Neft ölkələri üçün həyəcan təbili .....                     Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır .....                     "Kişi efirdə belə davranmamalıdır" .....                     “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti .....                     Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb .....                     “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı .....                     “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına .....                     "Məni məhkəməyə çağırmayıblar..." .....                     Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib .....                     20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox .....                     “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? .....                     Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... .....                     Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı .....                     Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar .....                     “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” .....                     PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir .....                     İcra başçısı özü haqqında sənədli film çəkdirib? .....                     Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb .....                     “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” .....                     Sovetin ölüm balonu: .....                     Sahib Məmmədovun “agent ovu”: .....                     Putin İrana gedəcək .....                     Papikyanın Berlin səfərinin gizlinləri: .....                     "Ora ayrılan pulu necə yemisiniz" .....                     Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər .....                     “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib .....                     AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? .....                     "Deputatsan, lap yaxşı, get qal Ağdamda" .....                     Nəfəs qalmaqallı videodan danışdı .....                     Bankların pul “qoparmaq” oyunu .....                     Ağalıda yaşayan qız "üsyan etdi": .....                     Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? .....                     Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... .....                     Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib .....                     Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır .....                     Tofiq İsmayılovun oğlu hakim qarşısında .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     Daha bir soydaşımızı itirdik .....                     Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib .....                     PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? .....                 

Göyçayda fermerlərə DÖVLƏT SAHİB DURMALIDIR... - YOXSA...
Tarix: 24-05-2024, 09:14 | Çap et
Göyçayda fermerlərə DÖVLƏT SAHİB DURMALIDIR...
“Məhsul qiymətə gedər deyə şərikli 10 min pomidor şitili əkmişəm. Peşmanam, nə çəkdiyimiz xərc ödənir, nə də xarici bazar faktoru işləyir. Daxili bazarın ümidinə qalmışıq. Yağmurlu hava şəraiti də məhsulu bir ay gecikdirdi, bitkidə inkişaf dayanıb deyə artıq çürümə başlayıb”.

Bunu Meydan TV-yə Göyçayın Ləkçıplaq kənd sakini Əziz Əliyev deyir.

“İlk salxım çürüdü, zəhmət hədər getdi”

O, illərdir ki, istixana əkini ilə dolanır. Mayın ilk ongünlüyündən etibarən pomidor yığımına başlasa da, nə əldə etdiyi məhsul, nə də bazar faktoru çəkdiyi xərci, əziyyəti qarşılayır.

Dediyinə görə, hər il rayonda xarici bazar faktoru öncül olsa da, bu il çox zəifdir. Daxili bazarda isə qiymət hər gün üçün dəllallar vasitəsi ilə aşağı salınır.

Daxili bazarda qiymət xarici bazardan 40-50 qəpik üstündür.

“Yanvarda əkdik ki, qabağa düşək. 4-5 dəfə yığıb satdıq. Ancaq ötən il mayda qiymət 2 manata yaxın idi. İndi isə ən yaxşı halda 1.40 – 1.50 qəpik arasıdır. Bəzən 10 qəpik belə düşür. Fəhləsinin, qış boyu yuxusuz gecələrin, 5-6 maşın odun pulunu, bir sürü əkin, becərilmə xərclərini hesablayanda 13-14 min xərc çəkilib. Çəkilən xərcdən əlavə hər birimizə min manat qalsa sevinərik. Halbuki əkəndə daha çox məbləğ barədə gözləntimiz vardı. Çünki yağışlara görə məhsul gecikdi, ilk salxım çürüdü, zəhmət hədər getdi “, – deyə əkinçi bildirib.

“Qazanan dəllal, uduzan kəndli…”

Göyçay sakini Daşqın Əliyev isə deyir ki, indiyə qədər 4 min şitil əkib. O düşünür ki, məhsuldarlıq yaxşı olarsa, bankdan götürdüyü 15 min manat kreditini də ödəyə bilər, amma havaların yağmurlu keçməsi onu bir qədər ümidsizləşdirir. Çünki məhsulun yığımı yağıntılar səbəbindən geçikir.

Bundan başqa, zəif alıcılığı ilə seçilən xarici bazar faktoru onu da narahat edir:

“Rusiyaya ən yaxşı halda satış 1 manatdır. Onu da nadir halda seçmə məhsul üçün istəyirlər. Çox qırmızı, iri məhsulu almırlar. Halbuki ötən il Rusiya bazarına tələb vardı. Qiymət də 1.70-1.80 qəpik arası idi. Daxili bazarda bu gün üçün qiymət 1.30-1.40 manatdır ki, əvvəl də bundan 10 qəpik baha sata bilənlər olub. İki gün satmırsan məhsul 10-15 qəpik də aşağı düşür. Hava soyuqdur deyə məhsulu 15-20 gün gec yığdıq. Mən cəmi iki dəfə satmışam. Heç 1 ton olmayıb. Halbuki mayın ilk günləri yetişməli idi”.

“Hava isti olmayanda məhsul gec yetişir, gec saralır. Dəllallar da kəndlərə toplanıb hər gün qiyməti salır ki, xeyir onlara qalsın. Hətta tələb qoyurlar. Düşünürlər ki, nə qədər ucuz alsalar, paytaxt bazar və marketlərində baha satarlar. Qazanan dəllal, uduzan kəndli”, – deyə o qeyd edib.

“Ən aşağı satış qiyməti 2.50 qəpik olmalıdır”

Kəndli Elnur Kərimov da məhsulun bazarda ucuzluğundan narahat olanlardandır.

O, məhsulun qiymətinin ucuz olmasını həm də Rusiyadan başqa xarici bazar faktorunun olmaması ilə əlaqələndirir.

Onun sözlərinə görə, daxili bazarda isə monopoliya kəndlilərin məhsulunun ucuz qiymətə alınmasına səbəb olur:

“Məhsulun 40 faizi hələ çıxmayıb. Hələ yağışdan əvvəl nə qədər məhsul çürümə xəstəliyinə yoluxub. Yeddi min şitildən cəmi 40 yeşik məhsul satmışam. O da bir manat 40 qəpikdən. Ən yaxşı məhsul bu qiymətədir. Bakıda bundan iki dəfə bahadır. Hətta bəzi məhsullar 1 manata, 80-90 qəpiyə də satılır. Getdikcə düşəcək, hətta qiymət 40-50 qəpik olacaq. İldən ilə sortlar dəyişir və məhsuldarlıq da dəyişir. Hibrid sortlar getdikcə sərf etmir, süni müdaxilə var. Halbuki indi vəziyyətdən çıxmaq və borcları ödəmək üçün qiymət ən aşağı 2.50 qəpik olmalıdır”.

“Kəndli əziyyət çəkir, ancaq biz də qazanmaq istəyirik”

Kəndlilərdən məhsul alıb bazara çıxaran dəllallar da bazarın şərtlərindən asılı olduqlarını deyirlər. Yəni onlar da iri məhsul alverçilərindən asılıdırlar və qoyulan tələbə uyğun davranırlar.

Dediklərinə görə, kəndli əziyyət çəksə də, qiymət xarici bazarın tələblərinə uyğun nizamlanır. Bu il soyuq hava şəraiti və məhsulların dərmanlanması xarici bazar faktorunu zəiflədib.

Mütəmadi məhsul aldığından adının açıqlanmasını istəməyən məhsul dəllalı Meydan TV-yə deyir ki, onlar da qazanc üçün qiyməti aşağı salmaq məcburiyyətindədir:

“Biz maydan Göyçay, Ağdaş bazarında oluruq. Kəndlərdən tədarük edirik. Məhsul manat yarımdan qalxmır. Biz dəllallar da bu 10, 20 qəpik salıb topdan alıb qablaşdırıb marketlərə 1.80- 1.90 qəpiyə təhvil veririk. Marketlər də öz faizini qoyub satır. Bəzən insafsızca, bəzən az faiz qoyurlar. Şəxsən ən sonuncunu 1.85 qəpikdən təhvil verdik. Rusiya-Ukrayna müharibəsi pomidor bazarına iki ildir ki, mənfi təsir edir. Həmçinin havaların soyuq keçməsi həm məhsulun yetişməsini gecikdirdi, həm də istehlak tələbatını azaltdı. İkinci səbəb bəzi regionlarda pomidor dərmanlanıb göndərildi. İlk etapda gömrükdə də tıxac yarandı deyə məhsul çox gecikdi, dərmanlanmış tonlarla məhsul ora çatanda artıq xarab olurdu. Məcbur olub mayasından aşağı satdıq”.

“Kəndli əziyyət çəkir, ancaq biz də qazanmaq istəyirik. Göyçaylılar bundan narazıdır, ancaq bizim də qablaşdırmaya, yola xərcimiz çıxır. Rusiya da son illər istixana əkinini artırıb. Bir çox regionları bu işlə kütləvi məşğul olur, bu da pomidora tələbatı azaldır” , – deyə o durumu izah etməyə çalışır.

“Alternativ bazar olmayınca kəndlilər həmişə əziyyət çəkəcəklər”

Göyçayın 15 kəndində istixana əkini aparılsa da, beş kəndi kütləvi məşğuldur.

Hazırda rayonda 6 mindən çox istixana var ki, əhalinin 35-40 faizi bu təsərrüfatdan gələn gəlirlə dolanır.

İllərdir ki, kəndliləri şitil ilə təmin edən, bu sahədən qazanan Şahin Yaqubov da bu il vəziyyətin çətin olduğunu deyir:

“Daxili bazar böyük deyil və bu bazarda kəndlinin diqtə etməsi çətindir. Köhnə məhsulu isə alan olmur. Bazar tələbi var. Daxili bazarda isə ötən illərə nisbətən qiymətin normal getməsi isə hələ məhsulun tam çıxmaması ilə bağlıdır. Bir azdan məhsul bol olacaq, daxili bazara da tələb olmayacaq. Xarici bazara rus rublunun da dəyəri təsir edir. Əvvəlki kimi o bazarda da qazanc yoxdur. Kəndlilər alternativ bazar olmayınca həmişə əziyyət çəkəcəklər”.

“Avropa bazarlarına ixrac üçün çalışılmalıdır”

İqtisadçı ekspert Akif Nəsirli Meydan TV-yə deyir ki, Rusiya bazarı sanksiyalardan dolayı Azərbaycanın məhsul istehsalçıları üçün getdikcə aktuallığını itirir.

Üstəlik, iki ölkə arasındakı dəmiryolu daşınmasının dayandırılması xərcləri artırır. Bu da məhsulun satış qiymətinə təsir göstərir.

Onun fikrincə, dövlətdən dəstək görməyən kəndli özü bazar tapmaqda maraqlı olmalıdır:

“Pomidor ixracatı avtomobil vasitəsilə həyata keçirilir ki, bu daşınmada ciddi problem yaradır, maya dəyərini, xərcini artırır. Bir ton pomidor avtomobillə 150 dollara çatdırıldığı halda, qatarla 20-25 manata başa gəlir. Üstəlik, Azərbaycan pomidoru Türkiyə ilə müqayisədə o qədər də keyfiyyətli deyil. Keyfiyyət baxımından da məhsul istehsalçıları bazarı itirir. Artıq Avropa bazarlarına ixrac üçün çalışmalıdır”.

“Keyfiyyət standartlarına cavab verməsi, orqanik olması da burada əsas şərtdir. Mineral gübrə və pestisidlərdən istifadə ehtiyaclar daxilində edilməlidir. Yəni əkinə, məhsula verim qaydası maarifləndirilməlidir. İndiki halda pomidor istehsalçıları özləri öyrənməli, araşdırmalı və normal yetişdirdiyi məhsula uyğun bazar tapmağa cəhd etməlidir. Bunun üçün istehsalçılara aqrar təsərrüfat birlikləri mütəmadi kömək etməlidir. Ölkədə hökümətin uyğun şərait yaratması və dəstəyi də qaçılmazdır”, – deyə o qeyd edib.

Ümumdünya Ticarət Təşkilatına gecikən üzvlük…

Ekspert deyir ki, Avropa bazarlarına çıxış üçün Azərbaycan həm də Ümumdünya Ticarət Təşkilatına üzv olmalıdır. Bu üzvlüyə gecikmə məhsul istehsalçılarını qazanc dividentindən məhrum edir:

“Ümumdünya Ticarət Təşkilatına qoşulmaqda əsas tələb ölkə daxilində təsərrüfatlara subsidiya verilməməsi şərtidir. Bu bir tələbdir. Azərbaycan üzv deyil, əgər üzv olarsa, Avropa ölkələrinin ümumi gömrük bəyannaməsinə görə 2.5 %-lik vergi dividentindən istifadə edə biləcək. Məhsul idxal edəndə 2.5 % gömrük rüsumu ödəyəcək. Məhsul istehsalçıları da istənilən Avropa bazarına məhsul ixrac edə biləcək. Əslində, bu üzvlük olmalıdır. Belə olanda hökumət deyil, vətəndaşlar, sahibkarlıq subyektləri qazanacaq. Ölkədən məhsul istehsal ixrac edəndə 22 %-lik gömrük rüsumu həyata keçiriləcək ki, bu da onlar üçün dividentdir”.

“Tək bazar diqtə tələb edir”

Daxili bazarda isə məhsul istehsalçılarını möhtəkirlərdən xilas etmək üçün hökümət bir bazardan asılılığı aradan qaldırmalı, əlavə topdan satış yerləri formalaşdırmalıdır:

“Kəndlilərin məhsulunun iri şəhərlərə birbaşa çıxışına hökümət özü kömək etməlidir. “Meyvəli” adlı bazara çox miqdarda pul və vaxt lazımdır ki, kəndli orada məhsulunu gətirib sata bilsin. Yer pulu və satış xərcləri var. Bakı daxil, Abşeronda tək bir bazar deyil, bir neçə belə bazar olmalıdır. Bu bazarlara giriş, satış rahat təşkil olunmalıdır. Bazar çox olarsa sağlam rəqabət olar. Daha möhtəkirlərdən asılılıq yaranmaz. Tək bazar diqtə tələb edir. İstehlakçılar istehsalçıdan birbaşa alar. Qiymət də belə baha olmaz. Kəndli yol və qablaşdırma xərci daxil məsələn iki manata məhsulunu paytaxt bazarında sata bilər. Ancaq indi 2-3 dəfə baha satılır, çünki arada möhtəkirlər var. Topdansatış yarmarkaların olması qaçılmazdır. Bunun üçün şərait və yer var. Sadəcə, maraqlı olub təşkil etməlidirlər”, – deyə ekspert çıxış yolu kimi monopoliyanın ləğvini görür.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Bu gün, 19:00
Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Bu gün, 18:58
"Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Bu gün, 18:02
“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Bu gün, 18:00
Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Bu gün, 17:58
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Bu gün, 17:53
“İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Bu gün, 17:42
"Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Bu gün, 17:37
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Bu gün, 17:34
20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 17:30
“Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Bu gün, 17:28
Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Bu gün, 17:22
Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 17:18
Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Bu gün, 17:15
“Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Bu gün, 17:12
PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Bu gün, 17:06
İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Bu gün, 17:03
Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Bu gün, 16:59
“Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Bu gün, 16:41
Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Bu gün, 16:38
Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Bu gün, 16:34
Putin İrana gedəcək
Bu gün, 16:30
Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Bu gün, 16:29
"Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Bu gün, 16:19
Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Bu gün, 16:11
“Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Bu gün, 15:59
"Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Bu gün, 15:55
Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Bu gün, 15:52
Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Bu gün, 15:50
Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Bu gün, 15:48
Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Bu gün, 15:44
Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Bu gün, 15:36
Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:34
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Bu gün, 15:32
Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 15:27
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03
Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52
PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51
BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46
AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00
“Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58
Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru