“Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək .....                     GÜNÜN FOTOSU: .....                     Dollardan İMTİNA: Azərbaycan nə edəcək? .....                     Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir .....                     Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi .....                     "Bu tikinti yığıb bizi boğaza..." .....                     İki türk dövləti Ermənistanla eyni layihədə .....                     Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. .....                     ETN özü rüşvətə RƏVAC VERİR... .....                     Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR .....                     Müharibədə qalib, müharibəyə qalib .....                     Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq .....                     "Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" .....                     “Zatulinə psixi yardım lazımdır" .....                     Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? .....                     Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər .....                     NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib .....                     Şəhid atası vəfat etdi .....                     Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi .....                     Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? .....                     Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş .....                     Yasamal icra hakimiyyəti HARA BAXIR? .....                     “Hədiyyələr” ASC səhmdarlarını .....                     'Analar Günü' 'ifşa olunan' MAMA... .....                     “5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” .....                     “Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? .....                     Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? .....                     “Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək .....                     4 ildir ki, kompensasiya ala bilmirlər... .....                     Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı .....                     İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? .....                     "Bir də görürəm ki, 2 saatdır oradayam" .....                     Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? .....                     Azərbaycanda gizli dini şəbəkə təhlükəsi .....                     PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi .....                     Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB .....                     Neft ölkələri üçün həyəcan təbili .....                     Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır .....                     "Kişi efirdə belə davranmamalıdır" .....                     “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti .....                 

ARDNŞ-İN SULUTƏPƏ İŞĞALI
Tarix: 20-12-2011, 13:10 | Çap et
ARDNŞ-İN SULUTƏPƏ İŞĞALI

ŞİRKƏT HƏLƏ DƏ DEDİYİNİN ÜSTÜNDƏ DURUR

Binəqədi rayonu Sulutəpə qəsəbəsində yaşayan sakinlərin evlərinin sökülməsi ilə bağlı mətbuatda bir neçə gündür informasiyalar verilir. APA-nın əməkdaşı qəsəbədə olaraq məsələni araşdırıb.

Məlum olub ki, sakinlərdən əksəriyyətinin bələdiyyədən sənədi olsa da, bir qisminin ümumiyyətlə heç bir sənədi yoxdur. Amma sənədləri olan da, olmayan da ev yeri üçün torpağı pulla aldığını bildirir. Torpağı sənədsiz alanlar ev tikməyə “icazə” üçün bir otaqdan ötrü 2 min manat, daha geniş mənzil üçün 6 min manat tələb olunduğunu deyiblər. Bu pulu ödəyib torpağı sənədsiz alan şəxs evi 10 gün müddətində tikərək yaşamağa başlamalıdır. Əks halda, qiymət bahalaşır. “Amma pulu alan adamlar işini dəyişəndən sonra bizim qara günlərimiz başlayır. Təzə mühafizəçi gəlib deyir ki, bizim də haqqımızı ver. Pul verməyəndə “mədən ərazisidir” deyib evi sökürlər”, - deyə sakinlər bildirirlər.

Ərazidə evi sökülən şəxslərdən biri Jalə Mirzəyevadır. O, evdə üç övladı ilə birgə yaşayırmış. J. Mirzəyevanın qayınatası Kibrə kişi 2 sot torpağı ARDNŞ-in adını çəkmək istəmədiyi əməkdaşından 3 min manata aldığını iddia edir: “İki ay idi, tikmişdik, gəlinim üç nəvəmlə burada yaşayırdı. Dekabrın 17-də ARDNŞ-in mühafizəçiləri gəlib sökdülər”.

J. Mirzəyevanın atası, Qarabağ müharibəsi əlili Sədaqət Şirinov da eyni iddiaları söyləyir: “Gəlib evi sökdülər. Əgər bu ərazidə ev tikmək qanunsuzdursa, niyə bu qədər insan ev tikib? Axı burada dövlətin özü tərəfindən məktəb, bağça, digər rəsmi qurumlar üçün bina tikib. Deməli, burada qanuni yaşayış var ki, məktəb də tikilib”.

Evi sökülmüş sakinlərdən biri də Amil Ayibovdur. “İki ay əvvəl tikdiyim evi gəlib sökdülər. Torpağı qayınatam vermişdi mənə. Onun kimdən aldığını bilmirəm. Amma dəqiq bildiyim odur ki, evi heç bir məhkəmə qərarı olmadan sökdülər”, - deyə, A. Ayibov bildirib.

