“Capital City” ilə KİMSƏ BACARA BİLMİR? .....                     "Rusiya İranın bu addımına qətiyyən razı olmaz" .....                     Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? .....                     Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? .....                     Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... .....                     Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış .....                     İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü .....                     Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! .....                     Azərbaycanda nəqliyyat şirkəti .....                     ADAU ŞƏLALƏSİ... .....                     Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... .....                     `Azəristiliktəchizat`ın işçiləri özlərindən `AMERİKA KƏŞF EDİBLƏR...` .....                     Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? .....                     Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI .....                     Bu qurum `DAMARA BAXIB` BORC YAZIR... .....                     Buranın zəmanətinə ZƏMANƏT YOXDUR! .....                     ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var? .....                     İrəvan əslində Bakının gedişlərini təkrarlayır... .....                     "Mənim evimə bir qəpik pul girmir..." .....                     İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi .....                     Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? .....                     Yevlaxda həkimlər sağaltmır, öldürür... .....                     İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb .....                     Zirəddin ən qorxunc proqnozlarını açıqladı .....                     UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ .....                     Sağlamlıq haqqında arayış BİZNESİ... .....                     Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi .....                     ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? .....                     Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? .....                     Ermənistan: Qərbin “Troya atı” .....                     Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib .....                     Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi .....                     Moskva paradına kimlər dəvət olunub? .....                     Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia .....                     ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? .....                     İran və Rusiya gizli danışıqlar aparır .....                     Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası .....                     İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? .....                     Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? .....                     Ermənistan dörd qonşunun hədəfinə çevrildi .....                 

"Əməliyyatdan üç-dörd gün sonra ağrılar başladı..." - GİLEY
Tarix: 4-02-2021, 09:53 | Çap et
"Əməliyyatdan üç-dörd gün sonra ağrılar başladı..."
Bakı sakini Tural Əliyev Vaqif oğlu deyir ki, ötən ilin aprelində “Ege Hospital”da hernioplastika (qasıq yırtığı əməliyyatı) və varikoselektomiya (xaya damarlarının genişləməsi) əməliyyatı olunub.

DİA.AZ xəbər verir ki, cərrahi müdaxilədən sonra səhhətində kəskin ağrılar başlayıb. Üzərindən on ay keçməsinə baxmayaraq, bədənində ağırlaşma və fəsadlar müşahidə edib: “2018-ci ildə soltərəfli varikoselektomiya əməliyyatı olmuşdum. Bundan sonra hər altı aydan bir skrotal USM müayinədən keçirdim. Növbəti müayinə cavablarda məndə kiçik qasıq yırtığı və damarların kiçik genişlənməsi çıxdı. Müayinəyə profilaktika üçün müraciət etmişdim, heç bir ağrı və narahatlığım yox idi. USM həkim-radioloq mənə əməliyyat olunmağı tövsiyə etdi. Məni “Ege Hospital”a yönləndirdi, orada əməliyyat olundum. Əməliyyatdan üç-dörd gün sonra ağrılar başladı. Gördüm ki, ağrılar keçmir. Məni əməliyyat edən ümumi cərrah Edqard Nurməmmədovun yanına getdim. Ağrının səbəbini bilmədilər, əvəzində mənə ağrıkəsici dərmanlar verdilər. Trombositlərim az olduğu üçün ağrıkəsicilər qanımı aşağı saldı, bu da daha çox problem yaratdı. Təkrar xəstəxanaya getdim, bu dəfə dedilər ki, nevropatoloqun yanına get”.

Şikayətçi iddia edir ki, ona məlumat verilmədən kiçik qasıq yırtığı olan nahiyəyə dəstəkləyici propilen tor (setka) implantasiya ediblər. Onun səhhətində hazırda baş verən ağrılı proses məhz həmin implantın yerləşdirilməsi ilə əlaqədardır: “Mən bunu biləndə, dedilər ki, dəstəkləyici tor qoyulmalı idi, çünki gələcəkdə yırtığın böyümək ehtimalı vardı. Əməliyyatdan sonra ağrılarım səngimirdi. Mən də hər dəfə xəstəxanaya gedirdim. Sonradan cərrah məsuliyyəti öz üzərindən atmağa çalışdı. Dedi ki, ağrı yoxdur, sənə elə gəlir. Səndəki sinir ağrısıdır, nevropatoloqa get. Mən də etiraz etdim ki, ağrı məndə əməliyyatdan sonra yaranıb. Cərrah dedi ki, altı-yeddi aydan sonra ağrı keçməsə, gələrsən, təkrar əməliyyat edərəm”.

