“Rövşən Bağırov 7 milyonun adını çəkməyi qadağan edib” - İTTİHAM VAR
Tarix: 16-05-2016, 09:03 | Çap et
Bir müddət öncə “Lerikdə 7 milyon manat necə yoxa çıxdı? – Prezidentə şok müraciət” başlıqlı yazı dərc etmişdik. Yazıda vətəndaşların müraciəti əksini tapmışdı. Lerik sakinləri ölkə başçısına müraciət edərək yerli məmurların talançılığından şikayətlənir, Prezidentin Noda-Şingədulan-Xanagah yoluna ayırdığı 10 milyon manatın qaranlıq taleyindən bəhs edirdilər. Lerik sakinləri bildirirdilər ki, prezident əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə vəsait ayırıb sərəncamlar versə də, yerli məmurlar ayrılan vəsaitlərin bir hissəsini mənimsəyərək prezidentin sosial inkişaf proqramının həyata keçirilməsinə əngəl olurlar.
“Əvvəl 3 milyon manat ayrıldı, sonra…”
Qeyd edək ki, Prezident İlham Əliyevin 14 sentyabr 2013-cü il tarixli sərəncamı ilə 30 min nəfər əhalinin yaşadığı və 50 yaşayış məntəqəsini birləşdirən 36 km-lik Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisinə ilkin olaraq 3 milyon manat vəsait ayırdı. Həmin ərəfədə Lerik rayon icra hakimiyyəti başçısının müavini Habil Məlikov açıqlamasında bildirmişdi ki, yol artıq çəkilməyə başlayıb. Onun sözlərinəö görə, tikintidə 70-ə yaxın ağır texnika işləyir, canlı işçi qüvvəsi fəaliyyət göstərir və bu ilin axırına kimi 17 km yolun asfaltlaşdırılması növbəti 2015-ci ildə isə 36 km yolun tam asfaltlaşdırılması nəzərdə tutulub. Məlikov bildirmişdi ki, region iqtisadiyyatının inkişafı üçün böyük əhəmiyyət kəsb edən və strateji əhəmiyyətə malik olan bu yol istismara verildikdən sonra Masallı-Yardımlı avtomobil yoluna çıxış asanlaşacaq. Bu, həmçinin turizmin inkişafı və kənd təsərrüfatı məhsullarının satışının təşkilinə də şərait yaradacaq: “Yolun tikintisi həmin ərazidə yaşayan əhalinin həm məişət şəraitinin yaxşılaşdırılmasına, həm iqtisadiyyatın yüksəlməsinə kömək edəcək, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına, həmin istehsal olunmuş məhsulların vaxtında bazara çıxarılmasına və satılmasına yardımçı olacaq. Tikinti aparıldıqdan sonra avtomobil yolu turizim obyektlərinin də inkişafına şərait yaradacaq. Yolun yenidən qurulmasından daha çox sevinən isə buradan istifadə edən kənd sakinləridir. Layihəyə uyğun olaraq yol torpaq yatağı 10 metr, eni 6 metr ikizolaqlı asfalt – beton qarışığından tikiləcək. Yol boyunca hər biri iki aşırımlı 3 ədəd körpü keçidi əsaslı təmir ediləcək. 80 ədəd su ötürücü boru quraşdırılacaq”.
“3 ildir nə yol var, nə pul…”
Qeyd edək ki, həmin yolun tikintisi 2015-ci ildə sona çatdırılmalı idi, amma nəticə ortada qaranlıq məqamların olduğunu ortaya çıxartdı. Belə ki, həmin ərəfədə mediada yayılan məlumatlara görə, ayrılan 3 milyon manat vəsaitin müqabilində Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisində cüzi işlər həyata keçirildi. Hazırda isə prezidentin ayırdığı 3 milyon manat vəsait qurtardığına görə yolun çəkilişi qeyri-müəyyən vaxta, daha doğrusu əlavə vəsait ayrılana qədər duruduruldu. Bu isə yolun vaxtında təhvil verilməyəcəyindən, üstəlik standartlara cavab verməyəcəyindən xəbər verirdi. lerik yolMəlumatlarda deyilirdi ki, 50 dağ kəndinin və 30 min insanının həyat şəraitini yüngülləşdirəcək olan Noda-Şingədulan-Xanagah yoluna ayrılan vəsaitin yarısı yerli məmurlar tərəfindən mənimsənilib. Yaranmış vəziyyət yolun tikintisini həyata keçirən “Yoltikintinəqliyyatservis” MMC rəhbərliyini də çətin vəziyyətə düşmüşdü. Rayondan mediaya verilən məlumatlarda deyilirdi ki, yola ayrılan 3 milyon vəsaitin 30 faizi Lerik rayon İcra hakimiyyətinin başçısı Rövşən Bağırova nəqd şəkildə çatdırılıb. Amma məsələ bununla da kifayətlənmirdi. Belə ki, “Yoltikintinəqliyyatservis” MMC rəhbərliyi bu vəziyyətdən şikayət etsə də, icra başçısı onlarla anlaşa bilmişdi. Vəziyyətin ən kritik dönəmi isə prezidentin növbəti sərəncamından sonra üzə çıxdı.
“Rövşən Bağırov 7 milyonun adını çəkməyi qadağan edib”
Belə ki, 19 avqust 2014-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə yolun tikintisinə əlavə olaraq, 7,0 (yeddi) milyon manat ayrıldı. Maliyyə vəsaiti isə sərəncamda qeyd olunduğu kimi, Lerik Rayon İcra Hakimiyyətinə ayrılmışdı. Amma bu dəfə də yolun tikintisi başa çatmadı. Əksinə, yol Noda kəndindən Ağçay kəndinə qədər çəkildi və tikinti dayandırıldı. Hətta Ağçay və Şingədulan kəndləri arasındakı uzun bir məsafə (Həmin əraziyə Zenonu kəndi də daxildir və yolun ən bataqlıq hissəsi sayılır) yararsız halda tikildi. Konkret olaraq, həmin əraziyə “şebel” tökülmədi. Asfalt örtük sadəcə torpağın üzərinə, nazik səthdə çəkildi. ekskavotorYolun tikintisinin təxirə salnması əhali arasında ciddi narazılıq yaratdığından yenidən icra başçısının müavini Habil Məlikov açıqlama ilə gündəmə gəldi. O, prezident tərəfindən ayrılan sonuncu 7 milyon manatın rayon İH-nin balansına köçürülmədiyini bildirdi. Hətta Məlkov narazılıq edən sakinlərə vəsaitin köçürülmədiyini ölkədə keçirilən I Avropa Oyunları ilə əlaqələndirdi. Sakinlər isə Aztoday.az-a açıqlamalarında buna inanmadıqlarını, icra başçısının prezidentə yalan danışdığını deyirlər. Onlar hesab edirlər ki, 10 milyon manat vəsaitin mənimsənilməsi faktı mütləq ölkə başçısına çatdırılmalıdır. Həmçinin sakinlər buna görə, icra başçısı Rövşən Bağırov, müavini Cəlil Baxşıyev və Lerikin deputatı İqbal Məmmədovu günahlandırırlar.
“İcra başçısı məmurları kənbəkənd minnətçi salıb”
Qeyd edək ki, vətəndaşların müraciəti aztoday.az saytında dərc olunandan sonra Lerik Rayon İcra Hakimiyyəti əl-ayağa düşüb. Sakinlərin verdiyi məlumata görə, icra başçısı adamlarını kənbəkənd salaraq, əhalini sakitləşdirməyə çalışır: “İndi də bizə deyirlər, yolun qalan hissəsi sadəcə təmizlənəcək, amma asfalt çəkilməyəcək. Prezidentin sonradan ayırdığı 7 milyon manatın da yola sərf edildiyini deyirlər. Biz də soruşuruq ki, hara sərf olunub? Axı 7 milyon ayrılandan sonra dediniz ki, pul köçürülməyib və ondan sonra yol 1 metr də olsun çəkilmədi. İndi necə olur ki, 7 milyonu xərclədiyinizi deyirsiniz? Yol 2015-ci ildə təhvil verilməli idi, amma 2016-ci ildir, hələ də heç bir irəliləyiş yoxdur”.
“Sakinlər Prezidentə müraciət edəcək, imzatoplama kampaniyasına start verilib”
Sakinlərin sözlərinə görə, icra başçısı onlara bu barədə bir daha şikayət etməyi qadağan edib: “Bizə deyirlər ki, əgər bir də şikayət etsəniz, ümumiyyətlə yola baxılmayacaq. 7 milyonun adını çəkməyin. Hesab edin ki, pul ayrılmayıb. Biz ölkə başçısına kütləvi müraciət etməyi planlaşdırırıq. Fakt odur ki, yerli məmurlar ölkə baçısına xəyanət edir, onun ayırdığı pulları mənimsəyirlər. Biz bu məsələdə sona qədər şikayət edəcəyik və öz müraciətlərimizi də imzalarımızla ölkə başçısına ünvanlayacağıq. Hazırda rayonun Ağçay, Çeşman, Züvüç, Zövnə, Osyodərə, Arta, Zenonu, Şivlə, Biləvər, Geskön, Gendov, Bülüdül və Xanagah kəndlərinin sakinləri imza toplayıb ölkə başçısına müraciət ünvanlamağı düşünür”. Mövzunu davam etdirəcəyik. Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Zahid Səfərov
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Dünən, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Dünən, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Dünən, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Dünən, 01:43 |
|
|
|
|