Ərazidə yaşayan, bir neçə gün əvvəl evinin bir hissəsi sökülmüş Nəsibə Səfiyeva APA-nın müxbiri ilə söhbətində ev tikdikləri torpağı bələdiyyələrdən aldıqlarını deyib: “Ev həyat yoldaşım Firdovsi Səfiyevin adınadır. Torpağı 2001-ci ildə Xocasən bələdiyyəsindən almışıq, sənədləri də var. Evi isə 2003-cü ildə tikmişik”.

N. Səfiyeva APA-nın əməkdaşına “Mülkiyyətçi MMC” tərəfindən onlara məxsus evin qiymətləndirmə sənədlərini də göstərib. Sənədlərlə evin qiymətinin 30 400 manat olduğu qeyd olunub. Bundan başqa, N. Səfiyeva əmlakın sığorta sənədini də təqdim edib.

Sökülmüş evlərdən bəzilərinin yaxınlığında buruq var. Sakinlərin iddialarına görə, həmin buruqlar evlər tikildikdən sonra qurulub. Buruqların ətrafındakı evlərdən bir qismi sökülüb, bir qismində isə yaşayış var. Evləri sökülən şəxslərdən bir qismi dərhal həmin yerdə yeni ev tikir, yaxud sökülmüş tikilini bərpa edir. APA-nın əməkdaşının apardığı ən maraqlı müşahidə isə o olub ki, söküntü işləri bir-birindən xeyli aralı ərazilərdə aparılır. Sökülən evlər bir-birindən xeyli – yüz metrlərlə, kilometrlərlə aralıdır.

Mövzu ilə bağlı Xocasən bələdiyyəsi sədrinin müavini Rüstəm İsmayılov APA-ya açıqlamasında təmsilçisi olduğu bələdiyyənin “Bələdiyyə” MMC və “Mülkiyyətçi” MMC ilə əməkdaşlıq etdiyini deyib. Həmin MMC-lər ərazidəki vətəndaşların mülkiyyətlərini qiymətləndirir: “Vətəndaşın az xərci hesabına onların əmlaklarını qiymətləndirir, dəyərini müəyyənləşdirirlər. Bu, həm bələdiyyəyə, həm də vətəndaşa lazımdır. Bizə lazımdır ondan ötrü ki, vergi düzgün hesablansın. Qiymətləndirmə sənədində bələdiyyə sədrinin imzası olur, bələdiyyənin möhürü vurulub təsdiqlənir ki, həmin əmlak Xocasən bələdiyyəsinin inzibati ərazisindədir. Onu da deyim ki, müvafiq MMC-lərin verdiyi sənəd texniki xarakter daşıyır. Yəni hüquqi sənəd deyil”.

R. İsmayılov ərazidə xeyli insana bələdiyyə tərəfindən torpaq sənədinin verildiyini desə də, bələdiyyənin qərarlarından bir neçəsinin məhkəmə tərəfindən ləğv olunduğunu etiraf edib: “Hazırda bələdiyyənin verdiyi qərarların ləğv olunması ilə bağlı məhkəmədə iddialar olsa da, onların sayını dəqiq bilmirəm”. Sədr müavininin sözlərinə görə, məhkəmə bələdiyyənin qərarını ləğv edibsə, vətəndaş evindən çıxarılır, əmlakı sökülür. Bu zaman vətəndaşa heç bir maddi kompensasiya verilmir.

R. İsmayılov bunu məhkəmə qərarında vətəndaşa hansısa haqq ödənilməsinin göstərilməməsi ilə izah edir. Bələdiyyə sədrinin müavini onu da etiraf etdi ki, hətta məhkəmə qərarında vətəndaşın bələdiyyəyə ödədiyi məbləğin geri qaytarılması barədə nəsə göstərilsə belə, evi sökülən şəxsə cüzi miqdarda pul vəsaiti veriləcək. Məsələn, 2 sot torpağı olana 400-500 manat. Çünki sənəd üzərində vətəndaşın məhz bu qədər vəsait ödədiyi göstərilib. Reallıqda nə qədər ödəniş olunduğunu isə heç kim etiraf etmir. Xatırladaq ki, Xocasən bələdiyyəsinin əvvəlki sədri Zəfər Məsimov həbs olunub. Hətta ondan sonrakı bələdiyyə sədri Ədalət Seyidovun da həbs olunduğu, lakin sonradan azad olunduğu barədə mətbuatda məlumatlar yer alıb.

Hüquqşünas Aslan İsmayılov isə APA-ya açıqlamasında məsələni belə şərh edib: “Birincisi, heç kim məhkəmə qərarı olmadan icazəli, yaxud icazəsiz tikilini sökə bilməz. İcazəli, yaxud icazəsiz tikili yalnız məhkəmə qərarı ilə sökülə bilər. İkincisi, əgər məhkəmə qərarı olsa belə, qərarı yalnız məhkəmə icraçıları – Ədliyyə Nazirliyinin müvafiq qurumunun əməkdaşları icra edə bilər. Digər qurumların belə bir işə müdaxiləsini qanun istisna edir”.

ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə APA-ya açıqlamasında deyib ki, mədən ərazisinə bələdiyyə sənədi verilə bilməz: “Bu, mümkün deyil. Əgər belə bir sənəd varsa da, bu, yalançı bir sənəddir”.

N. Quliyev Sulutəpə sakinlərinin ARDNŞ-in ünvanına işlətdiyi ittihamları qəti şəkildə rədd edib. O, sakinləri mədən ərazilərini qanunsuz olaraq zəbt etməkdə günahlandırıb. ARDNŞ-in təhlükəsizlik xidməti əməkdaşlarının sakinlərdən pul almaları barədə deyilənlərə gəlincə, N. Quliyev bununla bağlı şikayəti olanlara məhkəməyə üz tutmağı məsləhət görür: “Belə məsələləri məhkəmə ilə həll etmək lazımdır. Kimə pul veriblər, həmin adamı məhkəməyə versinlər”.

N. Quliyev son günlər məhkəmə qərarı olmadan bir neçə evin sökülməsinə də münasibət açıqlayıb: “Bunlar tikili yox, yarımçıq tikililərdir. Yeni tikililərin qarşısı qətiyyətlə alınır. Bu da həmin işin tərkib hissəsidir. Amma yaşayış olan evlərlə bağlı məhkəməyə müraciət olunur, yalnız iddia təmin edildikdən sonra ev sökülür”.

ARDNŞ rəsmisi Sulutəpədə evlər tikilmiş ərazilərin Azərbaycan hökuməti tərəfindən neft-qaz əməliyyatı aparmaqdan ötrü ARDNŞ-in sərəncamına verildiyini bildirib: “Eyni zamanda, Azərbaycan hökuməti “Binəqədi-Oil” Əməliyyat Şirkəti ilə müqavilə bağlayıb, həmin ərazini müəyyən müddətə icarəyə verib. Bu, o demək deyil ki, əgər “Binəqədi-Oil”ə icarəyə verilibsə, məsələnin Azərbaycan hökumətinə, yaxud ARDNŞ-ə aidiyyəti yoxdur”.

Azərbaycanda sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı hazırlanmış qanun layihəsindən xəbərsiz olduğunu deyən N. Quliyev belə bir qanun qəbul olunarsa, ona əməl ediləcəyini bildirib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək
Bu gün, 08:47
GÜNÜN FOTOSU: - ÖL, AY KASIB...
Bu gün, 08:35
Dollardan İMTİNA: Azərbaycan nə edəcək? - AKTUAL
Bu gün, 08:30
Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir - İNCƏLƏMƏ
Bu gün, 08:28
Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 08:23
"Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
Bu gün, 08:17
İki türk dövləti Ermənistanla eyni layihədə - MALƏSƏF...
Bu gün, 08:13
Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. - Rusiya Azərbaycanı itirir
Bu gün, 08:03
ETN özü rüşvətə RƏVAC VERİR... - "Şirinlik təklif edən kimi yer tapırlar"
Bu gün, 07:57
Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR - "Məcbur qalıb ödəniş etdim..."
Bu gün, 07:48
Müharibədə qalib, müharibəyə qalib - Bahəddin Həzi yazır...
Bu gün, 07:06
Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq - AÇIQLANDI
Bu gün, 07:03
"Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" - Aqil Abbas
Bu gün, 06:30
“Zatulinə psixi yardım lazımdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:23
Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? - GƏLİŞMƏ
Bu gün, 06:19
Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər - İsazadə
Bu gün, 05:04
NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib - "Politico"
Bu gün, 04:43
Şəhid atası vəfat etdi
Bu gün, 04:42
Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36
Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32
Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28
Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22
“Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18
'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13
“5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09
“Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06
Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01
“Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59
4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56
Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı – Azərbaycanlılar üçün çətin vəziyyət
Bu gün, 03:52
İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16
"Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13
Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11
Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09
PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06
Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03
Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00
Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58
"Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02
“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00
Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53
“İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Dünən, 17:42
"Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Dünən, 17:37
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Dünən, 17:34
20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Dünən, 17:30
“Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 17:28
Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:22
Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 17:18
Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Dünən, 17:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru