İCRA BAŞÇISINDAN RAMİZ MEHDİYEVƏ ŞİKAYƏT OLUNDU
Tarix: 8-05-2013, 12:37 | Çap et
“ÇAKIR” SAHİBKARLARI ÇİLƏDƏN ÇIXARIB
DİA.AZ: - Lökbatan qəsəbəsi 4-cii massiv, 9-cu keçid ev 12 ünvanda yaşayan Ağayev Ağahüseyn Qulam oğlu, Məmmədov Elnur Sahib oğlu, Hüseynov Mirzəkərim Ağa oğlu tərəfindən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə şikayət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan ərizənin mətnində deyilir:
“Hörmətli Akademik Ramiz müəllim!
Mətbuatda Zeynal Nağdəliyevin çıxışı ilə tanış olduq. O, qeyd edir ki, Prezidentin iradlarından sonra hamı öz dərsini götürüb. Yerlərdə məmurlar Onun dediyinin əksini edirlər. Biz 01.05.2013-cü il tarixdə Fuad Ələsgərovun qəbul günündə işçiləri tərəfindən qəbul olunduq. Ancaq bizi Ali Məhkəmənin qəbuluna düşmək üçün qəbula yazdılar. Orada isə bizi qəbul etmədilər. Ali Məhkəmə Prezident Administrasiyasını da saymadı.
Bu yaxında Milli Məclisin üzvü Xanım Zeynəb Xanlarova haqlı olaraq Prezidentin ətrafındakı bəzi məmurların Xalqla Prezident arasında ziddiyyət yaradırlar. Bizim kimi xırda sahibkarların əmlakı əllərindən alınır.
Belə ki, bizim ailə üzvlərimizə məxsus olan Lökbatan qəsəbəsi 28 may küçəsi 7 ünvanda yerləşən kolxoz bazarının qarşısında yerləşən ticarət cərgəsindəki mağaza bazarla birlikdə Qaradağ RİH-nin başçısı Süleyman Mikayılov tərəfindən Qasımov Hüseyn Əlibala oğlunun adına özəlləşdirilmişdir.
Hüseynov Mirzəkərim Ağa oğluna, Məmmədov Elnur Sahib oğluna və Şamilov Şamil Caməmməd oğluna məxsus RİH-nin müvafiq sərəncamları ilə öz hesabımıza tikilən mağazalar bilərəkdən saxtakarlıq yolu ilə bazarın tərkibinə daxil edilmiş və bizim xəbərimiz olmadan özəlləşdirilmişdir. Baxmayaraq ki, bu mağazalarda özümüz 15-20 ilə yaxın müddətdə kommersiya fəaliyyəti ilə məşğul olmuşuq və vergi ödəyicisi kimi qeydiyyatdayıq. Eyni zamanda bütün kominal xidmətləri aidiyyəti idarələrə ödəmişik.
Hər şeydən əvvəl qeyd edilməlidir ki, Ş.Şamilova məxsus mağaza mübahisəli mağaza özəlləşdirilmiş bazarın tərkib hissəsi olmamışdır, yəni onun bazara heç bir aidiyyəti yoxdur. Belə ki, həmin mağaza 1994-cü ildən müstəqil fəaliyyət göstərmiş və onun fəaliyyəti üçün hüquqverici sənəd Qaradağ rayon İcra Hakimiyyətinin 14.09.1994-cü il tarixli 1112 saylı sərəncamı olmuşdur.
Daha sonra, yəni Qaradağ rayon İcra Hakimiyyətinin 17.04.2000-ci il tarixli, 321 saylı sərəncamı ilə mağazanın tikintisi üçün ticarət cərgəsində ayrılmış torpaq sahəsinin iddiaçının adına keçirilməsinə icazə verilmiş və mağazanın tikintisi rayon İH-nin aparatının memarı ilə razılaşdırılmaqla layihə əsasında aparılmışdır. Mağazanın tikintisinə bazarın və ya bazar rəhbərliyinin heç bir vəsaiti xərclənməmişdir. Belə ki, həmin mağaza bilavasitə Qaradağ rayon İcra Hakimiyyətinin sərəncamı əsasında iddiaçının şəxsi vəsaiti hesabına tikilərək fəaliyyət göstərmişdir.
Hüseynov Mirzəkərim Ağa oğlunun istifadəsində olan mağaza isə, Azərittifaqa məxsusdur və orada 15 ildən artıqdır ki, fəaliyət göstərir.
Məmmədov Elnur Sahib oğlunun istifadəsində olan mağaza RİH-nin sərəncamı ilə öz vəsaiti hesabına tikilmiş və uzun müddətdir ki, orada fəaliyyət göstərirdi. Bu torpaq sahələri yəni mağzaların yerləşdiyi ərazi bazarın ərazisinə daxil deyildir. Bunu RİH-nin sərəncamından, ayrıc aktından və rayonun baş memarının 1 saylı İnzibati-İqtisad Məhkəməsindəki ifadəsində görmək olur.
Ali Məhkəmənin müdaxiləsi nəticəsində birinci instansiya məhkəməsinin qərarı ləğv edilmişdir. Süleyman Mikayılov özünü Ali Məhkəmənin qohumu kimi qələmə verir, buda məhkəmənin sonunda öz təsirini göstərir.
Göründüyü kimi, mübahisəli mağaza fiziki şəxsindir o, dövlət əmlakı deyil.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Lakin, Ali Məhkəmənin İnzibati-İqtisad Kollegiyasının hakimi Xanım N.Rəsulbəyova işə baxarkən iş üzrə dəlillər yəni vəkil R.İbrahimovun və nümayəndə A.Ağayevin Dövlət Əmlakının İdarəetməsi Dövlət Komitəsində birgə araşdırmalar zamanı sübut olundu ki, həqiqətən bizə məxsus mağaza bazara heç bir aidiyyəti yoxdur və bizim öz tərəfimizdən öz vəsaitimiz hesabına RİH-nin müvafiq sərəncamı ilə tikilmişdir.
Məhkəmə prossesində iştirak edən Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin vəkili xanım Esmira Hüseynova və nümayəndə Lalə Hüseynova çıxış edərək Şamilov Şamilin kassasiya şikayətini düzgün hesab etmiş və aqı-satqı müqaviləsinin qismən ləğv edilməsini 1 saylı İnzibati-İqtisad Məhkəməsinin 2-inz (81)-746/2012) saylı iş üzrə 18 may 2012-ci il tarixli qərarı qüvvədə saxlamağını və Bakı Apelyasiya Məhkəmsinin 26 sentyabr 2012-ci il tarixli (iş N-2-linz (103)-862/2012) qərarım ləğv etməsini xahiş etmişdir. Lakin hakim bunlara əhəmiyyət verməmiş, çıxışlar protokola qeyd edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxlamışdır.
Rayon İcra Hakimiyyətinin baş memarı N.Səmədovun birinci instansiya məhkəməsindəki ifadəsində göstərmişdir ki, mağazaların tikildiyi ərazi bazarın ərazisinə aidiyyatı yoxdur və onlar tərəfindən ticarət cərgəsi kimi vətəndaşlara ayrılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 21 noyabr tarixli 332 nömrəli fərmanı əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti 22 dekabr 1992-ci il tarixli 683 saylı qərar qəbul etmişdir ki, həmin qərara əsasən kolxoz bazarları dəyəri yerli icra hakimiyyəti orqanları tərəfindən ödənilməklə "Azərittifaq"ın balansından alınaraq müvafiq rayon icra hakimiyyətlərinə verilmişdir. Odur ki, "Azərittifaq"ın bu barədə 12 fevral 1993-cü il tarixli 12 saylı əmri əsasında 15 fevral 1993-cü il tarixdə "Azərittifaq"ın, Qaradağ rayon İcra Hakimiyyətinin nümayəndəsinin və bazar rəhbərliyinin iştirakı ilə komissiya yaradılmış və müvafiq akt əsasında bazar təhvil-təslim edilmişdir. Təhvil-təslimin nəticəsi üzrə bazarın baş mühasibi V.Xrunovanın iştirakı ilə akt tərtib edilmiş və aşağıdakı əsas vəsaitlər aktda öz əksini tapmışdır:
1. Ticarət mərkozi-1 ədəd. 2. Poviliyon gürcü tipli- 6 ədəd. 3. Televizor-1 ədəd. 4. Soyuducuşkaf-1 ədəd 5. Soyuducu prilavka -1 ədəd. 6. Translyasiya qurğusu -1 ədəd. 7. Kondisioner BK - 1500 -1 ədəd. 8. Kondisioner qurğusu-1 ədəd.
Göründüyü kimi, kolxoz bazarı ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə yalnız yuxarıda göstərilənlər təhvil verilmişdir ki, həmin mağazalar da bu siyahıda yoxdur.
Hal hazırda biz bazarın ümumi alqı-satqı müqaviləsinin ləğvi üçün 1 saylı İnzibati-İqtisad Məhkəməsində iddia qaldırmışıq. Lakin işə yuxarı instansiyanın, yəni Ali Məhkəmənin Sədrinin Süleyman Mikayılova qohum olması öz təsirini göstərir. Buna görə də, Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin bizim iddia tələbimizin qəbul etməsinə əhəmiyyət vermirlər.
Hörmətli Ramiz müəllim, ABŞ Dövlət Departamentinin 2012-ci il üçün Dünya İnsan haqlarının vəziyyətinə dair hesabatını yayıb. Hesabatın Azərbaycana aid hissəsində “azad və ədalətli məhkəmələrin olmaması” kimi ifadələr öz əksini tapmışdır. Qardaş türk dövlətinin xarici işlər naziri Cənab Əhməd Davudoğlu Obamanın bu çıxışına öz münasibətini bildirərkən, bu məsələni ədalətli çıxış adlandırmışdır.
Biz separatşı, müxalifətçi və terrorçu deyilik. Yeni Azərbaycan Partiyasının üzvləriyik. Bizə qarşı bu təcavüz nədən qaynaqlanır. Əslində bizim bu sualımıza cavab ABŞ-ın Prezidenti Obama həmin çıxışında insan haqlarının vəziyyətinə dair çıxışında cavab vermişdir
Hesabatda mülkiyyət hüququnun ən çox pozulduğu ölkələr sırasında Azərbaycan öndədir. Hakimlər sifarişli qərar çıxarırlar. Qərarı əsaslandırmır və protokollara lazımi ifadələri salmırlar. Çünki onların gələcək qərarlarının mahiyyətinə mənfi təsir edir. Təsəvvür edin iddiaçı iddia edir ki, bu əmlak mənimdir, cavabdeh iddianı qəbul edir və əmlakın sahibinə qaytarılmasına dair qərar çıxarılmasını xahiş edir. Apelliyasiya Məhkəməsinin hakimi Valeh Ağayevdən geri qalmayan Ali Məhkəmənin hakimi N.Rəsulbəyova kassasiya şikayətini rədd etdi. Hakim iddiaçının iddiasını cavabdehin qəbul etməsinə və məhkəməyə təqdim olunmuş sənəd və sübutlara əhəmiyyət verməyərək hansı maraqlarasa öz xidmətini göstərmiş və qərəzli qərar qəbul etmişdir. Bu Korrupsiya Prokurorluğunda araşdırımalı materialdır.
Xahiş edirik bizim şikayətimizi nəzarətə götürəsiniz. Biz lazım olan sənəd və sübutları həmin orqanlara təqdim edək. Bazarın İcra Hakimiyyətinə verilməsi barədə təhvil-təslim aktı və eləcə də, bazarın o dövrkü pasportunun surətini, ümumiyyətlə bazara aid olan bütün mülkiyyət haqqında sənədlər vardır.
Bu məsələnin Məhkəmə Hüquq Şürasında da araşdırılmasına göstəriş verməyinizi Sizdən xahiş edirik.
O zaman hakimlərin hansı işlərlə məşğul olduqları Sizə məlum olacaq”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Bu gün, 20:52 |
|
|
|
• "Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Bu gün, 20:49 |
|
|
|
• Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 20:46 |
|
|
|
• NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Bu gün, 20:43 |
|
|
|
• 'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Bu gün, 20:40 |
|
|
|
• Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Bu gün, 19:00 |
|
|
|
• “Yapı Kredi Bank”ın gəliri - AZALIB
Bu gün, 18:58 |
|
|
|
• Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Bu gün, 18:22 |
|
|
|
• Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Bu gün, 18:20 |
|
|
|
• Hindistanlı generala İrəvanda medal verildi
Bu gün, 18:10 |
|
|
|
• Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Bu gün, 18:08 |
|
|
|
• Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Bu gün, 18:07 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Bu gün, 18:01 |
|
|
|
• Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Bu gün, 17:57 |
|
|
|
• İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Bu gün, 17:53 |
|
|
|
• "Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Bu gün, 17:52 |
|
|
|
• Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Bu gün, 17:49 |
|
|
|
• Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Bu gün, 17:41 |
|
|
|
• Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Bu gün, 17:33 |
|
|
|
• Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:31 |
|
|
|
• Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Bu gün, 17:30 |
|
|
|
• "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Bu gün, 17:24 |
|
|
|
• “Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Bu gün, 17:22 |
|
|
|
• Nazir müdiri işdən çıxardı - ƏMR
Bu gün, 17:18 |
|
|
|
• Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Bu gün, 17:15 |
|
|
|
• Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Bu gün, 17:10 |
|
|
|
• "O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Bu gün, 17:03 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Bu gün, 17:02 |
|
|
|
• “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49 |
|
|
|
• 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46 |
|
|
|
• Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43 |
|
|
|
• Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41 |
|
|
|
• Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38 |
|
|
|
• Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33 |
|
|
|
• "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30 |
|
|
|
• Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16 |
|
|
|
• Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11 |
|
|
|
• Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41 |
|
|
|
• Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36 |
|
|
|
• Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28 |
|
|
|
• Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur - İrəvana pis xəbər
Bu gün, 15:24 |
|
|
|
• Almaniya Ermənistana 20 milyon avro bağışlayır
Bu gün, 15:18 |
|
|
|
• Bank sektorunun SARI ÇÖKÜŞÜ... - Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər
Bu gün, 15:12 |
|
|
|
• Toyun toy, vayın da vay yeri var: - İslama görə müsiqi ilə dəfn mərasimi icazəli deyil
Bu gün, 15:09 |
|
|
|
|