"Eldar Mahmudovla, elə onun özünə məxsus “Kristal Plazada”dakı restoranda görüşüb birlikdə yemək yedik" - İSTİNTAQ AKTINDAN
Tarix: 2-02-2017, 10:03 | Çap et
MTN generallarının işi üzrə istintaqda keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov dindirilərkən açıq şəkildə deyib ki, sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovdan qorxurdu.Ona görə də E. Mahmudov nə desə, onu eləyirdi. Dediyinə görə, özlərinə əlavə problem yaratmamaq üçün E. Mahmudovun tələb etdiyi qaydada MTN-ə hər ay 150 min manat pul göndərirdi. “Eldar Mahmudovun mənim və rəhbərlik etdiyim nazirliyin fəaliyyəti ilə əlaqədar süni şəkildə nöqsanlar yaradıb ölkə rəhbərliyinə məruzə edəcəyindən, hansısa xırda nöqsanı ictimailəşdirməklə, nüfuzuma xələl gətirəcəyindən ehtiyatlanırdım. Ona görə də Eldar Mahmudovla prinsip, qarşıdurma yaratmamaq üçün hər ay MTN-ə müəyyən məbləğdə pul verməsi haqda rəhbərlik etdiyim nazirliyin Aparat rəhbəri Vidadi Zeynalova göstəriş vermişdim”, – Əli Abbasovun istintaqa ifadəsindəndi. “Mahmudov ölkə rəhbərliyinə belə məlumat vermişdi” Keçmiş nazirin sözlərinə görə, Eldar Mahmudov, hətta Rabitə və Yüksək Texnologiyalar nazirliyindəki təyinatlara da qoşulub. “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin rəhbəri Nəriman Salmanovu vəzifədən çıxartdırıb, onun yerinə öz yaxın qohumu olan Beytulla Hüseynovu təyin elətdirib. Ə. Abbasov deyir ki, Eldar Mahmudov ölkə rəhbərliyinə N. Salmanovun müxalifət liderlərindən biriylə yaxın olması haqda məlumat çatdırıb: “Mən 2004-cü ildə nazir təyin olunandan sonra “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru vəzifəsinə Nəriman Salmanovu təyin etmişdim. Bu təyinatdan sonra Eldar Mahmudov mənimlə görüşlərində bir neçə dəfə N. Salmanovun o vəzifəyə təyinatından narazılığını bildirmişdi. Deyirdi ki, həmin adam onların əməliyyat təminatına müəyyən çətinliklər yaradır. Sonradan bildim ki, E. Mahmudov ölkə rəhbərliyinə N. Salmanovun guya, hansısa müxalifət liderləri ilə yaxın əlaqələrinin olması haqda məlumat çatdırıb. Mən də məcbur olub, 2005-ci ildə N. Salmanovun vəzifədən azad edilməsi barədə əmr imzaladım. Ardınca da E. Mahmudovun xahişi və təkidi ilə Beytulla Hüseynovu həmin vəzifəyə təyin etdim. Bundan da təxminən 6 ay sonra Beytulla Hüseynovun təşkilatçılığı ilə Eldar Mahmudovla, elə onun özünə məxsus “Kristal Plazada”dakı restoranda görüşüb birlikdə yemək yedik. Amma işlədiyi müddətdə Beytulla Hüseynovun xidməti otağında 34 ədəd telefon yuvasının olmasını bilməmişəm. Həmin yuvalarının bir qisminin zəruri telefon əlaqələri üçün, qalan hissəsinin isə hansı məqsədlə istifadə olunması barədə heç bir məlumatım olmayıb”. Mahmudovun qohumlarının vəzifəyə təyinatı bununla bitməyib. Əli Abbasov bir müddət sonra E. Mahmudovun əmisi oğlu Mahmud Mahmudovu “Azərpoçt” MMC-nin tərkibində olan Mərkəzi xüsusi rabitə idarəsinin direktoru təyin edib. “Nazir mənə məktub göstərdi, dedim ki, yalandı” Müxalifət lideriylə əlaqədə suçlanıb, vəzifəsindən azad edilən Nəriman Salmanov sonradan Yasamal Telefon Qovşağının rəisi təyin olunub. 2010-cu ildən isə Sabunçu rayonunda eyni vəzifədə işləyir. Prokurorluqda onun özünü də dindiriblər. Deyib ki, o, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru olanda Beytulla Hüseynov Xətai Telefon Qovşağının rəisi idi. O zaman B. Hüseynovun özünün xahişi, nazir Əli Abbasovun da razılığı ilə onu Yasamal rayonunun Telefon Qovşağının rəisi təyin edib. E. Mahmudov nazir təyin olunandan az sonra xüsusi əməliyyatla Sabunçu Telefon Qovşağının Adəm adlı rəisini həbs elətdirib. O adam da əvvəllər “Bakı Telefon Rabitəsi” İB-nin rəisi olub: “Adəm o vəzifədə işlədiyi dövrdə Eldar Mahmudovla intriqaları vardı. Adəmin həbsi ərəfəsində Beytulla Hüseynovla görüşdə bildim ki, o, Eldar Mahmudovla qohumdu. 2004-cü ilin sentyabr ayının əvvəllərində nazir Əli Abbasov məni otağına çağırdı. Dedi ki, müxalifətçi olmağım barədə MTN-dən məktub daxil olub. Məktubu da uzaqdan göstərib işdən azad edilməyimə dair ərizə yazmağı tələb etdi. Ə. Abbasova bu məlumatın yalan olduğunu bildirdim, araşdırmağa vaxt verməyi xahiş etdim. Amma 15-20 gün sonra nazir yenə məni çağırıb dedi ki, artıq bacara bilmir, çıxılmaz vəziyyətdədir. Onu da məcbur edirlər. Ona görə də vəzifədən azad olunmağım haqda ərizə yazdım. Yeddi aya yaxın sərəncamda qaldım. 2015-ci ilin aprelində E. Mahmudovun xahişi ilə mənim yerimə Beytulla Hüseynov təyin olundu. Ondan bir neçə gün sonra isə məni Yasamal Telefon Qovşağına göndərdilər. 2005-ci ildən sonra Beytulla Hüseynovla münasibətlərimiz soyuq olub”. Nəriman Salmanov onu da bildirib ki, “Bakı Telefon Rabitəsi” İB-nin rəhbəri olduğu dövrdə otağında təxminən 4 ədəd telefon xəttindən yararlanıb. Beytulla Hüseynov istintaqa ifadəsində deyib ki, o otaqdakı 34 xətt əvvəlki rəhbərliyin dövründən qalıb. Salmanov isə onun yalan danışdığını söyləyir: “Həmin telefon xətlərini sonradan Beytulla Hüseynov çəkdirib”. \\gununsesi.info\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... - O DA BELƏ...
Bu gün, 09:23 |
|
|
|
• Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"
Bu gün, 09:16 |
|
|
|
• “Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” - ŞƏRH
Bu gün, 09:13 |
|
|
|
• Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün, 09:02 |
|
|
|
• Saxta məhsul... saxta endirim... VƏ... - BU DA FAKT!
Bu gün, 09:00 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb - “DeepState”
Bu gün, 08:43 |
|
|
|
• Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... - Ekspert danışır...
Bu gün, 08:38 |
|
|
|
• Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq
Bu gün, 08:35 |
|
|
|
• Qulağı kar adama sübut edirlər ki, eşidirsən... - GİLEY
Bu gün, 08:32 |
|
|
|
• NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22 |
|
|
|
• “TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25 |
|
|
|
• Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21 |
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
|