Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq .....                     "Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" .....                     “Zatulinə psixi yardım lazımdır" .....                     Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? .....                     Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər .....                     NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib .....                     Şəhid atası vəfat etdi .....                     Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi .....                     Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? .....                     Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş .....                     Yasamal icra hakimiyyəti HARA BAXIR? .....                     “Hədiyyələr” ASC səhmdarlarını .....                     'Analar Günü' 'ifşa olunan' MAMA... .....                     “5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” .....                     “Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? .....                     Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? .....                     “Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək .....                     4 ildir ki, kompensasiya ala bilmirlər... .....                     Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı .....                     İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? .....                     "Bir də görürəm ki, 2 saatdır oradayam" .....                     Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? .....                     Azərbaycanda gizli dini şəbəkə təhlükəsi .....                     PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi .....                     Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB .....                     Neft ölkələri üçün həyəcan təbili .....                     Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır .....                     "Kişi efirdə belə davranmamalıdır" .....                     “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti .....                     Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb .....                     “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı .....                     “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına .....                     "Məni məhkəməyə çağırmayıblar..." .....                     Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib .....                     20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox .....                     “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? .....                     Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... .....                     Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı .....                     Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar .....                     “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” .....                 

ARZU RƏHİMOV HƏRƏKƏTƏ KEÇDİ
Tarix: 28-02-2012, 12:32 | Çap et
ARZU RƏHİMOV HƏRƏKƏTƏ KEÇDİ

HƏRBİ KOMİSSARLIQLARDA KÜTLƏVİ İXTİSARLAR BAŞLAYA BİLƏR

DİA.AZ: - Xəbər verildiyi kimi, «Hərbi vəzifə və hərbi xidmət haqqında» qanunun tətbiqi ilə əlaqədar olaraq hərbi komissarlıqlar ləğv edilib. Müdafiə Nazirliyinin tabeliyində olan hərbi komissarlıqların səlahiyyəti yeni yaradılan hərbi quruma - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə verilib. Qurumun rəhbəri postuna isə Dövlət Miqrasiya Xidmətinin keçmiş rəhbəri general Arzu Rəhimov təyin edilib.

Məlum dəyişiklik cəmiyyətdə birmənalı qəbul olunmayıb. Bu qərar hakimiyyət təmsilçiləri tərəfindən ordu quruculuğu yönündə atılan ciddi islahat kimi dəyərləndirilsə də, müstəqil hərbi ekspertlər bunun əksini düşünür. Yeni qurumun yaradılmasını tamamilə lüzumsuz bir addım kimi dəyərləndirən ekspertlər hesab edir ki, çağırış və səfərbərlik sistemi ilə bağlı neqativ halları aradan qaldırmaq üçün hərbi komissarlıqlar sistemində müəyyən islahatlar aparmaq kifayət idi. Onların fikrincə, bu addım problemin həllindən çox hakimiyyət içində güclü bir şəbəkənin korporativ maraqlarına xidmət etməkdən başqa bir şeyə yaramayacaq. Ekspertlər düşünür ki, peşəkar hərbi rəhbərlik bu işin mahiyyətini və müsbət yöndə heç bir işə yaramayacağını anladıqlarından bu məsələdə maraqlı deyillər. Eyni zamanda, onlar Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı gözləntilərin müsbət nəticə verməyəcəyi qənaətindədirlər.
Müstəqil hərbi qurum kimi fəaliyyət göstərəcək Dövlət Xidmətinin üzərində heç bir nəzarət olmadığı üçün, əslində bu qurumda korrupsiya üçün daha geniş zəmin formalaşacaq.

Xatırladaq ki, Əliağa Hüseynov baş komissar vəzifəsindən azad ediləndən sonra hərbi çağırış sistemində rüşvət və korrupsiya elementləri təxminən bir il müddətində aradan qalxmış, Azərbaycan insanının çoxdan arzu etdiyi şəffaflıq formalaşmışdı. Lakin görünür, siyasi hakimiyyətdə bəzi şəbəkələri bu cür rüşvətsiz mühit qane etmir və yeni qurumun yaradılmasını da məhz bu maraqlar kontekstində dəyərləndirmək lazımdır. Çünki araşdırmarlara görə, son bir ilə qədər ilboyu çağırış zamanı bəzi ciblərə 50-70 milyon manat rüşvət axırmış. Məhz buna görə, yeni qurumun yaradılmasını itirilmiş milyonların yenidən qaytarılması cəhdi kimi dəyərləndirilə bilər. Digər bir tərəfdən yeni yaradılan quruma da elə bir şəxs rəhbər təyin olunub ki, onun səfərbərliklə bağlı nə savadı, nə də təcrübəsi yoxdur. Arzu Rəhimov Novosibirsk Ali Hərbi Siyasi Ümumqoşun məktəbini bitirib. Bundan sonra Dövlət Sərhəd və Dövlət Miqrasiya Xidmətində çalışıb, oradan isə Hərbi Çağırış üzrə Dövlət Xidmətinə təyinat alıb. Hərbi Çağırış üzrə Dövlət Xidmətinə isə bir çox məsələ həvalə olunub ki, sözügedən qurumun bütün bunların öhdəsindən gəlməsi praktiki baxımdan mümkün deyil. Arzu Rəhimov bir gün də olsun müharibə şəraitində olmayıb. O, döyüş tələbatlarını necə bilə bilər? Amma bütün bu keyfiyyətlərə rəğmən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunan Arzu Rəhimov komissarlıq sistemində əsaslı dəyişiklikləri həyata keçirmək niyyətindədir. O, bununla bağlı xüsusi plan hazırlayıb.

Bu barədə DİA.AZ-a məlumat verən mənbənin sözlərinə görə, Arzu rəhimov bir sıra rayonların komissarlarını yenilərilə əvəz edəcək: «O, həmin təyinatdan cəmi 3 gün sonra - fevralın 16-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ilk toplantısını keçirdi. İclasda bir sıra rayonlar üzrə məsul şəxslər iştirak edirdilər. Toplantıda səsləndirilən fikirlər göstərdi ki, ciddi yeniliklər gözlənilir». Görünür, nəhs gündə - fevralın 13-də baş verən dəyişikliklər bəzi komissarlar üçün heç də düşərli olmayacaq. Komissarlıq işçisinin sözlərinə görə, dəyişikliklər əsasən yeni komissarların təyinatı ilə bağlı ola bilər. Belə ki, yeni rəis bir çox rayonlarda komissarları dəyişmək niyyətindədir. Bu planlar arasında müvafiq struktur işçilərinin ixtisarı, eləcə də rəhbərlərinin transferləri də var: «Yadınızdadırsa, ötən il dörd rayonun komissarlığında rüşvət və korrupsiya cinayətləri aşkarlandı. Hətta onlar arasında vəzifəsindən kənarlaşdırılanlar, həbs edilənlər də oldu. Bütün bunlar komissarlıq sistemindəki nöqsanları üzə çıxardı. Arzu Rəhimov isə Sərhəd Xidmətində çalışmış adamdır. Bu sahənin digər sektorlarla müqayisədə rüşvətdən, korrupsiyadan kənarda qalması göz qabağındadır. Sərhəd Xidmətində əsgər ölümləri, itkilər, xoşagəlməz hadisələr çox nadir hallarda baş verir.»

Komissarlıq sistemindəki kardinal dəyişikliklər bununla yekunlaşmır. Mənbəmiz qeyd etdi ki, bəzi işçilərin təqaüdə göndəriləcəyi planı da hazırlanıb: «Hazırda ölkəmizin komissarlıq sistemində 3500-ə yaxın insan çalışır. Bəzi rəqəmlərdə isə bu, 4000 göstərilir. Bizdə olan məlumata görə, general rəhimov komissarlıqlarda ixtisarlar aparmaq niyyətindədir».

Onu da əlavə edək ki, general Rəhimovun Müdafiə Nazirliyi tabeçiliyində fəaliyyət göstərən Səfərbərlik İdarəsini də ləğv etmək istəyində olduğu bildirilir. Yeni qurumun rəhbərliyi bu qənaətdədir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldıqdan sonra analoji adlı başqa bir strukturun fəaliyyətinə ehtiyac yoxdur. Lakin həmin idarənin fəaliyyətinə xitam verilib-verilməyəcəyi, bu barədə yayılan xəbərlərin həqiqətə uyğun olub-olmadığı sual altındadır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq - AÇIQLANDI
Bu gün, 07:03
"Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" - Aqil Abbas
Bu gün, 06:30
“Zatulinə psixi yardım lazımdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:23
Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? - GƏLİŞMƏ
Bu gün, 06:19
Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər - İsazadə
Bu gün, 05:04
NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib - "Politico"
Bu gün, 04:43
Şəhid atası vəfat etdi
Bu gün, 04:42
Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36
Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32
Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28
Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22
“Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18
'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13
“5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09
“Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06
Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01
“Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59
4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56
Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı – Azərbaycanlılar üçün çətin vəziyyət
Bu gün, 03:52
İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16
"Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13
Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11
Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09
PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06
Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03
Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00
Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58
"Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02
“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00
Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53
“İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Dünən, 17:42
"Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Dünən, 17:37
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Dünən, 17:34
20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Dünən, 17:30
“Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 17:28
Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:22
Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 17:18
Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Dünən, 17:15
“Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Dünən, 17:12
PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Dünən, 17:06
İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Dünən, 17:03
Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Dünən, 16:59
“Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Dünən, 16:41
Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Dünən, 16:38
Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Dünən, 16:34
Putin İrana gedəcək
Dünən, 16:30
Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Dünən, 16:29
"Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Dünən, 16:19
Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Dünən, 16:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru