Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib .....                     Moskva gözləntiləri doğruldur .....                     “Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? .....                     Əmlak bazarında durğunluq hökm sürür .....                     Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ .....                     Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi .....                     İlham Əliyev və Nikol Paşinyan .....                     “Fikrimdə qalıram, Tramp sülh gətirəcək” .....                     Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Trend mahnısının cümləsi qalmaqallı oldu: .....                     "Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb .....                     Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi .....                     3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? .....                     Vaşinqton İrəvana necə "hamilik" edəcək? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib .....                     Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb .....                     Paşinyan Rusiyanın təhdidlərindən narahatdır .....                     316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? .....                     Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir .....                     Maaş azlığı, yoxsa alim riyakarlığı .....                     Ermənistan ordusunun Baş Qərargah rəisi .....                     Akif Marifliyə yeni vəzifə verildi .....                     Ruslardan ABSURD İDDİA... Qazaxlar susur: QARA QUTU açılana qədər... .....                     GDU-nun nəzdində Regional Kollecə yeni təyinatlar olub .....                     İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? .....                     "Quska"nın vəkilləri məhkəməyə gəlmədi .....                     Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur .....                     Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb .....                     Faiq Ağayevdən səs-küy yaradan fotosessiya .....                     Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir .....                     Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu .....                     Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər .....                     Rusiya Ermənistana qarşı hərəkətə keçdi .....                     "Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" .....                     Hospital rəisindən Elçin Quliyevə şikayət .....                     Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs .....                     Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... .....                     Sənubər Nəzərova Departament rəhbəri təyin edildi .....                     "Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." .....                 

PUTİN HİTLERİN YOLUNU GEDİR...
Tarix: 5-08-2013, 11:10 | Çap et
PUTİN HİTLERİN YOLUNU GEDİR...
QARA MİLLƏT ÜÇÜN DÜŞƏRGƏ, YOXSA KONSLAGER...

Rusiya paytaxtında qeyri-leqal miqrantlar üçün çadır şəhərciyi salınıb. Son günlər Moskva ərazisində saxlanılan qeyri-leqal miqrantların sayı artıq o həddə çatıb ki, onları yerləşdirmək üçün şəhərdə müvəqqəti saxlanma təcridxanaları çatışmır. Bu səbəbdən də paytaxt polisi qanunu pozan miqrantlar üçün düşərgə təşkil edib.

APA-nın Moskva müxbiri paytaxtın Qolyanovo rayonunda salınan çadırlardan ibarət qeyri-leqal miqrant düşərgəsində olub. Bu düşərgəyə həbsxana da demək mümkündür. Çünki düşərgənin hasarının hündürlüyü bunu deməyə əsas verir. Dəmir darvazanın girişində polis postu qurulub. Ərazini xüsusi təyinatlı polis dəstələri - OMON qoruyur. Həbsxananı xatırladan bu düşərgədə yaşayan miqrantlar hər gün yemək və içməli su ilə təmin olunurlar. Onlara qaravaşaq sıyığı və ət konservi verilir. Düşərgə ərazisində zibil qabları və əl-üz yuyanlar da qoyulub. Çadırlarda isə çox sıx şəkildə iki mərtəbəli dəmir çarpayılar quraşdırılıb. Demək olar ki, bir çarpayıda iki-üç nəfər yatır.

Qolyanovoda salınan çadır şəhərciyi paytaxt polisinin bu ərazidə keçirdiyi “təmizləmə” əməliyyatından sonra meydana gəlib. Belə ki, çadırların salındığı ərazidə polis 1200 nəfər Vyetnam vətəndaşının yaşadığı depo aşkarlayıb. Həmin ərazidə yerləşən 20-yə yaxın gizli sexdə Vyetnamdan olan miqrantların əməyindən istifadə olunduğu aşkarlanıb. Bundan başqa, polis həmin ərazidə 200 nəfərə yaxın Misir, Suriya, Mərakeş, Qırğızıstan, Azərbaycan və Özbəkistan vətəndaşlarını da saxlayıb. Qeyri-leqal miqrantların sayının həddən artıq çox olmasını görən polis və şəhər rəhbərliyi həmin ərazidə düşərgə qurmağa məcbur olub.

