Milli Məclisin yeniləşəcək tərkibi ilə bağlı DAHA BİR İDDİA... - KİM GEDİR... KİM QALIR...
Tarix: 5-07-2024, 09:55 | Çap et
 Bu parlament də özünü buraxdı. Əvvəlki Milli Məclis də özünü buraxmışdı və növbədənkənar seçkilərlə hazırkı heyət formalaşmışdı. İndi yenidən növbədənkənar seçkiyə gedilir. Kəsəsi, iki çağırış parlament növbədənkənar seçkilərlə tərkibini müəyyənləşdirir. Bu parlamentin üzvləri də bəzi istisnalarla, əvvəlindən çox fərqlənmədi. Hər zaman iclaslarda hansı deputatlar fəal idisə, mətbuata, seçicilərə hansı millət vəkilləri açıq idilərsə, yenə də onlar fərqləndilər. Yerdə qalan heyət isə passiv, "lal deputat" kimi artıq qəbul olundular. Xalqın problemlərini danışmaq bir yana, hətta dövlətin, prezidentin müdafiəsi, Qarabağ mövzusunda, belə desək, ən təhlükəsiz və deputata problem yaratmayan məsələlər haqda belə danışmadılar. Əgər ictimai rəyə təsir etmirlərsə, hakimiyyəti müdafiə etmirlərsə, o deputatlar iqtidarın nəyinə lazımdır?! O cəhətdən sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində hazırkı deputatlardan bir çoxunu namizəd kimi görməyə bilərik. Hətta YAP Siyavuş Novruzov anons etdi ki, 30-40 deputat dəyişəcək. Bəs, onlar kim ola bilər - Anaxeber.info bu suala aydınlıq gətirməyə çalışıb və ehtimal siyahını hazırlayıb. Belə ki, burada iki kateqoriya əsas götürüləcək: yaşanmış və uzun müddət deputat olanlar, bir də parlamentdə aktiv olmayan, xalqın tanımadığı şəxslər... Bu təsnifatlaşdırmaya uyğun olaraq deyə bilərik ki, Eldar İbrahimov, İsa Həbibəyli, Elman Məmmədov, Asim Mollazadə, Aqiyə Naxçıvanlı, Aqil Abbas, Bəxtiyar Sadıqov, Eldar Quliyev deputat olmaya bilər. Çünki yaş olaraq 70-i keçiblər. İstisna deyil ki, Rasim Musabəyov, Əhliman Əmiraslanov, Fəzail Ağamalı və Tahir Rzayev də yenidən deputat olmasınlar. Parlamentin heç nə ilə yadda qalmayan, hətta bir çox, həmkarlarının tanımadığı deputatlara gəlincə, bu sırada Fatma Yıldırım, Soltan Məmmədov, Cavid Osmanov, Cəbi Quliyev, Müşviq Məmmədli, Anar Məmmədov, İlham Məmmədov kimi mandat sahibləri bir daha parlamentə buraxılmaya bilər. Həmçinin, "vurulmuş" şəxslər arasında Oqtay Əsədov və Vasif Talıbovu qeyd etmək olar. Habelə, Hacı Qalibin oğlu Əliabbas Salahzadə, Eldar Quliyev şanslarını itirmiş kimi görünür. Həmçinin, Ülviyyə Ağayeva, Əminə Ağazadə, Kamran Bayramov, Müşfiq Cəfərov, Nizami Cəfərov, Tamam Cəfərova, Məzahir Əfəndiyev də növbəti parlament seçkilərində deputat adı qazanmaya bilərlər. Çünki adıçəkilən deputatlar bə seçici, nə hakimiyyətin özü üçün faydalı olublar. Onların hər hansı çıxışını, təkliflər səsləndirməsini xatırlamaq mümkün deyil. O zaman hakimiyyət və iqtidar partiyası niyə də cəmiyyətdə qəbul edilən, sözünü deyən, dövlətin siyasətinə də töhfəsi olan namizədlərə üstünlük verməsin?! Bundan əlavə, Ramil Həsən, Nurlan Həsənov, Afət Həsənova, Səbinə Xasayeva da yenidən deputat olmaya bilər. Yəqin ki, oxucular da ilk dəfə bu deputatların adları ilə rastlaşırlar. Məlumatlar ondan ibarətdir ki, parlamentdə yeni simalar olacaq. Onların arasında partiya sədrlərindən, media kapitanlarından, hüquq müdafiəçilərindən, politoloqlardan görmək olar. Hakim partiyanın siyahısı da yenilənəcək. Elə təqdim etdiyimiz siyahıdan məlum olur ki, YAP bir çox deputat olan üzvünü namizəd kimi təkrar irəli sürməyəcək. Hazırda millət vəkilləri arasında şansı yüksək olanlara gəlincə, təbii ki, aktivliyi ilə seçilən, ictimaiyyətin yaxşı tanıdığı deputatlar növbəti dəfə seçilə bilərlər. Onlar xüsusən də Zahid Oruc, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Əli Məsimli, Sabir Rüstəmxanlı, habelə, yaş faktoruna əsasən kənarda saxlanmasa, Vahid Əhmədov, o cümlədən siyasi amillərə əsasən Tahir Kərimli, Erkin Qədirli, Əziz Ələkbərli, Ceyhun Məmmədov, Hikmət Babaoğlu, Səməd Seyidov, Elman Nəsirov yenidən deputat adı qazana biləcəklər.
Anaxeber.info


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Bu gün, 19:00 |
|
|
|
• Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Bu gün, 18:58 |
|
|
|
• "Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Bu gün, 18:02 |
|
|
|
• “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Bu gün, 18:00 |
|
|
|
• Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Bu gün, 17:58 |
|
|
|
• “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Bu gün, 17:53 |
|
|
|
• “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Bu gün, 17:42 |
|
|
|
• "Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Bu gün, 17:37 |
|
|
|
• Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Bu gün, 17:34 |
|
|
|
• 20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 17:30 |
|
|
|
• “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Bu gün, 17:28 |
|
|
|
• Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Bu gün, 17:22 |
|
|
|
• Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 17:18 |
|
|
|
• Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Bu gün, 17:15 |
|
|
|
• “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Bu gün, 17:12 |
|
|
|
• PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Bu gün, 17:06 |
|
|
|
• İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Bu gün, 17:03 |
|
|
|
• Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Bu gün, 16:59 |
|
|
|
• “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Bu gün, 16:41 |
|
|
|
• Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Bu gün, 16:38 |
|
|
|
• Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Bu gün, 16:34 |
|
|
|
• Putin İrana gedəcək
Bu gün, 16:30 |
|
|
|
• Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Bu gün, 16:29 |
|
|
|
• "Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Bu gün, 16:19 |
|
|
|
• Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Bu gün, 16:11 |
|
|
|
• “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02 |
|
|
|
• AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Bu gün, 15:59 |
|
|
|
• "Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Bu gün, 15:55 |
|
|
|
• Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Bu gün, 15:52 |
|
|
|
• Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Bu gün, 15:50 |
|
|
|
• Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Bu gün, 15:48 |
|
|
|
• Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Bu gün, 15:44 |
|
|
|
• Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Bu gün, 15:36 |
|
|
|
• Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:34 |
|
|
|
• Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Bu gün, 15:32 |
|
|
|
• Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 15:27 |
|
|
|
• Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03 |
|
|
|
• Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01 |
|
|
|
• Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52 |
|
|
|
• PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51 |
|
|
|
• BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46 |
|
|
|
• AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23 |
|
|
|
• “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02 |
|
|
|
• “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00 |
|
|
|
• “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58 |
|
|
|
• Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08 |
|
|
|
• “Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06 |
|
|
|
• “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03 |
|
|
|
• Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
|