İstanbul terroru ilə bağlı yeni sensasion iddialar
Tarix: 6-01-2017, 07:50 | Çap et
Yeni il gecəsi İstanbulda “Reina” gecə klubunda baş verən terror hadisəsi ilə bağlı istintaq davam edir. Xatırladaq ki, yanvarın 1-də saat 01.15 radələrində silahlı şəxs İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna daxil olaraq qarşısına çıxana atəş açıb. Məlumata görə, terrorçu əvvəlcə barın giriş qapısındakı polis və mühafizəçini öldürüb, daha sonra içəri daxil olaraq təxminən 600 nəfər insanın olduğu zalı gülləyə tutub. Hücum nəticəsində 39 nəfər ölüb, 68 nəfər isə yaralıdır. Terrorçu hadisədən sonra insanlara qarışaraq qaça bilib.
Terrorçu uyğur əsillidir
Yanvarın 5-də mətbuat konfransı keçirən baş nazirin müavini Veysi Konak deyib ki, İstanbul terrorçusunun şəxsiyyəti və gedə biləcəyi yerlər, əlaqələri artıq müəyyən olunub. O deyib ki, terrorçunun xaricə qaçması ehtimalı azdır, artıq ölkə içərisində terrorçunun yaxalanması üçün əməliyyatlar davam edir. Veysi Kaynak “Reina” terrorçusunun milliyyətinin böyük ehtimalla uyğur olduğu, ancaq hansı ölkə vətəndaşı olması faktının hələlik dəqiqləşmədiyini də bildirib.
Qeyd edək ki, terror hadisəsinin ilk saatlarında şahid ifadələrində hücum edənlərin 2 və ya 3 nəfər ola biləcəyi qeyd olunsa da, sonradan daxili işlər naziri terrorçunun bir nəfər olduğunu bildirib. Ancaq sonrakı günlərdə yenidən mediada gecə klubuna hücum edənlərin iki nəfər olması ilə bağlı məlumatlar yayılmağa başlayıb. Ancaq baş nazirin müavini Kaynak bildirib ki, istintaq gecə klubunda qətliam törədənin bir nəfər olduğu qənaətindədir, ancaq terrorçuya yardım edənlər olub.
“Karar” qəzeti isə terrorçunun təhlükəsizlik kameralarına düşən görüntülərində geyimində fərqlərin olmasına diqqət çəkib. Bu əlamətlər isə terroru iki nəfərin törədə biləcəyi ilə bağlı şübhələrə səbəb olub. Belə ki, Zeytunburnu məhəlləsində qaldığı evdən çıxan terrorçunun açıq rəngli şalvar geyindiyi görünür. Klubun içərisinə atəş açaraq girən terrorçunun əynində isə tünd rəngli dar şalvar olub. Ancaq klubun içərisində atəş açan terrorçunun əynində evdən çıxarkən olduğu açıq rəngli və qabarıq cibləri olan şalvarın olduğu görünür. Eyni zamanda bardan qaçıb taksiyə minərkən və Kuruçeşmə bölgəsində təhlükəsizlik kamerasına düşən görüntülərdə də yenə əynində tünd və dar şalvar olduğu görünür.
Bu səbəbdən də ekspertlərə görə, terrorçunun Zeytunburnunda evdən çıxarkən geydiyi şalvarla “Reina” klubunda atəş açarkən əyninə geydiyi şalvar eyni olub. Bu isə başqa bir terrorçunun öncədən içəridə ola biləcəyi şübhəsinə səbəb olub.
Bundan başqa, şahidlər də klubda iki nəfərin ətrafa atəş açdığını bildirib. Ancaq hələlik rəsmi dairələr bu məlumatları təsdiqləmir.
Terrorçu 3 nəfər olub?
Maraqlıdır ki, hadisə zamanı barda olan Səudiyyə Ərəbistanı vətəndaşı Həsən Xaşuqqi isə Türkiyə mediasına verdiyi açıqlamada bardakı terrorçuların sayının biri qadın olmaqla, 3 nəfər olduğunu deyib. Ərəbistanlı turist barda hotel vasitəsilə yer sifariş edib və hadisədən 40 dəqiqə əvvəl həyat yoldaşı ilə birlikdə bara gedib.
