“AAAF Park” Tarif Şurasına alternativ yaradıb? - İTTİHAM VAR
Tarix: 12-01-2017, 09:10 | Çap et
Yeniçağ.Az xəbər verir ki, Xırdalanda geniş ərazidə inşa olunmuş “AAAF Park”da məskunlaşan sakinlərin bir problemi həll edilməmiş digəri baş qaldırır.
Qeyd olunan ərazidə artıq bir neçə ildir ki, istifadəyə verilmiş “AAAF Park” yaşayış kompleksində yaşayan sakinlərin bu və ya başqa məsələlərlə bağlı şikayətlərinin ardı-arası kəsilmir. Kompleksə daxil olan yaşayış binalarının müştərilərə vəd olunan müddətdən xeyli gec tikilərək, təhvil verilməsi ilə başlayan narazılıqlar sonradan başqa problemlərin ortaya çıxması ilə daha da böyüyüb. Haqqında danışılan ərazidəki binalara qaz çəkilməməsi, elektrik enerjisinin verilməsində fasilələrin yaranması, xidmət tariflərinin müqavilədə nəzərdə tutulan miqdardan fərqlənməsi və başqa məsələlər “AAAF Park”ı media ilə sosial şəbəkələrin qınaq obyektinə çevirib. “AAAF Park” təmsilçiləri ortaya çıxan şikayətləri obyektiv səbəblərlə əlaqələndirərək, sadalanan problemin həll olunacağını bildirsələr də, sakinlərin narazılığı azalmır.
“AAAF Park” sakinlərinin bu günlərdə üzləşdikləri hal isə həqiqətən, analoqsuz sayıla bilər. Söhbətin nədən getdiyini konkretləşdirməzdən əvvəl Tarif Şurasının ötən ilin noyabrında təbii qazın və elektrik enerjisinin qiymətlərinin differensiallaşdırılması haqqında qərarını xatırlatmaq lazım gəlir. Qurumun sonradan etdiyi düzəliş əsasında abonentlərin əhali kateqoriyası üzrə 1 kilovatt saat elektrik enerjisinin qiyməti aylıq 300 kilovatt saat limit çərçivəsində 7 qəpik, bu limiti keçdikdə isə 11 qəpik həddində müəyyən edilib. Yəni bu tarif ölkənin bütün ərazisi üçün dəyişməz xarakter daşıyır.
Lakin kompleksdə yaşayan sakinlərdən Yenuçağ.Az-a daxil olan şikayətdən belə məlum olur ki, “AAAF Park”ın rəhbərliyi özünü Tarif Şurasının müəyyənləşdirdiyi qiymətləri dəyişəcək səviyyədə səlahiyyətli instansiya hesab edir. Kompleksin 12-ci küçəsində yaşayan sakinlərin şikayətinə əsasən, rəhbərlik onların sərf etdikləri elektrik enerjisi üçün “vahid tarif” müəyyənləşdirib. Yəni aylıq sərfiyyatdan asılı olmayaraq, hər kilovatt/saat elektrik enerjisi üçün 9 qəpik ödəmək məcburiyyətində qalıblar. Daha sadə dillə desək, kompleksdə yaşayan sakin (abonent) hər ay 300 kilovatt/ saatdan az və ya çox elektrik enerjisi işlətsə də, hər kilovatt/ saat üçün nə 7, nə də 11 deyil, məhz 9 qəpik ödəyir.
Bu barədə Yeniçağ.Az-a məlumat verən sakinlərin sözlərinə görə, “AAAF Park” rəhbərliyi bu qərarı özünəməxsus tərzdə əsaslandırmağa çalışıb. Sakinlərə bildirilib ki, “Azərenerji”, yaxud da “Azərişıq” elektrik enerjisini şirkətə baha satdığı üçün (?!) onlar belə bir qiymət təyin etmək məcburiyyətində qalıblar. Yuxarıda bildirildiyi kimi, Tarif Şurasının müəyyənləşdirdiyi qiymətlərin ölkə ərazisində dəyişməz xarakter daşıdığı halda, “AAAF Park” rəhbərliyinin bu izahatı məsələnin araşdırılması zərurətini doğurur.
Bu barədə Yeniçağ.Az-ın sualını cavablandıran “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, “AAAF Park” yaşayış kompleksindəki binalarda məskunlaşan abonentlər üçün fərqli tariflərin müəyyən edilməsi mənzil-tikinti şirkətləri ilə vətəndaş arasında bağlanmış müqavilə əsasında mümkün ola bilər: “Bildiyiniz kimi, elektrik enerjisinin qiyməti Tarif Şurası tərəfindən müəyyən edilir. “Azərişıq” paylayıcı qurum olaraq, bu məsələyə müdaxilə etmək səlahiyyətində deyil. Əgər qeyd etdiyiniz kimi, həmin yaşayış kompleksində elektrik enerjisi sərfiyyatının həcmindən asılı olmayaraq, 9 qəpik tarif tətbiq olunubsa, bu, şirkətlə vətəndaş arasında bağlanan müqavilə əsasında gerçəkləşə bilər. Yəni biz buna müdaxilə edə bilmərik. Ola bilsin ki, həmin qayda şirkətin hansısa daxili qərarı ilə tətbiq edilib və vətəndaş da orada mənzil alarkən, müqavilədə bu hal nəzərdə tutulub. Sakinlərin bu tarifə münasibətinin birmənalı olmaması təbiidir. Çünki müəyyən edilmiş limitdən çox elektrik enerjisi işlədən abonent üçün 9 qəpik tarifi çox münasibdir. Ayda 300 kilovatt/ saatdan az enerji sərf edən abonent isə bundan narazı qalacaq. Ancaq təkrar edim ki, bu məsələ şirkətlə vətəndaş arasında bağlanan müqavilə əsasında tənzimlənir”.
Məsələyə aydınlıq gətirmək üçün müraciət etdiyimiz “AAAF İnşaat MMC”-nin mətbuat katibi Kənan Məstəliyev Yeniçağ.Az-a açıqlamasında bildirib ki, qeyd edilən ərazidəki binalar smart sayğacları ilə təmin edildikdən sonra, elektrik enerjisi sərfinə görə hesablama Tarif Şurasının müəyyənləşdirdiyi qaydada aparılacaq:
“Kompleksin 12-ci küşəsindəki bir çox binaların sakinləri subabonent kateqoriyasına daxildirlər. Yəni həmin binalara verilən elektrik enerjisinin hər kilovatt/ saatı “AAAF İnşaat MMC tərəfindən “Azərişıq”dan 9 qəpiyə alınır və o qiymətə də sakinlərə satılır. Ancaq bu, müvəqqəti haldır. “Azərişıq” o binalarda smart sayğaclar quraşdırdıqdan sonra elektrik enerjisi də ölkə üzrə müəyyən edilmiş tarif əsasında hesablanacaq”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50 |
|
|
|
• Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir - Eldar Əzizov
Bu gün, 10:49 |
|
|
|
• Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... - ARAŞDIRMA
Bu gün, 10:48 |
|
|
|
• Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək
Bu gün, 10:25 |
|
|
|
• Müharibə dayandırıla bilərdi, amma Blinken... - Şok faktlar
Bu gün, 10:19 |
|
|
|
• Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... - "...yaşadığım ev qəzalı vəziyyətə düşəcək"
Bu gün, 10:18 |
|
|
|
• Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib
Bu gün, 10:05 |
|
|
|
• Əməkdar artist Mövsüm Hüseynov vəfat edib
Bu gün, 09:39 |
|
|
|
• “Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...”
Bu gün, 09:32 |
|
|
|
• İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... - O DA BELƏ...
Bu gün, 09:23 |
|
|
|
• Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"
Bu gün, 09:16 |
|
|
|
• “Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” - ŞƏRH
Bu gün, 09:13 |
|
|
|
• Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün, 09:02 |
|
|
|
• Saxta məhsul... saxta endirim... VƏ... - BU DA FAKT!
Bu gün, 09:00 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb - “DeepState”
Bu gün, 08:43 |
|
|
|
• Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... - Ekspert danışır...
Bu gün, 08:38 |
|
|
|
• Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq
Bu gün, 08:35 |
|
|
|
• Qulağı kar adama sübut edirlər ki, eşidirsən... - GİLEY
Bu gün, 08:32 |
|
|
|
• NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22 |
|
|
|
• “TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25 |
|
|
|
• Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21 |
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
|