Bu adamlar Azərbaycanın bayrağının rənglərini də dəyişirlərsə... - Xəyanətin başqa adı olmur
Tarix: 15-04-2017, 12:08 | Çap et
Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin qurulduğu Azərbaycan milli-mənəvi dəyərləri, tolerantlığı, multikulturalizm ənənələri ilə bərabər, zəngin mümarlığı ilə də dünyada tanınır. Demək olar ki, ölkəmizdə tariximizin hər bir dövrünə aid memarlıq nümunələri mövcuddur. Həmin memarlıq nümunələri bu günümüzə qədər qorunub saxlanılıb. Paralel olaraq, dövrün tələbinə uyğun olaraq, zaman-zaman müasir memarlıq nümunələri də yaradılıb, özündən əvvəlkilərin sırasında yer tutub.
Ümummilli lider Heydər Əliyevin həm sovetlər birliyi dövründə, həm də müstəqilliyimizin ikinci dəfə bərpasından sonra Azərbaycana rəhbərlik etdiyi illərdə biz bu proseslərin şahidi olmuşuq. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdən başlayaraq isə paytaxt Bakı ilə yanaşı, regionlar da geniş tikinti-quruculuq meydanına çevrilib, yeni-yeni memarlıq nümunələri yaradılıb. Təbii ki, yeni, müasir tikililər həyata vəsiqə alarkən, məşhur tarixi memarlıq nümunələri də əsaslı təmir edilib, gələcək nəsillər üçün qorunub saxlanılıb.
Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycanın tarixinə, milli-mənəvi dəyərlərinə, mədəniyyətinə, adət-ənənələrinə bağlı olan, müsəlman kimi müqəddəs Kəbəni ziyarət edən dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkə ərazisindəki ibadət evlərinin, məscidlərin təmir-bərpasına, daha böyük və müasir məscidlərin inşaasına diqqətlə yanaşıblar. Konkret faktlara əsaslanaraq deyə bilərik ki, əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstəribsə, 2017-ci ilin əvvəlinə onların sayı 2166-ya çatdırılıb. Bu vaxta qədər Şamaxı Cümə Məscidi, Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir, İçərişəhər Cümə, Həzrət Məhəmməd, Əjdərbəy məscidləri, Gəncə "İmamzadə” kompleksi, eləcə də digər dini abidələr, məscidlər dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilib. Eyni zamanda paytaxt Bakıda Qafqazın ən böyük məscidi – Heydər Məscidi tikilib. Bu gün bu ibadət evində sünni və şiə məzhəbinin nümayəndələri vəhdət namazı qılır, müsəlman həmrəyliyi, mömin birlik-bərabərliyi barədə bütün dünyaya mesaj verirlər. Bu gün Azərbaycanda 306 məscid isə dövlət tərəfindən tarixi abidə kimi qorunur.
Belə gerçəkliklərin yaşandığı Azərbaycanda bütün dinlərin nümayəndələrinə normal münasibət sərgilənir, hər kəsin din, etiqad, vicdan azadlığı qanunla təmin olunur. Lakin təəssüflər olsun ki, hansısa səbəblərdənsə xarici dairələrin əlində alətə çevrilən bəzi qüvvələr bu reallıqları görməzlikdən gəlir, "qaşınmayan yerdən qan çıxarmağın ustaları” kimi İslam dini pərdəsi altında süni narazılıq yaratmağa, ölkədəki ictimai-siyasi sabitliyi pozmağa cəhd edirlər. Son günlər dini təəssübkeşlik adı altında "Sovetski” adlandırılan ərazinin abadlaşdırılmasına etiraz edənləri də bu qəbildən saymaq olar. Halbuki, "Kubinka”, "Papanin” kimi, "Sovetski” ərazisindəki köhnə tikililərin sökülməsi, onların yerində daha müasir, yaraşıqlı binaların, parkların və sair xidmət obyektlərinin inşası paytaxt Bakının simasını daha da gözəlləşdirməklə yanaşı, sakinlərin də rahatlığına xidmət edir. "Sovetski” ərazisində Hacı Cavad məscidi kimi təqdim edilən binanın da sökülməsi qərarı bu məqsədə xidmət edir. Bu məscid məhəllə məscidi kimi inşa edilsə də, hazırda burada məhəllə sakinləri, demək olar ki, ibadət etmir. Hacı Cavad məscidi kiçik məhəllə məscidi olduğu üçün hətta onun minarəsi də yoxdur. Ümumiyyətlə, həmin ərazidə aparılacaq inşaat işlərinin miqyası və ətrafın gələcək görünüşü belə kiçik və qəzalı məscidin orada saxlanılmasını qeyri-mümkün edir.
Acınacaqlı haldır ki, bu cür qəzalı binanın sökülməsindən bəzi "dindarlar” şou düzəltməyə, az qala özlərini İslamın, müqəddəs ibadət yerlərinin hamisi kimi qələmə verməyə çalışırlar. Hətta bu məsələni bir qədər də şişirdərək elə təəssürat yaratmağa çalışırlar ki, guya qəzalı vəziyyətdə olan Hacı Cavad məscidi söküldüyü təqdirdə, dindarlar ibadət etməyə məkan tapmayacaqlar. Halbuki, sözügedən qəzalı binanın ətrafında dindarların ibadət etməsi üçün kifayət qədər məscid var. Ölkənin mərkəzi məscidi sayılan Təzəpir məscidi isə lap yaxınlıqdadır. Bundan başqa, yaxınlıqda tarixi və böyük məscidlər olan "İmam Hüseyn”, "Qasım bəy”, "Hacı Sultanəli” və "Xanım Zəhra” məscidləri də var. Namaz vaxtlarında bu məscidlərdə hər hansı sıxlıq müşahidə olunmur.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev də hesab edir ki, "Sovetski” adlanan ərazinin sökülməsi Bakının abadlaşdırılması, gözəlləşdirilməsi istiqamətində həyata keçirilən böyük layihənin davamıdır. Deputatın sözlərinə görə, Azərbaycan son 20 ildə bu cür çoxsaylı layihələrə imza atıb. M.Quliyev söküntüyə süni narazılıq yaradılması məsələsinə də toxunub. Qeyd edib ki, Prezident İlham Əliyev həmin ərazidə yerləşən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətə dərhal reaksiya verib və sözügedən məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması, binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi və müvafiq təkliflərin təqdim olunması məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib. Millət vəkilinin qənaətinə görə, bu qərar insanların etimadını artırıb və onlar görüblər ki, dövlət başçısı həmişə əhalinin yanındadır, insanların istənilən kiçik narahatlıqlarını hər zaman nəzərə almağa hazırdır: "İnsanlar Prezidentin bu addımını çox böyük məmnunluq hissi ilə qarşıladılar. Bu həm də xalq-lider birliyinin əyani bir təcəssümüdür. Əslində icra hakimiyyətinin nümayəndələri izahat verirlər ki, bu bina heç bir tarixi əhəmiyyət daşımır və məscid kimi də qeydiyyatda deyil. Amma buna baxmayaraq, əhalinin istəyini nəzərə alaraq Prezident İlham Əliyev bu məsələnin araşdırılması ilə bağlı göstəriş verdi”.
M.Quliyev vurğulayıb ki, belə vəziyyətdən istifadə etmək istəyən qüvvələr də var. Onun fikrincə, həmin qüvvələr istəyərdilər ki, bu məsələ şişsin, siyasi don alsın və yaxud da ölkədə bir qarşıdurma, ictimai sabitliyin pozulmasına gətirib çıxarsın. Millət vəkili deyib ki, belə qüvvələrə qarşı ən yaxşı cavabı elə Azərbaycan ictimaiyyətinin özü verir.
Bütün bunlar bir daha onu sübut edir ki, "dindarlar”ın başlatdığı bu kampaniyanın heç bir əsası yoxdur və onların davranışı hansısa məscidin sökülməsi ilə əlaqədar deyil. Hacı Cavad məscidi ilə bağlı gərginlik yaradanlar əsasən kənardan gəlmiş, xarici dini mərkəzlərdə təhsil almış və hazırda həbsdə olan Tale Bağırzadənin tərəfdarları, qondarma "Müsəlman Birliyi Hərəkatı”nın təəssübkeşləridir. Onlar məqsədli şəkildə məsələyə dini-siyasi çalar verərək gərginliyi artırmağa, dindarlar arasında dövlətə münasibətdə narazılıq yaratmağa çalışırlar. Bu isə xalqımızın çoxəsrlik tolerantlıq, dözümlülük, multikulturalizm ənənələrinə, Azərbaycanın dövlət siyasətinə, qanunlarına zidd addımlardır. Ona görə də İslam libasına bürünərək insanların dini inancından sui-istifadə edən, xarici dairələrin sifarişi ilə vətəndaşları qarşıdurmaya, narazılığa sürükləməyə cəhd edən belə şəxslərin əməllərinin qarşısı qanunla alınmalıdır. \\ kaspi.az\\ DİA.AZ-dan: Yuxarıdakı fotodan da görünür ki, bu adamlar hətta Azərbaycanımızın dövlət rəmzi olan - toxunulmaz atributumuz MİLLİ BAYRAĞIMIZIn rəngləri ilə belə oynama cəsarəti və ən əsası XƏYANƏTİ də nümayiş etdirilər ki, bu faktın özü də məsələni tam çılpaqlığı ilə ortaya qoymuş olur. Bizlər adətən İran və Azərbaycanı istəməyən ünvanlarda bu cür hallara rast gəlmişik. Yəni onlar dövlət bayrağımızı tərs asmaqla, rənglərinin yerini dəyişməklə izçlərindəki çirkabı ortaya qoyublar ki, belə görmüşük. İndi isə özlərini "dindar" kimi təqdim edən və realda təxribatçı olduqları şəkk doğurmayan bu şəxslər də eyni cür davranırlar. Amma yanılırlar. Əgər onlar əslində sökülməsi belə normal olan bir məscidlə bağlı dövlətimizin məlum planı qarşısında "halalımıza toxunublar" deyərək iddia qaldırıb, aranı qatmaq istəyirdilərsə, bilsinlər ki, bu dövlətin sahibləri olan Azərbaycan türklərinin HALALI - DÖVLƏT BAYRAĞIMIZI bu şəkildə aşağılayanları millət heç bir zaman normal qəbul edə bilməz və dövlətdən onların cəzalandırılmasını təbii haqqı və hüququ olaraq tələb edəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Dünən, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Dünən, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Dünən, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Dünən, 01:43 |
|
|
|
|