Putinin reytinqi artır
Tarix: 16-01-2018, 09:45 | Çap et
İspaniyanın "El Pais” qəzeti yazır ki, Krımın işğalı ona gətirib çıxarıb ki, əhalinin 80 faizi prezident Vladimir Putinin fəaliyyətini yüksək və yaxşı qiymətləndirir. Qəzet yazır ki, elə prezident seçkilərinin də 2018-ci il martın 18-ə təyin edilməsi təsadüfi deyil. Ruslar üçün bu tarix simvolikdir. Məhz həmin gün, dörd il bundan əvvəl Rusiya hakimiyyət orqanları Krımı Rusiyanın tərkibinə daxil ediblər. Rusiya Siyasi Müşavirlər Assosiasiyasının vitse-prezidenti İqor Mintusov hesab edir ki, "Krım Putinə səs vermək üçün ən güclü arqument hesab edilir. Lakin ola bilsin bu əsas motiv olmasın. Eyforiya artıq gedir”, - deyə İ.Mintusov bildirib. Onun sözlərinə görə, Putin Krımın işğalından sonra rusların gözündə güclü siyasətçi, dövlət maraqlarına hörmət edən bir liderdir. Onun qənaətincə, Pitin ruslarda onların maraqlarının müdafiəçisi, qüdrətli xalq ideyasını gücləndirib. Krımın işğalı da bu istəyi pik həddə yüksəltmiş olub. Onlar hesab edir ki, Krımı tutmaqla tarixi ədalət bərpa olundu. Yeri gəlmişkən, prezidentliyə namizəd digər iki şəxs liberal-demokratların lideri Qriqori Yavlinski və teleaparıcı Kseniya Sobçak bu işğala qarşıdırlar. Qəzet yazır ki, bu o deməkdir ki, onlar minimum 60 faiz elektoratdan məhrum olmuş olurlar. Mintiusov qəzetə açıqlamasında bildirir ki, prezident seçkiləri kampaniyasında hakimiyyət cəmiyyəti öz ətrafında tək bir Krım məsələsinə görə cəmləşdirə bilər. Ən maraqlısı odur ki, rusların çoxu ölkədəki iqtisadi vəziyyətin pisləşməsinin heç də Krımın işğalından sonra baş verdiyi qənaətində deyil. Onların qənaətincə, həyat şəraitinin pisləşməsi neftin qiymətinin aşağı düşməsi və antirusiya sanksiyaları ilə bağlıdır. Krımın Putinin seçkiqabağı kampaniyasında rolu prezidentin seçki qərargahının mətbuat xidmətinin rəhbəri, siyasi icmalçı Andrey Kondraşovun təyinatında da görmək olar. Bu şəxs Krımla bağlı bir sıra filmlərin, o cümlədən "Krım-Vətənə yol” sənədli filminin müəllifidir. Rusiya prezidenti həmin sənədli filmdə bildirib ki, Qərb ölkələri Krımın işğalına qarşı çıxsaydılar və silahlı qarşıdurması baş versəydi, onda nüvə silahının tətbiqini həyata keçirəcəkdi. O, əlavə edib ki, Krım işğalı zamanı Baş Kəşfiyyat İdarəsi, dəniz piyadalıları, yaxından iştirak edib. Onlar Simferepolda yerli parlamentin ələ keçirilməsində xüsusi rol oynayıblar. Bu qüvvələr 20 minlik Ukrayna hərbçilərini zərərsizləşdirməkdə aktiv iştirak ediblər. Hazırda Krımda təqribən 2 milyona yaxın insan yaşayır. İşğaldan sonra pasport alan Rusiya vətəndaşları (o cümlədən yeni krımlılar) 2018-ci il martında keçiriləcək seçkilərdə iştirak edə biləcəklər. Krımlıların böyük əksəriyyəti Putini dəstəkləsələr də, yerli məmurlardan narazıdırlar. Krım Rusiyanın digər vilayətlərinin arzu və həsrətində olduğu subsidiya alır. Lakin bu vəsait məmurların şəxsi mənfəətlərinə gedir. Məsələn, Kerçensk boğazı üzərində körpünün tikintisini Putinin yaxın dostu həyata keçirir. Başqa bir məsələ ondadır ki, yeni hakimiyyət orqanları Ukrayna dövlətinə məxsus müəssisələri milliləşdiriblər. Lakin "milliləşmə”yə yüzlərlə özəl müəssisə, mehmanxana, restoran və yanacaqdoldurma müəssisələri də məruz qalıb. Özü də "milliləşmə” hətta Rusiya qanunlarına da uyğun həyata keçirilməyib. Heç bir məhkəmə qərarı olmadan insanların əlindən obyektləri alınıb.
Qərb mediası Krımla bağlı başqa bir maraqlı xəbər də yayıb. Belə ki, bölgənin prokuroru krımlı fəal Vladimir Baluka beş il bir ay həbs cəzası istəyib. O, silah və partlayıcı saxlamaqda ittiham olunur.
Yanvarın 15-də məhkəmədə son sözünü deyən Baluk bir daha günahsız olduğunu dilə gətirib, Rusiyaya müraciətlə bu hökmün onu "qondarma yeni vətənini sevməyə heç vaxt məcbur edə bilməyəcəyini” deyib.
Fəal özünə qarşı ittihamları siyasi motivli adlandırıb. Rəsmi Kiyev və insan haqları qrupları Rusiyanın Krımı tutmasıyla barışmayan yerli əhaliyə qarşı ayrıca kampaniya aparıldığını bildirir. "Bu gün azad olmaq hüququ uğrunda vuruşanların analarının göz yaşları Krım əhalisini təqib edənləri kabus kimi izləyəcək. Amma heç nəyə baxmayaraq, qələbə bizim olacaq. Ukraynaya eşq olsun!”- deyə Baluk bildirib. Hökm yanvarın 16-da elan olunacaq. Avqustda Rozdolne rayon məhkəməsi Baluku 3 il yeddi aylıq cəzaya məhkum edib. Amma apelyasiya məhkəməsi hökmü ləğv edib və işi əlavə araşdırmaya göndərib, Baluk ev dustağına çevrilib. Baluk Krımda Rusiya tərəfindən mühakimə olunmuş onlarla krımlıdan biridir. İnsan haqları qrupları Moskvanın bu yolla narazıları susdurmağa çalışdığını deyirlər. Rusiyanın Krımı ilhaqına qarşı çıxan krımlılar ayrı-seçkiliklə üzləşdiklərini deyirlər. \\kaspi.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:11 |
|
|
|
• Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Bu gün, 09:06 |
|
|
|
• Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Bu gün, 09:03 |
|
|
|
• “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Bu gün, 07:45 |
|
|
|
• 'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Bu gün, 07:41 |
|
|
|
• "Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Bu gün, 07:30 |
|
|
|
• Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Bu gün, 07:24 |
|
|
|
• Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Bu gün, 07:19 |
|
|
|
• İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Bu gün, 07:12 |
|
|
|
• "ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Bu gün, 06:44 |
|
|
|
• İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... - TƏFƏRRÜAT
Bu gün, 06:38 |
|
|
|
• Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? - İLGİNC
Bu gün, 06:33 |
|
|
|
• Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar - İNCƏLƏMƏ
Bu gün, 06:24 |
|
|
|
• “Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər”
Bu gün, 06:20 |
|
|
|
• Özəlləşdirmə çekləri: ziddiyyət, haqsızlıq və qanunun tələbi - ARAŞDIRMA
Bu gün, 00:30 |
|
|
|
• DSMF-dən ŞİKAYƏT: 250 nəfərin pensiyası nəyə görə dayandırıldı? - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• Sabiq nazirdən Vasif Talıbovla bağlı ŞOK AÇIQLAMA - VİDEO
Bu gün, 00:19 |
|
|
|
• "Getdiyiniz yerləri araşdırın, maraqlanın..." - ÇAĞIRIŞ
Bu gün, 00:10 |
|
|
|
• Baş həkim İlyas İsmayılovun səhhətindən danışdı - "Onun səhhətində..."
Bu gün, 00:07 |
|
|
|
• Daşaltı əməliyyatından 33 il ötür - UNUTMARIQ!
Bu gün, 00:04 |
|
|
|
• Metroda SÜNİ QİYMƏT ARTIMI: - “Milyonlarla rüşvət aldığı və...”
Dünən, 18:00 |
|
|
|
• “10 il vaxt, nə qədər də istəyirsiniz silah verin, əsla bizə çata bilməyəcəklər” - deputat
Dünən, 16:46 |
|
|
|
• "Musa küsəyəndir, çantası da qapının ağzındadır" - Təranə
Dünən, 16:44 |
|
|
|
• Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək - AÇIQLAMA
Dünən, 16:37 |
|
|
|
• AZAL-ın sabiq prezidenti yeni məqamları açdı - “Rusiya məsələni boynundan tam atmaq üçün həyasızlıq edir”
Dünən, 16:33 |
|
|
|
• Gürcüstan XİN başçısı Ermənistana səfər planlaşdırır
Dünən, 16:23 |
|
|
|
• “Dövlət qurumlarının, nazirliklərin də 150 illik yubileylə bağlı həssaslıq göstərməsini gözləyirik” - ÇAĞIRIŞ
Dünən, 16:20 |
|
|
|
• Çin İrəvana "sarı işıq" yandırıb - Manasaryan
Dünən, 16:18 |
|
|
|
• Vasif Xatirədən incidiyini etiraf etdi
Dünən, 16:16 |
|
|
|
• Əli Əhmədov HƏBS OLUNDU - BUNA GÖRƏ...
Dünən, 16:10 |
|
|
|
• Qonşularımız pisdir, AMMA... - GƏLİŞMƏ
Dünən, 16:08 |
|
|
|
• 1 milyonluq dələduzluqdan bəraət almışdı - 10 illik həbs edildi
Dünən, 16:06 |
|
|
|
• Azərbaycan-İran münasibətlərində BU AMİL nəzərə alınmırsa... - YA ALLAH...
Dünən, 16:04 |
|
|
|
• Rusiyanın nəinki Yaxın Şərqdə, heç Cənubi Qafqazda da əvvəlki kimi gücü qalmayıb - RƏY
Dünən, 14:00 |
|
|
|
• USAİD-in bütün dünya üzrə yardımları dayandırıldı – Yoxlamalar başladı
Dünən, 13:09 |
|
|
|
• Ağayevin baltası Mənsimovun əmisi qızına dəyibmiş
Dünən, 13:06 |
|
|
|
• İran ÖZÜNƏ YIĞIŞMADI - Bakıdan qəzəb reaksiyası
Dünən, 12:21 |
|
|
|
• Bu amilin özü də Tramp üçün əhəmiyyətlidir... - ŞƏRH
Dünən, 12:05 |
|
|
|
• Paşinyandan Moskvaya qarşı NATO "oyun"u - İLGİNC...
Dünən, 12:00 |
|
|
|
• Xırdalan sakinləri təcili yardımın qəbuluna niyə düşə bilmir? - PROBLEM VAR...
Dünən, 11:32 |
|
|
|
• “Toplum TV” işi üzrə ilkin istintaq bitdi - Məhkəmə başlayır
Dünən, 11:29 |
|
|
|
• Putin Trampla görüşə razılıq verdi
Dünən, 11:27 |
|
|
|
• “Qərb maliyyəni kəsən kimi, Ermənistan yanımıza qayıdacaq” - Rusiyalı politoloq
Dünən, 11:26 |
|
|
|
• "Qara qutu"nun deşifrə olması... - AÇIQLAMA
Dünən, 11:20 |
|
|
|
• “Köçəryan və Sarqsyanı da Bakı məhkəməsinə çıxarmaq lazımdır” – ALEKSANYAN
Dünən, 11:15 |
|
|
|
• “Pilot Residence”-in rəhbərliyindən Prezidentə şikayət - "Sizdən artıq dərəcədə xahiş edirik..."
Dünən, 11:00 |
|
|
|
• Kreml Yaponiyanın Rusiyaya qarşı mövqeyini qeyri-dost hesab edir - TASS
Dünən, 10:51 |
|
|
|
• Əgər iqtisadi vəziyyət pisləşərsə, əhali günahı hökumətdə görəcək - GƏLİŞMƏ
Dünən, 10:36 |
|
|
|
• “Rusiya həmişə bizə qarşı soyqırımların törədilməsinə dəstək verib” - Deputatdan ilginc açıqlamalar
Dünən, 10:34 |
|
|
|
• Qərbdən gələn təlimatlar mənasızdır - ÇÜNKİ...
Dünən, 10:31 |
|
|
|
|