Düşərgədə olanların əksəriyyəti Orta Asiya və Vyetnamdan olan miqrantlardır. Əraziyə əvvəlcə kənar şəxslərin, o cümlədən jurnalistlərin belə buraxılmayacağı deyilsə də, sonradan jurnalistlərin ərazidə çəkiliş aparmasına icazə verildi. Ətrafda ancaq Orta Asiya və Vyetnamdan olan miqrantlar gözə dəyirdi. Ya da onların sayı o qədər çox idi ki, digər ölkələrdən olan miqrantlar gözə dəymirdi.

Bura gətirilən miqrantların sayı demək olar ki, hər gün artır. Biz düşərgədə olan zaman artıq çadırlara yerləşdirilmiş miqrantların sayı 500-ü keçmişdi. Onlarla söhbət etmək cəhdimiz baş tutmadı. Çünki əksəriyyəti Vyetnamdan olan miqrantlar rus dilində danışmaqda əziyyət çəkirdilər.

Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş Polis İdarəsinin İctimai asayiş şöbəsinin rəisi Vyaçeslav Kozlov jurnalistlərə açıqlamasında bildirib ki, çadır şəhərciyi 900 nəfərə yaxın miqrant üçün hesablanıb. Onun sözlərinə görə, düşərgədə müvəqqəti yaşayan miqrantlar şəxsiyyətləri təsdiqlənənə qədər burada qalacaqlar: “Daha sonra isə onlar öz ölkələrinə deportasiya olunacaqlar. Hazırda düşərgədə olan miqrantlar burda keçirilən əməliyyat zamanı saxlanılanlardır. Çox güman ki, paytaxtın digər yerlərində saxlanılan qeyri-leqal miqrantlar da bura gətiriləcək. Miqrantların şəxsiyyətinin təsdiq olunması və barmaq izlərinin Daxili İşlər Nazirliyinin bazası vasitəsi ilə yoxlanılması üçün düşərgəyə texnikalar da gətirilib”. V.Kozlov düşərgə ərazisində miqrantların sərbəst hərəkətinə icazə verildiyini də söyləyib: “Burada onların sərbəstliyini heç bir maneə törədilmir. Lakin onlara düşərgə ərazisini tərk etmək qadağa olunub”.

Paytaxt polisindən miqrantlar üçün salınan çadır şəhərciyində Azərbaycan vətəndaşlarının olub-olmamağını öyrəndik. Polisdən bildirildi ki, son günlər keçirilən əməliyyatlar zamanı saxlanılanlar arasında Azərbaycan vətəndaşları da olub: “Lakin onların əksəriyyətinin sənədləri qaydasında olub, bir qisminin isə Rusiya vətəndaşlığı olub. Çadır şəhərciyində olan miqrantlar arasında da Azərbaycan vətəndaşları var. Lakin onların sayı digər ölkələrdən olan miqrantlarla müqayisədə çox azdır. Yaxın zamanlarda onların hər hansı kriminal hadisələrdə iştirak edib-etməməsi araşdırıldıqdan sonra öz ölkələrinə deportasiya olunacaqlar”.

Son hadisələr onu göstərdi ki, Rusya hökuməti qanunsuz miqrasiyaya qarşı bir neçə qanun qəbul etsə də, bu qanunların heç biri işə yaramır. Ucuz işçi qüvvəsi kimi miqrantların əməyi müəyyən şəxslərə və dairələrə hələ də sərf edir. Ona görə də ara-sıra polisin “təmizləmə” əməliyyatı paytaxt əhalisinin gözündən pərdə asmaq xarakteri daşıyır. Belə ki, Moskva sakinlərinin miqrantlara qəzəblə yanaşması hamıya məlum olan faktdır. Bu narazılıq Rusiyanın digər regionları ilə müqayisədə paytaxt Moskvada daha güclüdür. Dağıstanlının 15 yaşlı qızı zorlaması polisin və hökumətin növbəti aksiyası üçün yaxşı bəhanə oldu. Hazırda da bu bəhanədən məharətlə istifadə olunur. Nəzərə alaq ki, qarşıdan Moskvada meriya seçkiləri, Moskva vilayətində isə qubernator seçkiləri gəlir. Deməli, seçki öncəsi polisin döyülməsi ilə bağlı hadisə və bunun ardınca bazarlarda “təmizləmə” əməliyyatı paytaxt sakinlərinin səsini qazanmaq və qeyri-qanuni miqrantlarla bağlı vəziyyətin düzələcəyinə dair onlarda ümid yaratmaq məqsədi daşıyır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 13:26
Moskva gözləntiləri doğruldur – yenə həqiqəti danır
Bu gün, 13:09
“Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 13:07
Əmlak bazarında durğunluq hökm sürür - NƏ BAŞ VERİR?
Bu gün, 13:04
Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ - xüsusi AÇIQLAMA
Bu gün, 12:59
Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi - son söz Anri Oxanaşvilidə qalır
Bu gün, 12:57
İlham Əliyev və Nikol Paşinyan Davosa gedəcəklər
Bu gün, 12:53
“Fikrimdə qalıram, Tramp sülh gətirəcək” - Natiq Cəfərli
Bu gün, 12:50
Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42
Trend mahnısının cümləsi qalmaqallı oldu: -"Aygün Kazımovaya hər şey olar"
Bu gün, 12:41
"Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - HESABAT
Bu gün, 12:39
Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 12:30
3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? - Şəki sakinləri TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ
Bu gün, 12:28
Vaşinqton İrəvana necə "hamilik" edəcək? - Elçin Alıoğlu yazır...
Bu gün, 12:21
Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib
Bu gün, 12:17
Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb - VİDEO
Bu gün, 12:15
Paşinyan Rusiyanın təhdidlərindən narahatdır - “Hraparak”
Bu gün, 12:13
316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? - İLGİNC İDDİALAR
Bu gün, 12:11
Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir - Seyidov danışdı
Bu gün, 12:01
Maaş azlığı, yoxsa alim riyakarlığı - REPLİKA
Bu gün, 11:59
Ermənistan ordusunun Baş Qərargah rəisi NATO iclasında iştirak edir
Bu gün, 11:56
Akif Marifliyə yeni vəzifə verildi
Bu gün, 11:52
Ruslardan ABSURD İDDİA... Qazaxlar susur: QARA QUTU açılana qədər... - NƏ BAŞ VERİR?
Bu gün, 11:50
GDU-nun nəzdində Regional Kollecə yeni təyinatlar olub - ƏMR
Bu gün, 11:48
İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? - Eurasiya.net
Bu gün, 11:43
"Quska"nın vəkilləri məhkəməyə gəlmədi - bu səbəbdən də...
Bu gün, 11:38
Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur - FAKT BUDUR!
Bu gün, 11:36
Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb - Polis İŞƏ QARIŞDI
Bu gün, 11:32
Faiq Ağayevdən səs-küy yaradan fotosessiya - FOTO
Bu gün, 11:30
Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir - ŞOK məlumat
Bu gün, 11:29
Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu - ƏMR
Bu gün, 11:26
Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər - "The Telegraph"
Bu gün, 11:19
Rusiya Ermənistana qarşı hərəkətə keçdi – Durum kəskinləşir
Bu gün, 11:16
"Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:05
Hospital rəisindən Elçin Quliyevə şikayət - NARAZILIQ VAR...
Bu gün, 11:02
Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs vaxtından əvvəl azadlığa çıxmaq istəyir
Bu gün, 10:58
Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... - AKTUAL
Bu gün, 10:55
Sənubər Nəzərova Departament rəhbəri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:54
"Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." - İLGİNC İDDİA
Bu gün, 10:52
Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb - 10 dəqiqəlik interval bir saata qaldırılıb
Bu gün, 10:46
Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib
Bu gün, 10:45
Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... - ETİRAZ VAR...
Bu gün, 10:44
“Atamın qızıllarını Sevda verib Günaya” – 186 minlik ZƏRGƏRLİK İŞİ
Bu gün, 10:27
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:12
Müharibə olacaq, Zəngəzur dəhlizi... - Danielyan
Bu gün, 10:07
"Tramp üçün də əlavə başağrısı yaradırlar" - deputat
Bu gün, 10:03
Seçki ayında bələdiyyələr birləşir - nələr dəyişəcək?
Bu gün, 09:56
“Capital City” ilə KİMSƏ BACARA BİLMİR? - "Başqa əlacımız qalmayıb..."
Bu gün, 09:41
"Rusiya İranın bu addımına qətiyyən razı olmaz" - ŞƏRH
Bu gün, 09:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru