Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi .....                     “Kəpəz Mehmanxana” ASC-nin səhmdarları .....                     “Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq .....                     Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... .....                     “Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək .....                     GÜNÜN FOTOSU: .....                     Dollardan İMTİNA: Azərbaycan nə edəcək? .....                     Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir .....                     Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi .....                     "Bu tikinti yığıb bizi boğaza..." .....                     İki türk dövləti Ermənistanla eyni layihədə .....                     Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. .....                     ETN özü rüşvətə RƏVAC VERİR... .....                     Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR .....                     Müharibədə qalib, müharibəyə qalib .....                     Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq .....                     "Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" .....                     “Zatulinə psixi yardım lazımdır" .....                     Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? .....                     Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər .....                     NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib .....                     Şəhid atası vəfat etdi .....                     Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi .....                     Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? .....                     Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş .....                     Yasamal icra hakimiyyəti HARA BAXIR? .....                     “Hədiyyələr” ASC səhmdarlarını .....                     'Analar Günü' 'ifşa olunan' MAMA... .....                     “5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” .....                     “Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? .....                     Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? .....                     “Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək .....                     4 ildir ki, kompensasiya ala bilmirlər... .....                     Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı .....                     İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? .....                     "Bir də görürəm ki, 2 saatdır oradayam" .....                     Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? .....                     Azərbaycanda gizli dini şəbəkə təhlükəsi .....                     PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi .....                     Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB .....                 

Naxçıvanın səhiyyəsi həkimsizləşdirilir... - Sabiq baş həkimə işdən çıxması üçün 2 gün möhlət verildi
Tarix: 27-02-2024, 11:47 | Çap et
Naxçıvanın səhiyyəsi həkimsizləşdirilir...
Ötən ilin iyul ayında ləğv olunaraq Respublika xəstəxanasına calaq edilən keçmiş Naxçıvan MR Kardiologiya Mərkəzinin baş həkimi Ramin Hacıyevə öz xahişi ilə işdən uzaqlaşmaq barəsində ərizə yazmaq möhləti verilib.

Ovqat.com-a bu barədə Naxçıvan kardioloqlarından biri bildirib.

Məlumat qaynağımızın məlumatına görə, onun fevralın 29-na qədər vaxtı var. Bu müddət ərzində özü ərizə yazmasa, baş həkimi şəxsi işinə bir daha heç bir yerdə işləməyəcək dərəcədə ağır maddə yazıb işdən qovacaqlar

Qeyd edək ki, Ramin Hacıyev 1995-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olub və 2002-ci ildə bu ali məktəbi bitirib. Məzun olduqdan sonra Naxçıvana qayıdan Ramin Hacıyev 2010-cu ildə Muxtar Respublikada səhiyyənin vəziyyətini yüksəltmək məqsədi ilə Türkiyəyə uzmanlı təhsili almağa göndərilib. Mütəxəssislərin fikrincə, Vasif Talıbovun 27 illik hakimiyyəti dövründə yeganə müsbət addımı kimi tarixə düşən bu qərarı çərçivəsində həmin il ixtisaslarını artırmaq üçün hər tibb sahəsi üzrə 1 nəfər olmaqla Türkiyəyə göndərilən 5 həkimdən biri də Ramin Hacıyev olub. 6 il Türkiyədə uzmanlıq kursu keçən Ramin həkim daha sonra yenidən Naxçıvana qayıdıb və 2019-cu ildə Muxtar Respublika Kardioloji Mərkəzin baş həkimi vəzifəsinə gətirilib. İşlədiyi dövrdə, təbii ki, “xan” standartlarından çox da kənara çıxa bilməsə belə, bacardığı qədər Kardioloji mərkəzdə müalicə və cərrahiyyə işinin səviyyəsini yüksəltməyə çalışıb.

Maraqlıdır ki, Ramin Hacıyevlə bərabər Türkiyədə təhsil almağa göndərilən 5 nəfərdən 2-si – bir haqqında danışdığımız şəxs, bir də Respublika xəstəxanasının sabiq baş həkimi Zəbur Bağırov, əvvəlcədən planlaşdırılan məqsədə müvafiq olaraq yüksək vəzifəyə gətirilib. Digər 3 uzman həkim müxtəlif basqılara məruz qalaraq Naxçıvanı tərk etmək məcburiyyətində qalıb.

“Xan” rejimi “canişin” rejimi ilə əvəz edildikdən sonra az-çox uzmanlıq təhsili görən bu iki həkim də vəzifədən uzaqlaşdırılıb. Səhiyyədən çox “xan” siyasətinin təbliğinə vaxt ayıran və bu səbəbdən də Naxçıvan MR Ali Məclisinin deputatı mandatını alan Zəbur Bağırov 20 iyun 2023-ci il tarixində işdən azad olunub. Üzərindən bir ay keçəndən sonra isə, yəni 23 iyul 2023-cü ildə Ramin Hacıyevin rəhbərlik etdiyi Kardiologiya Mərkəzi ləğv olunaraq bu tibb ocağı Respublika xəstəxasına birləşdirilib. Naxçıvan MR Ali Məclisinin bu qərarından sonra Ramin Hacıyev avtomatik olaraq baş həkimdən şöbə müdirinə çevrilib.

Kardioloji Mərkəz Respublika xəstəxanasının bir şöbəsinə çevrildikdən sonra bu mərkəzdə işləyən həkimlərin qara günləri başlayıb. Ürək şikayəti ilə xəstəxanaya müraciət edənlərin əməliyyatı keçmiş Kardioloji Mərkəzdə aparılıb, daha sonra onlar təcili yardım maşınlarına mindirilərək Respublika xəstəxanasına gətirilir və müxtəlif şöbələrinin palatalarına yerləşdirilir. Xüsusilə də xəstəxananın Acil şöbəsinə. Beləcə, Respublika xəstəxanasının da əvvəlki iş tempi də pozulub.

Naxçıvanın səhiyyəsi həkimsizləşdirilir...

Amma bu da “nizamsızlıq” da uzun sürməyib. Bir müddətdən sonra Kardioloji Mərkəzdəki tibb aparatları müəmmalı şəkildə xarab olur və nəticədə Naxçıvanda ürək əməliyyatları aparılmaz hala gəlir. Sözsüz ki, bu “islahat”lar Ramin Hacıyevin də etirazlarına yol açır. Nəticədə onun əvvəlki işindən uzaqlaşdırılmasına qərar verilir.

Bəs 2 gündən sonra işdən ya öz xahişi, ya da yarasız fəaliyyəti ittihamı ilə uzaqlaşdırılması gözlənilən Ramin Hacıyevi kim əvəz edə bilər?

İnformasiya mənbəmizin iddialarına inansaq, Ramin Hacıyevin yerinə hazırlanan şəxsin adı indidən bəllidir – Nail Mehbalıyev.

Nail Mehabalıyevin ən böyük üstünlüyü hazırda Naxçıvan Səhiyyə naziri vəzifəsini icra edən Samiq Sadıxovun tələbə yoldaşı olmasıdır. O da Samiq Sadıxov kimi Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsini bitirib. İki tələbə yoldaşından biri (Samiq Sadıxov) göz həkimi, digəri (Nail Mehbalıyev) isə pediatr olub. Müxtəlif ixtisas sahiblərinin eyni auditoriyada necə mütəxəssisləşməsinə təəccübləndinizmi? Təəccüblənməyin, türklər demişkən, orası Naxçıvandır. Hətta NDU-nun hüquq fakültəsini bitirib 14 il ombudsmanlıq edən biri birdən-birə ginekoloq kimi Perinatal Mərkəzinə baş direktor vəzifəsinə təyin olunarsa, göz həkimi ilə uşaq həkiminin eyni partada oturub eyni müəllimlərin mühazirələrini dinləməsinə niyə qulp qoyursunuz? Axı onlara dərs deyən müəllimlər də düşündüyünüz kimi, Azərbaycan Tibb Universitetinin hansısa sahədə uzmanlaşmış alimləri də olmayıblar. Bəziləri hətta həşəratlar üzrə elm xadimləridir.

Naxçıvanın səhiyyəsi həkimsizləşdirilir...

Amma necə deyərlər, igidin canını al, haqqını danma. İnsafən, Nail həkim ombudsmanlıqdan birbaşa ginekoloqluğa sıçrayan həmkarlarından fərqli olaraq, Kardiologiya şöbəsinə müdirliyə hazırlaşmaq üçün bir neçə ay kurs alıb. O artıq rahatlıqla Naxçıvan əhalisinin ürəyində öz dəlləkliyini, pardon, həkimliyini sınaqdan çıxar bilər. Necə olsa, əməliyyatlara girən hər kəs ölüm kağızına qol çəkir və başına bir şey gəlsə, öz taleyindən inciyəcək. Təbii ki, əgər sağ qalıb inciməyə macal tapsa.

O da bildirilir ki, Nail həkim hələ təyinatını almadan gələcək vəzifəsində işə başlayıb. Hər gün şöbəyə gəlib işçilərinə bəzi göstərişlər, əmrlər verir. Düz də edir. Koroğlu demişkən, 40 günə əmələ gələn dəyişim 39 günə də baş verə bilər.