Tural Əliyev Türkiyədə müayindən keçmək qərarına gəlib. “Memorial Şişli Hastanesi”ndə analiz verib: “Laborator müayinədən sonra orada heç bir həkim təkrar əməliyyat edib toru çıxarmağı üzərinə götürmədi. Həkim mənə dedi ki, səni bədbəxt ediblər. İmplant tor ancaq ehtiyac olduğu halda, böyük yırtığa qoyulur. Səndə əməliyyata göstəriş olmayıb. Orada həkimlər bildirdilər ki, tor implantlar elə dizayn olunub ki, bədənə yerləşdiriləndən sonra ömürlük qalır, çıxarmaq çox təhlükəlidir. Söylədilər ki, biz onu çıxarsaq, həmin nahiyədə bütün sinirlər qopacaq. Həm də yazılı razılığın olmalıdır, çünki əməliyyat zamanı toxumluğun biri tamamilə çıxarılacaq. Bildirdilər ki, sinir ağrısının müalicəsi yoxdur. Biz sənə yalnız narkotik tərkibli dərman preparatları yaza bilərik. Bu da müvəqqətidir. Yaponiyadan başqa, bütün ölkələrlə danışmışam. Hamı eyni sözü deyir: bu əməliyyata zəmanət verilmir. Əgər həmin tor implant çıxarılsa, daha ağır problemlər yaranır, hətta insan ömürlük şikəst ola bilər”.

“Mənim kimi kilometrlərlə gəzən adam urogenital nahiyyədəki güclü ağrılara görə indi bütün gün evdə yatıram. Ağrıdan işləyə, ayaq üstə dayana bilmirəm”, - zərərçəkən deyir: “Əvvələr aktiv həyat tərzi yaşamışam, idmanla, üzgüçülüklə məşğul olmuşam. Hazırda kirayədə qalırıq ,səhhətimə görə işimdən qalmışam. Düz bir ildir ki, bu ağrını özümlə daşıyıram. Bu əməliyyatdan sonra məndə ciddi kişi problemləri yaranıb. Göstəriş olmadığı halda, məni əməliyyat ediblər. Aydındır ki, eksperimental xarakterli əməliyyat olub. Bu adam məni laboratoriya siçovulu kimi istifadə edib. Mənasız yerə, açıq əməliyyatla bədənimə müdaxilə edərək, yad cism yerləşdirib. Halbuki, başqa həkimlər deyir ki, birinci mərhələdə yaranan yırtıqla ömrünün sonuna kimi rahat yaşaya bilərdin. Yanına gedəndə də, məni həyasızcasına qovur. Deyir ki, get kimə istəyirsən şikayət et. Baş Prokurorluğa müraciət edəcəyəm, cinayət işi açsınlar. Uroloq-androloq Emin Məmmədov varikosel əməliyyatını edib. Ümumi cərrah Edqard Nurməmmədov isə tor implant yerləşdirib. Bunlar pul qazanmağa görə insan həyatı ilə oynayıblar”.

Uroloq-androloq Emin Məmmədov bildirib ki, varikosel əməliyyatı olduqca bəsit prosesdir, insan orqanizmi üçün hər hansı fəsad yarada bilməz: “Bu adamın ciddi psixoloji problemləri var. Əməliyyatdan bir ay sonra gəldi ki, böyrəyim ağrıyır. Dedi ki, əməliyyat vaxtı böyrəyimə xətər yetirmisiniz. Tomoqrafiya etdirdi, məlum oldu ki, böyrək damarında genişlənmə var. Sonuncu dəfə daha irəli getdi, ümumi cərraha hədə-qorxu gəldi, dedi ki, səndən Baş Prokurorluğa şikayət edəcəyəm. Mənə otuz min manat pul verəcəksiniz. Həmin pul sizin üçün qəpik-quruşdur. Bizi təhdid edirdi. Pul istəyirdi. Özümüz bu adamla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyi düşünürdük. Sadəcə, araya pandemiya düşdü. Onu da deyim ki, Tural Əliyevə iki əməliyyat, birinin qiymətinə olunub. Sığortası bitmişdi, ümumi cərrah ona yaxşılıq etdi. Əməliyyatdan sonra dəfələrlə USM müayinədən keçib, heç bir problem çıxmayıb”.

Şikayətçinin iddialarını cavablandıran ümumi cərrah Edqard Nurməmmədov deyir ki, torun qoyulması ağır, ya da qorxulu bir əməliyyat deyil: “Bu adam sinif yoldaşımın tanışıdır. Özü gəlib ki, məni əməliyyat edin. Sığorta ilə əməliyyat olunub. Ondan fantastik məbləğdə pul alınmayıb. Sığorta ilə də minimum qiymətə, səkkiz yüz manata əməliyyat etmişik. Əməliyyatdan sonra bir ay boyunca üç-beş gündən bir sarğıya gəlib. Hər dəfə də onunla görüşürdüm. Ona yumşaq şəkildə tövsiyə etdim ki, ağrılarla bağlı nevropatoloqa gedin. Bildirdim ki, obssesiv adamlar üçün köməkedici dərmanlar var. Hirsləndi ki, mən dəli deyiləm. Əməliyyatdan öncə ona tor haqqında məlumat vermişik, hara istehsalı olduğunu da demişik. Ümumiyyətlə, tor qoyulmazdan öncə nədir, hara istehsalıdır- hamısı ilə bağlı xəstələrə məlumat veririk. Bu əməliyyat torsuz olmur. Çünki sonradan əməliyyatın təkrarlanma ehtimalı çox yüksəkdir. Təhsil aldığım universitetdə 13 yaşında uşağa belə tor qoyduğumuzu xatırlayıram. Çünki heç bir əks göstərişi yoxdur. Bu adam əməliyyatdan sonra üç-dörd yerdə dopler müayinəsi etdirib, hər hansı bir problem olmayıb. Əməliyyatdan bir neçə gün sonra tanışım olan başqa bir həkimə müraciət edib ki, mənə tor qoyulub-qoyulmadığını öyrənmək istəyirəm. Əməliyyat sığorta ilə olduğu üçün düşünüb ki, bunu aldadıram, tor qoymamışam. Əsəbləşdim ki, mənə inanmırsansa, niyə gəlib əməliyyat olunmusan? İkincisi, mən sənə böyük məbləğ deməmişəm. Mənə deyir ki, sizi məhkəməyə verəcəyəm, otuz min pul istəyirəm. Mən də demişəm ki, məhkəməyə verə bilərsiniz, mən işimin arxasındayam. Heç bir problem yoxdur”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Capital City” ilə KİMSƏ BACARA BİLMİR? - "Başqa əlacımız qalmayıb..."
Bu gün, 09:41
"Rusiya İranın bu addımına qətiyyən razı olmaz" - ŞƏRH
Bu gün, 09:36
Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 09:33
Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? - Köhnə eşalonun SON QALASI...
Bu gün, 09:26
Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... - Hər keçənə hürən molla rejimi bu dəfə LAL OLUB...
Bu gün, 09:16
Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış - TƏFƏRRÜAT
Bu gün, 09:10
İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü – Sui-qəsd planında görün kimlər olub
Bu gün, 09:06
Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! - NƏ BAŞ VERİR?
Bu gün, 09:04
Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:00
ADAU ŞƏLALƏSİ... - Qurbanovun himayə etdiyi bu Şəlalənin səsi SONRA ÇIXACAQ...
Bu gün, 08:55
Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... - Kəmaləddin Heydərova MÜRACİƏT...
Bu gün, 08:44
`Azəristiliktəchizat`ın işçiləri özlərindən `AMERİKA KƏŞF EDİBLƏR...` - Bir nəfər borclu var deyə... bütün bina sakinləri DONMALIDIR!
Bu gün, 08:37
Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:30
Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI - "Qara qutu" müəmması
Bu gün, 08:28
Bu qurum `DAMARA BAXIB` BORC YAZIR... - NARAZILIQ VAR...
Bu gün, 08:25
Buranın zəmanətinə ZƏMANƏT YOXDUR! - GİLEY
Bu gün, 08:20
ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var? - Görünəni odur ki...
Bu gün, 07:12
İrəvan əslində Bakının gedişlərini təkrarlayır... - FAKT BUDUR!
Bu gün, 07:10
"Mənim evimə bir qəpik pul girmir..." - Vətəndaş HARAY ÇƏKİR
Bu gün, 07:06
İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi - Nahapetyan
Bu gün, 07:02
Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? - AKTUAL
Bu gün, 07:00
Yevlaxda həkimlər sağaltmır, öldürür... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57
İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb - Başqa cür ola da bilməz...
Bu gün, 06:53
Zirəddin ən qorxunc proqnozlarını açıqladı - “Atom fəlakəti görürəm…”
Bu gün, 06:41
UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:39
Sağlamlıq haqqında arayış BİZNESİ... - AXI NİYƏ?..
Bu gün, 06:36
Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi - 35 il davam edən ŞOK saxtakarlıq
Bu gün, 06:32
ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? - İNCƏLƏMƏ
Bu gün, 06:28
Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? - GƏLİŞMƏ
Bu gün, 06:23
Ermənistan: Qərbin “Troya atı” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:05
Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02
Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05
Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19
Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17
ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15
İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13
Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Dünən, 22:09
İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:14
Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Dünən, 21:07
Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Dünən, 20:42
Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Dünən, 20:35
Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Dünən, 20:16
Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Dünən, 20:14
Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Dünən, 20:07
Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Dünən, 20:01
Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Dünən, 19:59
Aktrisa Çimnaz Sultanova vəfat edib
Dünən, 19:56
ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Dünən, 19:02
Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Dünən, 19:00
“Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Dünən, 18:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru