Kərbəlaya turlar təşkil edən şəxs zəvvarları aldatdı? – ŞİKAYƏT
Tarix: 7-01-2017, 13:39 | Çap et
Vasif İskəndərov: “Bəxtiyar Gülbalayev adlı bu şəxs mənimlə birlikdə 52 nəfəri aldadıb incitdi” Bəxtiyar Gülbalayevdən şikayət ilə bağlı Abşeron RPİ-nin təhqiqat şöbəsində araşdırma aparılır Sosial şəbəkələrdə müxtəlif ziyarətgahlara səfərlər təşkil edən, zəvvar toplayan şəxslərə çox rast gəlmək olar. Bu və digər “təşkilatçı”lar müxtəlif dini statuslar yazmaq, təbliğat aparmaq yolu ilə özlərinə auditoriya toplayır, daha sonra isə müxtəlif müqəddəs yerlərə səfərlərin təşkili ilə bağlı xidmətlər təklif edirlər. Əlbəttə, bu cür xidmət göstərən hər kəsi “fırıldaqçı” hesab etmək də olmaz. Lakin bir məqam da nəzərə çarpır ki, bu cür “təşkilatçı”ların çoxu hər hansı bir şirkəti təmsil etmədən, vergi ödəmədən, yazılı müqavilə bağlamadan, sadəcə şifahi razılaşıb pul almaqla fəaliyyət göstərirlər.
Hər hansı bir problem yarandıqda və ya hadisə baş verdikdə isə kimin məsuliyyət daşıyacağı məlum deyil... Bu günlərdə LEGİON-a müraciət edən Abşeron rayonu, Xırdalan şəhəri sakini Vasif Kamil oğlu İskəndərov bildirib ki, sosial şəbəkələrdə “Abuali Gülbalayev” və ya “Bəxtiyar Gülbalayev” adlı profillərlə təbliğat aparan Bəxtiyar adlı şəxs tərəfindən aldadılıb. “Bu şəxs mənimlə birlikdə 52 nəfəri aldadıb incitdi. O, Xırdalanda yaşayır, amma dəqiq ünvanını bilmirəm. O, avtobusla müxtəlif insanları Kərbəla ziyarətinə aparmaqla məşğul olduğunu deyir, bu mövzuda müxtəlif paylaşımlar edirdi. Ötən ilin oktyabr ayında onunla əlaqə saxladım, Xırdalanda, 120 saylı maşrutun son dayacağında görüşdük. Məndən 320 manat pul aldı və heç bir müqavilə bağlamadan, qəbz təqdim etmədən söz verdi ki, təşkil etdiyi turda mənim və həyat yoldaşımın Kərbəlaya avtobusda aparılması, orda qalması və digər bütün xərclər o 320 manata daxil olacaq. Biz ümumilikdə 52 nəfərlik zəvvar heyətiylə birlikdə oktyabrın 10-da “Sədərək” ticarət mərkəzinin yaxınlığından yola düşdük. Avtobus Gürcüstan nömrəsiylə idi, dəqiq xatırlamıram, amma sürücünün adı Boris idi. Biz yola İraqa çatandan sonra problemlər başladı. Bəxtiyar gecələmə məsələsində öz vədlərinə xilaf çıxdı və biz qadınların da qalması üçün özümüz yer axtarmalı olduq. Nəcəfdə də, Kərbəlada da eyni hal müşahidə olundu. Bəxtiyar heç bir koordinasiya işi görmədi, hamımız başlı-başına qalmışdıq. Orda özümüz birtəhər qalmağa yer tapdıq. Bəxtiyarı tapıb ona etirazımı bildirdim, o isə məni bıçaqlamaqla hədələdi. Yola düşəndə isə Boris ondan yanacaq üçün pul istədi, Bəxtiyar dedi məndə pul yoxdur. Yanacaq və sərhəddən keçmək üçün ümumilikdə 2200 manat yığıb sürücüyə verdik. İran Astarasından keçəndə isə Bəxtiyar bizi avtobusdan düşürtdü və sürücüyə dedi ki, sən get, zəvvarlar bundan sonra özləri gedəcəklər. Sərhədi keçəndə biz sürücünün getdiyini öyrəndik. Bəxtiyar isə İran Astarasında yoxa çıxmışdı. Qadınlar, yaşlı adamlar var idi ki, artıq pulları qalmamışdı. Mən özüm 60 manat pul verərək, 3 taksi tutdum və sürücüyə zəng edərək, ondan bizi gözləməsini xahiş etdim. Masallının girişində sürücüyə çatdıq və avtobusa oturub qayıtdıq. Bizi incidən Bəxtiyar Gülbalayevi isə bir daha görə bilmədim”,- deyə V.İskəndərov vurğuladı. V.İskəndərov qeyd etdi ki, məsələ ilə bağlı Abşeron RPİ-yə ərizə ilə müraciət edib: “Hazırda Abşeron RPİ-nin təhqiqat şöbəsində araşdırma aparılır”. Biz onun sözünlərinin həqiqiliyini yoxlamaq üçün, Bəxtiyar Gülbalayevə zəng etdik, zənglərimiz nəticəsiz qaldı. Bu şəxsə aid olduğu iddia edilən “Facebook” profillərinə də yazdıq, bir nəticəsi olmadı. Lakin qeyd edək ki, sözügedən şəxsin profilində həqiqətən də zəvvarlar üçün Məşhəd və Kərbəlaya səfər elanları, əlaqə nömrəsi olan paylaşımlar var idi... Araşdırmamız davam edir. Legion.az/ Qarşı tərəfin fikirlərini dinləyə bilərik!
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50 |
|
|
|
• Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir - Eldar Əzizov
Bu gün, 10:49 |
|
|
|
• Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... - ARAŞDIRMA
Bu gün, 10:48 |
|
|
|
• Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək
Bu gün, 10:25 |
|
|
|
• Müharibə dayandırıla bilərdi, amma Blinken... - Şok faktlar
Bu gün, 10:19 |
|
|
|
• Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... - "...yaşadığım ev qəzalı vəziyyətə düşəcək"
Bu gün, 10:18 |
|
|
|
• Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib
Bu gün, 10:05 |
|
|
|
• Əməkdar artist Mövsüm Hüseynov vəfat edib
Bu gün, 09:39 |
|
|
|
• “Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...”
Bu gün, 09:32 |
|
|
|
• İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... - O DA BELƏ...
Bu gün, 09:23 |
|
|
|
• Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"
Bu gün, 09:16 |
|
|
|
• “Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” - ŞƏRH
Bu gün, 09:13 |
|
|
|
• Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün, 09:02 |
|
|
|
• Saxta məhsul... saxta endirim... VƏ... - BU DA FAKT!
Bu gün, 09:00 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb - “DeepState”
Bu gün, 08:43 |
|
|
|
• Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... - Ekspert danışır...
Bu gün, 08:38 |
|
|
|
• Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq
Bu gün, 08:35 |
|
|
|
• Qulağı kar adama sübut edirlər ki, eşidirsən... - GİLEY
Bu gün, 08:32 |
|
|
|
• NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22 |
|
|
|
• “TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25 |
|
|
|
• Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21 |
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
|