AZƏRBAYCANLI AKTRİSA: "QADINLARIN ƏKSƏRİYYƏTİ"...
Tarix: 3-12-2013, 08:43 | Çap et
“Yuğ” Dövlət Teatrının aktrisası Natəvan Qeybaninin Milli.Az-a müsahibəsi. Dosye: Natəvan Qeybani “Yuğ” Teatrının ikinci yaş nəslinə mənsub aktrisalardandır. Teatrın səhnəsində qoyulan tamaşalarda Sara (“Solğun çiçəklər”, C.Cabbarlı), Qızılgül (“Kiçik şahzadə”, A.Ekzüperi), “Qaratoxmaq qadın” (“At. Daş. Qadın”, T. Daimi), Uşaq (Mirzə Cəlilin “Lal” pantomiması əsasında “Meqapolis” tamaşası), Əmidostu (“Hop? Hop!”, M. Ə. Sabir), Divanə Qız (“Zindan guşəsindən bir səs və yaxud Divanə”, H.Cavidin altı poeziya nümunəsi əsasında), Xurşud (“Sən həmişə mənimləsən və yaxud Boyçiçəyi”, İ.Əfəndiyev), Varya (“Birinci akt”, A.P.Çexovun “Albalı bağı” komediyası əsasında) və digər rollarda çıxış edib.
“Yuğ” Dövlət Teatrında görüşdüyümüz gün digər həmkarları kimi Natəvan xanım da iranlı kinorejissor Babək Şirinsifətin Vaqif İbrahimoğlu və onun yaratdığı “Yuğ” Teatrı haqqındakı sənədli filminin çəkilişlərindən yenicə çıxmışdı... - Sizin təqdimatınızda gördüyümüz personajlar möhkəm iradəli, hər şey barədə özünün fikri olması və hətta bir qədər sərtliyi ilə fərqlənirlər. Gerçək həyatda da beləsiniz? - Bilirsiniz ki, bizim teatrda “obraz üzərində işləmək” ifadəsi yoxdur. “Yuğ”çular insan ruhunda olan keyfiyyətləri bədii hala gətirməklə məşğuldurlar. Dediyiniz sərtlik görünən üst qatdır. Bu qatın altındakı Natəvanı məqamından və konkret dairədən asılı olaraq istər gerçək həyatda, istərsə də səhnədə insanlar müxtəlif cür səciyyələndirə bilərlər. Sabit olan odur ki, mən heç bir halda qeyri-səmimiyyəti qəbul etmirəm. Bütün kollektivimiz birlikdə gedib hansısa tamaşaya baxanda səhnədə qeyri-səmimilik sezirdimsə, dərhal buna reaksiya verirdim, Vaqif müəllimə (“Yuğ” Dövlət Teatrının yaradıcısı mərhum Vaqif İbrahimoğlu – red.) deyirdim ki, səmimi deyillər e, müəllim. O da deyirdi ki, bu qədər hövsələsiz olma. Mənim bəxtim onda gətirdi ki, Vaqif müəllimin kursuna düşdüm. Düzdür, çox gənc olduğumuzdan ilk vaxtlar onun psixosof poetikasını qavramaq iqtidarında olmadığımız üçün kontakt alınmırdı və iki ildən sonra o, bizdən imtina etmişdi. Amma sonra yaxşı ki, məşğələləri davam etdirdi.
İnsan doğulandan ölənə qədər özünün mənəvi böyüməsi ilə məşğul olmalıdır. Şəxsiyyət özünə daha çox şey götürməlidir. Vaqif müəllim bizə bunu öyrədirdi və bütün bunları bizə verirdi. Ancaq öz daxili potensialını artırmaq qabiliyyətinə malik olan, belə gücü olan insan bunları qəbul edə bilər. Valideynlərimdən aldığım tərbiyənin davamını Vaqif müəllimdən gördüm. Ondan əqidə möhkəmliyini öyrənmişəm. Necə deyərlər, onun tələbəsi olmaqla öz qabıma düşdüm. Mən başqa teatrda işləyə bilmərəm. Bizim teatrın aktyorları eqosentrizmi əsas götürürlər. - Bu sənəti seçəndə nəyi əsas götürdünüz? - Bu sənəti təsadüfən seçdim. Yəqin ki, dram dərnəklərində məşğul olmağım qərarıma təsir edib. Amma hər hansı aktyorun pərəstişkarı olduğum üçün bu sənəti seçdiyimi deyə bilmərəm. - Ola bilməz ki, başqa heç nə ilə maraqlanmayasınız... - Belə deyək, yüksək dəyər verdiyim peşələrdən biri həkimlikdir. Müqəddəs sənət kimi baxıram həkimliyə. İnsanların sağlamlığının keşiyində dayanmaq, doğrudan da, müqəddəs işdir. Həkim hikmət sahibi deməkdir. Yəqin ki, aktrisa olmasaydım, həkim olardım. Daha doğrusu, olmaq istərdim. Bir də idmanla çox maraqlanmışam, hətta mütəmadi məşğul olmuşam. İndi vaxt məhdudluğundan məşğul ola bilmirəm. Qızımın bu sahəyə həvəsi olsa, çox şad olaram. - Bəs övladlarınızın aktyorluğa meylini necə qarşılayarsınız? - Çox yaxşı. Bizim sənət adamlarının əksəriyyəti, hətta demək olar ki, hamısı bunu arzulamadıqlarını deyirlər, amma mən belə düşünmürəm. Övladlarım mənim yolumu davam etdirsələr, yalnız sevinərəm. Oğlum hələ balacadır, dörd yaşı var. Qızım isə səkkiz yaşındadır, hələlik skripkaya yaman bağlanıb, özünü aparıcı rolunda təsəvür etməyi xoşlayır. Mən özüm aktrisa olmaq istədiyimi valideynlərimə deyəndə kəskin reaksiya ilə qarşılaşmamışdım. Təbii ki, atam təəccüblənmişdi, amma anam dedi ki, işin olmasın, qoy həvəsi haradırsa, o sənətin dalınca da getsin. - Məişətdə necə, xüsusi həvəslə gördüyünüz iş hansıdır? - Məncə, qadınların əksəriyyəti ev işlərini məcburi, daha doğrusu, vəzifə borcları olduğu üçün görürlər. Düzdür, bir və ya bir neçə ev işinə xüsusi həvəsi olan qadınlar da az deyil, amma mən belə deyiləm. Hansısa ev işinə xüsusi həvəsim, hansındasa fərqli bacarığım yoxdur. Hamısını lazım olduğuna görə edirəm. Amma bu, o demək deyil ki, karyera mənim üçün daha önəmlidir. Qətiyyən. Ailəm və karyeram ikisi də mənim üçün bir müstəvidədir. Biri o birindən üstün deyil. Yaxşı bacardığım işlərdən biri dublyajdır. On ildən çoxdur bu işlə məşğulam. Özü də maraqlıdır ki, elə o vaxtdan mənə yaşımdan xeyli böyük qadın personajları səsləndirməyi həvalə edirlər. - Yaşdan söz düşmüşkən, aktyorların bacarıqlarının üzə çıxmağında bu, vacib amillərdən biridir. Bununla bağlı səhnədə, ya da ekranda hələ canlandırmadığınız hansısa personajdan ötrü heyfsilənirsiniz? Əlbəttə, “Yuğ” Teatrında bu məsələ bir az başqa cürdür, amma hər halda... - Yox, hansısa rolun həsrətində olmamışam və deyiləm. Zamanında Kleopatranın da, Cülyettanın da vasitəsilə tamaşaçılarla ruhi kontakta girmişəm. Pünhan Həsənlinin hazırladığı tamaşalarda. Yeri gəlmişkən, deyim ki, onunla yenidən məmnuniyyətlə işləyərdim.
Əksinə, bizim teatrda ruhi kontaktın alınmasında yaş amili bir az başqa rol oynayır. Hələ də kinorejissorlardan sanballı təklif almadığıma görə də yaş amili məni narahat etmir. Məsələn, Varyanın tamaşaçılarla ruhi kontaktı bir neçə il əvvəl başqa çalarda ola bilərdi. Əslində, Vaqif müəllim demişkən, bunlar hamısı bəhanədir, əsas olan tamaşaçı ilə kontaktın alınıb-alınmamasıdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Bu gün, 22:47 |
|
|
|
• Fevralın 9-u başlayacaq - İTV-də...
Bu gün, 22:37 |
|
|
|
• Qəbul imtahanları elektron olacaq - Nəticələrə necə təsir edəcək?
Bu gün, 22:01 |
|
|
|
• Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Bu gün, 21:57 |
|
|
|
• ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Bu gün, 20:52 |
|
|
|
• "Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Bu gün, 20:49 |
|
|
|
• Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 20:46 |
|
|
|
• NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Bu gün, 20:43 |
|
|
|
• 'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Bu gün, 20:40 |
|
|
|
• Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Bu gün, 19:00 |
|
|
|
• “Yapı Kredi Bank”ın gəliri - AZALIB
Bu gün, 18:58 |
|
|
|
• Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Bu gün, 18:22 |
|
|
|
• Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Bu gün, 18:20 |
|
|
|
• Hindistanlı generala İrəvanda medal verildi
Bu gün, 18:10 |
|
|
|
• Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Bu gün, 18:08 |
|
|
|
• Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Bu gün, 18:07 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Bu gün, 18:01 |
|
|
|
• Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Bu gün, 17:57 |
|
|
|
• İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Bu gün, 17:53 |
|
|
|
• "Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Bu gün, 17:52 |
|
|
|
• Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Bu gün, 17:49 |
|
|
|
• Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Bu gün, 17:41 |
|
|
|
• Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Bu gün, 17:33 |
|
|
|
• Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:31 |
|
|
|
• Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Bu gün, 17:30 |
|
|
|
• "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Bu gün, 17:24 |
|
|
|
• “Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Bu gün, 17:22 |
|
|
|
• Nazir müdiri işdən çıxardı - ƏMR
Bu gün, 17:18 |
|
|
|
• Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Bu gün, 17:15 |
|
|
|
• Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Bu gün, 17:10 |
|
|
|
• "O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Bu gün, 17:03 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Bu gün, 17:02 |
|
|
|
• “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49 |
|
|
|
• 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46 |
|
|
|
• Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43 |
|
|
|
• Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41 |
|
|
|
• Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38 |
|
|
|
• Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33 |
|
|
|
• "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30 |
|
|
|
• Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16 |
|
|
|
• Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11 |
|
|
|
• Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41 |
|
|
|
• Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36 |
|
|
|
• Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28 |
|
|
|
|