Erməni diasporuna son "hədiyyə" .....                     "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." .....                     "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.." .....                     Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq .....                     Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ .....                     “Welcome back Trump”: .....                     Fransanın gizli təlimi: .....                     Qanlı 20 Yanvar faciəsindən 35 il ötür .....                     Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb .....                     Samir Abasov yenə öz ampluasında .....                     "25 min manat verdilər getmədim" .....                     Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI .....                     "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm" .....                     Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi .....                     "Həmin şəxslər ora təhrik edilərək gətirilib" .....                     Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi .....                     İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü .....                     Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi .....                     Ermənistan maşınları yolda qaldı .....                     Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən .....                     "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." .....                     Ermənistan ordusu qadınların ümidinə qalır .....                     Professor Nizaməddin Şəmsizadə komaya düşüb .....                     Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır .....                     İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib .....                     Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada .....                     Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... .....                     Obamanın etdiyi vicdansızlıq idi .....                     HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR .....                     İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... .....                     "Yas mərasimi üçün kredit götürürlər" .....                     Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? .....                     Pezeşkian ondan elə bir şey xahiş etdi ki... .....                     AYNA-nın yaratdığı xaos BÖYÜYÜR .....                     Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır .....                     "Space"nin keçmiş rəhbərinə vəzifə verildi .....                     İrana zərbə halında Tehranın cavabı necə olacaq? .....                     "Bu hökumət belə bir addım atsa..." .....                     Tramp hamının planını pozub... .....                     ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb .....                 

Sanki Ağdamın təhsili də işğal altındadır... - İTTİHAM VAR
Tarix: 13-04-2017, 09:55 | Çap et
Sanki Ağdamın təhsili də işğal altındadır...
Rüşvət, qanunsuzluq, özbaşınalıq, haqsızlıq hamısı bu rayondadır. Ölkənin ən biabırçı təhsil idarəçiliyi , məhz bu rayona məxsusdur. Söhbət Ağdam rayonunun təhsil sistemindən gedir. Baxça müdiri Mətanət Misirxanovanın Ağdam Rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsinə təyin edilməsindən sonra vəziyyət rəzalətə çevrilib. Rüşvət əvvəl bir idisə , indi beşə qalxıb. Bu sahədə kifayət qədər səriştəsi olmayan xanım Misirxanova , Təhsil Şöbəsini bazar qaydaları ilə idarə edir. 135 məktəb 500 manat rüşvət 67.500 manat pul Mətanət Misirxanova Ağdam Rayon Təhsil Şöbəsinə rəhbər vəzifəyə gətirilməsinin iki ili tamam olmayıb. Amma yığdığı rüşvətlər dodaq uçuqladır. Direktorlar Misirxanovanın əlindən qan ağlayır. Çünki, verəcəkləri rüşvətə maaşı çatmayanlar , banklardan kredit götürüblər.

HƏR MƏKTƏBDƏN 500 MANAT

Gununsesi.info-ya müraciət edən Ağdam təhsil işçiləri deyir ki, martın 8-də hər bir məktəbdən 500 manatdan pul yığılıb:

“135 məktəbdən 500 manat yığılanda , 67 min 500 manat edir. Bir dəfəyə bu qədər yığılan pul fantastikadır. Bir ay ərzində 87 min 750 manat rüşvət…”
Şikayətçi direktor heyəti bildirir ki , mart ayı üçün rüşvət bununla yekunlaşmayıb. Bir həftə keçməmiş 150 manat yığılmağa başlayıb :” Üstündən bir həftə keçməyinə imkan vermədilər. Qoymadılar nəfəs alaq. Mətanət müəllimə bizi çağırdı ki , Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov , quruculuq və abadlıq işləri üçün 150 manatdan pul yığılmasını tələb edir. Hər direktor verməlidir. Bu da 135 məktəbdən 150 manatla , 20 min 250 manat edir. Rüşvətdən və özbaşınalıqdan cana doymuşuq. Bilmirik evimizə bir tikə çörək aparaq yoxsa bunların cibini dolduraq”.

Narazı direktorlar əlavə edir ki, artıq aprelin rüşvət planı da hazırlanıb. Belə ki , aprel ayında məktəb direktorlarının işə qəbulu keçiriləcək. Həmin direktorlara Rayon İcra Hakimiyyəti tərəfindən rəy veriləcək. Rəyin qiyməti isə 200 manat məbləğində rüşvətlə müəyyən edilib.Qeydiyyata alınan namizədlər isə 40 nəfərdir. Bu isə 8 min manat edir. Buradan belə nəticəyə gəlmək olar ki, direktorlara işə girməmişdən qabaq, rüşvətxorluq aşılanır. Direktorlar düşdükləri vəziyəti feodalizm dövrü ilə müqayisə edirlər :

”Biz feodalizm dövrünü tarix kitablarından oxuyurduq. Öz başımıza gələndə əslində gördük ki, feodalizm dövrü bizim rayonda-Ağdamda davam edir. Kəndlilər feodala töycü verirdilər. Onun üçün əvəzi ödənilməyən işlər görür, yəni biyara gedirdilər. İndi biz də, o vəziyyətdəyik. Bunlara töycü veririk. Niyə hansı səbəbə görə bilinmir. Sadəcə ödəyirik. İşimizi itirməmək, çörəyimizi qazanmaq, balalarımızın ac qalmaması üçün. Övladlarımızın boğazından kəsib Misirxanovanın qarnın doydururuq”.

Qadın direktorların çantası kişilərin corablarını yoxlayırlar

Direktorlar bildirir ki, baş verən rəzalətlər bununla kifayətlənmir. Təhsil nazirliyinin əməkdaşının etdiyi özbaşınalıqlar da sərhəd tanımır. Onlar Ağdam Təhsilində bu cür zülümün heç vaxt görülmədiyini deyirlər :” Mətanət Misirxanova Təhsil Nazirliyinin Daxili Nəzarət idarəsinin Ağdam rayonundakı əməkdaşı Məhəmməd Aslanovla iş birliyi əsasında “soyğunçuluğu” həyata keçirir. Məktəbimizdə saxtakarlığın olduğunu deyir və bu əsasla Məhəmməd Aslanovu üstümüzə göndərir. O da gəlib biabırçı formada yoxlama adı ilə bizi təhqir eliyir. Onun apardığı yoxlama isə heç bir normaya sığmır. Yoxlama adı ciblərimizi yoxlayır. Qadınların çantasını, kişilərin corablarını yoxlayır. Dünyanın heç yerində belə bir hal görülməyib. Bu adam bizim şərəfimizlə, ləyaqətimizlə oynayır. Mətanət Misirxanovaya Məhəmməd Aslanovun elədikləri ilə bağlı məlumat veririk. O da deyir ki, 5000-10000 gətirin verim ona, sizdən əl çəksin”.

“Verdiyiniz pullar Kənan Quliyevə çatır”

Kiçik bir araşdırma zamanı məlum oldu ki, Təhsil Nazirliyinin Daxili Nəzarət idarəsinin Ağdam rayonundakı əməkdaşı Aslanov Məhəmməd Rafiq oğlunun özbaşınalıqları, haqsızlıqları, heç bir əsas olmadan təhsil işçilərinin “rüşvət alırsan” ittihamı ilə hədələməsi gün keçdikcə daha da ciddiləşir. Özbaşınalıqları barədə aidiyyəti qurumlara müraciət edilsə də, heç bir nəticəsi
yoxdur :

”Bu haqda özünə də, etirazımızı bildirmişik. Deyir ki, Təhsil Nazirliyinin Daxili Nəzarət idarəsinin rəisi Kənan Quliyev ona xüsusi səlahiyyət verib ki, qadın müəllimlərin əl çantasını yoxlasın, məktəb direktorunun və digər səlahiyyətli işçilərin iş otağını, seyflərini yoxlasın. 14 saylı qəsəbə orta məktəbin sabiq direktoru Elman Abbasovun qanunsuz olaraq seyfini, ciblərini corablarını yoxlayıb. Guya ordan rüşvət siyahısı taparaq direktorun işdən azad olunmasına nail oldu. 30 mart 2017-ci il tarixdə eyni əməli 10 saylı ərazi hesablaşma mərkəzinin mühasibi Mirzəyev Faiq Nurəddin oğlunun iş otağında da edib. M.Aslanov Faiq Mirzəyevin iş otağına gələrək salam vermədən “sən rüşvət yığırsan” və sənin otağında yoxlama aparacam deyərək Faiq Mirzəyevə zor tətbiq edib. Etik normalara əməl etmədən, iş otağındakı seyfi və şakafları icazəsiz olaraq yoxlayıb, Mirzəyevə məxsus qeydiyyat kitabını götürüb. Yaranmış vəziyyətlə əlaqədar, Faiq Mirzəyev hüquqlarının pozulması ilə əlaqədar hüquq mühafizə orqanlarına və Təhsil nazirliyinə M.Aslanovun qanunsuz əməlləri barədə şikayət edib. Məhz bu şikayətə görə 10 saylı ərazi hesablaşma mərkəzinin rəisi Malik Vəliyev Faiq Mirzəyevə zəng edərək “ sən ya şikayətini geri götür, yada ki, işdən azad olunacaqsan” deyərək xəbərdarlıq edib. Təhsil Nazirliyindən Kənan Quliyev zəng edərək mənə tapşırıq verib ki, Faiq Mirzəyev şikayətini geri götürmədiyi halda onu dərhal vəzifəsindən çıxart. Malik Vəliyev dediyi kimi də Faiq Mirzəyevi qanunsuz olaraq işdən azad edib “.

Faiq Mirzəyevin çıxarılmasının səbəbi də məlum olub. Belə ki Misirxanova öz adamı olan Samirə Məmmədovanı F.Mirzəyevin yerinə təyin etmək üçün bu cür yola əl atıb. Bunun üçün də, ən effektiv variant Məhəmməd Aslanov olub. Bunun qarşılığında Məhəmməd Aslanova yüksək məbləğdə razılaşması olub. Şikayətçi təhsil işçiləri bildirir ki, M.Aslanov dəfələrlə belə şantaj və böhtanla “onun tələbinə” əməl etməyən müəllim və məktəb direktorlarının işdən çıxarılmasına nail olub.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20
"Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18
"Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15
Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12
Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05
“Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03
Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00
Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26
Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24
"25 min manat verdilər getmədim"
Dünən, 22:22
Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19
"Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36
Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35
"Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33
Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31
İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29
Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59
Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55
Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48
"O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44
Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39
Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34
Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02
İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52
Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15
Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13
Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02
HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59
İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57
"Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43
Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41
Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49
AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45
Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35
"Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33
İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28
"Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25
Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02
ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59
Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40
"İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37
Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16
Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14
"Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10
ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07
“Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Dünən, 07:11
İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Dünən, 07:08
Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Dünən, 07:05
Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Dünən, 01:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru