Tovuzda narazılıq yaradan kimdir? - İTTİHAM
Tarix: 26-02-2020, 15:18 | Çap et
Bir neçə gün bundan öncə Tovuz rayonunda toy məclisində iştirak edən əməkdaşımız, şadlıq sarayının zalında eşitdiklərindən sanki şoka düşməli olur. Belə ki, əməkdaşımızın yaxınlarından biri keçiriləcək toy məclisinə onu da dəvət edir. Elə ki, o, dəvəti qəbul edib toy məclisində iştirak edir, o halda əməkdaşımızın da oturduğu masanın yaxınlığında əyləşənlər üçbir, dördbir nədənsə danışırlar. Yəni, birbiri ilə söhbət edənlər, digər danışan şəxslərin danışdıqlarına heç də fikir vermirlər.
Yəni, üç nəfər birlikdə yeyib-içir, birlikdə söhbət edir, dörd nəfər birlikdə yeyib içir və digərlərinin söz-söhbətlərinə diqqət yetirmirlər və s. vəilaxır. «Dəryaz» qəzetinin əməkdaşımız zaldakı masalardan birinin orta hissəsində oturur və spirtli içki içmədiyindən, yaxın ətrafda kimin nə danışdığını tam aydınlığı ilə eşidir. Düzdür, birbiri ilə söz-söhbət edənlər hansısa dərd-sərlərindən, başqa-başqa məsələlərdən danışırlar. Amma, vaxt keçdikcə mövzu baş verən siyasi olaylardan, işsizlik problemlərindən, ümumi yaşayış səviyyəsinin çətin olmasından və s. bəhs olunur. Elə ki, əməkdaşımızın adlarını müəyyən edə bilmədiyi şəxslər yeyib-içirlər, o halda onlar Azərbaycan Respublikasının Prezidenti cənab İilham Əliyevin son çıxışlarından, həyata keçirdiyi islahatlardan, rüşvət alan vəzifə sahiblərinin aqibətindən, ələlxüsus Ağstafa hadisələrindən də danışmağa başlayırlar. Onlar bir qədər vaxt keçdikdən sonra isə, rüşvət tələb etməkdə Tovuz rayonunun heç də Ağstafadan geri qalmadığını, hətta bu rayonun belə bir məsələdə bir qədər irəli getdiyini də dilə gətirirlər. Bu minvalla bir qədər söz-söhbət uzanır və həmin şəxslər Azərbaycan Respublikası Prezidentinin 07 iyun 2018-ci il tarixli Sərəncamı ilə, Tovuz Rayon İcra Hakimiyyətinə başçı təyin olunan Məmməd Məmmədovu “topa tutmağa” başlayırlar. Yəni, həmin şəxslər vurğulayırlar ki, Məmməd Məmmədov İcra Hakimiyyəti Aparatına baş mütəxəsis vəzifəsinə “Aptek Sahib” ləqəbli ilə tanınan Əsgərov Sahib Cahangir oğlunu təyin etməsi səbəbindən, bu gün Tovuzda “feodal təfəkkürü”nə malik idarəçilik, yeni yazılmamış qayda-qanunlar hökm sürməkdədir. Belə ki, bu şəxsin sahibkarları, fermerləri, iş adamlarını, sadə insanları və s. pis vəziyyətə salması da dilə gətirilir və mövzu ancaq “Aptek Sahibin” atdığı addımlarla bağlı olur. Elə ki, söz-söhbət getdikcə qızışır, o halda masa araxasında əyləşənlərin əksəriyyəti “Aptek Sahib”dən danışır, onun heç bir əsas olmadan daşıdığı vəzifəyə təyin olunmasını müzakirə edirlər. Məsələn, onlar bildirirlər ki, “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vəzifə sahibi olan şəxslərə verdiyi tapşırıqlara, tövsiyyələrə “Aptek Sahib”in əməl etməməsi, bir növ onun bir kimsədən çəkinmədən bildiyi addımlarını atması, bu gün ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Söhbət əsnasında onu da bildirirlər ki, “Aptek Sahib” heç bir əsas olmadan iş adamlarından, fərdi yaşayış evi inşa edənlərdən, hansısa obyek inşa etdirmək istəyənlərdən zorən rüşvət tələb edir. Hətta, əməkdaşımız belə bir danışığın da sahidi olur ki, bu şəxs rayon ərazisində torpaq sahibindən obyektinin fəaliyyət göstərməsi üçün 10.000 manat məbləğində rüşvət tələb edib, bir nəfər sahibkardan isə, 7.000 manat pul alıb.
Gundemxeber.Az bildirir ki, hələ bu azmış kimi, “Aptek Sahib”in rayon ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə haqq qoyduğu, yaşayış evi inşa etdirən hər kəsə hədə-qorxu gələrək rüşvət tələb etməsi və s. haqda da danışırlar. Masa arxasında əyləşən şəxslərdən biri isə, vurğulayır ki, bir kənd sakini yol kənarında yaşayış evi inşa etmək istəyir. Həmin vaxt onu o qədər getgələ salırlar ki, son anda o, “Aptek Sahib”in “əsabələr”inə rüşvət verin canını birtəhər xilas edə bilir. Baxmayaraq ki, həmin şəxsin DƏDRX-dən çıxarışının olduğu bildirilir və ona məxsus çıxarışda, şəxsin qeyd olunan cizgidən kənara çıxmadığı da göstərilir. Əməkdaşımız eşitdiklərindən belə bir qənaətə gəlir ki, bu gün Tovuzda analoqu olmayan ab-hava hökm sürür. Yəni, yaşayış evi, hər hansı qeyri-yaşayış sahəsi inşa etmək istəyən hər kəs, mütləq “Aptek Sahib”in “bığının altından keçməlidir”. Belə bir tələbə razı olmayan şəxslər isə, çox keçmir ki, polisin hədəsi ilə üz-üzə qalmalı olur. Masa ətrafında olan şəxslərdən biri də vurğulayır ki, Tovuz rayon sakininə məxsus olan, amma çay kənarında 30 il ərzində fəaliyyət göstərən “drabilkanın” fəaliyyəti də dayandırılır. Buna da əsas səbəb, “Aptek Sahib”in “əsabələr”inin həmin şəxsdən 10.000 manat məbləğində “haqq-hesab” tələb etməsi olur. Əməkdaşımız Məmməd Məmmədovun icra başçısı olduğu rayonda yaşananları eşitdikcə, sanki dəhşətə gəlir. Bəlkə də, həmin şəxslər məclisdə iştirak edən əməkdaşımızın KİV nümayəndəsi olduğunu bilsəydilər, o halda belə bir mövzular ətrafında nəsə danışmazdılar. Bütün bunlar da onu söyləməyə əsas verir ki, Tovuz rayonunda belə bir ab-havanın varlığı, “Aptek Sahib” ləqəbi ilə tanınan Əsgərov Sahib Cahangir oğlunun rayonda “kor atı minib köndələn çapması” və s. birbaşa Məmməd Məmmədovun həyata keçirdiyi idarəçiliklə bağlıdır.
Bütün bunlardan sonra belə bir qənaətə gəlmək olar ki, çox yaxın vaxtlarda Ağstafada baş verən olaylar Tovuz rayonunda da yaşanacaq. O halda hər kəs eşidib biləcək ki, “səyyahətə göndərilən” vəzifəli şəxslərin sırasında “Aptek Sahib” də var.
P.S. Hörmətli oxucular! Sizləri çox yaxın günlərdə Tovuz rayonunda baş verən bir çox olaylarla bağlı, ələlxüsus rayonun Qovlar şəhəri ilə Dönük Qırxılı kəndinin ara məsafəsində yerləşən və 1941-1945-ci il müharibə iştirakçılarının xatirəsinə ucaldılmış abidəyə məxsus ərazinin satışa çıxarılması faktı və s. kimi məsələlərlə bağlı məlumatlandırmağa çalışacağıq.
Odur ki, bizi izləməyi unutmayın. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik - MALƏSƏF...
Bu gün, 00:08 |
|
|
|
• Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır - BU NƏDİ BELƏ?
Bu gün, 00:02 |
|
|
|
• Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... - NƏ BAŞ VERİR?
Bu gün, 00:00 |
|
|
|
• Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Dünən, 22:47 |
|
|
|
• Fevralın 9-u başlayacaq - İTV-də...
Dünən, 22:37 |
|
|
|
• Qəbul imtahanları elektron olacaq - Nəticələrə necə təsir edəcək?
Dünən, 22:01 |
|
|
|
• Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Dünən, 21:57 |
|
|
|
• ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Dünən, 20:52 |
|
|
|
• "Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Dünən, 20:49 |
|
|
|
• Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Dünən, 20:46 |
|
|
|
• NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Dünən, 20:43 |
|
|
|
• 'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Dünən, 20:40 |
|
|
|
• Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Dünən, 19:00 |
|
|
|
• “Yapı Kredi Bank”ın gəliri - AZALIB
Dünən, 18:58 |
|
|
|
• Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Dünən, 18:22 |
|
|
|
• Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Dünən, 18:20 |
|
|
|
• Hindistanlı generala İrəvanda medal verildi
Dünən, 18:10 |
|
|
|
• Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Dünən, 18:08 |
|
|
|
• Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Dünən, 18:07 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Dünən, 18:01 |
|
|
|
• Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Dünən, 17:57 |
|
|
|
• İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Dünən, 17:53 |
|
|
|
• "Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Dünən, 17:52 |
|
|
|
• Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Dünən, 17:49 |
|
|
|
• Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Dünən, 17:41 |
|
|
|
• Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Dünən, 17:33 |
|
|
|
• Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:31 |
|
|
|
• Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Dünən, 17:30 |
|
|
|
• "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Dünən, 17:24 |
|
|
|
• “Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Dünən, 17:22 |
|
|
|
• Nazir müdiri işdən çıxardı - ƏMR
Dünən, 17:18 |
|
|
|
• Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Dünən, 17:15 |
|
|
|
• Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Dünən, 17:10 |
|
|
|
• "O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Dünən, 17:03 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Dünən, 17:02 |
|
|
|
• “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Dünən, 16:49 |
|
|
|
• 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Dünən, 16:46 |
|
|
|
• Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Dünən, 16:43 |
|
|
|
• Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Dünən, 16:41 |
|
|
|
• Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Dünən, 16:38 |
|
|
|
• Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Dünən, 16:33 |
|
|
|
• "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Dünən, 16:30 |
|
|
|
• Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Dünən, 16:16 |
|
|
|
• Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Dünən, 16:11 |
|
|
|
• Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Dünən, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Dünən, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Dünən, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Dünən, 15:41 |
|
|
|
|