"“Zirvə liseyi” övladımın sənədlərini girov saxlayıb" - Valideyndən nazirə Açıq məktub
Tarix: 14-09-2020, 10:27 | Çap et
7 yaşlı şagirdin vaildeyni “Zirvə liseyi”nin vəzifəli şəxslərinin etdiyi qanunsuzluqlara görə, Təhsil naziri Emin Əmrullayevə açıq müraciət edib.
Unikal.org-a müraciət edən Ayaz Mirzəzadə adıçəkilən liseyin 2 F sinif şagirdi olan övladı Malik Mirzəzadənin sənədlərini girov saxladığını bildirir:
“Cənab nazir! Azərbaycan Respublikasının Təhsil naziri təyin olunmağınız ölkə ictimaiyyətində təhsilin gələcəyinə və inkişafına böyük ümidlər yaratdı. Əminəm ki, mənim kimi bir çox insan, bu məsuliyyətli işdə yorulmadan çalışacaq və Azərbaycan təhsilinin və gəncliyinin parlaq gələcəyi uğrunda cənab Prezidentin sizə olan etimadını və Azərbaycan xalqının təhsillə bağlı gözləntilərini doğruldacağınıza ümid edir.
Bildirirəm ki, hər bir qayğıkeş valideyn övladının uğurlu gələcəyini düşünür və onun keyfiyyətli təhsil almasını istəyir. Ötən 2019-2020-ci tədris ilində COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində ölkədə həyata keçirilən tədbirlər nəticəsində ölkə ərazisində 03.03.2020-ci il tarixindən yerində təlim-tədris dayandırıldı və onlayn formada təhsilin davam etdirilməsi barədə qərar qəbul edildi. Hərkəsə bəllidir ki, müxtəlif subyektiv və obyektiv səbəblərdən (şagirdlərin yaş səviyyəsi, şagirdələrin və müəllimlərin texniki imkanları və s.) onlayn (online) tədris yerində tədrisin effektini vermədi. İbtidai siniflərdə təhsil alan şagirdlərlə bağlı isə, onlayn tədris ümumiyyətlə effektsiz oldu. Birincisi ibtidai sinifdə təhsil alan azyaşlını saatlarla kompüter qarşısında oturaraq dərsləri dinləməyə razı salmaq elə də asan deyil, ikincisi bu azyaşlının ümumiyyətlə səhhətinə və psixologiyasına ciddi təsir göstərməyə bilməz. Elə bu səbəbdəndir ki, dövlət tərəfindən 15 sentyabrdan yalnız ibtidai sinif şagirdlərinin yerində tədrisinə qərar verildi. Bəli başadüşüləndir ki, hazırda ölkədə aparılan bu kimi tədbirlər əhalinin sağlamlığının təminatına hesablanıb.
Amma əsas məsələ bu deyil. Bugün ölkədə kifayət qədər özəl ümumi təhsil verən məktəblər (liseylər) var və bunlar şagirdin qanuni nümayəndəsi ilə (valideyni və s.) xidmət müqaviləsi bağlayaraq təlim-tədris xidmətləri satırlar. Dövlət tərəfindən yerində təlim-tədris dayandırıldıqdan sonra şərait əhəmiyyətli dərəcədə dəyişdi və heçbir özəl məktəb şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə görə bağladığı müqavilələrə dəyişiklik etmədi, halbu ki, təhsil haqqına bir çox hallarda şagirdin məktəbdə qidalanması, bir çox hallarda məktəb-ev arasında hərəkəti üçün nəqliyyatla təmin olunması, müəyyən dərnəklərə qoşulması və s. xərclər də daxildir. Qeyd olunanlara baxmayaraq, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi təhsil xidməti satan özəl məktəblər tərəfindən nəzərə alınmadı (baxın Mülki Məcəllə 422-ci maddə) və valideynlərdən normal şərtlərdə bağlanmış müqavilə üzrə xidmət verilmədiyi halda həmin müqavilə üzrə nəzərdə tutulmuş xidmət haqqı tələb edildi. Təhsil Nazirliyinin təhsil sahəsində tənzimləyici funksiyasını bu məsələdə işə salmaması özəl məktəblərin bu qanunsuz tələbini sanki daha da haqlı göstərməyə qulluq etdi.
Ən faciəli hissəsi isə odur ki, “sy.edu.az” portalının açılması ilə, bir çox valideyn öz övladlarının icbari ümumi təhsil almaq yerini (məktəbini) dəyişdirmək istədiyi zaman həmin özəl məktəblər müqavilə şərtlərinə əməl etmədiyi halda (buna epidemik vəziyyəti səbəb göstərərək) qarşı tərəfdən (valideynlərdən) tam ödəniş tələb etməyə başladı və ödənişin qalan hissəsini haqlı olaraq ödəməkdən imtina edən (müqavilə şərtlərinə əməl etməyən və ya edə bilməyən tərəfin qarşı tərəfdən öz öhdəliyini icra etməsini tələb etmək tamamilə əsassız və qanunsuzdur) valideynlərin övladlarının sənədlərini girov saxlayaraq, vətəndaşların (şagirdlərin) Azərbaycan Respublikasının Konstutisiyası və digər qanunvericilik aktları ilə qorunan icbari ümumi təhsil almaq hüququnu pozmağa başladılar. Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinin 1-ci və 3-cü bəndlərinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ vardır və təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən, dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən, hər bir uşağın Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə uyğun olaraq təhsil almaq hüququ vardır.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 181-ci maddəsinə əsasən, təhsil haqqında qanunvericiliyin pozulmasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Belə ki, müqavilələrdən irəli gələn istənilən mübahisə mülki qanunvericiliyin tələbinə əsasən məhkəmələrdə həll edilir. İstənilən münasibət uşağın icbari ümumi təhsil almasına mane olmamalıdır.
Bir çox valideynin başına gətirilən bu qanunsuz hərəkətlər “Zirvə liseyi” tərəfindən mənə (övladıma) qarşı da edilir. Dərslərin başlamasına 2 gün qalmasına baxmayaraq, sənədlər lisey tərəfindən girov saxlanılır və uşağın başqa məktəbə köçürülməsi prosesinin tamamlanmasına maneə törədilir.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısının 6-cı bəndinə əsasən, rayon (şəhər) məhkəmələrinin baxdığı Məcəllənin (İXM) 181.0.1 və 182-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Təhsil Nazirliyi adından – Təhsil naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri, onun müavini, regional təhsil idarələrinin rəhbərləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikasının təhsil naziri, onun müavinləri tərəfindən tərtib edilir.
Hazırda ölkədə bu qanunsuz hərəkətlərdən (ödəniş əsas göstərilməklə şagirdin sənədlərinin verilməməsi – girov saxlanılması və onun icbari ümumi təhsil almasına maneə törədilməsi) əziyyət çəkən yüzlərlə valideynin, onların övladlarının haqq səsini bu Açıq məktub vasitəsilə Sizə çatdırıram. Ümid edir və inanıram ki, Təhsil naziri olaraq, valideynlərin haqq səsinə səs verəcək və baş alıb gedən bu qanunsuz hərəkətlərin qarşısının dərhal alınması istiqamətində təxirəsalınmaz tədbirlər görəcəksiniz.”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 13:26 |
|
|
|
• Moskva gözləntiləri doğruldur – yenə həqiqəti danır
Bu gün, 13:09 |
|
|
|
• “Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 13:07 |
|
|
|
• Əmlak bazarında durğunluq hökm sürür - NƏ BAŞ VERİR?
Bu gün, 13:04 |
|
|
|
• Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ - xüsusi AÇIQLAMA
Bu gün, 12:59 |
|
|
|
• Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi - son söz Anri Oxanaşvilidə qalır
Bu gün, 12:57 |
|
|
|
• İlham Əliyev və Nikol Paşinyan Davosa gedəcəklər
Bu gün, 12:53 |
|
|
|
• “Fikrimdə qalıram, Tramp sülh gətirəcək” - Natiq Cəfərli
Bu gün, 12:50 |
|
|
|
• Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Trend mahnısının cümləsi qalmaqallı oldu: -"Aygün Kazımovaya hər şey olar"
Bu gün, 12:41 |
|
|
|
• "Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - HESABAT
Bu gün, 12:39 |
|
|
|
• Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 12:30 |
|
|
|
• 3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? - Şəki sakinləri TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ
Bu gün, 12:28 |
|
|
|
• Vaşinqton İrəvana necə "hamilik" edəcək? - Elçin Alıoğlu yazır...
Bu gün, 12:21 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib
Bu gün, 12:17 |
|
|
|
• Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb - VİDEO
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan Rusiyanın təhdidlərindən narahatdır - “Hraparak”
Bu gün, 12:13 |
|
|
|
• 316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? - İLGİNC İDDİALAR
Bu gün, 12:11 |
|
|
|
• Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir - Seyidov danışdı
Bu gün, 12:01 |
|
|
|
• Maaş azlığı, yoxsa alim riyakarlığı - REPLİKA
Bu gün, 11:59 |
|
|
|
• Ermənistan ordusunun Baş Qərargah rəisi NATO iclasında iştirak edir
Bu gün, 11:56 |
|
|
|
• Akif Marifliyə yeni vəzifə verildi
Bu gün, 11:52 |
|
|
|
• Ruslardan ABSURD İDDİA... Qazaxlar susur: QARA QUTU açılana qədər... - NƏ BAŞ VERİR?
Bu gün, 11:50 |
|
|
|
• GDU-nun nəzdində Regional Kollecə yeni təyinatlar olub - ƏMR
Bu gün, 11:48 |
|
|
|
• İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? - Eurasiya.net
Bu gün, 11:43 |
|
|
|
• "Quska"nın vəkilləri məhkəməyə gəlmədi - bu səbəbdən də...
Bu gün, 11:38 |
|
|
|
• Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur - FAKT BUDUR!
Bu gün, 11:36 |
|
|
|
• Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb - Polis İŞƏ QARIŞDI
Bu gün, 11:32 |
|
|
|
• Faiq Ağayevdən səs-küy yaradan fotosessiya - FOTO
Bu gün, 11:30 |
|
|
|
• Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir - ŞOK məlumat
Bu gün, 11:29 |
|
|
|
• Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu - ƏMR
Bu gün, 11:26 |
|
|
|
• Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər - "The Telegraph"
Bu gün, 11:19 |
|
|
|
• Rusiya Ermənistana qarşı hərəkətə keçdi – Durum kəskinləşir
Bu gün, 11:16 |
|
|
|
• "Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:05 |
|
|
|
• Hospital rəisindən Elçin Quliyevə şikayət - NARAZILIQ VAR...
Bu gün, 11:02 |
|
|
|
• Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs vaxtından əvvəl azadlığa çıxmaq istəyir
Bu gün, 10:58 |
|
|
|
• Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... - AKTUAL
Bu gün, 10:55 |
|
|
|
• Sənubər Nəzərova Departament rəhbəri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:54 |
|
|
|
• "Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." - İLGİNC İDDİA
Bu gün, 10:52 |
|
|
|
• Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb - 10 dəqiqəlik interval bir saata qaldırılıb
Bu gün, 10:46 |
|
|
|
• Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib
Bu gün, 10:45 |
|
|
|
• Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... - ETİRAZ VAR...
Bu gün, 10:44 |
|
|
|
• “Atamın qızıllarını Sevda verib Günaya” – 186 minlik ZƏRGƏRLİK İŞİ
Bu gün, 10:27 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:12 |
|
|
|
• Müharibə olacaq, Zəngəzur dəhlizi... - Danielyan
Bu gün, 10:07 |
|
|
|
• "Tramp üçün də əlavə başağrısı yaradırlar" - deputat
Bu gün, 10:03 |
|
|
|
• Seçki ayında bələdiyyələr birləşir - nələr dəyişəcək?
Bu gün, 09:56 |
|
|
|
• “Capital City” ilə KİMSƏ BACARA BİLMİR? - "Başqa əlacımız qalmayıb..."
Bu gün, 09:41 |
|
|
|
• "Rusiya İranın bu addımına qətiyyən razı olmaz" - ŞƏRH
Bu gün, 09:36 |
|
|
|
|