PROBLEM: Sahibkarda biznes plan, Fondda pul yoxdur... - “Banklar yükdən qurtulmağa çalışır”
Tarix: 11-02-2021, 10:36 | Çap et
Bir çox sahibkarlar bu dəfə dövlət zəmanəti ilə kreditlər ala bilməyiblər.
Onların az bir qisminə dövlət zəmanəti ilə kreditlər verilsə də, digərlərinin müraciətlərinə imtina cavabı verilib. Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Kənan Nəcəfov keçirilmiş mətbuat konfransında deyib ki, 2020-ci ildə Azərbaycan Sahibkarlığın İnkişafı Fonduna, pandemiyadan zərər çəkmiş sahələr üzrə, dövlət zəmanəti ilə kreditlərin alınması üçün kredit tələbatı 949,1 milyon manat olan 3320 müraciət daxil olub. Bu müraciətlərin 81%-i sürətli, 19%-i isə ənənəvi olub.
Həmin müraciətlərin 13%-nə müsbət cavab verilib.
Fondun sədri qeyd edib ki, müraciətlərin kredit təlabatı 148 milyon manat olan 433-nə Fond tərəfindən zəmanət verilib. Kredit təlabatı 801,1 milyon manat olan 2887 müraciətə isə imtina cavabı verilib. Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Samir Hümbətov isə bildirib ki, imtinaların əsas səbəbi müraciətçilərin sənədləri qısa müddətdə təqdim edə bilməmələri və ya bir sıra sənədlərin çatışmamasıdır.
Qeyd edək ki, sürətli müraciət formasında 7 gün, ənənəvi müraciət formasında isə 10 gün ərzində tələb olunan sənədlər təqdim edilməlidir. Sənədlər təqdim edilməmişdirsə, 7 və ya 10 gün bitəndə avtomatik imtinaya səbəb olur. Lakin nəzərə alsaq ki, sürətli müraciət forması bizdə hələ yeni yaranıb və sahibkarlıq subyektlərinin 81 faizi bu mexanizmlə müraciət edib, o zaman onların sənədlərini tam şəkildə 7 günə təqdim edə bilməməsi də hardasa normal qarşılana bilər. Amma bu vəziyyətdən çıxış yolu da təqdim olunmayıb.
Məsələn, sürətli müraciətlər üçün vaxtın bir neçə gün uzadılması və ya sənədləri gecikənlərə əlavə vaxt tanınması kimi. Axı burada söhbət sahibkarlıqdan gedir. Bu dövlət olaraq bizim gündəmdə olan və prioritet elan etdiyimiz sahələrdəndir. Lakin nədənsə, Sahibkarlığın İnkişafı Fondu bu məsələdə maraqlı görünmür. Həmçinin imtina səbəbini sənədlərin gecikməsi kimi faktorla əsaslandırır.
İqtisadçı-ekspert Rəşad Həsənov məsələni “Cümhuriyət”ə şərh edərkən deyib ki, 2887 müraciətə imtina cavabının verilmə səbəbi sadəcə sənədlərin gecikməsi ola bilməz:
“Hesab etmirəm ki, müraciətlərə imtina səbəbi sənədlərin gecikməsi ilə bağlı olan məsələdir. Gecikmə olursa, biznes subyekti təkrar müraciət etsin. Ola bilər ki, sahibkar sənədləri vaxtında çatdıra bilmir. Bununla onun hüququ məhdudlaşdırılmır, təkrar müraciət edə bilər. Ola bilsin ki, bu, texniki hesablamanın nəticəsidir. Amma real olaraq kreditlərin verilməməsinin səbəbi böyük ehtimalla maliyyə resurslarının məhdudluğu ilə əlaqədardır. Birinci, nəzərdə tutulan vəsaitlərin tam cəlb edilə bilməməsi, ikinci məsələ isə bankların prosesdə nisbətən daha konservativ yanaşmasıdır.
Çünki faktiki olaraq iqtisadiyyat repressiyaya daxil olursa, biznes subyektlərinin mənfəət norması da aşağı düşür və zərərlə fəaliyyət göstərirlər. Nəticədə perspektivlər əməmiyyətli dərəcədə zəifləyir. Banklar da mümkün qədər çalışır ki, son nəticədə üzərinə düşəcək yükdən qurtulsun. Çünki bizdə güzəştli mexanizmlərdə əsas yük bankın üzərinə düşür.
Yəni vətəndaş, yaxud biznes subyekti həmin vəasiti geri qaytarmasa belə, bank öz öhdəliyi çərçivəsində vəsaitləri Sahibkarlığın İnkişafı Fonduna (SİF) ödəməlidir.
Yəni bu, bankın məsuliyyətini artırır və onlar da daha sərt yanaşma tətbiq edirlər. Böhran dövrlərində isə bu yanaşma işləmir. Çünki böhran dövrlərində ümumiyyətlə müəssisələrdə maliyyə- təsərrüfat fəaliyyəti pisləşir və onların banklara təqdim etdiyi hesabatlarda bu öz əksini tapdığı təqdirdə banklar həmin məsələyə daha ehtiyyatla yanaşır və avtomatik olaraq imtinaların sayı həddən artıq çox olur. Düşünürəm ki, əsas səbəb bundan ibarətdir”.
Ekspert bankla sahibkarlıq subyekti arasında bu kimi problemlərin yaşanmaması üçün əlavə mexanizmlərin də tətbiqinə ehtiyac olduğu da qeyd edib:
“Bizdə sahibkarlığa ayrılan kreditlərə dövlət zəmanəti mexanizmi var. Amma dövlət zəmanəti mexanizmində də belə son məsuliyyəti banklar daşıdığı üçün bir çox hallarda kredir qarşılığında girov tələb edirlər. Buna görə də girov və ya kifayət qədər likvid (tez satılan əmlak) olmadığı təqdirdə müraciətlərə imtina cavabı verilir. Yəni bu bazardır və burada fundamental problemlər var. Bizdə iqtisadiyyatın illeqal olması da bura mənfi təsir göstərir.
Çünki müəssisələrin real gəlirləri ilə aidiyyatı qurumlara təqdim etdikləri hesabatlardakı gəlirləri üst- üstə düşmür. Bunun özü müəssisələrin kreditqaytarma reytinqinə mənfi təsir göstərən faktorlardan biridir. Yaxud, hansısa formada sığorta mexanizmi təkmilləşdirilə bilər. Kreditlərin sığortalanması ilə bağlı daha dayanıqlı mexanizmilər formalaşdırıla bilər. Bu işlərin müəyyən bir qismi dövlət qurumları tərəfindən edilməlidirsə, digər qismi də sahibkarlıq subyektləri tərəfindən edilməlidir.
Xüsusən sahibkarlıq kreditləri üçün müraciətlərin çoxu normal qaydada tərtib olunmur və çox primitiv hazırlanır. Onu oxuyan bank da ehtiyatla yanaşır və imtina cavabı verir. Şəxsən özüm bu kimi sənədləri oxumuşam və necə sadə hazırlandığının şahidi olmuşam. Bir çox hallarda adi biznes planını belə hazırlaya bilmirlər, maliyyə göstəriciləri və proqnozlar sahibkarlar tərəfindən düzgün əks olunmur.
Çox primitiv bir biznes planla çıxış edəndə, təbii ki, banklar da imtina cavabı verəcək. İndi hamısını da sahibkarın hazırladığı planın üzərinə yıxmaq olmaz. Burada başqa subyektiv faktorlar da olur. Hətta bəzən banklar tərəfindən qeyri-rəsmi ödənişlər tələb edilir.
Sahibkarlığın İnkişafı Fondunun əvvəlki sələfi olan Sahibkarlığa Kömək Milli Fondunda bu, çox geniş vüsət almışdı. Amma bu da reallıqdır ki, sahibkarlıq subyektlərinin əksəriyyəti də normalara cavab verən biznes planlar hazırlaya bilmirlər.
Ola bilsin ki, bu sahədə müəyyən maarifləndirmə işləri də aparmaq lazımdır. Bu buznes planların çoxu yazdırıldığı üçün sahibkarın nəzərdə tutduğunu tam ifadə edə bilmir. Çünki eyni adamlar müxtəlif biznes sferalarında fərqli- fərqli biznes layihəsi hazırlayırsa, bu peşəkarləğa mənfi təsir görsədir. Son olaraq deyim ki, bu sahədə həll edilməli olan çox problemlər var”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:00 |
|
|
|
• ADAU ŞƏLALƏSİ... - Qurbanovun himayə etdiyi bu Şəlalənin səsi SONRA ÇIXACAQ...
Bu gün, 08:55 |
|
|
|
• Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... - Kəmaləddin Heydərova MÜRACİƏT...
Bu gün, 08:44 |
|
|
|
• `Azəristiliktəchizat`ın işçiləri özlərindən `AMERİKA KƏŞF EDİBLƏR...` - Bir nəfər borclu var deyə... bütün bina sakinləri DONMALIDIR!
Bu gün, 08:37 |
|
|
|
• Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:30 |
|
|
|
• Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI - "Qara qutu" müəmması
Bu gün, 08:28 |
|
|
|
• Bu qurum `DAMARA BAXIB` BORC YAZIR... - NARAZILIQ VAR...
Bu gün, 08:25 |
|
|
|
• Buranın zəmanətinə ZƏMANƏT YOXDUR! - GİLEY
Bu gün, 08:20 |
|
|
|
• ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var? - Görünəni odur ki...
Bu gün, 07:12 |
|
|
|
• İrəvan əslində Bakının gedişlərini təkrarlayır... - FAKT BUDUR!
Bu gün, 07:10 |
|
|
|
• "Mənim evimə bir qəpik pul girmir..." - Vətəndaş HARAY ÇƏKİR
Bu gün, 07:06 |
|
|
|
• İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi - Nahapetyan
Bu gün, 07:02 |
|
|
|
• Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? - AKTUAL
Bu gün, 07:00 |
|
|
|
• Yevlaxda həkimlər sağaltmır, öldürür... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57 |
|
|
|
• İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb - Başqa cür ola da bilməz...
Bu gün, 06:53 |
|
|
|
• Zirəddin ən qorxunc proqnozlarını açıqladı - “Atom fəlakəti görürəm…”
Bu gün, 06:41 |
|
|
|
• UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:39 |
|
|
|
• Sağlamlıq haqqında arayış BİZNESİ... - AXI NİYƏ?..
Bu gün, 06:36 |
|
|
|
• Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi - 35 il davam edən ŞOK saxtakarlıq
Bu gün, 06:32 |
|
|
|
• ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? - İNCƏLƏMƏ
Bu gün, 06:28 |
|
|
|
• Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? - GƏLİŞMƏ
Bu gün, 06:23 |
|
|
|
• Ermənistan: Qərbin “Troya atı” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:05 |
|
|
|
• Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02 |
|
|
|
• Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05 |
|
|
|
• Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19 |
|
|
|
• Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17 |
|
|
|
• ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15 |
|
|
|
• İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13 |
|
|
|
• Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Dünən, 22:09 |
|
|
|
• İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:14 |
|
|
|
• Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Dünən, 21:07 |
|
|
|
• Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Dünən, 20:42 |
|
|
|
• Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Dünən, 20:35 |
|
|
|
• Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Dünən, 20:16 |
|
|
|
• Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Dünən, 20:14 |
|
|
|
• Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Dünən, 20:07 |
|
|
|
• Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Dünən, 20:01 |
|
|
|
• Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Dünən, 19:59 |
|
|
|
• Aktrisa Çimnaz Sultanova vəfat edib
Dünən, 19:56 |
|
|
|
• ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Dünən, 19:02 |
|
|
|
• Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Dünən, 18:58 |
|
|
|
• Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Dünən, 18:17 |
|
|
|
• İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Dünən, 18:15 |
|
|
|
• Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Dünən, 18:13 |
|
|
|
• İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Dünən, 18:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Dünən, 17:59 |
|
|
|
• ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Dünən, 17:53 |
|
|
|
• Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Dünən, 17:51 |
|
|
|
• "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Dünən, 17:40 |
|
|
|
|