O deyib ki, terrorçular 3 nəfər olub, biri isə qadın olub. Hətta deyib ki, klubda olanlardan biri “o qadın bizi nədən öldürmək istəyir” deyə bağırıb. O deyib ki, terrorçular silahdan çox yaxşı istifadə ediblər. Xaşuqqinin bildirdiyinə görə, terrorçular ərəbcə danışmayıb, ancaq hansı dildə danışdıqlarını da anlamayıb. O dənizə atılaraq gizləndiklərini və bir saat ərzində atışmanın davam etdiyini bildirib.
Terrora sevinənlər cinayət məsuliyyətinə cəlb olunacaq
Qeyd edək ki, bu hadisə Türkiyədə dünyəvi insanlarla dindarlar arasında ciddi fikir ayrılığına və nifrət çağırışlarına səbəb oldu. Yeni ildən bir neçə gün əvvəl Türkiyənin böyük şəhərlərində başlayan kampaniyada dini qruplar, camaatlar Yeni ilin müsəlman bayramı olmadığı və bu səbəbdən bu bayramı müsəlmanların qeyd etməsinin doğru olmadığı ilə bağlı təbliğat aparıblar. Bu isə öz növbəsində dünyəvi camiədə ciddi etirazla qarşılanıb. Türkiyə Diyanət İşləri başqanının Yeni il əleyhinə bəyanat yayması dünyəvi ölkə olan Türkiyədə ciddi etirazlara səbəb olub.
Bayram gecəsi baş verən terror aktı bir baxımdan Yeni il əleyhinə kampaniyanı daha da qızışdırıb. Radikal dindarlar qətliamı dəstəkləyən fikirlər səsləndiriblər. Sosial şəbəkədə isə ciddi fikri qarşıdurması, ittihamlar yayılıb.
Ötən gün məlum olub ki, İstanbul Cümhuriyyət Prokurorluğu “Reina” terrorundan sonra sosial mediada bu hadisəyə sevinənlər haqqında “xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama” ittihamı ilə cinayət işi başlayıb. “Hürriyet” qəzetinin məlumatına görə, artıq 20-dək sosial media hesabı istintaqa cəlb olunub və araşdırılıb. Cinayət tərkibli fikirlər paylaşanlar haqqında həbs qərarı çıxarılıb, bir neçə nəfər isə artıq saxlanılıb.
Yenə də İŞİD...
Qeyd edək ki, mediada yer alan məlumatlara əsasən, istintaq “Reina” terrorçusunun İŞİD üzvü olduğunu müəyyən edib. Məlumatlarda terrorçunun “xüsusi təlim” almış, peşəkar olduğu qeyd edilir. Belə ki, istintaq mütəxəssisləri kameradakı görüntülərə əsasən, terrorçuya 3 saatlıq məsafə qədər yaxınlaşsa da, sonradan onun izi itib və ya ən azı artıq bilgilər yoxdur. Hələlik istintaq yalnız onun hücumdan əvvəl olduğu evi müəyyən edib.
“Sözcü” qəzetinin məlumatına əsasən, hazırda qatilin həbs olunması ilə əlaqədar Terrorla Mübarizə Şöbəsinin əməkdaşları ilə yanaşı, 600 polis cəlb olunub. İstintaqın ehtimalına görə, terrordan dərhal sonra sosial mediaya sızdırılmış bəzi məlumatlar məhz terrorçunun izinin itirilməsi məqsədi daşıyıb. Məsələ ondadır ki, İŞİD-ə yaxın media və sosial şəbəkə hesabları isə “Xorasani” adlandırılan terrorçunun artıq Türkiyədən qaçdığı ilə bağlı xəbərlər yayıb. Hazırda Türkiyə polisi və istintaq həm də sosial media və internet saytlarındakı terrorçu ilə bağlı xəbərləri izləməyə alıb. O cümlədən terrorçunun fotoları və selfisinin sosial mediaya necə və hansı yolla düşməsi, bu iz azdırma işinin mənbələri araşdırılır. Çox güman ki, istintaq bununla terrorçunun bağlı olduğu mənbələri müəyyən etməyə çalışır.
Bundan başqa, Türkiyə polisi ölkə ərazisində İŞİD hücrələri olaraq bilinən evlərə əməliyyat təşkil edib. Zeytunburnu, Başakşehir və Silivridə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 24 nəfər şübhəli həbs olunub.
Terrorçu amerikalı olub?
Bu arada Türkiyə mediasında “Reina” terrorçularından birinin barda yaralanan Jakob Raak olduğu ilə bağlı iddia ortaya atılıb. İddialara görə, yaralılar arasında olan amerikalı Jakob xəstəxanadan buraxılıb və Amerikaya göndərilib. Ancaq xəstəxanadan çıxarılıb Amerikaya yola salınan Jakobun hərəkətləri və rahat davranışları Türkiyədə şübhə ilə qarşılanıb. Pensilvaniya ştatının Chadds Ford qəsəbəsində doğulub böyüyən 35 yaşlı Ceykobun (Jakob) hazırda o qəsəbədə yaşadığı və kiçik bir şirkətinin olduğu bilinir. Maraqlıdır ki, xəstəxanadan çıxarkən onun şapkasında “quiet storm” yazısı olub. İddialara görə, bu ifadə ABŞ Quru Qoşunları Kəşfiyyatına məlumat toplayan şirkətin proqramının adıdır. Ancaq iddialara görə, bu nişan hərbi məhsul istehsal edən firmaya məxsus imiş. O da məlum olub ki, Raak hərbi məktəbdə təhsil alıb. Onun dəniz piyadası olduğu və Pensilvaniyada bir silah firmasında çalışdığı bildirilir. Maraqlıdır ki, onun İstanbula getməsi ilə bağlı göstərdiyi səbəb anasının dediyi (ad günündə iştirak) söylədiyi səbəblə eyni olmayıb. Bu isə Türkiyədə şübhələrə səbəb olub...
Nuranə Həsənova Bakıda dəfn olundu
İstanbulda Yeni il gecəsi baş verən terrorda ölən Nuranə Həsənova Bakıda dəfn olunub. “Qafqazinfo” xəbər verib ki, “Təzəpir” məscidində baş tutan mərasimdə mərhumun bacısı Vüsalə Həsənova da olub. O, Azərbaycanda sosial şəbəkələrdə bacısı haqda gedən müzakirələrdən təəssüfləndiyini dilə gətirib və yerli mətbuata açıqlama verməkdən imtina edib. Vüsalə Həsənova bacısının ölümü barədə danışmaqda çətinlik çəkdiyini qeyd edib: “Mənim üçün çox ağırdır. Niyə axı bu lənətəgəlmiş terrorizmlə mübarizə aparmırsız?! Niyə məhz mənim bacım ölməli idi?! Niyə o?! Mənim gözəlim... Nuranə hələ cavan, həyat dolu bir qız idi, hamıya kömək edirdi...” \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Həcc ziyarətinin bahalaşdığı bir dönəmdə Şeyx də `ÖZÜNƏ MAYA QOYDU`... - FOTO
Bu gün, 12:03 |
|
|
|
• "İş o yerə çatdı ki, meyxana yenə də getdi, düşdü toyxana küncünə" - VİDEO
Bu gün, 11:59 |
|
|
|
• Lavrov Mirzoyanla görüşdə özünü “yandırdı” – Həyəcandan elə səhv etdi ki…
Bu gün, 11:55 |
|
|
|
• Azərbaycanda bu su kanalının yenidən qurulmasına 12,4 mln. manat ayrıldı
Bu gün, 11:51 |
|
|
|
• Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün, 11:45 |
|
|
|
• Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi
Bu gün, 11:41 |
|
|
|
• "Qərbin təzyiqlərini neytrallaşdırmaq istəyən Gürcüstan... Donald Trampın siyasi dəstəyinə ehtiyac duyur"
Bu gün, 11:37 |
|
|
|
• Naxçıvanda həm də tələbə olan məmurlar... DƏRSƏ GƏLMİRLƏR! - "Bu, saxta təhsilin bir nümunəsidir..."
Bu gün, 11:33 |
|
|
|
• Azər Rəcəbovun müavini yenidən həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30 |
|
|
|
• Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktorundan YENİ XƏBƏR - FOTO
Bu gün, 11:28 |
|
|
|
• İrəvan Moskvanın əsəblərini tarıma çəkir - NƏ BAŞ VERİR?
Bu gün, 11:25 |
|
|
|
• Pensiya artımlarını nə vaxtdan və hansı məbləğdə alacağıq? - AKTUAL
Bu gün, 11:05 |
|
|
|
• Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa - Bu qədər borcu var
Bu gün, 10:59 |
|
|
|
• MİDA sakinləri etiraza qalxdı - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
• "AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" - deputat
Bu gün, 10:42 |
|
|
|
• Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı - VİDEO
Bu gün, 10:39 |
|
|
|
• Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib
Bu gün, 10:37 |
|
|
|
• Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb
Bu gün, 10:33 |
|
|
|
• Azərbaycan belə tələb irəli sürüb, ancaq... - Simonyan
Bu gün, 10:26 |
|
|
|
• Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib - “Hraparak”
Bu gün, 10:17 |
|
|
|
• Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı... - ortaya nələr çıxardı
Bu gün, 10:15 |
|
|
|
• "Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin..." - deputat
Bu gün, 10:09 |
|
|
|
• Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb - MB-ın inflyasiya proqnozu isə...
Bu gün, 10:04 |
|
|
|
• Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• Livanın paytaxtında "Hizbullah"ın nümayəndəsi öldürülüb - “Mehr”
Bu gün, 09:59 |
|
|
|
• Kompleks Qazma İşləri Trestində GESTAPO REJİMİ - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Zurabişvili ermənilərə “dayı” deməyə başladı - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:47 |
|
|
|
• Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:36 |
|
|
|
• Qubada əsas söz sahibi kimdir? - HƏLƏ DƏ BİLİNMİR...
Bu gün, 09:28 |
|
|
|
• İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsinin hazırlıq iclası keçirilib
Bu gün, 09:22 |
|
|
|
• 15 ildir ŞƏHİDLİK HAQQI tanınmır... - atası FƏRYAD EDİR
Bu gün, 09:16 |
|
|
|
• Məktəblərdə 6 günlük dərs qrafiki ləğv olunur? – AÇIQLAMA
Bu gün, 09:12 |
|
|
|
• Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
Bu gün, 09:10 |
|
|
|
• Vüqar Əhmədov idarə rəisi təyin etdi - ƏMR
Bu gün, 09:05 |
|
|
|
• Moskvada Zəngəzur planı ifşa edildi - Lavrovun iki təklifinə rədd CAVABI
Bu gün, 08:58 |
|
|
|
• Rusiyanın bu cür mövqeyi onun etibarsız tərəfdaş olduğunu göstərir... - FAKT BUDUR!
Bu gün, 08:56 |
|
|
|
• “Kapital Bank” ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:48 |
|
|
|
• “Buta” klinikasının gözdən-könüldən uzaq işləri - ÇALIŞIRLAR Kİ...
Bu gün, 08:46 |
|
|
|
• "Biz də bilirik ki, Mixail Qorbaçovu Nobel Sülh Mükafatından məhrum etməyəcəklər" - AMMA...
Bu gün, 08:39 |
|
|
|
• İşçilər bunları bilməlidir... - Ekspert danışır...
Bu gün, 08:33 |
|
|
|
• ABŞ-ın bu qərarı Bakıya da təsir edəcək - AÇIQLAMA
Bu gün, 08:30 |
|
|
|
• Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib - "Bəzi Qərb dairələri..."
Bu gün, 08:28 |
|
|
|
• İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər - GÖZLƏNTİ
Bu gün, 08:22 |
|
|
|
• Neftçilər qəpik-quruş dərdində... bu isə... - İLGİNC FAKTLAR
Bu gün, 07:33 |
|
|
|
• “AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
Bu gün, 07:27 |
|
|
|
• "Təmir adı ilə sui-istifadə olundu” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:22 |
|
|
|
• Tramp mütləq İrana zərbə endirəcək - Görünəni odur ki...
Bu gün, 07:13 |
|
|
|
• Ermənistanın taleyini o müharibə həll edəcək – Kritik proses başlayır
Bu gün, 07:11 |
|
|
|
• Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib - "AFP"
Bu gün, 06:25 |
|
|
|
|