15:25 |
|
|
|
• Bakı, Tiflis və İrəvan arasında nə baş verir? – Badalyan
Bu gün, 15:24 |
|
|
|
• Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir
Bu gün, 15:22 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - FAİZ FAİZ ÜSTÜNƏ GƏLİR...
Bu gün, 15:17 |
|
|
|
• Azərbaycanda tanınmış ekspert HƏBS EDİLDİ - BUNA GÖRƏ...
Bu gün, 15:15 |
|
|
|
• Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Bu gün, 15:13 |
|
|
|
• Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
Bu gün, 15:02 |
|
|
|
• Azərbaycanda karqo şirkəti - LƏĞV EDİLİR
Bu gün, 14:58 |
|
|
|
• Bakıda avtoritetlərin "sxodka"sı ilə gündəmə gələn şadlıq saraylarının sahibi həbs edildi - FOTO
Bu gün, 14:54 |
|
|
|
• Sabiq general cəzası ilə bağlı apellyasiya şikayəti verib
Bu gün, 14:49 |
|
|
|
• Moskvadan Bakıya YENİ TƏKLİF: - AZAL-ın təyyarəsinin vurulmasından sonra…
Bu gün, 14:48 |
|
|
|
• Kənd təsərrüfatımız “ölü nöqtə”dən tərpənmir – Üzücü səbəb, ağrılı nəticə
Bu gün, 14:02 |
|
|
|
• Tələbələr "TələbəPlus" kartından narazılıq edir - Brend mağazalar, komissiya haqları...
Bu gün, 14:00 |
|
|
|
• On iki nazir Aİ-yə çağırış edib: Avropanı Rusiyadan qoruyun! - “Reuters”
Bu gün, 13:58 |
|
|
|
• Mirvari Qəhrəmanlının qızını təhqir edənə CƏZA KƏSİLDİ - DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Ukraynada 200 min sülhməramlının yerləşdirilməsi mümkün deyil - Fransız general
Bu gün, 13:15 |
|
|
|
• İsmayıllı İcra hakimiyyətində VARİS PLANI... - İLGİNC...
Bu gün, 13:14 |
|
|
|
• Həbs edilən sabiq hakimin işindəki ilginc detallar: - Gizli çəkiliş, mətbəxdəki rüşvət, yoxa çıxan telefon
Bu gün, 13:05 |
|
|
|
• "Əməliyyatdan sonra bədənimdən çirk axırdı" - Daha bir plastik cərrah qalmaqalı
Bu gün, 13:02 |
|
|
|
|