Beynəlxalq Dəniz Ticarət Limanında intihara cəhdin ŞOK SİRRİ - Belə deyirlər...
Tarix: 14-06-2016, 10:15 | Çap et
Hələ bu ilin əvvəllərində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin bir qrup işçisi mətbuat vasitəsilə ölkə prezidentinə müraciət etmişdilər. Müraciətdə QSC-nin fəaliyyətində yer almış neqativ hallardan bəhs olunmuş, cəmiyyətin sədri Taleh Ziyadovun yol verdiyi özbaşınalıqlardan dolayı yaranan şikayətlər öz əksini tapmışdı. Müraciətində deyilirdi ki, son bir ildə işçilərin normal əmək şəraitində çalışmalarına maneçilik törədilir. Xüsusi olaraq vurğulanırdı ki, məhz Taleh Ziyadovun limana rəhbər təyin olunması ilə müəssisənin fəaliyyətində neqativ hallar sürətlə artmağa başlayıb. Belə ki, təzə baş direktorun komandası fəaliyyətə başladıqları gündən limanın işçi kollektivi ilə qeyri-normal rəftara yol veriblər. Əsassız ixtisarlar, iş yerləri ilə spekulyasiyalara başlanılıb. 80-dən çox işçi heyəti olan Əsas Yük Terminalında indi 61 nəfər qalıb. Həmçinin uzun illərin təcrübəli mütəxəssislərindən ibarət kollektivi müdafiəsiz qoymaq məqsədi ilə, yeni rəhbərlik tərəfindən Liman Həmkarlar İttifaqı Komitəsi də ləğv edildi. Müraciətdə həmçinin deyilirdi: “Bəzi şöbələri tamamilə ləğv etdilər və qalan şöbələrin əksəriyyətində ixtisarlar edərək, işçilərin sayını azaltdılar. Maliyyə çatışmazlığını bəhanə gətirərək kollektiv müqavilədə nəzərdə tutulmuş, müntəzəm olaraq hər il aldığımız uzunmüddətli əməyə görə mükafatı, ilin yekunlarına görə mükafatı, əmək şəraitinin zərərli və ağır olması ilə bağlı verilən əlavə məzuniyyət günlərini ləğv etdilər. Dekor-mexanizatorların əmək haqqları günbəgün azaldılır. Növbə ərzində 11 saat işləməyimizə baxmayaraq, bizə yalnız 6 saat üçün pul ödəyirlər. Rəhbərlik maliyyə çatışmazlığı və qənaətdən danışmasına rəğmən, çoxlu təzə ştatlar açıb özlərinin xeyli sayda dost-tanışlarını, qohumlarını yüksək maaşla işə götürmüşlər və hər biri üçün dəbdəbəli kabinetlər düzəltməklə məşğuldurlar. Dəfələrlə müraciət etməyimizə baxmayaraq onlar bizimlə görüşməkdən, bu məsələlərə aydınlıq gətirməkdən boyun qaçırır, bizi görmək belə istəmirlər...” Etiraf edək ki, bu müraciətin mətni ilə tanış olan zaman Dəniz Ticarət Limanında vəziyyətin son dərəcə gərgin olduğunu və bu gərginliyin getdikcə daha da artdığını hiss etməmək olmurdu. Bəlkə də məhz elə bu səbəbdən, limanda yeni baş vermiş bir faciə barədə bu günlərdə aldığımız məlumat bizi qətiyyən təəccübləndirmədi. Belə ki, aldığımız məlumata görə, QSC-nin fəaliyyətində müşahidə olunan çoxsaylı maxinasiya və saxtalaşdırmalar artıq Limanda ciddi fəsadlara yol açmaqdadır. Hətta, baş verənlərə yuxarı instansiyaların diqqətini cəlb etmək üçün, QSC-nin bəzi əməkdaşları öz etirazlarını ən kəskin, radikal formalarda nümayiş etdirməli olurlar. Bu xüsusda bizimdovr.az-a daxil olmuş növbəti məlumatlardan birində deyilir: “Bu faciəvi hadisə 07.06.2016-cı il tarixində, səhər saat 10:00 radələrində, limanın ərazisində hamının gözü qarşısında baş verib. Limanın Nəqliyyat sahə rəisi Fəxrəddin Səmədovla, Təchizat və Nəqliyyat şöbəsinin rəisi Rövşən müəllim arasında kəskin mübahisə yarandı. Sonradan öyrəndik ki, buna səbəb vəzifəcə daha böyük olan Rövşən müəllim, sahə rəisindən hansısa özü olmayan avtomobil və digər malların saxtalaşdırılmış qəbul aktına imza atmasını tələb edib. Fəxrəddin Səmədov əvvəlcə buna sadəcə olaraq etirazını bildirib. Lakin sonradan, Rövşən müəllimin təkid etdiyini və əl çəkmədiyini görüncə, sahə rəisi üzərinə benzin tökərək, intihara cəhd etmişdir. Xoşbəxtlikdən, hadisə yerinə daha yaxın olan sürücü Zakir və çilingər İsmayıl Fəxrəddin Səmədovun üzərindəki alovu söndürməyə nail ola biliblər. Bundan sonra zərərçəkmiş bədəninin təxminən 30%-i ağır yanıq xəsarətilə 1 saylı Şəhər Kliniki Xəsatəxanasına (keçmiş “Semaşko”) çatdırılmışdır. Hadisə yerinə prokurorluq orqanlarının əməkdaşları gəlmişlər...”
Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Dünən, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Dünən, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Dünən, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Dünən, 01:43 |
|
|
|
|