“Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” .....                     PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir .....                     İcra başçısı özü haqqında sənədli film çəkdirib? .....                     Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb .....                     “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” .....                     Sovetin ölüm balonu: .....                     Sahib Məmmədovun “agent ovu”: .....                     Putin İrana gedəcək .....                     Papikyanın Berlin səfərinin gizlinləri: .....                     "Ora ayrılan pulu necə yemisiniz" .....                     Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər .....                     “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib .....                     AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? .....                     "Deputatsan, lap yaxşı, get qal Ağdamda" .....                     Nəfəs qalmaqallı videodan danışdı .....                     Bankların pul “qoparmaq” oyunu .....                     Ağalıda yaşayan qız "üsyan etdi": .....                     Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? .....                     Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... .....                     Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib .....                     Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır .....                     Tofiq İsmayılovun oğlu hakim qarşısında .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     Daha bir soydaşımızı itirdik .....                     Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib .....                     PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? .....                     BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... .....                     AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir .....                     “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” .....                     “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, .....                     “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır .....                     Binədə şəhid bulağı dağıdılıb .....                     “Zelenski təşəbbüsü Putinin əlindən alıb” .....                     “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” .....                     Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? .....                     Şimal-qərb küləyi əsəcək .....                     "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar" .....                     Milli Qəhrəman Xocavənddə hotel açıb .....                     Avtomobili pulsuz necə park etmək olar? .....                     Sabiq deputat qaynının şirkətindəki vəzifədən .....                 

"Bunları bəhanə etdilər ki, bəs evdə yaşayış yoxdur..." - NARAZILIQ VAR...
Tarix: 16-08-2024, 11:33 | Çap et
"Bunları bəhanə etdilər ki, bəs evdə yaşayış yoxdur..."
Bakı şəhəri sakini Əsgərov Kamil Balay oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu gəlib. Vətəndaş şikayət edir ki, Pirallahı rayonunda məcburi köçkünlər üçün nəzərdə tutulan yaşayış məhəlləsindəki mənzil xəbər verilmədən əlindən alınıb. O vurğulayır ki, Mənzil İstismar İdarəsi əlaqə yaratmadan, bildiriş göndərmədən evi boşaldır.

Ailə fərdlərinin hərəsi müxtəlif səbəblərə görə, qısa müddətlik fərqli yerlərdə məskunlaşıb. İcraçılar sözügedən ünvanda yaşayışın olmamasını arqument gətirib. Şikayətçi deyir ki, onu və yaxınlarını məhkəmə iclasına çağırmadan, iştirakları olmadan, qərar verilib ki, ev boşaldılsın:

“Mən, Əsgərov Kamil Balay oğlu, yazaraq diqqətinizə çatdırmaq istəyirəm ki, Ağdam rayonundan olan məcburi köçkünəm. 2019-cu ilin 14 avqust tarixində mənə dövlət tərəfindən Pirallahı rayonunda məcburi köçkünlər üçün tikilmiş binalardan birindən 3 otaqlı mənzil verildi. 4 nəfər ailə üzvlərimlə birlikdə orada yaşayırdıq.

İşim olmadığından, hamı kimi, mən də tikinti işlərində işləmək üçün Rusiyaya gedirəm, iki qızıma çörəkpulu qazanıram. Hazırda Moskva şəhərində fəhlə olaraq fəaliyyət göstərirəm. Mənzil Kommunal İstismar Sahəsinin, yəni “JEK”in rəhbəri, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin sədri ilə əlbir olub ailəmi evdən çıxardı, mənzilə də həbs qoyublar.

Mən hər il işləmək üçün ölkə xaricinə çıxanda uşaqlarım orada tək qalmasın deyə müvəqqəti rayona göndərirdim. Qızımın biri təzəlikcə ailə qurub, digəri də Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinə qəbul olub deyə ora getdi. Yoldaşımın anası xərçəng xəstəsidir deyə, o da valideyninə tez-tez baş çəkir, ona baxır. Bunları bəhanə etdilər ki, bəs evdə yaşayış yoxdur.

İndi oranı satmaq istəyirlər. Sizdən çox çox xahiş edirəm, ailəmə kömək edin. İşimlə əlaqədar olaraq hələ ki, gələ ölkəyə bilmirəm. 2 ay sonra Azərbaycana qayıdacağam. Ailəm çöllərdə qalıb. Bizə heç bir xəbərdarlıq edilməmişdi. Özəri məhkəmə iclası keçirib, özləri də ailəmi evdən qovdular”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Mənzil İstismar Departamentinin Pirallahı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Maniyev Feyzulla Hurriyyet.az saytına verdiyi açıqlamada bildirir ki, Əsgərov Kamil Balay oğlu mənzildən uzaqlaşdırılması ilə bağlı əvvəlcədən xəbərdar edilib. O, vətəndaşın irəli sürdüyü bütün iddiaların əsassız olduğunu bildirir:

“Bura məcburi köçkünlər üçün salınan kompleksdir. Onlara müvəqqəti məskunlaşmaq üçün mənzil verilib. Daimi qeydiyyatları və evləri yoxdur. Ancaq Nazirlər Kabinetinin konkret müqavilə forması var. Orada da qeyd olunub ki, 3 aydan artıq üzrsüz səbəbdən mənzildə yaşayış olmasa, məhkəmə qaydasında həmin mənzil boşaldılır. Mən mənzili boşaltmıram. Bizim rəhbərimiz olan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Mənzil İstismar Departamentinə bu haqda məlumat verirəm. Qərarı onlar qəbul edirlər deyə məhkəməyə müraciət edirlər-etmirlər, onların işidir.

Vətəndaş iddia edir ki, onları xəbərdar etməmişik. Yalandır. Məhkəmə qərar verib, elə özü qəbul edib. Biz prosesə heç bir müdaxilə edə bilmirik. Həmin departamentdən də yəqin ki, məhkəməyə müraciət ediblər, iddia qaldırıblar, sübut olunub ki, o mənzildə yaşayış yoxdur. Mən özüm Mənzil Kommunal İstismar Sahəsinin rəisiyəm, daim mənzilləri nəzarətdə saxlayıram ki, hansında yaşayış var, ya yoxdur, bilim. Yaşayış yoxdursa, belə çıxır ki, həmin məcburi köçkünün yaşayış yeri var, mənzilə ehtiyacı yoxdur.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Mənzil İstismar Departamentinə hər gün mənzil üçün müraciət edənlər olur. Bəzisi var, pis vəziyyətdə yaşayır, qaldığı yataqxana yanıb və s. Komitədə hazırda mənzil tikintisi yoxdur. Çünki işğal olunan torpaqlarımız geri alınandan sonra məcburi köçkünlər üçün nəzərdə tutulmuş mənzillərin hamısı Əmək və Əhalinn Sosial Müdafi Nazirliyinin öhdəliyinə keçdi. O şərtlə ki, şəhid ailələri və qazilərə təhvil verilsin”.

Məsələ ilə bağlı Hurriyyet.az-a açıqlama verən hüquqşünas, “Əkrəm Həsənov və Partnyorları Vəkil Bürosu”nun müdiri Əkrəm Həsənov izah edir ki, mənzil vətəndaşa icarəyə verilibsə, müqaviləyə əsasən, alına bilər:

“Belə başa düşürəm ki, həmin mənzil ailənin mükiyyətində deyil, sadəcə istifadəsindədir, icarəsindədir. Buna görə də icarə müqaviləsinə baxmaq lazımdır. Oradakı şərtlərdən asılı olan bir məsələdir. 3 aydan çox bir müddət ərzində sözügedən mənzildə yaşayışın olmadığı yazılıbsa, boşaltmalısan. Belə məqamda vətəndaş haqlı deyil. Bu təfərrüatları bilmədən fikir yürütmək çətindir.

Ümumilikdə, baş verənlər icarə müqavilələrinə xas olan ünsürdür. Özü də vətəndaş pul da vermirsə, prinsipcə qarşı tərəf evi onun əlindən ala bilər. Misal olaraq, torpaq məsəlsində belə bir şey var. Dövlət torpağı verir, istifadə etmirsənsə, geri alır. Yəni dövlət haqlıdır.

Əkrəm Həsənov deyir ki, vətəndaşın onunla bağlı məhkəmə iclasında iştirak etməsi mütləqdir:

“Məhkəməyə çağırılmaması düzgün deyil. Çünki vətəndaşa dair məhkəmə prosesi varsa, ora dəvət edilməlidir. Bəlkə də həmin mənzilə bildiriş göndərilib, o da orada yaşamayıb. Ona görə, xəbəri olmayıb.

Məhkəmə qərarı alınan gündən vətəndaşın 1 ay vaxtı var ki, Bakı Apellyasiya Məhkəməsinə şikayət üçün müraciət ünvanlasın. Haqlıdırsa, bu zaman sübut edə bilər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Bu gün, 17:12
PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Bu gün, 17:06
İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Bu gün, 17:03
Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Bu gün, 16:59
“Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Bu gün, 16:41
Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Bu gün, 16:38
Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Bu gün, 16:34
Putin İrana gedəcək
Bu gün, 16:30
Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Bu gün, 16:29
"Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Bu gün, 16:19
Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Bu gün, 16:11
“Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Bu gün, 15:59
"Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Bu gün, 15:55
Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Bu gün, 15:52
Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Bu gün, 15:50
Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Bu gün, 15:48
Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Bu gün, 15:44
Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Bu gün, 15:36
Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:34
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Bu gün, 15:32
Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 15:27
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03
Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52
PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51
BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46
AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00
“Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58
Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru