Hansı icra başçısı yol üstündədir... - İTTİHAM VAR
Tarix: 3-06-2016, 09:29 | Çap et
2013-cü ildən etibarən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Aqil Sadıq oğlu Məmmədov rayona rəhbər təyin olunduqdan sonra bütün önəmli strukturlara özünə yaxın olan adamları təyin edib. Bu və digər bir sıra önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la paylaşan mənbə iddia edir ki, Aqil Məmmədov vətəndaşlarla tez-tez görüşlər keçirib, onların problemlərilə maraqlanmaq əvəzinə Kəlbəcər camaatına qarşı böyük haqsızlıqlar edir. Bundan başqa, icra başçısının dövlət büdcəsindən şəxsi məqsədləri üçün istifadə etdiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, Aqil Məmmədovun paytaxtın müxtəlif ərazilərində bahalı villaları, mənzilləri, həmçinin ticarət obyektləri mövcuddur: «İcra başçısı cah-cəlal içində yaşasa da, Kəlbəcər camaatı, əsasən də gənclər işsizlikdən əziyyət çəkir, sosial problemlər məngənəsində boğulurlar. Məhz elə bu səbəbdən də Aqil Məmmədovun fəaliyyəti camaat tərəfindən ciddi etirazla qarşılanır. Deyilənlərə görə, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vaxtının böyük bir hissəsini müxtəlif istirahət mərkəzlərində əyləncəyə sərf edir. Belə ki, o, kefindən, istirahətdən qalan adam deyil. Buna görə də əhalinin dərdi-səri, problemləri icra başçısını bir o qədər də maraqlandırmır. Bir sözlə, Aqil Məmmədov öz fəaliyyətilə Kəlbəcər rayon sakinərinin qayğılarını bir qədər də artırır». İcra başçısının əslən Kəlbəcər rayonunun Ağdaban kəndindən olduğunu qeyd edən mənbə bildirir ki, tezliklə icra başçısı və müavinləri, həmçinin rayonun digər rəhbər şəxsləri dəyişdirilə bilər: «Deyilənlərə görə, artıq Aqil Məmmədov və komandasında təmsil olunan şəxslərin məsələsi yuxarıların diqqət mərkəzindədir. Belə ki, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı ilə bağlı son zamanlar Prezident Administrasiyası da daxil olmaqla bir çox qurumlara şikayət xarakterli müraciətlər ünvanlanıb. Bildirilir ki, həmin müraciətlərin araşdırılması məqsədilə müvafiq komissiya yaradılıb və artıq Aqil Məmmədovun, eyni zamanda icra başçısının birinci müavini Eldəniz Mehtiyevin, başçısının müavini – sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırlması şöbəsinin müdiri İkram Salmanovun, başçının müavini – ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aytac Rüstəmzadənin, icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mahir Muxtarovun, Kəlbəcər Rayon Maliyyə Şöbəsinin rəisi Cəmil Abdullayevin, o cümlədən rayon mərkəzi xəstəxanasının baş həkimi Mehparə Kazımovanın məsələsi ciddi şəkildə müzakirə olunur. Bu səbəbdən də Aqil Məmmədov təşviş içindədir. Çünki ehtimal olunur ki, tezliklə Kəlbəcər rayon icra başçısı və müavinləri, həmçinin rayonun digər rəhbər şəxsləri dəyişdirilə bilər. Deyilənlərə görə, bunun üçün kifayət qədər əsas var. Belə ki, icra başçısının adı indiyədək bir sıra xoşagəlməz məqamlarda hallanıb, barəsində müxtəlif şikayətlər edilib». Misal kimi, Kəlbəcər köçkünü Əli Bayramovun üzləşdiyi problemi qeyd edən mənbənin sözlərinə görə, adıçəkilən şəxs icra başçısı Aqil Məmmədovu ondan külli miqdarda rüşvət almaqda ittiham edib. Məcburi köçkünün iddia edir ki, icra başçısı rüşvət kimi aldığı pulu qaytarmamaq üçün oğlu Qalib Bayramovun həbsinə nail olmaq və bununla onu puldan imtinaya məcbur etməyə çalışır: «Oğlum Qalib Bayramov 2006-cı ilin oktyabrında Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər rayon şöbəsində məsləhətçi kimi işə başlayıb. İşlədiyi müddətdə heç bir hüquq pozuntusuna yol verməyib. Yaxşı işinə və yerli kadr olduğuna görə Elşən Əlizadə tərəfindən daim irəli çəkilib, hazırda isə həbs olunmaq təhlükəsi ilə üz-üzədir. Bunu yaradan səbəblər isə aşağıdakılardır: DSMF-nin Kəlbəcər rayon şöbəsinin müdiri 2013-cü ilin sentyabr ayında dünyasını dəyişdi. Boş qalan həmin vəzifəyə ən real namizəd mənim oğlum idi. Bu barədə yerli camaat da söhbət edirdi, rayonun rəhbərliyi səviyyəsində də danışılmışdı. Bu ürək açan, hər bir atanı sevindirə biləcək xəbəri eşitmək mənim üçün qürurverici idi. Bu xəbərlər dolaşan vaxt günlərin birində Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov məni qəbuluna çağırdı. Aqil müəllim məni mehriban qəbul edib oğlum haqda xoş sözlər söyləməsi deyilənləri təsdiq etdi. Oğlumun DSMF-nin Kəlbəcər rayon şöbəsinə müdir təyin edilməsinin reallığına tam əmin oldum. Bunun üçün nələr etmək lazım olduğunu Aqil müəllimdən soruşdum. Məni «başa» saldı, bildirdi ki, yuxarılardakıları razı salmaq, oğlumun təsdiqi üçün «nəsə» etməlisən. Mən bu «nəsə»nin nə qədər olacağını soruşdum. Aqil müəllim məndən 90 min manat gərək olduğunu bildirdi. «Fikirləşərəm» deyib Aqil müəllimin qəbulundan çıxdım. Bütün əmlakım gözüm önünə gəldi. İstənilən məbləğ də az deyildi. Bir neçə günün içində 70 min manat düzəldib başçısı Aqil Məmmədovun qəbuluna gəldim. Gətirdiyim 70 min manatı Aqil müəllimə verdim. Aqil müəllim pulun azlığından şikayət edib qalanının da tezliklə çatdırılmasını tapşırdı. Bu minvalla Aqil müəllim hər 5-10 gündən bir mənə qalığın çatdırılmasını, bir az da üstünün düzəldilməsinı tapşırırdı. Birinci dəfə istənilən 90 min manatın qalığı 20 min manatı aparanda evdə də 10 min manat saxlamışdım. Aqil müəllim narazılıq edəndə 10 min manat da gətirə biləcəyimi deyib, icazə alıb çıxdım. Aqil müəllimə bu pulu da gətirib verib, vaxt-vədəni gözləməyə başladım. Bir müddətdən sonra Aqil Məmmədov məni qəbuluna çağırtdırıb hər şeyin həll olunduğunu, yuxarılardan kiminsə iştahasının böyük olduğundan əmrin gecikdiyini söylədi. Buna görə 50 min manat da gətirməyi söylədi. Hər dəfə Aqil müəllim pulu aldıqca yuxarıdakıların ünvanına elə hey asıb-kəsir, söyüş söyməkdən belə çəkinmirdi. Bir neçə gündən sonra deyilən 50 min manatı da Aqil Məmmədova çatdırdım. Bir müddətdən sonra eşitdim ki, Gürcüstanda şübhəli ali məktəbə qəbul olunan, sonradan Gəncədəki ali məktəblərin birində təhsil almış Elşən Əlizadə adlı biri DSMF-nin Kəlbəcər Rayon Şöbəsinə müdir təyin olunub. Bu barədə Aqil Məmmədova danışdım, məsələnin niyə bu cür alınmasını soruşdum. Aqil müəllim məni arxayın etdi ki, bu müvəqqətidir. Bu yandan da təzə müdir Elşən Əlizadə oğluma bildirib ki, bu yer sənlikdir, mən müvəqqəti bura təyin olunmuşam. Oğlumsa öz yeni müdirinə bildirib ki, mənim heç o yerdə gözüm yoxdur, əl-ələ verək işləyək. Prosesin bu cür aldadıcı manevri məni bir az sakitləşdirdi. Verdiyim 150 min manatın istənilməməsi üçün yeni müdir oğlumun işlədiyi dövr ərzində pensiya təyinatı üçün sənədlərini hazırladığı şəxslərin işlərini təftiş etdirib, onların pensiyasını dayandırmaqla, oğlumun əleyhinə ərizələr toplayırmış. Bir gün məni çağırıb oğlum haqda topladığı sənədləri göstərdi, bunları rayon prokurorluğuna göndərəcəyini bildirdi. Bunun prokurorluğa göndərilməməsi üçün məndən 100 min manat pul istədi. Mən əlimdə, ovcumda olan, bütün malımı, mülkümü satıb icra başçısı Aqil Məmmədova verdiyimi səmimi ona danışdım. Elşən Əlizadə elə oradaca mənə bildirdi ki, bəs onda niyə Aqil Məmmədov ona bu sənədlərin toplanıb prokurorluğa verilməsini tələb edib? Bu sual qarşısında aciz qaldım. Aqil Məmmədovun qəbuluna getdim. Lakin məni qəbula buraxmadılar. Elşən Əlizadə isə məsələni tezliklə həll etməsəm, sənədləri prokurorluğa verəcəyi ilə məni təhdid etdi. Məcburiyyət qarşısında qalıb ailə üzvlərimin, yaxın qohum və tanışların adına banklardan kredit götürüb 80 min manat düzəldib DSMF-nun Kəlbəcər rayon şöbəsinin müdiri Elşən Əlizadəyə verdim. Lakin bir gün Elşən Əlizadə oğluma bildirdi ki, DSMF-nin müdiri Elman Mehdiyev şəxsən özü tapşırıb ki, adı prokurorluqda hallanan işçinin mənim idarəmdə qalması yol verilməzdir». Mənbənin bildirdiyinə görə, artıq yuxarı dairələr bütün olub-bitənlərdən, Aqil Məmmədovun əməllərindən, yol verilən nöqsanlardan yetərincə məlumatlıdır: «Buna görə də tezliklə Kəlbəcər Rayon İcra Hakimiyyətində ciddi kadr dəyişikliyinin baş tutacağı ehtimal olunur».
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25 |
|
|
|
• Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21 |
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Dünən, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Dünən, 07:08 |
|
|
|
|