Mingəçeviri həm yaşıllaşdıran,həm də işıqlandıran Şəfayət Kərimova kimdir - İLGİNC FAKTLAR
Tarix: 13-07-2021, 11:24 | Çap et
Mingəçevir həm kiçik,həm də səliqəli bir şəhərdir.Kür çayı da şəhərin gözəlliyinə xüsusi bir gözəllik qatır. El arasında energetiklər şəhəri adlandırılan Mingəçevir də regionların sosial–iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində son illər dəyişib. Şəhərin prospekt və küçələri, məhəllələri əsaslı təmir edilib, parklar, xiyabanlar, istirahət bağları salınıb və abadlaşdırılıb,bir çox binaların fasadları üzlənərək rənglənib.Bir sözlə,şəhər yaxşı mənada görkəmini dəyişib. İlham İsmayılovun Mingəçevir şəhər İcra Hakimiyyətinə başçı təyin olunmasının artıq üçüncü ili yaxınlaşır. Amma Mingəçevirdə sakinlərlə tez-tez səyyar görüşlər keçirməsinə baxmayaraq İlham İsmayılov hələ də əhalinin narazılığına səbəb olan bir çox problemlərin həllinə nail ola bilməyib.İcra başçısı təyin olunana qədər uzun müddət şəhər İcra Hakimiyyəti başçısının birinci müavini olmuş İlham İsmayılova Mingəçevirin problemləri yad olmamalıdır axı. Vəzifə başına təzə keçəndə,səyyar görüşlər zamanı sakinlərə verdiyi bir çox vədləri İlham İsmayılov artıq unudub. Amma sakinlərin gözündən pərdə asmaq üçün abadlıq işləri aparmağı unutmayıb. Tez-tez Mingəçevirdə yolların təmirinə,şəhərin yaşıllaşdırılmasına vəsaitlər ayırır.Milyonlarla manat,amma necə və kimlərin əli ilə? Bunu dövlət satınalmaları yolu həyata keçirdiyi işlərədə açıq-aydın görmək olar.Onlardan bir neçəsini diqqətinizə çatdırırıq. Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar-Təmizlik İdarəsi tərəfindən mal-materialların satınalınması üzrə 203200.84 manat məbləğində satınalma müqaviləsi 29.06.2021-ci il tarixdə “AYAN-11” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Ağac tingləri, bəzək kolları, gül-çiçəklərin və ehtiyyat hissələrinin satınalınması üzrə 213 397.44 manat məbləğində satınalma müqaviləsi 29.06.2021-ci il tarixdə “TECHNICAZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TECHNICAZ” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsində 13.07.2015-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı MINGƏÇEVİR ŞƏHƏRİ, TƏBRİZ, ev 3, m. 0, qanuni təmsilçisinin isə Əhədli Vüqar Həsən oğlu olduğu göstərilir.
Mal-materiallin və əsas vəsaitin alınması üzrə 102 438.38 manat məbləğində satınalma müqaviləsi 08.06.2021-ci il tarixdə “AYAN-11” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Ağac tingləri, bəzək kolları, gül-çiçəklərin və ehtiyyat hisslərinin satınalınması üzrə keçirilmiş müsabiqədə 261 508.53 manat məbləğində satınalma müqaviləsi 29.03.2021-ci il tarixdə “AYAN-11” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AYAN-11” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsində 11.03.2011-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı MINGƏÇEVİR ŞƏHƏRİ, MİNGƏÇEVİR ŞƏHƏRİ, 20 YANVAR, ev 8A, m. 19, qanuni təmsilçisinin isə Kərimova Şəfayət Ağasəməd qızı olduğu göstərilir.
Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar-Təmizlik İdarəsi 2020-ci ildə də “AYAN-11” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə işbirliyində olub.
Mal-materiallin və ehtiyyat hissələrinin satın alınması üzrə 246 553.57 manat məbləğində satınalma müqaviləsi 06.05.2020-ci il tarixdə “AYAN-11” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Ot toxumu, ağac tingləri, bəzək kolları və gül-çiçəklərin satın alınması üzrə 132 660.32 manat məbləğində satınalma müqaviləsi 02.04.2020-ci il tarixdə “AYAN-11” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Satınalmaların vahid elektron portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar-Təmizlik İdarəsi cari ilin mart-iyun aylarında tender yolu ilə müxtəlif mal materialların və xidmətlərin alınması məqsədi ilə ümumi olaraq 1 031 855 manat məbləğində vəsait ayırıb. Portalda yerləşdirdirilmiş məlumatlardan da göründüyü kimi İdarə 2021-ci ildə mal-materialların, ağac tingləri,bəzək kolları və gül-çiçəklərin satın alınması üzrə “AYAN-11” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 567 147 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır. İdarə 2020-ci ildə də MMC ilə ümumi olaraq 379 213 manat dəyərində satınalma müqavilələri bağlamışdır. Göründüyü kimi İdarə bir il ərzində maddi texniki bazası bəlli olmayan,cəmi 10 manat nizamnamə kapitalı olan bir MMC ilə ümumi olaraq 946 360 manat məbləğində satınalma müqavilələri bağlamışdır.
Bundan əlavə Mingəçeviri yaşıllaşdıran “AYAN-11” Məhdud Məsuliyyətli Cəmiyyəti həm də energetiklər şəhərini işıqlandırıb da. Belə ki,Mingəçevir işiqlanma idarəsinə 2020-ci il ərzində mövcud işıqlanma sisteminin istismarı ilə əlaqədar alınacaq mal-materialların satınalması üzrə 12.05.2020-ci ildə keçirilmiş tenderin qalibi “AYAN-11” MMC olub və Mingəçevir şəhər İşıqlanma İdarəsi ilə 215 187.75 manat məbləğində müqavilə bağlanılıb.
Bəs cəmi 10 manat nizamnamə kapitalı olan,qanıni təmsilçisinin qadın olduğu bu MMC Mingəçevir şəhərində qeyd etdiyimiz işlərin görülməsini necə həyata keçirib? İnternet resursları üzərindən apardığımız araşdırmalarda barəsində heç bir məlumat tapılmayan bu MMC-nin 1,2 milyon manat civarında dövlət sifarişlərini həyata keçirə bilmək üçün nə kimi maddi-texniki bazası mövcuddur.?
Buyursun bu məsələyə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov aydınlıq gətirsin. Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar-Təmizlik İdarəsinin rəisi Əli Ağamirov aydınlıq gətirsin ki, “AYAN-11” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Kərimova Şəfayət Ağasəməd qızı kimin qohumudur ki, bir ilin içərisində bu xanıma etimad göstərilərək Mingəçevirin həm yaşıllaşdırılması,həm də işıqlandırılması işləri həvalə olunub. Bəlkə elə İlham İsmayılovun yaxın,yaxud uzaq qohumlarından biridir,formal olaraq adına yaratdığı MMC ilə Mingəçeviri də “abadlaşdırır”, şəxsi həyatını da. İdarəsinin rəisi Əli Ağamirovun qohumlarından da ola bilər Şəfayət Kərimova.
Burada İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin də üzərinə böyük məsuliyyət düşür. Cəmi 10 manat nizamnamə kapitalı olan bir MMC-nin fərqli-fərqli tender prosedurlarında iştirakına necə yol verib? İşıqlanma sisteminin istismarı ilə əlaqədar alınacaq mal-materiallarla, ot toxumu, ağac tingləri, bəzək kolları və gül-çiçəklərin satın alınmasının arasındakı fərqi burada görməmək mümkün deyil. Bunun birincisində mühəndislik tələb olunursa,ikincisində aqrotexnika mütəxəssisliyi tələb olunur. Amma göründüyü kimi Dövlət Xidməti MMC-nin ixtisas göstəricilərinin müəyyən edilməsi və analoji işlərdə təcrübəsinin olub, olmaması, maddi-texniki bazası barədə qanunun tələblərini nəzərə almayıb.
Yuxarıda qeyd etdiyimiz kimi Mingəçevir o qədər də boyük olmayan bir şəhərdir. Burada hamı bir-birinə uzaqdan və yaxından qohumdurlar. Yəni hamı bir-birini tanıyır. Biz Mingəçevir şəhərinin rəsmi dövlət qurumlarından onsuz da Şəfayət Kərimovanın kimliyi barədə ətraflı məlumat gözləmirik. Şəhər sakinlərindən rica edirik ki, həm elektrik mühəndisliyini, həm də aqrotexniki xidmətləri bacaran bu universal xanımın kimliyi barədə bizə məlumat versinlər.
Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan: Qərbin “Troya atı” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:05 |
|
|
|
• Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02 |
|
|
|
• Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05 |
|
|
|
• Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19 |
|
|
|
• Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17 |
|
|
|
• ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15 |
|
|
|
• İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13 |
|
|
|
• Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Dünən, 22:09 |
|
|
|
• İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:14 |
|
|
|
• Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Dünən, 21:07 |
|
|
|
• Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Dünən, 20:42 |
|
|
|
• Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Dünən, 20:35 |
|
|
|
• Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Dünən, 20:16 |
|
|
|
• Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Dünən, 20:14 |
|
|
|
• Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Dünən, 20:07 |
|
|
|
• Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Dünən, 20:01 |
|
|
|
• Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Dünən, 19:59 |
|
|
|
• Aktrisa Çimnaz Sultanova vəfat edib
Dünən, 19:56 |
|
|
|
• ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Dünən, 19:02 |
|
|
|
• Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Dünən, 18:58 |
|
|
|
• Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Dünən, 18:17 |
|
|
|
• İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Dünən, 18:15 |
|
|
|
• Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Dünən, 18:13 |
|
|
|
• İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Dünən, 18:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Dünən, 17:59 |
|
|
|
• ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Dünən, 17:53 |
|
|
|
• Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Dünən, 17:51 |
|
|
|
• "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Dünən, 17:40 |
|
|
|
• Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Dünən, 17:37 |
|
|
|
• “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Dünən, 17:33 |
|
|
|
• Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Dünən, 17:27 |
|
|
|
• Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Dünən, 17:25 |
|
|
|
• Bu, erməni xalqına baha başa gələcək - Karasin
Dünən, 17:20 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Dünən, 17:19 |
|
|
|
• Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Dünən, 17:17 |
|
|
|
• Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Dünən, 17:16 |
|
|
|
• "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Dünən, 17:14 |
|
|
|
• "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Dünən, 17:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Dünən, 17:02 |
|
|
|
• AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Dünən, 16:58 |
|
|
|
• Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Dünən, 16:56 |
|
|
|
• Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Dünən, 16:55 |
|
|
|
• “Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Dünən, 16:48 |
|
|
|
• Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Dünən, 16:46 |
|
|
|
• Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Dünən, 16:43 |
|
|
|
• “Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Dünən, 16:24 |
|
|
|
• Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Dünən, 16:18 |
|
|
|
• Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Dünən, 16:17 |
|
|
|
• Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Dünən, 16:14 |
|
|
|
|