Rektorun, prorektorun yaxınlarının adının qarışdığı qalmaqal - Və müəmmalı məqamlar...
Tarix: 17-01-2017, 09:58 | Çap et
Ötən il Qafqaznews.az-da vətəndaşların “MSN Tour” və “Dora Tourism” şirkətlərindən şikayətləri ilə bağlı silsilə yazılar dərc olunmuşdu. Həmin yazılarda Hamlet İsaxanlının qardaşıoğlu Turan İsayevin təsis etdiyi, direktoru isə onun həyat yoldaşı (və ADU-nun prorektoru Əfqan Abdullayevin qızı – red.) Cəmalə İsayeva olan “MSN Tour”un üçillik turizm xidmətlərinə dair müqavilə bağlamaqla vətəndaşlardan pul alması, lakin sonradan bu şəxslərin “qeybə çəkilməsi” qeyd olunurdu.
Oktyabrın 17-də Qafqaznews.az saytında dərc olunan “Turizm fırıldağında ADU prorektorunun da adı hallanır” başlıqlı yazıda bildirilirdi ki, ayrı-ayrı vaxtlarda Qafqaz Xəbər Agentliyinə müraciət edən Anar İsayev və Rüstəm Piriyev adlı vətəndaşlar direktoru Cəmalə Əfqan qızı İsayeva, sahibi isə Turan Sultan İsayev olan “MSN Tour” şirkəti tərəfindən aldadıldıqlarını bildiriblər.
Araşdırma zamanı Qafqaznews.az-a məlum olmuşdu ki, hazırda ölkədə olmayan və heç cür “tapılmayan” Turan İsayev “Xəzər” Universitetinin təsisçisi Hamlet İsaxanlının qardaşı oğludur. Hamlet İsaxanlı isə öz növbəsində Qafqaznews.az-a bildirmişdi: ““Bəli, qardaşım oğludur. Amma bundan artıq heç nə deyə bilmərəm. Kimə lazımdırsa, gedib özləri axtarsınlar, tapsınlar, tutdursunlar”, –deyə H.İsaxanlı bildirdi. “Onun harda olduğunu bilirsiniz?” – deyə soruşduq. “Bilmirəm, məlumatım yoxdur”, – deyə H.İsaxanlı cavab verdi. Qeyd edək ki, müqavilələrə imza atan Cəmalə İsayevanın (Turan İsayevin həyat yoldaşı) ölkədən getmədiyini və hazırda Bakıda yaşadığını da öyrənmişik… Qeyd edək ki, Rüstəm Piriyevin sözlərinə görə, məsələ Xətai RPİ-nin 37-ci Polis Bölməsində də araşdırılıb və Rəşad Dadaşov adlı sahə inspektorunun imzası ilə göndərilən məktubda “bu işdə cinayət xarakteri olmadığı” bildirilib.
Bizə də maraqlı gəldi ki, əgər həqiqətən də “MSN Tour” və “Dora Tourism” şirkətləri vətəndaşların pulunu mənimsəyib qeybə çəkilibsə, polis orqanları “bunun cinayət xarakterli olmadığını” necə müəyyən ediblər?” Təəssüf ki, bu aylar ərzində Xətai RPİ-dən bizim suallarımızı cavablandıran olmadı.
Xatırlatmaq yerinə düşər ki, “Xəzər” Universitetinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Əlövsət Əmirbəyli Qafqaz Xəbər Agentliyi ilə əlaqə saxlayaraq, “MSN Tour”un direktoru, problemlərə səbəb olmuş müqavilələrə imza atan Cəmalə İsayeva Azərbaycan Dillər Universitetinin prorektoru Əfqan Abdullayevin qızıdır. (bundan əvvəl Ə.Abdullayev ADU-da fakültə dekanı olub). Maraqlıdır, indiyədək, biz ancaq Azərbaycan vətəndaşı olmayan, “yeri-yurdu bilinməyən” Turan İsayev haqqında danışırdıq… Lakin necə ola bilərdi ki, sənədlərdə imzası olan və direktor olaraq “MSN Tour”la bağlı məsuliyyət daşıyan Cəmalə Əfqan qızı İsayeva həm mətbuatın, həm də hüquq mühafizə orqanlarının diqqətindən kənarda qalsın? Ötən ilin oktyabrından bəri, bu suallarımız da cavabsız qalıb və nə Əfqan Abdullayev, nə də ADU-nun mətbuat xidməti bizə bu mövzuda açıqlama vermək istəməyiblər.
Bu günlərdə Qafqaz Xəbər Agentliyinin elektron poçtuna Ramin Məmmədov adlı şəxsdən məktub gəldi: “Təsadüfən sizin xəbər agentliyində dərc olunan Turan İsayev və Cəmalə İsayevanın təsis etdiyi MSN Tour MMC şirkəti ilə bağlı silsilə yazılara rast gəldim. Bildirmək istərdim ki bu şirkətin fırıldaqçılığı ilə mən də üzləşmişəm, hətta sizin məqalələrdə qeydə alınan hadisələrdən xeyli qabaq – 2015-ci ildə.
Bu adamlar məni yoldaşım və körpə uşağımla yalançı otel rezervasiya vauçerlərilə xaricə, İtaliyaya yola salmışdılar. Körpə uşağımla hotel foyelərində qalıb yeni rezervasiyaları, boş hotel yerlərini şəxsən özüm axtarıb tapmalı olmuş, hesablarını da özüm ödəmişdim.
Onlar nə telefonlarını açır, nə də emaillərinə göndərdiyim mesajlara cavab verirdilər. Uçuş biletlərini almalı olduqlarına baxmayaraq məni aldadıb bileti özümün alması və sonradan müvafiq məbləği geri qaytaracaqları ilə aldatmışdılar. Səfərdən qayıdandan sonra (2015-ci ilin yay aylarında) bütün xərclərimi geri qaytamağı tələb etdim, hüquq mühafizə orqanlarına şikayət edəcəyimi söylədim, lakin mənə yalandan vədlər verib guya həmin vaxtlar “Texnikabank”dakı hesablarının dondurulması ucbatından heç bir ödəniş edə bilmədiklərini bidirirdilər. 2015-ci ilin sonlarında məhkəməyə üz tutdum, və 2016-cu il fevralın 29-da Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən 3500 manat mənə qaytarmalı olduqları qeyd edildi – burada 3000 manat mənim etdiyim ödəniş, 500 manat isə mənə dəyən mənəvi ziyanın ödənilməsi ilə bağlı idi. Qeyd edim ki məhkəmə gedişatı özü 4-5 ay çəkmişdi və bu adamların heç birini tapmaq mümkün olmamışdı. O gündən bu yana nə məhkəmə icraçıları bu adamları tapa bilir, nə də mən özüm.
Sizin məqalələrdə yazıları görəndə hətta şoka düşdüm ki, demə bu adamlar 2016-cı ilin ortalarına qədər başqa-başqa şirkət adları ilə adamları aldatmağa davam edirmişlər”.
R.Məmmədov Qafqaznews.az əməkdaşı ilə söhbətində bildirdi ki, o vaxt Turan İsayevlə dəfələrlə görüşüb, İtaliyadan qayıdandan sonra da, ondan 3 min manat pulu geri tələb edib: “Mən İtaliya səfərində 2900 manat pul xərcləməli olmuşdum. Bu şirkət məni aldadaraq, artıq xərcə salmışdı. Lakin Turan İsayev dedi ki, get məhkəməyə müraciət elə, xidməti müqavilə olduğuna görə, bu işə polis baxmayacaq. Mən onları məhkəməyə verdim. Sonradan şirkət “Babək Plaza”ya köçdü, orda “Dora Tourism” adıyla fəaliyyət göstərməyə başladılar. Lakin nə Turan İsayev, nə də Cəmalə İsayeva məhkəmədə iştirak etmədilər.
Yasamal İcra Şöbəsinin Samir adlı icraçısı isə bildirir ki, Cəmalə İsayevanı tapa bilmir. Məsələ ilə bağlı, Ədliyyə Nazirliyinə və cənab nazir Fikrət Məmmədova da şikayət etməyə hazırlaşıram”.
Biz araşdırmamızı davam etdirərək, Ədliyyə Nazirliyinin Yasamal İcra Şöbəsinin məmuru Samir müəllimin telefon nömrəsini əldə etdik. Adıkeçən icraçı özünü Qafqaznews.az-a Samir Osmanov kimi təqdim etdi. “Məsələdən məlumatım yoxdur. Sabah işdə sənədlərə baxaram, sizə məlumat verərəm”, – deyə S.Osmanov bildirdi. Araşdırmamız davam edir…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50 |
|
|
|
• Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir - Eldar Əzizov
Bu gün, 10:49 |
|
|
|
• Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... - ARAŞDIRMA
Bu gün, 10:48 |
|
|
|
• Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək
Bu gün, 10:25 |
|
|
|
• Müharibə dayandırıla bilərdi, amma Blinken... - Şok faktlar
Bu gün, 10:19 |
|
|
|
• Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... - "...yaşadığım ev qəzalı vəziyyətə düşəcək"
Bu gün, 10:18 |
|
|
|
• Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib
Bu gün, 10:05 |
|
|
|
• Əməkdar artist Mövsüm Hüseynov vəfat edib
Bu gün, 09:39 |
|
|
|
• “Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...”
Bu gün, 09:32 |
|
|
|
• İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... - O DA BELƏ...
Bu gün, 09:23 |
|
|
|
• Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"
Bu gün, 09:16 |
|
|
|
• “Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” - ŞƏRH
Bu gün, 09:13 |
|
|
|
• Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün, 09:02 |
|
|
|
• Saxta məhsul... saxta endirim... VƏ... - BU DA FAKT!
Bu gün, 09:00 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb - “DeepState”
Bu gün, 08:43 |
|
|
|
• Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... - Ekspert danışır...
Bu gün, 08:38 |
|
|
|
• Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq
Bu gün, 08:35 |
|
|
|
• Qulağı kar adama sübut edirlər ki, eşidirsən... - GİLEY
Bu gün, 08:32 |
|
|
|
• NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22 |
|
|
|
• “TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25 |
|
|
|
• Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21 |
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
|