Bərdənin səhiyyə müdirinə şok ittiham – Koronavirusun yayılmasına səbəb olur
Tarix: 16-04-2020, 12:02 | Çap et
“Bərdə rayonu səhiyyə şöbəsinin müdiri Nizami Mehdizadənin koronavirusun yayılmasında mühüm rolu var”. ANAXEBER.info xəbər verir ki, bu sözləri Bərdə rayon sakini Zahid Mikayılov deyib. O bildirib ki, Nizami Mehdizadə koronavirusa qarşı demək olar ki, mübarizə aparmır. “Bu gün Bərdənin heç bir aptekində tibbi mask və spirt yoxdur. Hansı aptekə girirsən deyirlər ki, maska və spirt yoxdur. Bəzi yerlərdə spirti litrlə satırlar. Bunu da almağa insanların imkanı yoxdur. Nizami Mehdizadə öz qanunsuz əməlləri ilə insanların başına oyun açır. İnsanların sağlamlığına cavabdeh olan bir qurumun rəhbəri bu barədə düşünmür. Onun əməllərinə etiraz edənləri isə polislə hədələyir. Bərdədə koronavirusun yayılmasında onun mühüm rolu var. Aidiyyatı qurumlardan xahiş edirəm ki, Bərdə əhalisinin tibbi maska və spirtlə təmin olunması ilə bağlı tədbir görsünlər. Həmçinin gəlib Nizami Mehdizadənin əməllərini araşdırsınlar”, - deyə Bərdə sakini vurğulayıb. Nizami Mehdizadə Bərdə rayonunun səhiyyəsinə rəhbrəlik edəndən onunla bağlı narazılıq səngimir. Bir müddət əvvəl Bərdə rayonu ərazisində məskunlaşmış bir müharibə veteranı və şəhid ailələri Birinci vitse-prezident Mehriban Əliyevaya və Səhiyyə naziri Oqtay Şirəliyevə müraciət ünvanlamışdı. Həmin müraciətdə də Nizami Mehdizadənin qanunsuz əməlləri barədə idi. Müraciətdə deyilirdi: “Bildirmək istəyirik biz bir qrup sahibkar Bərdə rayon Mərkəzi Xəstəxanasının giriş qapısının qarşısında uzun illərdir mağazalarda, aptek və çayxanalarda, gözəllik salonlarında işləyərək ailəmizi dolandırırdıq. Bir çoxumuz isə uzun illərdir məcburi köçkün kimi Bərdədə yaşayırıq. Bərdə rayon Mərkəzi Xəstəxanasının Doğum Evi tərəfdən həmişə bir əsas və bir köməkçi giriş qapı olub və avtobusların dayanacağı da buradadır. Xəstəxananın da layihəsində 2 qapısı vardır. Lakin təxminən bir aydır buraya baş həkim göndərilmiş Nizami Mehdizadə qohumunun və özünün şəxsi maraqları naminə hiyləyə əl atdı. Əvvəlcə onun adından bizlərdən əlavə aylıq istədilər. Biz bildirdik ki, Cənab Prezidentimiz İlham Əliyevin məmurlara, yerli icra orqanlarına həmişə tapşırığı olmuşdur ki, xalqı incitməyin, sahibkarlara imkan verin ailəsini dolandırsınlar, onlardan əlavə haqq almayın! Amma nə fayda, Bərdə rayon Mərkəzi Xəstəxanasına yeni təyin olunmuş Baş həkim Nizami Mehdizadə nə qədər ailənin çörəyinə göz dikdi və 3 böyük aptekdə 25 nəfər, çyaxanalarda 15, gözəllik salonunda 8, ərzaq dükanlarında isə 18 nəfərin əmək haqqı alıb ailəsini dolandırmasını məhv etdi. Bir çoxumuz kirayəyə dükan götürüb işlədirik. Aylıq vergi, torpaq və digər rüsumları ödəyib çalışırıq ki, bu ödənişlərdən heç vaxt yayınmayaq. O cümlədən dükan, çayxana işlədən və taksi sürücülüyü edən nə qədər insana baş həkimin bir yersiz və əsassız hərəkəti ilə ağır zərbə dəymişdir. Belə ki, bizdən aylıq yığdıra bilməyən Baş həkim xəstəxananın biz tərəfdən olan və on illərdir mövcud olmuş qapısını bağlatdırdı və başqa tərəfində öz yaxın adamına bir-iki aptek açıb pul qazandırmaq üçün qapı açdırdı. O, bu qapını bağlayıb əhalinin gediş-gəlişi mümkünsüz olan, tıxac yaradan başqa tərəfindən qapı açdırması ilə bizlərə meydan oxudu. Qəsdən edilən bu hərəkət bizə-sahibkarlara qarşı təxribatdır. Təsəvvür edin ki, xəstəxananın əvvəlki, yəni bizim dükanlar olan tərəfdəki qapısı olan tərəf avtobus dayanacağıdır və bura xəstəxananın işçiləri üçün də işə gəlib-getmək üçün rahat idi. Baş həkim öz qohumunun qazancı üçün bu qədər insanları min bir əziyyətə və bizi də müflis olmağa düçar etmişdir. İndi avtobusdan düşən və xəstəxanaya getmək istəyənlər ən azı 1 kilometr məsafə qət etməlidir. Dəfələrlə ona müraciət etsək də, o, bizi adam yerinə qoymur. Hətta Bərdə rayonunun İcra başçısı, çox hörmətli Vidadi İsayevə də demişik ki, bu baş həkimə tapşırıq versin, yenə də nəticə yoxdur. Xahiş edirik, bu süni problemin həlli üçün aidiyyəti üzrə tapşırıq verəsiniz”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır - BU NƏDİ BELƏ?
Bu gün, 00:02 |
|
|
|
• Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... - NƏ BAŞ VERİR?
Bu gün, 00:00 |
|
|
|
• Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Dünən, 22:47 |
|
|
|
• Fevralın 9-u başlayacaq - İTV-də...
Dünən, 22:37 |
|
|
|
• Qəbul imtahanları elektron olacaq - Nəticələrə necə təsir edəcək?
Dünən, 22:01 |
|
|
|
• Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Dünən, 21:57 |
|
|
|
• ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Dünən, 20:52 |
|
|
|
• "Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Dünən, 20:49 |
|
|
|
• Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Dünən, 20:46 |
|
|
|
• NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Dünən, 20:43 |
|
|
|
• 'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Dünən, 20:40 |
|
|
|
• Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Dünən, 19:00 |
|
|
|
• “Yapı Kredi Bank”ın gəliri - AZALIB
Dünən, 18:58 |
|
|
|
• Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Dünən, 18:22 |
|
|
|
• Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Dünən, 18:20 |
|
|
|
• Hindistanlı generala İrəvanda medal verildi
Dünən, 18:10 |
|
|
|
• Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Dünən, 18:08 |
|
|
|
• Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Dünən, 18:07 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Dünən, 18:01 |
|
|
|
• Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Dünən, 17:57 |
|
|
|
• İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Dünən, 17:53 |
|
|
|
• "Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Dünən, 17:52 |
|
|
|
• Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Dünən, 17:49 |
|
|
|
• Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Dünən, 17:41 |
|
|
|
• Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Dünən, 17:33 |
|
|
|
• Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:31 |
|
|
|
• Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Dünən, 17:30 |
|
|
|
• "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Dünən, 17:24 |
|
|
|
• “Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Dünən, 17:22 |
|
|
|
• Nazir müdiri işdən çıxardı - ƏMR
Dünən, 17:18 |
|
|
|
• Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Dünən, 17:15 |
|
|
|
• Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Dünən, 17:10 |
|
|
|
• "O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Dünən, 17:03 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Dünən, 17:02 |
|
|
|
• “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Dünən, 16:49 |
|
|
|
• 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Dünən, 16:46 |
|
|
|
• Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Dünən, 16:43 |
|
|
|
• Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Dünən, 16:41 |
|
|
|
• Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Dünən, 16:38 |
|
|
|
• Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Dünən, 16:33 |
|
|
|
• "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Dünən, 16:30 |
|
|
|
• Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Dünən, 16:16 |
|
|
|
• Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Dünən, 16:11 |
|
|
|
• Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Dünən, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Dünən, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Dünən, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Dünən, 15:41 |
|
|
|
• Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Dünən, 15:36 |
|
|
|
|