Unibankdan şok işğal əməliyyatı: - Bank vətəndaşa və dövlətə necə kələk gəlib?
Tarix: 5-12-2015, 11:04 | Çap et
Abşeron rayon Novxanı kənd sakini Heybət Əliyev cumhuriyyet.az vasitəsi ilə ölkə başçısına şikayət ünvanlayıb. Surəti cumhuriyyet.az-a da göndərilən şikayət məktubunda H.Əliyev Unibankın ona məxsus 2,5 hektar ərazinu qanunsuz olaraq zəbt etdiyini, haqlı ikən haqsız duruma salındığını bildirib: “Cənab prezident. Mən Abşeron rayon Novxanı kənd sakini Heybət Əliyev Unibankın İdarə Heyətinin üzvü və Risk departamentinin sabiq rəhbəri Azad Qasımov və onun Elçin adlı şərikinin qanunsuz əməlləri ilə bağlı şikayətimi media vasitəsilə diqqətinizə çatdırmaq istəyirəm. Nəzərinizə çatdırıram ki, 3 il bundan öncə Abşeron rayonundakı Fatmai kəndində bizə məxsus olan 2,5 hektarlıq torpaq sahəsini Unibanka girov qoymaq müqabilində A.Qasımovun şəriki, İmişli rayon sakini Elçinin vasitəçiliyi ilə onun adına bankdan 360 min manat məbləğində kredit götürdük. Həmin kreditin 180 min manatını qabaqcadan ödəsəm də, bir müddət sonra ölkədəki iqtisadi-maliyyə böhranı səbəbi ilə sonrakı ödənişimdə müəyyən problem yarandı. Belə olan halda bank girov qoyduğum 2,5 hektarlıq torpaq sahəsini mənə hər hansı məlumat vermədən, məndən xəbərsiz halda auiksiona çıxararaq satıb ki, biz baş verənlrədən uzun müddət sonra xəbər tutduq. Ödənilməyən 120 min manat qarşılığında təxminən 700 min manatlıq torpaq sahəmi məndən xəbərsiz halda satan Unibank daha sonra mənim adıma daha hansı daşınmaz əmlakın olduğunu müəyyənləşdirmək üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə müraciət edib. Buna səbəb guya satılan torpaq sahəsinin qalan kredit borcunu tam ödəmədiyi, bu səbəbdən də bizim digər əmlakımızın satışına ehtiyac yaranması olub. Mən baş verənlərdən xəbər tutandan sonra dərhal Abşeron Rayon Məhkəməsinə müraciət etdim. Bildirdim ki, Unibank girov qoyduğum 2,5 hektarlıq torpaq sahəsini bazar qiymətindən bir neçə dəfə ucuz qiymətə sataraq mənə bir neçə yüz min manat ziyan vurub və üstəlik hələ də mənim borclu olduğumu iddia edir. Halbuki, mövcud qanunvericiliyə görə, bu cür vəziyyətlərdə bank satışa çıxaracağı torpaqları öncə onun əsl sahibinə təklif etməli, yalnız bundan sonra digər şəxsləri auiksiona cəlb etməli idi. Bundan başqa, torpaq satışı zamanı ərazi bazar qiymətinə uyğun şəkildə, ədalətlilik prinsipi əsnasında qiymətləndirilməli, bank satılan torpaqlardan ödənilməyən krediti çıxdıqdan sonra pulun qalan hissəsini mənə verməli idi. Qeyd edim ki, Abşeron Rayon Məhkəməsi Unibank tərəfindən dəyər-dəyməzinə satılan 2,5 hektarlıq torpaq sahəsinin bazar qiymətinə uyğun şəkildə qiymətləndirilməsi məqsədi ilə audit komissiyasından rəy tələb etdi və komissiya da öz rəyində göstərdi ki, 2,5 hektarlıq torpaq sahəsinin hər sotu 3 min manat məbləğində dəyərləndirilməlidir. Hansı ki, bu rəy məhkəmə qətnaməsində də əks olunub. Bu isə o deməkdir, mənim Unibankda girov qoyduğum 2,5 hektarlıq torpaq sahəsinin dəyəri məhkəmə qətnaməsində göstərilən qiymtələndirmə mexanizminə əsasən 750 min manatdır. Deməli, Unibank 750 min manatdan ödənilməyən 120 min manat məbləğində pulu çıxıb 630 min manatlıq vəsaiti mənə verməli idi. Lakin Unibank bu gün nəinki mənə verməsi gərəkən pulu vermir və ya torpaqları geri qaytarmır, əksinə, satılan 2,5 hektarlıq ərazinin ödənilməsi gərəkən 120 min manatlıq krediti ödəmədiyini, buna görə də mənim banka əlavə vəsait ödəməli olduğumuzu bildirib. Cənab prezident. Baş verənlər fonunda diqqət çəkən digər bir məqam isə ondan ibarətdir ki, adına pul götürdüyüm Elçin adlı şəxs İmişlidəki 50 hektarlıq ərazisini Unibanka girov qoyaraq xeyli məbləğdə pul götürsə də, məhkəmə prosesində onun götürdüyü vəsait və banka qoyduğu 50 hektarlıq girov haqqında bir kəlmə də olsun söz keçmir. Mən məhkəmə prosesi zamanı Elçinlə əlaqə saxlayaraq ondan məhkəmə prosesində iştirak etməyi, torpaqlarımızı bank girovluğundan azad etməyi xahiş edəndə o, xahişimizi yerinə yetirməkdən imtina etmiş, habelə sabiq MTN rəhbəri Eldar Mahmudovla yaxın münasibətlərə malik olduğunu iddia edərək mənə sabiq nazirin adından hədə-qorxu gəlmişdik. Onu da qeyd edim ki, məni Unibankın İdarə Heyətinin üzvü və Risk departamentinin sabiq rəhbəri Azad Qasımovla tanış edən, onun vasitəçiliyi ilə kredit götürə biləcəyimi təklif edən də məhz Elçin adlı şəxs olub. Cənab prezident. Sizdən Unibankın İdarə Heyətinin üzvü və Risk departamentinin sabiq rəhbəri Azad Qasımov və onun Elçin adlı şəriki tərəfindən pozulan haqlarımın bərpasına yardım etməyi xahiş edir və rica edirəm ki, aşağıdakı tələbllərim təmin edilsin. 1.Unibank tərəfindən məndən xəbərsiz şəkildə satışa çıxarılan 2,5 hektarlıq torpaq sahəsi qanuni sahibi kimi mənə qaytarılsın. 2.Müştəri olaraq pozulan digər hüquqlarım bərpa edilsin. Onu da qeyd edim ki, banka ödəməli olduğum 120 min manatlıq krediti imzalanan müqaviləyə uyğun surətdə – mərhələli şəkildə ödəməyə hazıram. Məlumat üçün onu da nəzərinizə çatdırıram ki, banka ödədiyim 180 min manat vəsait mənzil qismində Unibankın İdarə Heyətinin üzvü və Risk departamentinin sabiq rəhbəri Azad Qasımov və onun Elçin adlı şərikinə verilib. Hansı ki, A.Qasımov hələ Unibankın İdarə Heyətinin üzvü və Risk departamentinin rəhbəri vəzifəsində çalışarkən 180 manat məbləğində vəsaitin banka daxil olduğunu və götürdüyüm 360 min manatlıq kreditdən çıxıldığını bildirib. Lakin təəssüf ki, məhkəmə prosesi zamanı 180 min manatlıq ödənişimin çekləri bankın hüquqşünası tərəfindən məhkəməyə təqdim edilmədi. Cənab prezident.Ümid edirəm ki, müraciətimə həssaslıqla yanaşacaq və Unibank tərəfindən məm vurulan ziyanın ödənilməsinə yardımçı olacaqsınız”. PS.Məlumat üçün qeyd edək ki, vətəndaş Heybət Əliyevin Unibankla bağlı səsləndirdiyi ittihamları araşdırmağa, məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa çalışsaq da, günlərlə göstərdiyimiz səylərə rəğmən bank bu məsələ ilə bağlı hər hansı mövqe bildirmədi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Biz insanlar qəribəyik..."
Bu gün, 00:51 |
|
|
|
• Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48 |
|
|
|
• Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45 |
|
|
|
• “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42 |
|
|
|
• Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02 |
|
|
|
• Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28 |
|
|
|
• Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22 |
|
|
|
• Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47 |
|
|
|
• İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45 |
|
|
|
• Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12 |
|
|
|
• Qarabağ qazisi iş tapa bilmir - "Vəziyyətim son dərəcə çətindir..."
Dünən, 21:09 |
|
|
|
• ABŞ-ın yeni düşmənləri kim olacaq? – Geosiyasi vəziyyət dəyişir
Dünən, 20:27 |
|
|
|
• Bu il sülh sazişi imzalanacaqmı? - AKTUAL
Dünən, 20:24 |
|
|
|
• Regiona təhlükə saçacaq xartiya: - Tramp Baydenin Ermənistan səhvini düzəldəcək?
Dünən, 19:00 |
|
|
|
• “Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• "Avion Travel"in rəhbəri məhkəmə qarşısında - Yarım milyonluq dələduzluq işi
Dünən, 18:37 |
|
|
|
• “Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 18:31 |
|
|
|
• Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” - GƏLİŞMƏ
Dünən, 18:19 |
|
|
|
• 4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür
Dünən, 18:15 |
|
|
|
• Trampdan “qızıl dövr” anonsu və: dünya siyasətində dəyişiklik gözləntisi
Dünən, 18:06 |
|
|
|
• Ümit Özdağ sərbəst buraxılıb
Dünən, 17:58 |
|
|
|
• İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib
Dünən, 17:57 |
|
|
|
• Bakıda idmançı qohumunu öldürənin cəzası 5 il azaldıldı
Dünən, 17:40 |
|
|
|
• Naxçıvanda donuzların kökü kəsilib – Rəsmi statistika
Dünən, 17:35 |
|
|
|
• İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI - DURUMU AĞIRDIR...
Dünən, 17:29 |
|
|
|
• "Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
Dünən, 17:24 |
|
|
|
• Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? - “Hraparak”
Dünən, 17:18 |
|
|
|
• 61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır - DETALLAR
Dünən, 17:06 |
|
|
|
• Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Dünən, 17:03 |
|
|
|
• Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Dünən, 16:53 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisinin başı CƏNCƏLDƏ - TƏFƏRRÜAT
Dünən, 16:47 |
|
|
|
• Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar? - AÇIQLAMA
Dünən, 16:38 |
|
|
|
• 6 azərbaycanlının tarixi bəyanatı: - Son bir ildə Bakı üçün nələr dəyişdi?
Dünən, 16:35 |
|
|
|
• Zəngəzur planında dəyişiklik: - “İrəvan kobud səhvə yol verdi”
Dünən, 16:31 |
|
|
|
• Azərbaycanda daha bir qurumda kütləvi ixtisar - Səbəb nədir?
Dünən, 16:28 |
|
|
|
• Lavrov erməni həmkarına İrəvana səfər edəcəyini vəd edib
Dünən, 16:20 |
|
|
|
• Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsində zərərçəkənlər danışır: - Onlara layiq olduğu cəzanı vermək lazımdır
Dünən, 16:17 |
|
|
|
• Bakıda ŞOK: ata 3 il övladını zorladı - AĞIR CƏZA
Dünən, 16:12 |
|
|
|
• BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
Dünən, 16:02 |
|
|
|
• Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib
Dünən, 15:53 |
|
|
|
• "Ermənistan rəhbərliyi istəyir ki, ölkədəki mövcud Rusiya hərbi bazasını NATO hərbi bazası ilə əvəzləsin" - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:51 |
|
|
|
• Lavrovla Mirzoyan arasında mətbuat konfransı zamanı maraqlı dialoq yaşanıb
Dünən, 15:49 |
|
|
|
• “Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
Dünən, 15:48 |
|
|
|
• Bakıda məşhur iş adamı həbs olundu - Xəzinadarı 20 min manatını oğurlamışdı
Dünən, 15:40 |
|
|
|
• “MTN işi” üzrə zərərçəkənlər etiraz edir - FOTO
Dünən, 15:38 |
|
|
|
• Diqqət sərhəddə: - Erməni ordusu "Əskipara üçbucağı"ndan çıxsa...
Dünən, 15:29 |
|
|
|
• Fərid Səfərlinin anası oğlunun azadlığa çıxmasına görə Prezident İlham Əliyevə təşəkkür edib
Dünən, 15:27 |
|
|
|
• Ukrayna ordusunun baş psixiatrı saxlanıldı: - Milyon dollar qazanıb
Dünən, 15:18 |
|
|
|
• Azərbaycan ÜST-dən çıxacaq? - AKTUAL
Dünən, 15:16 |
|
|
|
|