İrəvanda siyasi intriqa qızışır .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" .....                     Qalmaqallı direktor barəsində hökm dəyişdirildi .....                     Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli .....                     Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... .....                     Paşinyan komandasına əmr verdi .....                     Putinin silah biznesi çökə bilər .....                     Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını .....                     Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... .....                     Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ .....                     "Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" .....                     Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi .....                     “Kəpəz Mehmanxana” ASC-nin səhmdarları .....                     “Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq .....                     Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... .....                     “Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək .....                     GÜNÜN FOTOSU: .....                     Dollardan İMTİNA: Azərbaycan nə edəcək? .....                     Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir .....                     Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi .....                     "Bu tikinti yığıb bizi boğaza..." .....                     İki türk dövləti Ermənistanla eyni layihədə .....                     Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. .....                     ETN özü rüşvətə RƏVAC VERİR... .....                     Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR .....                     Müharibədə qalib, müharibəyə qalib .....                     Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq .....                     "Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" .....                     “Zatulinə psixi yardım lazımdır" .....                     Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? .....                     Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər .....                     NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib .....                     Şəhid atası vəfat etdi .....                     Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi .....                     Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? .....                     Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş .....                     Yasamal icra hakimiyyəti HARA BAXIR? .....                     “Hədiyyələr” ASC səhmdarlarını .....                 

PARTİYALAR QAZANCLARINI GİZLƏDİRLƏR
Tarix: 14-02-2012, 12:29 | Çap et
PARTİYALAR QAZANCLARINI GİZLƏDİRLƏR

AZƏRBAYCAN SİYASƏTİNDƏ MALİYYƏ ŞƏFFAFLIĞI YOX DƏRƏCƏSİNDƏDİR

Milli Məclisin yaz sessiyasında “Siyasi partiyalar haqqında” qanun layihəsinə əlavə və dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəyə çıxarılacağı gözlənilir. Layihədə əsas diqqət çəkən məqamlardan biri partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı məsələnin öz əksini tapmasıdır. Partiyaların maliyyələşdirilməsi necə olacaq?

Uzun müddətdir bununla bağlı müzakirələr gedir və hələ ki yekdil rəy formalaşmayıb. Bəziləri partiyaların seçkilərdə qazandığı uğura görə maliyyələşdirilməsini, digərləri isə başqa kriteriyaların nəzərə alınmasını istəyir. Şübhəsiz ki, layihə yaxın zamanda müzakirəyə çıxarılıb qəbul olunacaq. Hansı partiyaya nə qədər maliyyə veriləcəyi bəlli deyil. Bəlli olan budur ki, Azərbaycanda fəaliyyət göstərən partiyaların əksəriyyəti maliyyə sarıdan problemlərinin olduğunu iddia edirlər. Bununla belə, həmin partiyalar mövcuddurlar, bəziləri hətta hakimiyyətə iddialıdır. Görəsən, maliyyə baxımından korluq çəkdiklərini iddia edən partiyalar 2011-ci ildə nə qazanıb və qazandıqlarını necə xərcləyiblər? Qeyd edək ki, indi qüvvədə olan qanuna əsasən partiyalar üzvlük haqları, ianələr və sair hesabına maliyyələşə bilərlər.

Azərbaycanda rəsmi dövlət qeydiyyatından 50-dən çox siyasi partiya keçib. Bu partiyaların heç biri dövlət tərəfindən maliyyələşmir. Bəs görəsən hansı siyasi partiya illik maliyyə hesabatını olduğu kimi təqdim edə bilər?
Bununla bağlı Modern.az saytı üzdə olan partiyaların bir neçəsi ilə əlaqə saxlayıb.

2012-ci il fevralın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında partiyanın 2011-ci ilə dair hesabatı dinlənilib. Partiyanın mətbuat xidmətinin məlumatına görə, İdarə Heyətinin iclasında partiyanın 2011-ci il maliyyə hesabatı təsdiqlənib. Ötən il üzvlük haqlarından partiya büdcəsinə 4 milyon 711 min 974 manat daxil olub. Həmin vəsaitin 4 milyon 611 min 323 manatı YAP-ın rayon (şəhər) təşkilatlarının və İcra Katibliyinin xərclər smetasını təşkil edib. Vəsaitin 2 milyon 59 min manatı əmək haqlarının ödənilməsinə, 687 min manatı müxtəlif xarakterli partiya tədbirlərinin maliyyələşdirilməsinə, 196 min manatı ezamiyyət xərclərinə, 326 min manatı nəqliyyat vasitələri və inventarların alınmasına, 170 min manatı cari təmir işlərinə, 178 min manatı təsərrüfat xərclərinə, 61 min manatı çap işlərinə, qalan hissəsi isə kommunal, icarə haqqı, rabitə xərcləri, bank xidməti və sair istiqamətlərə sərf edilib.

Musavat Partiyası başqanının müavini Tofiq Yaqublu partiyanın maliyyə qaynaqlarının çox məhdud olduğunu bildirib:
“Musavat partiya üzvlərinin ödədikləri üzvlük haqları və ianələr hesabına maliyyələşir. Bizim maliyyə xərclərimiz partiya qərərgahının kommunal xərclərinə yönəlir, bundan əlavə müəyyən tədbirlərin keçirilməsinə sərf olunur”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı bildirib ki, bütün fəaliyyətlər ictimai əsaslarla, könüllülük prinsipi ilə həyata keçirilir: “Partiyanın fəaliyyətində hər hansı maliyyə əməliyyatı həyata keçirilmir. Təbii ki, bu təəssüf doğurucu bir haldır. Bunun əsas səbəbi onunla bağlıdır ki, partiya üzvlərinin böyük əksəriyyəti işsizdi. Eyni zamanda, ölkədə elə bir vəziyyət yaranıb ki, iş adamlarının, sahibkarların, imkanlı şəxslərin partiyalara maliyyə dəstəyi göstərməsi, ianə köçürməsi çox ciddi risk yaradır. Ona görə də partiyanın fəaliyyəti demək olar ki, maliyyəsiz həyata keçirilir. Bu baxımdan mən sizə konkret bir rəqəm deyə bilmərəm. Bzim hansısa formada maliyyə əməliyyatlarımız olmayıb”.
F.Qəhrəmanlı AXCP-yə kənar ianələrin daxil olmadığını bildirib:
“Yalnız partiyanın zəruri xərcləri meydana çıxarsa, o zaman üzvlərin özünün könüllü topladığı vəsait hesabına, yerli strukturların vasitəsi ilə hər hansı bir iş görülür. Ancaq böyük həcmdə nəyinsə alınmasına zərurət yarananda bu da mərkəzləşdirilmiş qaydada partiyanın hesabına köçürülən vəsait hesabına olur. Çünki bizdə maliyyə əməliyyatları aparılmır. Sadəcə olaraq hansısa şuarın yazılmasına, yaxud da haraya stul alınmalıdırsa kimsə təşəbbüs göstərib öz vəsaiti ilə bunu həyata keçirir. Maliyyələşmə xüsusi qaydada vəsait toplanması yolu ilə həyata keçirilmir ki, orda hansısa hesabatlar aparılsın. Səbəb də odur ki, partiya üzvlərinin böyük əksəriyyəti imkansız insanlardı, iş imkanları yoxdu. Ona görə üzvluk haqqı ödəmə imkanları da məhduddur”.

Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Mustafa 2011-ci ildə 600-1000 manat arası vəsait xərcləndiklərini deyib: “Bu, əsasən qərargahın saxlanılmasına xərclənən vəsaitlərdi”.
F.Mustafa Azərbaycandakı siyasi partiyaların maliyyə baxımından çox miskin vəziyyətdə olduğunu bildirib: “Partiyalar siyasi həyatda ona görə aktiv iştrak edə bilmirlər ki, heç bir maddi vəsaitləri yoxdu, ancaq üzvlük haqqı hesabına yaşayırlar. Bu da ölkənin demokratik imicinə böyük zərbə vuran göstəricilərdən biridi. Çalışırıq ki, partiyalar büdcədən maliyyələşsin və hesablarda bu məsələlər öz əksini tapsın”.

“Azərbaycan Demokrat Partiyası (ADP) üzvlərinin sosial-iqtisadi vəziyyətini nəzərə alıb, keçici olaraq onlardan üzvlük haqqının toplanmasını dayandırmışıq”. Bu sözləri ADP sədri Sərdar Cəlaloğlu bildirib. Onun dediyinə görə, partiya ümumiyyətlə maliyyələşmir:
“Çünki fəaliyyətimiz minimum həddədi. Geniş fəaliyyət göstərmirik, xaricə səfərlərimiz yoxdu, regionlara getmirik. Burdakı tədbirlər üçün isə maliyyə vəsaitinə ehtiyac yoxdu, partiyanın mərkəzi aparatındakı üzvlərimiz ictimai əsaslarla işləyirlər. Cüzi maliyyə xərcləri lazım olanda isə öz cibimizdən qoyuruq”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli deyib ki, olmayan malyyədən nə hesabat verilməlidi: “Hesab edirəm ki, Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyalarının elə də böyük maliyyə imkanları yoxdu. Ona görə onların maliyyə hesabatı vermələri də heç maraqlı deyil. Olmayan maliyyədən necə hesabat verə bilərsən? Ancaq hakim Yeni Azərbaycan Partiyasının (YAP) maliyyə mənbələri məlumdu. Ona görə də onlar hər ilin sonunda öz maliyyə hesabatını verirlər. Əgər YAP-ın yerində hər hansı digər siyasi partiya olsa, o da maliyyə hesabatı verəcək”.
E.Mirzəbəyli sonra ərtaflı məlumat almaq üçün BAXCP-nin təşkilati məsələlər üzrə müavini Yaşar Kələntərli ilə əlaqə saxlamağı məsləhət görüb. Y.Kələntərlinin sözlərinə görə, partiyada üzvlük haqqı yığılmır: “Konkret olaraq maliyyə hesabatları ilə bağlı heç nə deyə bilmərəm, çünki məlumatlı deyiləm”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuxan Əlizadə hesab edir ki, bu gün heç bir siyasi partiya dövlət büdcəsindən maliyyələşmir: “Ona görə siyasi partiyaların hardan maliyyələşmələri və maliyyələrini hansı istiqamətdə yönəltmələri barədə məlumat öyrənməyin özü düzgün deyil. Bu gün partiyalar daxili imkanları, üzvlük haqları və qismən də ianələr hesabına maliyyələşirlər. Ona görə hesab edirəm ki, Azərbaycan reallığında partiyaların maliyyə ilə bağlı məlumatlarının ictimailəşməsi düzgün deyil. Əgər partiyalar gələcəkdə dövlət büdcəsindən maliyyələşəcəklərsə, onda şübhəsiz ki, hesabatlar da olacaq”.

Vətəndaş Həmrəyliyi Partiyası sədrinin təşkilati işlər üzrə müavini Samir Əsədlinin dediyinə görə, elə böyük maliyyə imkanları yoxdur: “Sadəcə olaraq maliyyə hesabatı Nəzarət Təftiş Komissiyasına (NTK) verilir. Rəhbərlikdə təmsil olunan şəxslərin ianələri əsasında partiyanın cari fəaliyyəti qurulur. Əsasən üzvlük haqları və yerli təşkilatlardan yığılanlar həmin rayonların maddi-texniki bazasının təmin olunmasına sərf olunur. Bu böyük hesabat olmadığından, eyni zamanda VHP heç hardan maliyyə yardımı almadığı üçün, heç yerə hesabat da vermirik. Rayonlarda keçirilən tədbirlər yerli təşkilatların öz hesabına, mərkəzdə isə partiya rəhbərlərinin hesabına maliyyələşdirilir. Xarici ölkəyə hər hansı tədbirə kimsə dəvət olunursa, öz hesabına gedir-gəlir. Konkret elə bir böyük rəqəm yoxdu ki, mən onu deyim. Partiyanın fəaliyyəti daha çox ictimai əsaslarla qurulur. Demək olar ki, bütün müxalifət partiyaları fəaliyyətlərini bu istiqamətdə qurur”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
Bu gün, 10:32
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:27
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:24
"AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" - Samir Rzayev
Bu gün, 10:22
Qalmaqallı direktor barəsində hökm dəyişdirildi - QƏRAR
Bu gün, 10:12
Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli - İNCƏLƏMƏ
Bu gün, 10:08
Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... - BU DA FAKT!
Bu gün, 10:05
Paşinyan komandasına əmr verdi – Siyahı hazırlandı, plan işə düşür
Bu gün, 09:56
Putinin silah biznesi çökə bilər - Trampın qarşısına görün hanı seçimi qoydular
Bu gün, 09:53
Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:45
Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... - İLGİNC FAKT
Bu gün, 09:39
Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" - ETİRAZ VAR...
Bu gün, 09:30
Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07
“Kəpəz Mehmanxana” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 09:00
“Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq
Bu gün, 08:52
Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... - Saxlandığı yerdə...
Bu gün, 08:50
“Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək
Bu gün, 08:47
GÜNÜN FOTOSU: - ÖL, AY KASIB...
Bu gün, 08:35
Dollardan İMTİNA: Azərbaycan nə edəcək? - AKTUAL
Bu gün, 08:30
Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir - İNCƏLƏMƏ
Bu gün, 08:28
Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 08:23
"Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
Bu gün, 08:17
İki türk dövləti Ermənistanla eyni layihədə - MALƏSƏF...
Bu gün, 08:13
Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. - Rusiya Azərbaycanı itirir
Bu gün, 08:03
ETN özü rüşvətə RƏVAC VERİR... - "Şirinlik təklif edən kimi yer tapırlar"
Bu gün, 07:57
Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR - "Məcbur qalıb ödəniş etdim..."
Bu gün, 07:48
Müharibədə qalib, müharibəyə qalib - Bahəddin Həzi yazır...
Bu gün, 07:06
Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq - AÇIQLANDI
Bu gün, 07:03
"Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" - Aqil Abbas
Bu gün, 06:30
“Zatulinə psixi yardım lazımdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:23
Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? - GƏLİŞMƏ
Bu gün, 06:19
Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər - İsazadə
Bu gün, 05:04
NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib - "Politico"
Bu gün, 04:43
Şəhid atası vəfat etdi
Bu gün, 04:42
Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36
Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32
Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28
Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22
“Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18
'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13
“5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09
“Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06
Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01
“Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59
4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56
Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı – Azərbaycanlılar üçün çətin vəziyyət
Bu gün, 03:52
İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16
"Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13
Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru