AYDIN BƏŞİROV ÖZ İŞÇİSİNİN QANINI BATIRIR
Tarix: 25-09-2013, 16:01 | Çap et
ÖLKƏNİN BAŞ DƏNİZÇİSİ İTTİHAM HƏDƏFİDİR
DİA.AZ: - “Xəzər Dəniz Gəmiçiliyi”nin Zığ Quru Yuk Limanı Məntəqəsində baş vermiş və faciə ilə nəticələnmiş bədbəxt hadisənin təfərrüatlarından, həmçinin hadisə nəticəsində zərər çəkmiş tərəfin hüquqlqrının Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyi tərəfindən kobud şəkildə pozulmasından bəhs olunan faktları diqqətinizə təqdim etmişdik.
Qeyd edək ki, hadisə nəticəsində dünyasını dəyişmiş Həmid Məcidovun atası Dilsuz Məcidov DİA.AZ-a ərizə ilə müraciət edərək ictimai diqqətə bir çox təfərrüatlar təqdim etmişdi. Bu günlərdə isə redaksiyamıza D.Məcidov tərəfindən imzalanmış və Azərbaycan Respublikasının Millət vəkili Mehriban xanım Əliyevaya, AR Ali Məhkəməsinin sədrinə, AR Baş prokuroruna ünvanlanmış daha bir ərizənin surəti daxil olub.
Öz ərizəsində Dilsuz Məcidov baş vermiş hadisədən sonra cərəyan edən proseslərdən, o cümlədən aparılmış istintaqın gedişindən, təqsirkar şəxslərin müəyyənləşdirilməsi və cəzalandırılması yönümündə görülmüş tədbirlərin effektivsizliyindən və ən əsası da bu xüsusda istər zərərçəkmiş şəxsin varisi, istərsə də zərərçəkmiş şəxs qismində hüquqlarının pozulduğundan şikyət edir. Ərizənin əvvəlində D.Məcidov qeyd edir ki, 03.07.2013-cü il tarixdə Bakı şəhəri Xətai rayon məhkəməsinin hakimi Nazim Tağıyev tərəfindən baxılmış məhkəmə prosesində Rəhimov Qulu Kamran oğlu AR CM-nin162.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə yükləyici qurğuların təmiri üzrə mexanik vəzifəsini tutma hüququndan məhrum edilməklə, cəzasını məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur.
Xatırladaq ki, Dilsuz Məcidovun oğlu Həmid Məcidov “Xəzər Dəniz Gəmiçiliyi”nin Zığ Quru Yuk Limanı Məntəqəsinin rəhbərliyi ilə bağlanmış 06.02.2013-cü il tarixli əmək müqaviləsinə əsasən (müqavilə kadrlar şöbəsinin rəisi Rövşən İmamverdiyev tərəfindən imzalanmışdır), 6 ay sınaq müddəti ilə həmin liman məntəqəsində çilingər vəzifəsinə işə götürülmüşdü. Həmid Məcidova yük limanı məntəqəsinin 3 saylı körpüsündə yük qaldirici kranın oxunda təmir işlərinin aparılması həvalə edilmiş və 28 mart 2013-cü il tarixdə saat 17.00 radələrində yük qaldirici kranıın oxunda təmir işləri aparan zaman oradan yük kranı əyilərək aşağı düşmüş və nəticədə Həmid Məcidov yıxılraq aldığı xəsarətlərdən dünyasını dəyişmişdi.Bu xüsusda müraciət etdiyi instansiyaları məlumatlandıraraq D.Məcidov göstərir ki, onun oğlu əsasən avtonəqliyyat vasitələrində quraşdırılmış qaldırıcı kranlar üzrə çilingər vəzifəsində işlədiyindən, “Xəzər Dəniz Gəmiçiliyi”nin Zığ Quru Yuk Limanı Məntəqəsində quraşdırılmış və istifadə olunan qaldırıcı kranların və onların mexanizmlərinin təmiri ilə bağlı müvafiq təcrübəyə malik olmamışdır. Liman Məntəqəsi ilə Həmid Məcidov arasında bağlanmış və kadrlar şöbəsinin rəisi Rövşən İmamverdiyev tərəfindən imzalanmış Əmək Müqaviləsinin 3.4 bəndinə əsasən nəzərdə tutulan müvafiq təhsil kursları, o cümlədən də qəza hallarında əməyin mühafizəsi, dənizdə insan həyatının mühafizəsinə dair beynəlxalq konvensiyaya aid kurslar, gəmilərin və liman avadanlıqlarının mühafizəsinə dair ixtisaslaşdırma kurslarına mərhum Məcidov Həmidin yazılması və həmin sahələr üzrə onun təcrübəsinin artırılması isə işəgötürən tərəfindən təmin olunmamışdır.
Artıq redaksiyamıza ilk müraciətində D.Məcidov açılmış cinayət işinin gedişi barədə bir çox iradlarını ortaya qoymuş, istintaq orqanlarının qərəzli mövqey tutmaları iddiasını irəli sürmüşdü. Bu gün də növbəti ərizəsində şikayətçi məhkəmə istintaqının birtərəfli aparıldığını, işin bütün hallarının araşdırılmadığını, ibtidai istintaq zamanı buraxılmış kobud səhvlərin aradan qaldırılmadığını, eyni zamanda da məhkəmənin daha qərəzli mövqeydə dayanaraq ədalətsiz hökm çıxardığını israrla iddia edir. D.Məcidov göstərir ki, Xətai rayon prokurorluğunun böyük müstəntiqi, 3-cü dərəcəli hüquqşünas Emin Nəsibov tərəfindən cinayət işi qeyri-obyektiv aparılmış, cinayət işi üzrə bütün təqsirkar tərəflər məsuliyyətə cəlb olunmamışlar.
İlk növbədə şikayətçi hadisə yerindən bəzi vacib dəlillərin gizlədildiyini qeyd edir: “Hadisə baş verən yerdə videokamera olmuş, lakin bu kamera gizlədilmiş, istintaqa təqdim olunmamışdır. Necə ola bilər ki, Gəmi limanında oğurluq, başqa neqativ halların qarşısını almaq və nəzarət etmək üçün kamera quraşdırılmasın?”
D.Məcidov oğlunun hadisədən dərhal sonra yaxınlıqdakı xəstəxanaya deyil, məhz Xəzər Dəniz Gəmiçiliyinin poliklinikasına aparılmasını da hadisənin ört-basdır edilməsi cəhdi kimi qiymətləndirir: “Hadisə baş verdikdən sonra Mehdi adlı şəxs oğlumu Cavanşir adlı başqa bir şəxsin avtomaşınına yerləşdirmiş, sonuncu idarə etdiyi avtomaşınla oğlumu işlədiyi və hadisənin baş verdiyi yerə yaxın xəstəxanaya, Fəhlə prospektində və hadısə yerindən cəmi 700 metr aralıda yerləşən neyrocərrahiyyə xəstəxanasına deyil, Xəzər Dəniz Gəmiçiliyinin poliklinikasına aparmışdır. Halbuki artıq maşına mindirilərkən oğlum artıq keçinmiş, hətta onun ayaqları belə qatlanmamışdır.”
Şikayətçi vurğulayır ki, bütün bu tədbirlər Ağadadaş adlı şəxsin bilavasitə göstərişləri ilə həyata keçirilmişdir. Onun sözlərinə görə “Xəzər Dəniz Gəmiçiliyi”nin də, Zığ Quru Yuk Limanı Məntəqəsinin də rəhbəri Aydın Bəşirov olsa da, məntəqənin gündəlik fəaliyyətinə nəzarəti və rəhbərliyi məhz Ağadadaş həyata keçirir. Hadisədən sonra keçən bir neçə saat müdət ərzində də Həmid Məcidovun cəsədi naməlum səbəbdən, əvvəlcə xəstəxanaya bu məqsədlə gəlmiş Ağadadaşın, sonra isə 3-4 nəfər polis əməkdaşının nəzarəti altında saxlanmışdır.Həmçinin Dilsuz Məcidov özünün cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi deyil, məhz zərərçəkmiş şəxs kimi, “Xəzər Dəniz Gəmiçiliyi”nin Zığ Quru Yuk Limanı Məntəqəsinin isə mülki cavabdeh kimi tanınmamasının da kobud hüquq pozuntusu olduğunu ərizədə xüsusi olaraq vurğulayır. Yeri gəlmişkən qeyd etmək istərdik ki, mövzuya dair dərc olunmuş ötən yazıda biz konkret olaraq D.Məcidovun irəli sürdüyü ittihamların bu son bəndinə dair öz mövqeyimizi də bildirmişdik. Bu xüsusda biz qeyd etmişdik ki, heç şübhəsiz “Xəzər Dəniz Gəmiçiliyi”nin Zığ Quru Yuk Limanı Məntəqəsinin rəhbərliyi öz işçilərinin təhlükəsizliyi və yaxud da qəza baş verdikdən sonra zərərçəkənin ailəsinə ən azından maddi kompensasiya ödənilməsi barədə qayğılanan müəssisələr sırasında deyildir. Bunun əvəzində isə, düşünmək olar ki, Liman Məntəqə rəhbərliyini daha çox ucuz işçi qüvvəsi, fəhlələrə verilən pulda qənaət, tibbi sığorta və digər bu kimi sənədlərin saxtalaşdırılması kimi məsələlər düşündürür.
Hadisələrin sonrakı inkişafı da bu ehtimallarımızın doğruluğunu təsdiq etmiş oldu. Dilsuz Məcidov sonda qeyd edir ki, onun və mərhum Həmid Məcidovun digər ailə üzvlərinin mənafeylərinə zidd olaraq, Xətai rayon məhkəməsi tərəfindən “Xəzər Dəniz Gəmiçiliyi”nin Zığ Quru Yuk Limanı Məntəqəsi rəhbərliyinin mənafeyləri qərəzli formada müdafiə olunmuşdur. Bundan sonra işə Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramov tərəfindən baxılmış, lakin bu instansiyada da məhkəmənin qərarı və hökm qüvvədə saxlanımışdır. Şikayətçi iddia edir ki, apellyasiya məhkəməsində də işə qərəzli və birtərəfli qaydada yanaşılmışdır. Bütün bunlarla əlaqədar AR Ali Məhkəməsinə kassasiya şikayəti veriləcəkdir. Öz ərizəsində Dilsuz Məcidov müraciət etdiyi instansiyalardan işin obyektiv araşdırılmasının təmin olunması üçün müvafiq tədbirlərin görülməsini xahiş edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! - BUNDAN SONRA...
Bu gün, 07:12 |
|
|
|
• AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' - NECƏ ÖDƏSİN?
Bu gün, 06:44 |
|
|
|
• Yaradanquliyevanın dövlətə borcu var imiş... - FOTO
Bu gün, 06:28 |
|
|
|
• "Telefonlar dərs zamanı qadağan olunsa da..."
Bu gün, 06:24 |
|
|
|
• Azərbaycanın “məcburetmə əməliyyatı” – Ermənistan geri çəkildi
Bu gün, 06:21 |
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39 |
|
|
|
|