“GİLAN” HOLDİNQ İŞLƏTDİYİ FƏHLƏNİN PULUNU VERMİR
Tarix: 24-09-2013, 15:22 | Çap et
GÜNAH ŞİRKƏTDƏDİR, YOXSA?..
DİA.AZ – Keçən günlərdə vətəndaş Gündüz Ramazanovun şikayət ərizəsi əsasında hazırladığımız tənqidi material dərc olunmuşdu. Qeyd edək ki, materialda toxunulan mövzu son vaxtlar xoşagəlməz tendensiya halını almış bir problemlə bağlı idi. Təəssüflər olsun ki, bu gün ölkənin müxtəlif inşaat meydanlarında müqaviləsiz-filansız çalışan fəhlələrin son nəticədə haqlarının kəsilməsi, podratçı və subpodratçı qismində çıxış edən briqadalara razılaşmaya əsasən nəzərdə tutulmuş pulun verulməməsi artıq adi bir hala çevrilmişdir. Həm də bu kimi hallar kifayət qədər tez-tez rast gəlindiyi kimi, eyni zamanda da bir növ çarəsizliyi ilə diqqəti cəlb edir. Sifarişçi şirkətlə icraçılar arasında vasitəçi rolunu oynayan şəxslər, bir çox hallarda ümumiyyətlə heç bir müqavilənin bağlanmamasından istifadə edərək usta və fəhlələrin haqqını “yeməyi” artıq özlərinin daimi gəlir mənbəyinə çevirmişlər.
Təbii ki, bu kimi hallara çox zaman işgüzar dairələrdə elə də yüksək nüfuza malik olmayan şirkələrin fəaliyyətində rast gəlinir. Lakin Gündüz Ramazanovun şikayəti belə qənaətə gəlməyə əsas verir ki, ölkəmizin ən iri, ən nüfuzlu holdinqləri belə bəzən özlərini əliəyri icraçıların əməllərindən sığortalaya bilmirlər.Məlum olduğu kimi “Gilan” Holdinq ölkənin əsas iqtisadi nəhənglərindən biridir. Ölkə iqtisadiyyatının əksər sahələri – qida məhsulları istehsalı, yüngül səaye, kənd təsərrüfatı, turizm və digər bu kimi istiqamətlər “Gilan” Holdinqin maraq dairəsinə daxildir. İnşaat sektorunda “Gilan” Holdinqi təmsil edən şirkət isə “Gilan İnşaat” MMC-dir. Bu şirkət yaşayış komplekslərinin, istirahət mərkəzlərinin, idman komplekslərinin, körpülərin, yeraltı qarajların, yeraltı keçidlərin layihələndirilməsi və tikintisi ilə məşğul olur. Bu şirkətin isə fövqəladə hallar naziri Kəmaləddin Heydərova aid olduğu hər kəsə məlumdur.
Əlbəttə ki, bu günə mövcud olan bütün iqtisadi göstəricilər “Gilan İnşaat” MMC-ni ilk növbədə etibarlı bir tərəf müqabili kimi təqdim edir. Lakin qeyd olunduğu kimi bu gün ölkənin inşaat sektorunda artıq son dərəcə arzuolunmaz bir tendensiya formasını almaqda olan fırıldaqçılıq halları “Gilan İnşaat” MMC-dən də yan keçməmişdir. Elə DİA.AZ-a şikayət ərizəsi ilə müraciət edən G. Ramazanov da belə bir fırıldaq əməlinin qurbanı olduğunu iddia edir. Öz ərizəsində Gündüz Ramazanov bildirmişdi ki, o, rəhbərlik etdiyi briqada ilə birlikdə artıq beş ildən artıq bir müddətdir ki, “Gilan İnşaat” MMC ilə əməkdaşlıq edir. Şikayətçinin sözlərinə görə bir müddət əvvəl onun briqadası “Gilan İnşaat” MMC-nin sifarişi əsasında, Qəbələ şəhərində inşa olunan “Karvansara” otel kompleksinin və konfrans zalının tikintisində iştirak etmişdir. İnşaat işləri artıq tamamilə başa çatsa da, “Gilan İnşaat” MMC-nin təmsilçiləri Gündüz Ramazanovun briqadasına görülmüş işlərə görə yaranmış borcu ödəməkdən boyun qaçırırlar. G.Ramazanov bildirir ki, yaranmış borcun məbləği 15 000 (on beş min) manat təşkil edir.
Lakin, icraçıların “Gilan İnşaat” MMC-nin ərazi kuratoru kimi tanıdıqları və indiyə qədər maliyyə məsələlərinə baxan Elxan adlı şəxs həmin məbləği ödəməkdən imtina edir. Maraqlıdır ki, tərəflər arasında borcun məbləğinə dair heç bir mübahisəli məqam da yaranmayıb. Sadəcə olaraq Elxan fəhlələrin pulunu verməkdən imtina edir. Yeni aldığımız məlumatlarda isə mübahisəli məsələyə artıq Qəbələ Rayon İcra Hakimiyyətinin rəhbərliyi səviyyəsində də baxıldığı bildirilir. Qeyd olunur ki, problemin həll olunmasında köməklik göstərilməsi xahişi ilə Gündüz Ramazanovun briqada üzvləri Qəbələ RİH-nin başçısı Səbuhi Abdullayevə müraciət etmişlər. Bundan sonra isə şikayətçilər başçının birinci müavini Abil Ağasəfov tərəfindən qəbul edilmişlər. Söhbət zamanı briqada üzvlərinə məsələnin araşdırılacağı bildirilmişdir. Bir müddət keçdikdən sonra Gündüz Ramazanova bildirilmişdir ki, araşdırmalar nəticəsində qarşı tərəfin həqiqətən də borclu olduğu, lakin bu borcun 15 min deyil, cəmi 10 min manat təşkil etdiyi müəyyənləşdirilmişdir. Bəy verən atın dişinə baxmazlar, deyən G.Ramazanov bununla da razılaşmışdır. Lakin məsələnin həlli bu məbləğin təyin olunmasından sonra yenidən “dondurulmuşdur”. Aradan kifayət qədər müddətin keçməsinə baxmayaraq şikayətçilər hələ də öz pullarını ala bilmirlər...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Bu gün, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Bu gün, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Bu gün, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Bu gün, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Bu gün, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Bu gün, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Bu gün, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Bu gün, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Bu gün, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Bu gün, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Bu gün, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Bu gün, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Bu gün, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Bu gün, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Bu gün, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Bu gün, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Bu gün, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Bu gün, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Bu gün, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Bu gün, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Bu gün, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Bu gün, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Bu gün, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Bu gün, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Bu gün, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Bu gün, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Bu gün, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Bu gün, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Bu gün, 15:23 |
|
|
|
• Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi - SƏBƏB
Bu gün, 15:19 |
|
|
|
• Rusvari rüsvayçılıq – Kremlin “üzr”ü qəbahətindən betər oldu
Bu gün, 15:17 |
|
|
|
• ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan Ukraynadan nəticə çıxarmalıdır
Bu gün, 15:15 |
|
|
|
• Bayden-Blinken duetinin fəlakətli siyasəti: nəticələr çox ağırdır - İNCƏLƏMƏ
Bu gün, 15:10 |
|
|
|
• "Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır..." - ŞƏRH
Bu gün, 14:02 |
|
|
|
• “Ölü” yiyələri də dilə gəlirlər: onu basdırmağın zamanıdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Paşinyan güman edir ki, Qərb ona daha çox dəstək verəcək... - AMMA...
Bu gün, 13:58 |
|
|
|
• Yeni qayda test üsulunu ləğv edəcək? - AKTUAL
Bu gün, 13:10 |
|
|
|
• Kadırovçular azərbaycanlını əsirlikdən xilas etdilər - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Ermənistan eyforiyadadır - GÖRÜNƏNİ BUDUR
Bu gün, 13:02 |
|
|
|
• İcra Hakimiyyəti binasında FHN üçün icarəyə otaqlar verdi
Bu gün, 13:00 |
|
|
|
• Təhsil müəssisəsi 46 mühafizəçiyə 63 milyon manat ödəyəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 12:59 |
|
|
|
• “Rəsul öz müəlliminə aşiq olur!” - VİDEO
Bu gün, 12:56 |
|
|
|
• Yeni dələduzluq üsulu yayılıb - Bu dəfə süni intellektlə
Bu gün, 12:54 |
|
|
|
• “AccessBank” üçün ÇƏTİN MƏRHƏLƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 12:51 |
|
|
|
• Bəxtiyar Mikayılova HÖKM OXUNDU
Bu gün, 12:48 |
|
|
|
• Kəlbəcər icra hakimiyyətindəki davanın TƏFƏRRÜATI - “Atamgili Kəlbəcərə aparmaq istəyirdim”
Bu gün, 12:41 |
|
|
|
• Tarixi Bakı məhkəməsi: cinayət işi ayrı, siyasət işi ayrı... - Bahəddin Həzi yazır...
Bu gün, 12:39 |
|
|
|
|