İCRA BAŞÇISI ƏLİ HƏSƏNOVA QARŞI
Tarix: 13-12-2011, 13:11 | Çap et
ELDAR ƏZİZOV PA RƏSMİSİNƏ SUMQAYITDA QADAĞA QOYDU
DİA.AZ: - Məlum olduğu kimi hal-hazırda hakimiyyətin media sahəsində əsas adamı kimi tanınan və bu imtiyazları səbəbindən bir mətbu imperatora çevrilən Prezident administrasiyasının şöbə müdiri Əli Həsənova məxsus əməlli-başlı media şəbəkəsi mövcuddur. Bu gün Əli Həsənovu qəzetlərdə, mətbuat yayımı sahəsində, mətbəəçilik sistemində, teleraidos sahəsində və digər istiqamətlərdə görmək mümkündür. Və bu imkanlarına görə, onu media oliqarxı da hesab etmək olar.
Onu da bildirək ki, təsadüfi deyil ki, müstəqil və müxalif mətbuata qarşı təzyiqlərin arxasında da əsas olaraq Əli Həsənovun dayandığı məlum olur. Bu günlərdə bu barədə redaksiyamıza açıqlama verən «İpəkçi» və «Şəkinin Səsi» qəzetlərinin redaktoru Aydın Salis də bildirmişdi ki, məhz Əli Həsənovun basqıları nəticəsində onlarla jurnalist hakimiyyətə qarşı radikal mövqeyə keçmək zorunda qalır.
Təbii ki, hakimiyyətin verdiyi imkanlar hesabına özünə bir mətbu imperiya quran PA rəsmisi burada əsas olaraq özəl maraqlarından çıxış edir. Ki, nəticədə yaranan problemin hədəfi hakimiyyət olur. Hər halda, hazırda həbsxanada saxlanılan «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsində də Əli Həsənovun adı bir günahkar kimi hallandırılmaqdadır.
Beləcə, bir media oliqarxı olan PA rəsmisi bu gün mətbuata aid bütün sahələrə nüfuz etməyə çalışır. Onun son həmlələrindən birinin isə mətbuat yayımı sahəsinə olduğu da məlumdur. Belə ki, yenicə olaraq paytaxt küçələrinə düzməyə başladığı «Press Köşk»ləri ilə Əli Həsənov həm də bu istiqamətdə əsas söz sahibi oldduğunu nümayiş etdirir. Bunun da nəticəsində dünənə qədər mövcud olan yayım firmalarının fəaliyyəti məhdudlaşmış olur.
Doğrudur, Əli Həsənov bu barədə mətbuata verdiyi açıqlamasında bəyan etmişdi ki, həmin köşlərin ona aidiyyatı yoxdur və bu köşklər Bakı Şəhər İcra Hakimmiyyətinin Ticarət Departamentinə məxsusdur. Lakin sonradan BŞİH-nin sözügedən qurumundan mətbuata dolayı yollarla əsl həqiqəti ehtiva edən bilgilər ötürüldü. Məlum oldu ki, PA rəsmisi əslində iz azdırmağa çalışır və köşklərin ona birbaşa dəxli var.
Burada diqqətçəkən bir başqa məqam isə Əli Həsənovun Bakı küçələrinə səpələdiyi yeni bərli-bəzəkli kökşlərdə qəzetlərin ikinci növ mal olduğuna yönələn diqqətlə bağlıdır. Belə ki, adının «Press Köşk» olmsına baxmayaraq, həmin köşklərdən əslində bir mini market kimi istifadə olunur, həta alıcılara spritli içkilər də təklif edilir.
Əslində Əli Həsənovun kökşlərlə bağlı yalan danışmasını sübutlayan bir başqa məqam isə «Press Köşk»lərin Bakı ilə yanaşı Sumqayıt küçələrinə yerləşdirilmə niyyəti ilə bağlıdır. Hər halda, möhtərəm PA rəsmisi iddia edə bilməz ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun hökmü hətta Bakı hüdudlarını da aşır və o, öz köşlərini Sumqayıt şəhərinə də yerləşdirmə iqtidarındadır.
Bu barədə əldə etdiyimiz məlumatlardan aydın olur ki, artıq Sumqayıt küçələrində yerləşdirilməsi nəzərdə tutulan «Press köşk»lər tam hazırdır. Lakin BİR BALACA problem var. Bu barədə redaksiyamızı bilgiləndirən məlumatlı mənbənin sözlərinə görə, həmin köşklərin qoyulmasını Sumqayıtın icra başçısı Eldar Əzizov əngəlləyir.
Mənbəmiz «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) verdiyi açıqlamasında bildirir ki, əli Həsənovun köşklərinin Sumqayıta yerləşdirilməsinə qarşı olan Eldar Əzizov bildirib ki, həmin köşklər onun istədiyi vaxt Sumqayıt küçələrinə yerləşdirilə bilər, Əli Həsənovun istədiyi vaxt deyil.
Bu arada bir başqa qaynaqlar olduqca ilginc bir faktı da açıqladılar. Məlum olur ki, əslində Eldar Əzizov əli Həsənovun kökşlərinə ona görə yer ayırmır ki, o da bu biznesə şərik getmək istəyir və hətta bu niyyətini dolayı yollarla PA rəsmisinin diqqətinə çatdırıb da. Mənbəmiz iddia edir ki, amma Əli Həsənov bu biznesini kiminləsə bölüşmək istəmir və cavab reaksiyasında bildirib ki, yalnız kökşklərin yerləşdirilməsi müqabilində birdəfəlik pul ödənilə bilər: «Təbii ki, həmin pulu Əli Həsənov cibindən ödəməyəcək. Və köşkü kim işlədəcəksə, həmin şəxs də yerli icra strukturlarına pul ödəyəcək».
Məlumatlarda o da qeyd olunur ki, hələlik Eldar Əzizov Əli Həsənovun bu təklifinə cavab verməyib: «Ona görə də Sumqayıta «Press Köşk»lərin yerləşdirilməsi yubanır». Bu yubanmanın isə Əli Həsənova baha başa gəldiyi faktdır. Çünki hər gün bir köşkdən PA rəsmisi kifayət qədər qazanc götürə bilərdi…


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Bu gün, 18:02 |
|
|
|
• “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Bu gün, 18:00 |
|
|
|
• Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Bu gün, 17:58 |
|
|
|
• “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Bu gün, 17:53 |
|
|
|
• “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Bu gün, 17:42 |
|
|
|
• "Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Bu gün, 17:37 |
|
|
|
• Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Bu gün, 17:34 |
|
|
|
• 20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 17:30 |
|
|
|
• “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Bu gün, 17:28 |
|
|
|
• Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Bu gün, 17:22 |
|
|
|
• Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 17:18 |
|
|
|
• Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Bu gün, 17:15 |
|
|
|
• “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Bu gün, 17:12 |
|
|
|
• PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Bu gün, 17:06 |
|
|
|
• İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Bu gün, 17:03 |
|
|
|
• Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Bu gün, 16:59 |
|
|
|
• “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Bu gün, 16:41 |
|
|
|
• Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Bu gün, 16:38 |
|
|
|
• Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Bu gün, 16:34 |
|
|
|
• Putin İrana gedəcək
Bu gün, 16:30 |
|
|
|
• Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Bu gün, 16:29 |
|
|
|
• "Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Bu gün, 16:19 |
|
|
|
• Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Bu gün, 16:11 |
|
|
|
• “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02 |
|
|
|
• AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Bu gün, 15:59 |
|
|
|
• "Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Bu gün, 15:55 |
|
|
|
• Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Bu gün, 15:52 |
|
|
|
• Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Bu gün, 15:50 |
|
|
|
• Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Bu gün, 15:48 |
|
|
|
• Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Bu gün, 15:44 |
|
|
|
• Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Bu gün, 15:36 |
|
|
|
• Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:34 |
|
|
|
• Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Bu gün, 15:32 |
|
|
|
• Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 15:27 |
|
|
|
• Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03 |
|
|
|
• Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01 |
|
|
|
• Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52 |
|
|
|
• PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51 |
|
|
|
• BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46 |
|
|
|
• AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23 |
|
|
|
• “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02 |
|
|
|
• “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00 |
|
|
|
• “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58 |
|
|
|
• Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08 |
|
|
|
• “Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06 |
|
|
|
• “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03 |
|
|
|
• Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
• "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47 |
|
|
|
• Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43 |
|
|
|
|