Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq .....                     Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... .....                     Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? .....                     Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur .....                     Ermənistana qarşı .....                     Estoniyada hərbi təlimlər başlayır .....                     İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... .....                     Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? .....                     Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? .....                     Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb .....                     Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir .....                     Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... .....                     Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək .....                     Müharibə dayandırıla bilərdi, amma Blinken... .....                     Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... .....                     Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib .....                     Əməkdar artist Mövsüm Hüseynov vəfat edib .....                     “Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...” .....                     İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... .....                     Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər .....                     “Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” .....                     Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib .....                     Saxta məhsul... saxta endirim... VƏ... .....                     Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb .....                     Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... .....                     Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq .....                     Qulağı kar adama sübut edirlər ki, eşidirsən... .....                     NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... .....                     Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... .....                     “TikTok” ABŞ-a qayıtdı .....                     Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər .....                     Erməni diasporuna son "hədiyyə" .....                     "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." .....                     "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.." .....                     Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq .....                     Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ .....                     “Welcome back Trump”: .....                     Fransanın gizli təlimi: .....                     Qanlı 20 Yanvar faciəsindən 35 il ötür .....                     Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb .....                 

Mahmudov və dəstəsinin uzun illər ayaqda qalmasının sirri: - "Nazirlər, nazir müavinləri, komitə sədrlərinin dinlənilməsi və..."
Tarix: 20-01-2017, 10:49 | Çap et
Mahmudov və dəstəsinin uzun illər ayaqda qalmasının sirri:
Yanvarın 19-da Sabunçu Rayon Məhkəməsində Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə Eldar Mahmudovun generallarının bir qisminin də məhkəməsi başlayıb. Məhkəmə qarşısına ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri olan generallar - Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova və qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizov çıxarılıblar.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun dövlət qurumlarını öz təsiri altına salmasında, var-dövlət toplamasında bu şəxslərin müstəsna rolları var. Əlləri vəzifə səlahiyyətlərinin verdiyi imkanlardan dolayı hər kəsi dinləməyə yetib və gizli yolla əldə etdikləri informasiyanı şəxsi maraqlarını təmin etmək üçün istifadədən çəkinməyiblər.

MTN-in "qara qutusu” hesab olunan Monitorinq Mərkəzindən informasiyalar sakitcə kənara axıdılıb və həmin informasiyaların aid olduğu şəxslər - iş adamları, zavod direktorları, bazar sahibləri, nazirlər, nazir müavinləri, komitə sədrləri və müavinləri, Mərkəzi Bank rəhbərliyindən tutmuş ölkədə fəaliyyət göstərən əksər bankların rəhbər işçiləri və daha kimlər "məhşər ayağına” çəkiliblər. Beləcə, gizli yolla əldə olunan şəxsi informasiyalardan sui-istifadə edərək, böyük pullara sahib olan şəxslərin cibini, həm də dilini kəsiblər.

Danışan, etiraz edən olmayıb. Ola da bilməzdi. O səbəbdən ki, gizli informasiyalar üzə çıxar, "məhşər ayağına” çəkilənlər daha böyük itkilərlə üz-üzə qalar, azadlıqlarını da itirə bilərdilər. Mahmudovun dəstəsinin uzun illər ayaqda qalmasının bir sirri də məhz budur.

Mahmudovun vəzifəsini itirməsi də elə bu gizli - qanunsuz dinləmələrə görədir. Bunu ilk gündən onun generallarına verilən ittihamlar sırasında yer alan Cinayət Məcəlləsinin 302.1, 302.2 - gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma - maddəsi də bir daha təsdiqləyir.

Bu gün məhkəmə qarşısında olan Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətovanın ibtidai istintaqdakı ifadələrində çəkinmədən "bizə gizli dinləmələri həyata keçirmək göstərişini Eldar Mahmudov verib” demələri də təsadüfi sayıla bilməz.

Belə görünür ki, Mahmudovun təqdimatı ilə çiyinlərinə general rütbəsi taxılan təqsirləndirilənlər öncədən günlərin birində cavab verməli olacaqlarının fərqində olublar. Hətta mümkündür ki, Eldar Mahmudovun özü ilə bu mövzuda söhbətləri olub. Sabiq nazirin əlaltılarına narahat olmaları üçün əsas olmadığını, bəd ayaqda bütün məsuliyyəti öz üzərinə çəkəcəyini söyləməsi də iddialar r sırasında yer alıb.

Odur ki, illərlə gizli-qanunsuz dinləmələr baş tutub, əldə etdikləri məlumatlardan şəxsi məqsədləri üçün istifadə ediblər. Varlanıblar, milyonlarının sayını günbəgün artırıblar. 11 ildə dövlətin maraqları, necə deyərlər, ayaqlar altına atılıb.

Nəhayətdə həbs olunublar, əmlaklarının bir hissəsi əldən gedib, vəzifələrini, azadlıqlarını itiriblər. Amma milyonlarının hamısını istintaqın onların əlindən aldığını söyləmək də haqsızlıq olar. Nədən ki, bu adamlar gec-tez həbs ediləcəklərini, əməllərinin cinayət olduğunu bilməmiş olmayıblar. Oğurluqla qazandıqlarından gizlətdikləri də olmamış deyil. Bu gün Eldar Mahmudovun azadlıqda qalması həm də əlaltılarının vəziyyətini yaxşılaşdırır. Fakt bundan ibarətdir ki, əlaltıları - bugünkü arestant generallar çəkinmədən onun adını istintaqa deyirlər.

Nə baş verir? Eldar Mahmudovun çiyinlərinə general rütbəsi, yaxalarına orden-medal taxdığı bu şəxslər öz şeflərini niyə belə asanlıqla "rasxod”a verirlər?

Belə görünür ki, Eldar Mahmudov əlaltılarına öz adını çəkməsinə icazə verib. Bu yolla o, öz generallarını xilas edir və faktiki olaraq istintaqı "kor dalan”a yönləndirir.

Əgər generallar istintaqın qanunsuz hesab etdiyi bir əməlin baş tutmasına Eldar Mahmudovun göstəriş verdiyini deyirlərsə, bunu sabiq şeflərinin xeyir-duası olmadan dillərinə belə gətirməzlər. Digər tərəfdən, istintaq generallardan belə bir ifadəni alırsa, ardından qarşı tərəfi - yəni Eldar Mahmudovu da gizli-qanunsuz dinləmə məsələsinə görə dindirməlidir.

Eldar Mahmudovun vəzifəsini itirməsindən ötən 1 il 3 aylıq müddətdə onun istintaqa cəlb edilməsi haqda rəsmi məlumat yoxdur. Eldar Mahmudovun barəsində mətbuatda bu günə qədər "restoranda oldu”, "şəhərdə bahalı maşında göründü” tipli xəbərlər də kifayət qədər yayılıb. Yayılan məlumatlardan belə nəticə hasil olunur ki, sabiq nazirdə özünün həbs edilməyəcəyi, istintaqa cəlb edilməyəcəyinə əminlik var. Bu əminliyin qaynağı Eldar Mahmudovun 11 illik nazirliyi dövründə topladığı kompromatların olması da istisna deyil. Onun həbsdəki generallarına adının hallandırılmasına icazə verməsinin səbəbi də bu ola bilər...

Qeyd edək ki, təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.

Onlara Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülüb. Onların barəsində cinayət işi ayrıca icraata verilib.
Musavat..com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44
Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42
Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35
Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34
Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19
Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16
İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07
Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02
Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56
Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50
Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir - Eldar Əzizov
Bu gün, 10:49
Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... - ARAŞDIRMA
Bu gün, 10:48
Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək
Bu gün, 10:25
Müharibə dayandırıla bilərdi, amma Blinken... - Şok faktlar
Bu gün, 10:19
Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... - "...yaşadığım ev qəzalı vəziyyətə düşəcək"
Bu gün, 10:18
Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib
Bu gün, 10:05
Əməkdar artist Mövsüm Hüseynov vəfat edib
Bu gün, 09:39
“Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...”
Bu gün, 09:32
İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... - O DA BELƏ...
Bu gün, 09:23
Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"
Bu gün, 09:16
“Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” - ŞƏRH
Bu gün, 09:13
Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün, 09:02
Saxta məhsul... saxta endirim... VƏ... - BU DA FAKT!
Bu gün, 09:00
Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb - “DeepState”
Bu gün, 08:43
Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... - Ekspert danışır...
Bu gün, 08:38
Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq
Bu gün, 08:35
Qulağı kar adama sübut edirlər ki, eşidirsən... - GİLEY
Bu gün, 08:32
NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26
Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22
“TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25
Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21
Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20
"Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18
"Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15
Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12
Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05
“Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03
Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00
Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26
Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24
"25 min manat verdilər getmədim"
Dünən, 22:22
Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19
"Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36
Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35
"Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33
Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31
İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29
Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59
Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru