SSRİ-DƏN QALMA ƏMANƏTLƏR QAYTARILA BİLƏR
Tarix: 13-12-2011, 14:25 | Çap et
ARTIQ BU YÖNDƏ TƏKLİFLƏR HAZIRLANIB
İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Azərbaycan vətəndaşlarının SSRİ dövründən qalan bank əmanətlərinin bərpası və qaytarılması barədə konsepsiya hazırlayıb.
«APA-ECONOMICS»in məlumatına görə, bununla bağlı bu gün keçirilən tədbirdə İTM-in İdarə Heyətinin sədri Qubad İbadoğlu hazırlanan konsepsiyanın yaxın vaxtlarda müvafiq dövlət orqanlarına təqdim ediləcəyini bildirib.
Q.İbadoğlunun sözlərinə görə, Azərbaycanda «Əmanət Bankı»ndakı əmanətlərin bərpası və qaytarılmasına hələ başlanılmasa da, əksər MDB ölkələrində oxşar proseslər artıq başa çatıb. Belə ki, 1995-ci ildə Rusiyada, 1996-cı ildə Qazaxıstanda, 1997-ci ildə Qırğızıstan və Ukraynada, 2002-ci ildə Moldovada əmanətlərin qaytarılması prosesinə start verilib və bu proses uğurla həyata keçirilib. Azərbaycanda isə ölkə vətəndaşlarının 1992-ci il yanvarın 1-nə qədər olan müddətdə keçmiş «Əmanət Bankı»na qoyduqları vəsaitlərin bərpası və qaytarılması prosesi ləngiyir. İTM vəziyyəti araşdırarkən müəyyənləşdirib ki, bununla bağlı müxtəlif dövrlərdə təşəbbüslər olub və müvafiq qanunvericilik aktları təsdiq olunub.
Mərkəzin əmanətlərin bərpası və qaytarılması ilə bağlı apardığı hesablamaların nəticələrinə görə, «Kapital Bank»ın apardığı inventarlaşma zamanı 1 986 min əmanətçi aşkar edilib. Onların əmanətlərinin ümumi həcmi 4,8 mlrd. sovet rublu təşkil edir. «Köhnə əmanətlərin struktur təhlili göstərir ki, əmanətlərin 70%-ə qədəri 2 000 rubla qədər olub. Məbləği 10 000 rubldan çox olan əmanətlərin xüsusi çəkisi isə 10%-ə qədərdir. Hökumətin hazırkı maliyyə imkanları şəraitində bu vəsaitlərin 5 il ərzində - 2013-2017-ci illərdə 3 mərhələdə qaytarılması təklif olunur. Belə ki, əmanətlərin I mərhələdə (2013-2014-cü illər) 1942-ci ilə qədər anadan olanlara və ya onların vərəsələrinə, müharibə əlillərinə, I və II qrup əlillərə, qaçqın və məcburi köçkünlərə, II mərhələdə (2015-2016-cı illər) 1943-1972-ci illərdə anadan olanlara və onların vərəsələrinə, III mərhələdə (2017-ci ildə) 1973-1991-ci illərdə anadan olanlara qaytarılması təklif olunur», - deyə Q.İbadoğlu bildirib.
İTM tərəfindən əmanətlərin indeksləşdirilərək bərpası ilə əlaqədar olaraq hökumətə 3 ssenari təklif edilir. Belə ki, I ssenaridə 1000 rubladək hər 1 rubla 1 manat, II ssenaridə 1000 rubladək hər 1 rubla 90 qəpik, sonuncu ssenaridə 1000 rubladək hər 1 rubla 80 qəpik ödənilməsi təklif olunur.
Qiymətləndirmələrə görə, bu vəsaitlərin 3 ssenari üzrə indeksləşdirilərək sahiblərinə qaytarılması Azərbaycan büdcəsinə təxminən 1,5-1,8 mlrd. manata başa gələcək. Bu isə orta hesabla 1 əmanətçiyə 750-1000 manata qədər vəsaitin qaytarılacağını deməyə əsas verir. Beləliklə, I ssenarinin maliyyələşdirilməsi dövlət büdcəsinə bütövlükdə 1,8 mlrd. manata, ildə orta hesabla 360 mln. manata, II ssenarinin maliyyələşdirilməsi dövlət büdcəsinə bütövlükdə 1,65 mln. manata, ildə orta hesabla 330 mln. manata, III ssenarinin maliyyələşdirilməsi isə bütövlükdə 1,5 mlrd. manata, ildə orta hesabla 300 mln. manata başa gələcək.
Mərkəzin ekspertlərinin fikrincə, bu layihənin icrası zamanı vətəndaşa xidmət göstərmək və onların sifarişlərini yerinə yetirmək banklar üçün o qədər də asan məsələ olmayacaq. Çünki bankların filiallarının az olması, mövcud bank sistemində xidmətlərin tez reallaşdırılması üçün avtomatlaşdırılmış sistemlərin olmaması müəyyən çətinliklər yarada bilər. Eyni zamanda, bu vəsaitin nağd formada dövriyyəyə buraxılması əhalinin alıcılıq qabiliyyətinin artmasına və inflyasiyanı stimullaşdıran amillərin fəallaşmasına gətirib çıxara bilər.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qalmaqallı direktor barəsində hökm dəyişdirildi - QƏRAR
Bu gün, 10:12 |
|
|
|
• Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli - İNCƏLƏMƏ
Bu gün, 10:08 |
|
|
|
• Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... - BU DA FAKT!
Bu gün, 10:05 |
|
|
|
• Paşinyan komandasına əmr verdi – Siyahı hazırlandı, plan işə düşür
Bu gün, 09:56 |
|
|
|
• Putinin silah biznesi çökə bilər - Trampın qarşısına görün hanı seçimi qoydular
Bu gün, 09:53 |
|
|
|
• Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:45 |
|
|
|
• Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... - İLGİNC FAKT
Bu gün, 09:39 |
|
|
|
• Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 09:32 |
|
|
|
• "Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" - ETİRAZ VAR...
Bu gün, 09:30 |
|
|
|
• Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07 |
|
|
|
• “Kəpəz Mehmanxana” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 09:00 |
|
|
|
• “Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq
Bu gün, 08:52 |
|
|
|
• Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... - Saxlandığı yerdə...
Bu gün, 08:50 |
|
|
|
• “Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək
Bu gün, 08:47 |
|
|
|
• GÜNÜN FOTOSU: - ÖL, AY KASIB...
Bu gün, 08:35 |
|
|
|
• Dollardan İMTİNA: Azərbaycan nə edəcək? - AKTUAL
Bu gün, 08:30 |
|
|
|
• Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir - İNCƏLƏMƏ
Bu gün, 08:28 |
|
|
|
• Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 08:23 |
|
|
|
• "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
Bu gün, 08:17 |
|
|
|
• İki türk dövləti Ermənistanla eyni layihədə - MALƏSƏF...
Bu gün, 08:13 |
|
|
|
• Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. - Rusiya Azərbaycanı itirir
Bu gün, 08:03 |
|
|
|
• ETN özü rüşvətə RƏVAC VERİR... - "Şirinlik təklif edən kimi yer tapırlar"
Bu gün, 07:57 |
|
|
|
• Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR - "Məcbur qalıb ödəniş etdim..."
Bu gün, 07:48 |
|
|
|
• Müharibədə qalib, müharibəyə qalib - Bahəddin Həzi yazır...
Bu gün, 07:06 |
|
|
|
• Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq - AÇIQLANDI
Bu gün, 07:03 |
|
|
|
• "Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" - Aqil Abbas
Bu gün, 06:30 |
|
|
|
• “Zatulinə psixi yardım lazımdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:23 |
|
|
|
• Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? - GƏLİŞMƏ
Bu gün, 06:19 |
|
|
|
• Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər - İsazadə
Bu gün, 05:04 |
|
|
|
• NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib - "Politico"
Bu gün, 04:43 |
|
|
|
• Şəhid atası vəfat etdi
Bu gün, 04:42 |
|
|
|
• Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36 |
|
|
|
• Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32 |
|
|
|
• Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28 |
|
|
|
• Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22 |
|
|
|
• “Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18 |
|
|
|
• 'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13 |
|
|
|
• “5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09 |
|
|
|
• “Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06 |
|
|
|
• Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01 |
|
|
|
• “Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59 |
|
|
|
• 4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56 |
|
|
|
• Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı – Azərbaycanlılar üçün çətin vəziyyət
Bu gün, 03:52 |
|
|
|
• İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16 |
|
|
|
• "Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13 |
|
|
|
• Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11 |
|
|
|
• Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09 |
|
|
|
• PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06 |
|
|
|
• Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00 |
|
|
|
|