Neft ölkələri üçün həyəcan təbili .....                     Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır .....                     "Kişi efirdə belə davranmamalıdır" .....                     “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti .....                     Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb .....                     “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı .....                     “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına .....                     "Məni məhkəməyə çağırmayıblar..." .....                     Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib .....                     20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox .....                     “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? .....                     Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... .....                     Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı .....                     Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar .....                     “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” .....                     PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir .....                     İcra başçısı özü haqqında sənədli film çəkdirib? .....                     Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb .....                     “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” .....                     Sovetin ölüm balonu: .....                     Sahib Məmmədovun “agent ovu”: .....                     Putin İrana gedəcək .....                     Papikyanın Berlin səfərinin gizlinləri: .....                     "Ora ayrılan pulu necə yemisiniz" .....                     Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər .....                     “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib .....                     AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? .....                     "Deputatsan, lap yaxşı, get qal Ağdamda" .....                     Nəfəs qalmaqallı videodan danışdı .....                     Bankların pul “qoparmaq” oyunu .....                     Ağalıda yaşayan qız "üsyan etdi": .....                     Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? .....                     Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... .....                     Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib .....                     Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır .....                     Tofiq İsmayılovun oğlu hakim qarşısında .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     Daha bir soydaşımızı itirdik .....                     Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib .....                     PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? .....                 

AZAD KLİNTONA HAQQ QAZANDIRIR
Tarix: 14-12-2011, 12:46 | Çap et
AZAD KLİNTONA HAQQ QAZANDIRIR

“AZƏRBAYCANIN ADINI ZİMBABVE İLƏ BİRGƏ ÇƏKİLMƏSİNİ ALQIŞLAYIRIQ”

Azərbaycanlı məmurların ABŞ-ın dövlət katibi Hillari Klintonun son bəyanatına reaksiyası analitikləri təəccübləndirib.

Dekabrın 9-da dövlət katibi H.Klinton son bəyanatında fikir azadlığı hüququnu həyata keçirənlərə qarşı zorakılığın davam etməsindən şikayətlənib. O deyib: “Azərbaycandan tutmuş Zimbabveyə kimi siyasi məhbuslar öz fikirlərinə, yazılarına, dinc təbliğata və ya öz əqidələrinə görə hələ də həbsdədir”.

Lakin Azərbaycan XİN və Prezident Administrasiyası Klintonun iradlarından narazılıqlarını bildirərək qeyd ediblər ki, Vaşinqton Ermənistanda baş verən pozuntuları görməyərək yalnız Azərbaycan haqqında mənfi rəy verir.

Amerikanın Xarici Siyasi Araşdırmalar İnstitutunun (FPRİ) baş elmi işçisi Cerald Robbins Turan-a şərhində bildirib ki, Azərbaycanın əvəzində A hərfi ilə başlayan digər ölkə də göstərilə bilərdi. Lakin demək olmaz ki, ölkənin adı təsadüfən çəkilib.

Başqa bir analitik, Ostin Universitetinin professoru Maykl Tkaçik qeyd edib ki, Bakıda hakimiyyət diqqəti öz problemlərindən yayındırmağa çalışır. Lakin bu səylər ilk növbədə Azərbaycanda daxili auditoriyaya hesablanıb.

“Human Rights Watch hər iki ölkəni pozuntularda ittiham edir, lakin onların gəldiyi nəticə belədir ki, Azərbaycanda insan haqları ilə bağlı vəziyyət Ermənistanda olduğundan pisdir”, - Tkaçik vurğulayıb.

O qeyd edib ki, digər hörmətli təşkilat Freedom House da Ermənistana “qismən azad”, Azərbaycana isə “azad olmayan ölkə” kimi baxır.

Analitikin fikrincə, Azərbaycanın adının çəkilməsi ilə bağlı Klintonun qərarı bir sıra amillərlə əsaslandırılıb.

Birincisi, ABŞ öz xarici siyasətində daim insan haqlarına toxunur. Vaşinqtonun insan haqlarına diqqəti ABŞ-ın dünyada mənəvi nüfuzunu təsdiqləyir və ABŞ-ın xarici siyasətində bu dəyərin prioritet olmasından xəbər verir.

İkincisi, xanım Klinton Azərbaycanın adını ona görə çəkib ki, bu ölkədə həqiqətən insan haqları ilə bağlı problemlər var.

Lakin qeyd etmək lazımdır ki, Azərbaycanda kiçik yaxşılaşmalar ola bilsin ki, Freedom House-un siyahısında onu “azad olmayan ölkə”dən “qismən azad ölkə”yə çevirə bilsin. Əgər bu, baş versəydi, Klinton üçün Azərbaycanla Zimbabveni (insan hüquqlarının amansızlıqla pozulduğu ölkə) bir sıraya qoymaq çox çətin olardı, Tkaçik vurğulayıb.

ABŞ jurnalistlərin qorxudulmasından, polisin və hökumətin qəddarlığından, ədalətli kompensasiya olmadan mülkiyyətin zəbt edilməsindən (xüsusilə Bakıda), 2010-cu ilin noyabr seçkilərindəki pozuntulardan, toplaşma, vicdan azadlıqlarının, qadın hüquqlarının pozulmasından, korrupsiya faktlarından narahatdır, analitik qeyd edib.

Öz növbəsində Demokratiya Uğrunda Azərbaycan-Amerika təşkilatı (AZAD) bəyanatla çıxış edərək dövlət katibi Klintonun insan haqlarının pozulduğu ölkələr sırasında Azərbaycanın adını Zimbabve ilə yanaşı çəkməsini alqışlayıb.

AZAD Azərbaycan XİN və Prezident Administrasiyasını dövlət katibi Klintonun obyektivliyini şübhə altına almaq cəhdlərinə görə tənqid edib.

“Amerikanın mənəvi liderliyi, başqa ölkələrdə azad və açıq cəmiyyətlərin inkişafına yardımı ABŞ-ın milli maraqlarına uyğundur, davamlı sülh və qlobal təhlükəsizliyə xidmət edir. Biz ABŞ hökumətini və bütün seçkili vəzifəli şəxsləri Azərbaycanda demokratiyanı dəstəkləməyə, fərqli düşünənlərə qarşı təzyiqlərə, insan hüquq və azadlıqlarının pozulmasına son qoyulması məqsədilə Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə çağırırıq”, - bəyanatda deyilir.

AZAD hesab edir ki, nə Azərbaycan XİN-in, nə də Prezident Administrasiyasının bəyanatına Azərbaycan xalqının və ya dünya azərbaycanlılarının hislərinin ifadə olunması kimi baxıla bilməz.

“İndiki rejimdə Azərbaycanda bütün seçkilər hakim partiyanın xeyrinə kobud şəkildə saxtalaşdırılıb və hakimiyyət vətəndaşların öz fikirlərini sərbəst ifadə etməsinə əngəl törətməkdə davam edir. Bakının indiki hökuməti hakim rejim üzvləri istisna olmaqla, Azərbaycan xalqının iradə və fikrinin ifadə olunmasında legitim deyil”,- bəyanatda vurğulanır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Bu gün, 19:00
Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Bu gün, 18:58
"Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Bu gün, 18:02
“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Bu gün, 18:00
Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Bu gün, 17:58
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Bu gün, 17:53
“İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Bu gün, 17:42
"Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Bu gün, 17:37
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Bu gün, 17:34
20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 17:30
“Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Bu gün, 17:28
Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Bu gün, 17:22
Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 17:18
Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Bu gün, 17:15
“Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Bu gün, 17:12
PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Bu gün, 17:06
İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Bu gün, 17:03
Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Bu gün, 16:59
“Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Bu gün, 16:41
Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Bu gün, 16:38
Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Bu gün, 16:34
Putin İrana gedəcək
Bu gün, 16:30
Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Bu gün, 16:29
"Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Bu gün, 16:19
Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Bu gün, 16:11
“Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Bu gün, 15:59
"Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Bu gün, 15:55
Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Bu gün, 15:52
Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Bu gün, 15:50
Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Bu gün, 15:48
Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Bu gün, 15:44
Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Bu gün, 15:36
Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:34
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Bu gün, 15:32
Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 15:27
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03
Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52
PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51
BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46
AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00
“Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58
Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru