Səfər Mehdiyev üçün yolun sonu ERKƏN GÖRÜNƏ BİLƏR... - İTTİHAM
Tarix: 16-03-2020, 10:46 | Çap et
DİA.AZ: - "Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyinatından sonra DGK-da hələ sabiq sədr Aydın Əliyevin zamanında mövcud olan problemlər, vətəndaşların ciddi narazılığına yol açan əyrintilər nəinki öz həllini tapmayıb, əksinə onların sırasına yeniləri də əlavə olunub. Elə buna görə də Səfər Mehdiyevin DGK sədri kimi fəaliyyətinin arzuolunan səviyyədə olmadığını demək mümkündür” – bu sözlər DİA.AZ-a göndərilən məqalədə yer alıb.
Məqalədə daha sonra deyilir: "Düzdür, mətbuatda Dövlət Gömrük Komitəsi ilə bağlı vətəndaşların şikayətləri əsasında hazırlanmış, konkret faktlara əsaslanan yazılardan sonra adıçəkilən qurumun yetkili şəxsləri DGK-ya yaxınlığı ilə seçilən sayt, xəbər portalları vasitəsiylə dərhal bəsit və standart cümlələrlə deyilənləri təkzib etməyə çalışırlar. Lakin Dövlət Gömrük Komitəsinin bununla bağlı yaydığı informasiya heç də hər zaman inandırıcı görünmür. Çünki məşhur atalar sözündə də deyildiyi kimi, görünən dağa bələdçi lazım deyil. Odur ki, yolu azı bir dəfə gömrük keçid məntəqələrindən düşən, yəni ölkəyə bu və digər məhsul idxal, ya da ixrac edən, əsasən də Azərbaycana avtomobil gətirən şəxsə Səfər Mehdiyevin tabeçiliyində çalışan gömrükçülərin hansı oyunlardan çıxdıqları, onların sadə vətəndaşlara, o cümlədən kiçik və orta sahibkarlara, hətta bəzən daha iri iş adamlarına qarşı sərgilədikləri münasibət, bir sözlə gömrükdə yaşanan arzuolunmaz mənzərə ən incə detallarınadək bəllidir.
Məhz elə buna görədir ki, Dövlət Gömrük Komitəsinin rəsmiləri qurum haqda mətbuatda yayımlanan tənqidi materialları nə qədər təkzib etməsə çalıssalar da, onların fikirləri konkret faktlar qarşısında olduqca cılız görünür".
Daha sonra məqalədə DGK rəhbəri ilə bağlı müəmmalı məqamlara toxunulur: "Əslən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndindən olan, adıçəkilən qurumdakı ən mühüm və gəlirli postları məhz həmyerlilərinə həvalə edən Səfər Mehdiyevin keçən ilin avqust ayının 30-da Masallı, Lənkəran, Yardımlı və Lerik rayonlarından olan vətəndaşları, eləcə də bu bölgələrdə məskunlaşan məcburi köçkünlərlə görüşü zamanı xoşagəlməz olay yaşanıb.
Bir məqamı da nəzərinizə çatdıraq ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev yerli KİV-lərin birinə müsahibəsində bildirib ki, son dövrlərdə gömrükdəki bəzi neqativ halları ictimailəşdirməklə, hətta sosial şəbəkələrdə adıməkilən quruma təzyiq vasitəsi kimi istifadə etməyə cəhd edirlər. "Amma onlar bizi ruhlandırır" deyən DGK sədri onu da qeyd etmişdi ki, əgər hər hansı gömrük məmuru ilə bağlı xoşagəlməz hadisə və yaxud rüşvət, korrupsiya ilə bağlı iddiası varsa, buyurub məhkəmələrə müraciət edə bilərlər: "Biz də onlara tam dəstək verəcəyik. Bizim işimiz budur, şəffaflığı təmin etmək, bu sistemə, bu dövlətə xidmət etmək".
Əfsuslar olsun ki, hazırda gömrük sistemində yaşanan arzuolunmaz mənzərə Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri kimi fəaliyyətini müsbət qiymətləndirməyə imkan vermir. “Ulduz-Elektron” MMC-nin direktoru Mədət Quluzadənin üzləşdiyi problem və bunun nəticəsində iş adamının intihara əl atması deyilənlərin təsdiqindən başqa bir şey deyil. Və burada qərəz axtarmağın özü ən böyük qərəzçilik, ədalətsizlikdir. Çünki MMC-nin direktoru özü mətbuata verdiyi açıqlamasında konkret olaraq gömrük əməkdaşlarını ittiham edir. Eyni zamanda, yuxarıda sadalanan digər faktlar da Dövlət Gömrük Komitəsində neqativ halların olduğundan xəbər verir.
Məhz bu da öz növbəsində, Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyinin tabeçiliyində bir departament kimi fəaliyyət göstərməsi ilə bağlı ekspertlər tərəfindən səsləndirilən çoxsaylı təkliflərin reallığa çevrilməsini aktuallaşdırır. Odur ki, Səfər Mehdiyev rəhbərlik etdiyi gömrük sistemində ciddi islahatlar aparmalı, qurumu həmyerlilərinin - Nehrəmlilərin nəzarətindən çıxarmalı, vətəndaşların Dövlət Gömrük Komitəsi ilə bağlı şikayətlərinə qulaq verib onların həllinə çalışmalıdır. Əks halda, ölkə əhalisinin gömrük sistemindən artan narazılığı onun acı sonunu gətirə və sələfi Aydın Əliyevin taleyini yaşaya, vəzifəsini itirə bilər".
İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik - MALƏSƏF...
Bu gün, 00:08 |
|
|
|
• Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır - BU NƏDİ BELƏ?
Bu gün, 00:02 |
|
|
|
• Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... - NƏ BAŞ VERİR?
Bu gün, 00:00 |
|
|
|
• Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Dünən, 22:47 |
|
|
|
• Fevralın 9-u başlayacaq - İTV-də...
Dünən, 22:37 |
|
|
|
• Qəbul imtahanları elektron olacaq - Nəticələrə necə təsir edəcək?
Dünən, 22:01 |
|
|
|
• Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Dünən, 21:57 |
|
|
|
• ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Dünən, 20:52 |
|
|
|
• "Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Dünən, 20:49 |
|
|
|
• Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Dünən, 20:46 |
|
|
|
• NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Dünən, 20:43 |
|
|
|
• 'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Dünən, 20:40 |
|
|
|
• Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Dünən, 19:00 |
|
|
|
• “Yapı Kredi Bank”ın gəliri - AZALIB
Dünən, 18:58 |
|
|
|
• Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Dünən, 18:22 |
|
|
|
• Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Dünən, 18:20 |
|
|
|
• Hindistanlı generala İrəvanda medal verildi
Dünən, 18:10 |
|
|
|
• Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Dünən, 18:08 |
|
|
|
• Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Dünən, 18:07 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Dünən, 18:01 |
|
|
|
• Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Dünən, 17:57 |
|
|
|
• İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Dünən, 17:53 |
|
|
|
• "Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Dünən, 17:52 |
|
|
|
• Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Dünən, 17:49 |
|
|
|
• Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Dünən, 17:41 |
|
|
|
• Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Dünən, 17:33 |
|
|
|
• Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:31 |
|
|
|
• Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Dünən, 17:30 |
|
|
|
• "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Dünən, 17:24 |
|
|
|
• “Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Dünən, 17:22 |
|
|
|
• Nazir müdiri işdən çıxardı - ƏMR
Dünən, 17:18 |
|
|
|
• Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Dünən, 17:15 |
|
|
|
• Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Dünən, 17:10 |
|
|
|
• "O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Dünən, 17:03 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Dünən, 17:02 |
|
|
|
• “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Dünən, 16:49 |
|
|
|
• 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Dünən, 16:46 |
|
|
|
• Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Dünən, 16:43 |
|
|
|
• Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Dünən, 16:41 |
|
|
|
• Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Dünən, 16:38 |
|
|
|
• Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Dünən, 16:33 |
|
|
|
• "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Dünən, 16:30 |
|
|
|
• Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Dünən, 16:16 |
|
|
|
• Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Dünən, 16:11 |
|
|
|
• Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Dünən, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Dünən, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Dünən, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Dünən, 15:41 |
|
|
|
|