Aldığımız məlumatı dəqiqləşdirmək üçün müraciət etdiyimiz digər qaynaqlar da faktı təsdiqlədilər. Naxçıvanda hazırda həkim işləyən mənbələrimizdən biri belə əndrəbadi hadisələrin Muxtar Respublika səhiyyəsi üçün olduqca adi hala çevrildiyini bildirdi. Mənbəmizin iddiasına görə, Muxtar Respublika səhiyyəsində bir pediatrın kardiologiya şöbəsinə müdir təyin olunmasından daha betər hadisələr də var və nədənsə biz media orqanları bunu görmürük. Məsələn, onlardan biri Bakıda işlədiyi müxtəlif vəzifələrdən qovulan Günəş Qədimova adlı birisinin Naxçıvan MR Səhiyyə Nazirliyinə kadrlar şöbəsinə müdir təyin olunmasıdır. Günəş xanımın işgüzar fəaliyyəti Samiq Sadıxovun o qədər xoşuna gedib ki, nazirlikdəki bu vəzifəsindən başqa ona Respublika xəstəxanasının müdir müavinliyini də həvalə ediblər.

“Naxçıvan səhiyyəsində ən çox əzilən kollektiv Respublika xəstəxanasının həkimləridir. İndi də onların başı üstündə bir də “qaranlıq Günəş” peyda olub, başlayıb həkimlərə hədə-qorxu gəlməyə. Maraqlıdır ki, qarşısındakıları əzməyə çalışan bu insan öz keçmişinə niyə dönüb baxmır? Son zamanlar Naxçıvan səhiyyəsində vəzifəyə gətirilən insanlar demək olar ki, dələduzluq üstündə işdən qovulanlardır. Bunlar Bakıdan hansı səbəbə gətirilib görəsən? Yerli həkimlər qat-qat artıq işləyib 1000 manat aldıqları halda, Acildə təkbaşına xəstə baxmağı bacarmayıb yanında iki həkim aparan biri niyə 4000 manat maaş alır? Maraqlı burasıdır ki, səhifədə ayağı amputasiya olan xəstəni, “sağlam evə göndərdim” yazan həkimin yalan paylaşımına niyə irad bildirilmir?

Heç bir uzmanlıq təhsili, iş təcrübəsi olmayan, tək üstünlüyü səhv diaqnoz qoyub ağırlaşmalarla nəticələnən müalicə aparan birinə bu qədər maaş verilməsinin səbəbi nədir? Ayda 4000, 8000, 10000 maaş alanların nə iş gördüyü araşdırılsın, məncə. Bizlər haqqımız olan sığorta pulumuzu almadığımız halda niyə ikili standarta yol verilir?”, - həmsöhbətimiz bildirib.

Onsuz da Naxçıvanda artıq həkim qıtlığının yaşandığını vurğulayan mənbəmiz Samiq Sadıxovun rəhbərliyi altında bu diyarda ümumiyyətlə səhiyyə sisteminin çöküşə sürükləndiyini iddia edir. “Məqsəd yerli təcrübəli həkimləri burdan qaçırmaqdırsa, məncə, buna tezliklə nail olacaqlar”, - deyə həmsöhbətimiz fikrini belə yekunlaşdırdı.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07
“Kəpəz Mehmanxana” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 09:00
“Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq
Bu gün, 08:52
Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... - Saxlandığı yerdə...
Bu gün, 08:50
“Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək
Bu gün, 08:47
GÜNÜN FOTOSU: - ÖL, AY KASIB...
Bu gün, 08:35
Dollardan İMTİNA: Azərbaycan nə edəcək? - AKTUAL
Bu gün, 08:30
Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir - İNCƏLƏMƏ
Bu gün, 08:28
Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 08:23
"Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
Bu gün, 08:17
İki türk dövləti Ermənistanla eyni layihədə - MALƏSƏF...
Bu gün, 08:13
Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. - Rusiya Azərbaycanı itirir
Bu gün, 08:03
ETN özü rüşvətə RƏVAC VERİR... - "Şirinlik təklif edən kimi yer tapırlar"
Bu gün, 07:57
Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR - "Məcbur qalıb ödəniş etdim..."
Bu gün, 07:48
Müharibədə qalib, müharibəyə qalib - Bahəddin Həzi yazır...
Bu gün, 07:06
Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq - AÇIQLANDI
Bu gün, 07:03
"Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" - Aqil Abbas
Bu gün, 06:30
“Zatulinə psixi yardım lazımdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:23
Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? - GƏLİŞMƏ
Bu gün, 06:19
Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər - İsazadə
Bu gün, 05:04
NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib - "Politico"
Bu gün, 04:43
Şəhid atası vəfat etdi
Bu gün, 04:42
Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36
Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32
Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28
Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22
“Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18
'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13
“5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09
“Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06
Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01
“Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59
4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56
Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı – Azərbaycanlılar üçün çətin vəziyyət
Bu gün, 03:52
İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16
"Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13
Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11
Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09
PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06
Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03
Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00
Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58
"Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02
“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00
Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53
“İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Dünən, 17:42
"Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Dünən, 17:37
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Dünən, 17:34
20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Dünən, 17:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru