Adı kifayət qədər qalmaqallarda hallanan tikinti şirkətlərindən biri də "Səfalı" MTK-dır ki, yerli KİV-də bu barədə olan vətəndaş gileylərindən bir dastan bağlamaq olar. Elə sonuncu dəfə Dia-az.İnfo olaraq bir vətəndaş müraciətini də diqqətinizə təqdim etmişdik.
Göründüyü kimi, yenə də "Səfalı" MTK vətəndaşı çilədən çıxarıb. Belə ki, bu barədə "Müştəriyəm Şikayətçiyəm" sosial qrupunda narazılığını ifadə edən Aygün Əliyeva adlı istifadəçi bildirir:
"Xahiş edirəm, aydınlaşdırılsın. Bu SƏFALI MTK kimdir ki, Azərbaycan Respublikasının dövlət qurumları bu MTK-da baş verən qanunsuz hallarla bağlı hətta, özlərinin çıxardıqları sərəncam və qərarları belə icra edə bilmirlər..,"